Bu günlərdə həm xətri əziz dost adına, həm Qadin.Net ailəsi adına, həm də ədəbiyyat aləmində yeni, fərqli addımlar atan yazıçı adına bizi çox sevindirən xəbər aldıq. Saytımızın baş redaktoru, yazıçı Xəyalə Murad "VI Beynəlxalq Ədəbiyyat Festivalı"-nın açılışı üçün təşkil edilmiş müsabiqədə uğur əldə edib. Xəyalə Murad müsabiqəyə 38 ölkədən qoşulmuş 1200 iştirakçı (yazıçı) arasından fərqlənərək finalist olub.
-Əvvəlcə sizi səmimi qəlbdən təbrik edirəm. Zəhmət olmasa təəssüratlarınızı bizimlə bölüşün.
"Çox sağ olun. Təəssüratım- möhtəşəm! Başqa cür ola da bilməz. Bu xəbəri aldığımda sevincimin həddi hüdudu yox idi. Qeyd edim ki, bu müsabiqədə finalist olan üç Azərbaycanlıdan biriyəm. Digər qalibləri çox axtardım, lakin ədəbi təsəllüslərini bilmədiyim üçün tanıya bilmədim. Müsahibədən istifadə edərək onları da təbrik edirəm. Çox istedadlı yazıçılar iştirak edirdi. Üstəlik tanıdığım, əsərlərinə dəyər verdiyim qələm sahiblərinin hekayələrinə də yer verilmişdi. Böyük maştablı müsabiqə olduğu üçün demək olar Dünyanın hər yerindən yazıçı qoşulmuşdu. "Yaşam naminə" adlı hekayəmin müsabiqədə yarışan 1200 hekayə içində fərqləndiyini bilmək olduqca xoşdur. "
- Mümkünsə bu müsabiqə barədə bizə məlumat verin. Harada kecirilir, hansı kateqoriyaları özündə əks etdirir, necə bir formata sahibdir?
"Festival 2012-ci ildən bu yana hər il müxtəlif ölkələrdə (Qazaxıstan, Qırğızıstan, Böyük Britaniya, İsveç) keçirilir. Əsasən üç hissədən ibarətdir. 1-ci hissə "Ədəbi müsabiqələr", 2-ci hissə "Ədəbi festival", 3-cü hissə "Kitab forumu"(seminarlar). "Ədəbi müsabiqə" özü dörd kateqoriyaya bölünür: Ədəbi məqalə, ədəbi tərcümə, illüstrasiya, bədii əsər haqqında videofilm. Əsasən ingilis dilinə üstünlük verilir və rəqabət olduqca yüksək olur."
- Necə oldu ki, iştirak etmək qərarına gəldiniz?
"Bu festival ötən ildən diqqətimi çəkirdi. Lakin ötən il əsər qəbulunun son tarixini ötürmüşdüm. Bu il isə elanı görər-görməz tərcümə kateqoriyası üzrə özümü sınadım, nəticəsindən də razı qaldım".
- Öz çevənizdə kifayət qədər uğura imza atmış birisiniz. Son kitabınızın satış sürəti bunu deməyə imkan yaradır. Bəs ölkə xaricində belə bir uğura sahib olmaq necə hissdir?
"Düzdür, "Adsız" romanım digər kitablarımdan daha uğurlu oldu. Lakin hər şey qarşıdadır. Üzərimdə işləməyə, daha dəyərli kitablar yazmağa çalışıram. Ölkə xaricində uğur qazanmağa gəldikdə isə bir çox beynəlxalq müsabiqələri izləyirəm. Hazırda başqa beynəlxalq ədəbi müsabiqələrdə yarışmaqdayam. Qeyd edim ki, bu günədək ölkə xaricində əldə etdiyim ilk uğurum bu deyil. Ancaq bu müsabiqənin yeri tamam başqadır."
- Stokholuma dəvət alsanız belə getmədiniz. Getməməyinizin səbəbi nədir?
