Selcan_Xatun:
''Hazırda məndə kompleks yoxdur. Amma orta məktəb illərində var idi.
Saçlarımın qıvrım olmasını özümə dərd etmişdim. Hətta belə bir gülməli əhvalat da yaşamışdıq ailəlikcə))
Ağlayaraq mamamın üstünə düşmüşdüm ki, niyə papama ərə getmisən? Düzsaçlı oğlan seçə bilmirdin? Heç məni düşünməmisən
Hamısı mənə gülmüşdülər. İndi də o əhvalatı xatırlayanda gülürük)))
Papam da belə deyirdi: Sən də gör nəyi dərd eləmisən də, camaat gedib pul tökdürür, saçlarını buruqlaşdırır, sənə hazır verilib,sən də belə qiymətləndirirsən)))
Universitetə girdikdən sonra bu kompleksim keçdi, anladım ki, insanda ən başlıca cansaqlığıdır. Və dərd etməli başqa şeylər olmalıdır, məsələn, mən nə dərəcədə bilikliyəm...''
afa75:
''Mənim kompleksim çillərimdi. Anadangəlmə kürən olduğum üçün üzümdə çillərim var. Uşaq vaxtı oturub ağlayırdım ki, niyə mən çilli doğulmuşam. Gənc qız olanda da kosmetoloqa getdim. Sonra faydasız olduğunu görüb vaz keçdim. İndi də əsasən yaz gələndə çalışıram ki, günə az çıxım".
orkide88:
"İnanmazsınız bəlkə, amma mənim kompleksim yoxdur. Özumlə, hər şeylə barışıq insanam".
AySeL:
''Hündürdaban ayaqqabı geyinəndə səsi gəlir deyə rahat gəzə bilmirəm .Ona görə də belə ayaqqabıları yalnız toya-nişana geyinirəm''.
Senemka:
''Yad adama bir söz deyə bilmirəm. Deyəndə də aləmi qatıram bir-birinə, qızarıram. Elə hər şeyə kompleksliyəm. Yəni qonaq gələndə gəlib heç salam da verə bilmirəm''.
lezqinka24:
''Mənim kompleksim saçlarımdı, bir yerə getməzdən gabaq məni dərd götürür ki saçımı necə yığım, gedəndə də ya əlim saçımda olur, ya da gözüm güzgüdə... Zahiri görünüşdə yalnız saçlarımla bağlı problemim var, başqa heç nə. Əlhəmdulillah hər şey qaydasındadi''.
Shebnem:
''Mənim gözlərimdə zəiflik var, ona görə də həkim mənə eynək yazmışdı. Mən bir az eynəklə gəzdim, amma sonralar kompleksə çevrildi mənim üçün. Lakin kompleks olsa da, məcburam eynəklə gəzim''.
''Əvvəllər daha çox kompleksliydim, xarici görünüşümə görə. İndi yavaş- yavaş unuduram, çalışıram ki, fikir verməyim...''
''Nə qədər gülməli olsa da onu deməliyəm ki, idmanla məşğul olsam da, əriməyən qarnım var, bu, mənim ən böyük kompleksimdir''.
'' Bir tək artiq çəkim kompleksimdi. Utancaqlıq da var''.
La Vie En Rose:
''Mənim bir kompleksim var, o da ayaq ölçümün bir az böyük olmasi - 39, istərdim 37 olsun''.
''Mən həmişə ön planda olmaq istəyirəm, əsasən də yoldaşımla münasibətdə. Görəndə ki mən onu çağıran vaxt o kinoya baxır, kinonu onun gözündən gətirənədək hər şeyi edirəm''.
''Mənim ən böyük kompleksim saçlarımdı. Razı olmuram ki, kimsə saçlarıma toxunsun. Hətta salona gedəndə belə narazılıq edirəm ki, saçlarımı çox incitməsinlər''.
''Allaha şükür elə də böyük bir kompleksim yoxdur, sadəcə bir neçə aydir çox kökəlmişəm. İnşallah ki, arıqlayaram''.
AylinEli:
''Mənim kompleksim mənim köklüyümdü. Əminəm ki, pəhrizə otursam, hökmən 2 aya normaya düşəcəm, amma ki etmirəm''.
Misteriya:
''Mənim 2 kompleksim var.
Eynək taxarkən elə bilirəm hamı mənə baxır, narahat oluram.
Bəzən mənə yaraşan bir geyim geyinirəm. Amma nədənsə narahat oluram həmin paltarda".
Sama 0924:
''Hamı kimi mənim də komplekslərim var .Əvvəllər boy kompleksim vardı,boyum 1.70 idi,arıq və uzun idim. Həmişə deyirdim, kaş bir az kök olardim.Rəfiqələrimin yanında duranda mənə deyirdilər ki,bizim yanımızda durma, bu, məndə kompleks yaradırdı. Sonra öz-özümə təsəlli verirdim ki,onların boyu balacadır, ona görə elə deyirlər.