"Getməmək səbəbim gec xəbər tutmağımla bağlıdır. Hekayəmi bu müsabiqəyə göndərəndə diqqət çəkəcəyini düşünməmişdim. Tamamilə unutduğumu da deyə bilərəm. Sadəcə noyabr ayının 26-sı sayt üçün məqalə hazırlayanda email-ə daxil oldum və o möhtəşəm xəbəri oxudum. Finalist olduğum üçün bir həftəlik Stokholma dəvət olunurdum. Dəvətdə günlərə görə ədəbi görüşlərin cədvəli verilmişdi. Lakin məndən cavabı noyabrın 16-sı gözlədiklərini vurğulamışdılar. Mənsə on gün sonra xəbər tutmuşdum. Müsabiqədə layiqli yer tutduğum üçün sevindiyim qədər məktubu on gün gec gördüyümə və məhz bu səbəbdən Stokholma getməkdən, tanınmış yazıçılarla tanış olmaqdan, ədəbi seminarlarda dinləyici olmaqdan məhrum olduğum üçün məyus olmuşdum. Üzr məktubu yazıb məsələni izah etməklə sertifikatıma qovuşmaq şansına layiq görüldüm. İsveçə gedə bilməsəm də sertifikatı evimə gətirə bildim..."
- Yəqin ki, bununla kifayətlənməyəcək, bu müsabiqədə təkrarən öz qələm təcrübənizi nümayiş etdirəcəksiniz?
"Mütləq! Lakin bu dəfəki hədəfim birincilik əldə etməkdir. Bunun üçün daim inkişaf etməyə can atır, özümü ədəbi cəhətdən yetişdirməkdəyəm!"
- Biz də Qadin.Netlilər olaraq sizə şəxsi işlərinizdə və yaradıcılığınızda uğur arzulayırıq.
- Təşəkkür edirəm!
XƏBƏR LENTİ
Tanış olun: iPhone bu qadının səsi ilə danışır
Aprelin 1-dən Azərbaycanda 80 mindən çox vətəndaşın təqaüdü artırılacaq
Kakao yağının dərimizə faydaları
Səmadan şokolad yağdı
2011-ci ilin milyarderləri
Bred Pitt "Oskar"dan imtina etdi-SƏBƏB
Seren Serengil əlil arabasında oturur-SƏBƏB
Sabahın HAVAsı
​Mart ayında 6 gün dərs olmayacaq
Mətbəx üçün künc dəstləri modelləri
Sinqapurda yeni super otel tikiləcək
Ermənilərdən yeni təxribat
Yaponiyanın şərqində güclü zəlzələ baş verib, təkanlar Tokioda da hiss edilib
Bitkilər üçün 3 təbii gübrə
Hava haqqında
Həmyerlilərimiz milyarder siyahıya düşdülər - REYTİNQ
Bu şəxslərin əməkhaqqı 50% artırıldı - SƏRƏNCAM
Keniya gözəlinə ölüm hökmü - Şok səbəb
Belə ömrü kişilər yaşayır...
Abraham Linkolnun oğlunun müəlliminə yazdığı məktub
Rezin əlcək koronavirusdan qoruyur? - ÜST AÇIQLADI
BÜRCLƏR bizə nə vəd edir? - 16 mart
"Bu iş qadınlar üçün deyil"
Bu da Toyota Avalon
Tarixə təkrar baxış: Dərbənd qalası - FOTOSESSİYA
Türkiyədə matəm elan olundu
Cəbhədə atəş səsləri eşidildi
Berkay olan otelə fanatları hücüm etdi
Yeni il qabağı avtomobillərə qadağa
Ağ Evin qarşısında atışma
Siqaret tərgitmək üçün.
Qubadlıya rayonun adı yazılmış yeni lövhə quraşdırıldı - VİDEO
Makiyajı kremlə təmizləmək
Günün ulduz falı
Həzi Aslanov yad edildi
Fəhlələr 300 milyon dollarlıq zümrüd tapdılar - 272 kq
20-50 yaşlı dolu xanımlara stil təklifləri
Noxud şorbası (foto resept)
COVID-19-a yoluxmamış şəxslərin qanında koronavirusa qarşı immunitet aşkarlandı
İbrahim Tatlıses paylaşımı ilə diqqət çəkdi
Müsəlman ixtiraçılar dünyaya nə veriblər?
Yaşı az olsa da, ürəyi Vətən boyda olan 18 yaşlı şəhidimiz - VİDEO
İnsanı öldürən 10 ərzaq
Rayonlarda internetin dayandırılması ilə bağlı xəbərlərə nazirlikdən RƏSMİ AÇIQLAMA
Muncuqlu və qızıl-gümüş bilərziklər
Qiyməli kartof dolması (foto-resept)
Azərbaycanın adı dünyaca məşhur serialda
Rəngarəng ideyalar
Beyonsenin tətil xərci dodaq uçuqladır-FOTO
Səhər yeməyində 3 qidadan uzaq olun
- ŞƏRHLƏR