Çox şükür, indi elə kompleksim yoxdu. İndi də bir az kök olmağım, qarnımın olması məndə kompleks yaradır. Elə geyimlər geyinirəm ki, köklük hiss olunmasın''.
H.o.s.T-cu qiz:
''Mənim kompleksim yoxdu. Başqalarının mənə necə baxdığı, mənim barəmdə nə fikirləşdiyi məni maraqlandırmır,necə varam, məni o cür də qəbul eləsinlər''.
vefa-n:
''Mənim heç bir kompleksim yoxdu. Əvvəllər vardı, indi yoxdu''.
ShoKo:
''Xüsusi bir kompleksim yoxdu, amma indi çox arıqlamışam deyə çiynimdə sümüklər çıxıb. O da məndə kompleks yaradır yavaş-yavaş''.
Nazuletta:
''Düzləşdirməsəm, saçlarımı bəyənmirəm.
Tez utanıram,qızaranda özümə nifrət edirəm''.
Gulshen_q:
''1. Makiyajsiz evdən çıxmaq.
2. Zahirən görünüşümü bəyənməməyim.
3. Ağ rəngdə don və ya yubka geyinmək''.
creativka:
''Rus dilini əla bilirəm ,həm danışa bilirəm, həm də yaza bilirəm. Amma heç vaxt danışmıram, çünki elə bilirəm ki, nəyisə birdən səhv deyərəm, hamı mənə gülər''.
moocik:
''Məndə kompleks yaradan boyumdu. Balacayam bir az. Hərdən buna gorə çəkinirəm, amma yoldaşım bu kompleksimi mənə sevdirdi''.
Əziz xanimlar, bu xəbəri hazırlamaqda mənə kömək etdiyiniz üçün, çəkinmədən öz komplekslərinizi yazdığınız üçün sizə minnətdaram. Bu addımınız sizin necə təvazökar və cəsarətli olduğunuzu göstərir.
Bir də unutmayin ki, ən gözəl xanımlar elə Azərbaycan qadınlarıdır!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Uşaqlara kitab oxumağı sevdirmək üçün 7 qayda
Saçları canlandıran gil maskası
Çantadan 60 milyon il yaşı olan dəniz ulduzunun qalıqları tapılıb
Hərəkətin möcüzəvi gücü (2)
Bakıda yarış keçiriləcək
Ünvanlı dövlət sosial yardımı alanlara müjdə
Ben Robinsin əl işləri
Prezident İlham Əliyev: Azərbaycan və Koreya əlaqələri inkişaf üçün yaxşı potensiala malikdir
Bu il Azərbaycanda qış sərt keçəcək
"Gül çələngi" piroqu (foto resept)
Kiçik evlər üçün səliqəli dekorasiya nümunələri
Həftənin ilk iş günü yağış yağacaq
Tarixi-mədəni sərvətimiz - Xan Bağı
Bu gün Azərbaycanda ilaxır çərşənbə qeyd olunur
Zövqlü brend çantalar
Gizli otaqlar
Qat-qat xəmirin hazırlanması (foto-resept)
Azərbaycanda ilk dəfə: yalnız kasıblar üçün
Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Pendirli qatlama (foto resept)
200 manatla başladı indi milyonerdir-FOTO
Ballı tort (foto resept)
Hamiləlik proqramı
Həsən Həsənov dəfn olunur
İllərdir komada qalan məşhur aparıcıdan ŞAD XƏBƏR
Zövqlü manikür nümunələri
Düşmənləri sevindirməmək üçün oxuyun
Dünyanın ən uzun pilləkənları
"Çarpışma" serialının FİNAL AÇIQLAMASI
DİQQƏT: Noyabrın 2-dən sonra yeni qaydalar tətbiq ediləcək
Dünyanın ən möhtəşəm su mənzərələri
Günün ən xoşbəxt anı
Ermənilər Ağdamı tərk edərkən məzarları dağıdıb, ot tayalarına od vurublar - FOTO
Manat möhkəmləndi
Kəmər modelləri
Aparıcı Mətanət yeni imicdə-FOTO
Şəkər xəstələri, günəşə diqqət!
Keçmişin 3 milyarderi
Saç uzadan banan maskası
Alcaqdaban ayaqqabılar
Ruzinizin artmasını istəyirsinizmi?
Koronavirusdan sağalandan sonra qoxu hissinin bərpa olunmasının vaxtı açıqlandı
İnci tək sözlər-2
Evinizdə kitab oxumaq üçün yer düzəldin
Android maşınlar üçün də proqram hazırlayır
Kəs və yapışdır-32
Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb
Moskvadan Qərbə müharibə xəbərdarlığı
Ağ atlı şahzadə
Yay ayları üçün uzun paltarlar
- ŞƏRHLƏR