Hər qəlb bir xəzinədir və hər xəzinədə gizlədilənlər sahibinin qapını açıb göstərmədən görülməyəcək olan şeylərdir. Saytımızda da bu tip xəzinələrin sayı inanıram ki, saysız-hesabsızdır. İçləri gözəlliklərlə dolu xəzinələri kəşf etmək və onlarla gözəl zaman keçirərək kiçik bir söhbət etmək qərarına gəldik. Buna görə də uzun müddət bundan əvvəl yayımını dayandırdığımız müsahibə xəbərinə yenidən davam etməyi qərarlaşdırdıq. İlk müsahibim Dəniz84 oldu.
Hava isti günəş par-par yanırdı,
Göydə buludları sıralayırdı,
Gözəl qaranquşlar qatarlanırdı,
Bütün intizamı pozdun, ey külək.
***
Quşlar oxuyurdu, oxumaz oldu,
Budaqlar üstündə duramaz oldu,
Sənin qəzəbinə dözməyib uçdu,
Qəzəbin səbəbi nədir, ey külək.
Artıq başa düşdüyünüz kimi, təqdim etdiyim "Külək" adlı bu şeirin müəllifi məhz elə Dəniz84-dür. Belə zərif bir şeirin süzülüb gəldiyi bir qəlblə olan müsahibəmi sizlərə təqdim edirəm. Buyurun, oxuyun, siz də sirli bir xəzinədən pay alın.
- Salam, Dəniz84.
Aleykum salam.
- Niyə məhz Dəniz?
Dəniz adından xoşum gəlir. Hətta qızımız olsa, adını Dəniz qoyacaqdıq. Allah qismət eləmədi. Mən də öz nikimi belə qoydum. :)
- İnşəallah, zamanında qismət olar. Nəfəs aldığmız müddətdə heç nəyə gecikmiş sayılmarıq. Bəs sənə görə də bu belədirmi?
Əlbəttə belədir. Heç nə üçün gec deyil. Əslində bizim üçün də gec deyil, sadəcə 3 oğlumuz var deyə bəsdir deyirik.
- Allah saxlasın! Bəs əsl adınız nədir? Bilməkdə problem varmı?
Sağ olun! Aysel İsgəndərova.
- Çox gözəl, Aysel xanım, saytımız sizin üçün nə dərəcədə önəmli və xeyirlidir?
Ooo, mən internet aləmi ilə ilk Qadın.Net-i tanıdıqdan sonra tanış olmuşam. Sayt mənim üçün çoox önəmlidir. Mən saytı ikinci evim bilirəm. İnanın səmimiyyətimə. Mən burada mənəvi dinclik tapıram.
- Nə gözəl! Bəs bu evin yolunu ilk dəfə necə tapdınız?
Saytda bir qız var idi. Hamımız onu yaxşı tanıyırıq: Lovable Madam. Bu xanımla qonşu idim. O, bu saytı təriflədi və məni qeydiyyatdan keçirdi və o gündən burdan əl çəkmirəm.
- Nə yaxşı ki də qeydiyyatdan keçirib. Saytdakı hansı tip xəbərlər sizi daha çox özünə çəkir?
Düzünü desəm, bütün xəbərlərə maraq göstərirəm. Bir xanım kimi müxtəlif yemək resepləri, uşaqları necə tərbiyyə edəcəyimizdən, necə qidalandıracağımızdan tutmuş elmi əsərlərə qədər. Gözəllik xəbərləri, hətta moda xəbərləri. Bu xəbərlər sayəsində ilin dəbindən də xəbərimiz olur. Uşaqlar şəkil çəkməyi də məhz burda öyrənirlər.
- Ayselə görə tərbiyə nədir?
Alim olmaq asandır. lakin insan olmaq çox çətindir. Əgər mənim qarşımda xeyirxah, böyüyün-kiçiyin yerini biləm, mədəni bir insan olursa, deyirəm halal olsun sənə tərbiyə verənə.
- Reallıqla nə dərəcədə barışa bilirsiniz?
Əslində səbrli insanam. Reallıqla barışa bilirəm Fikirləşirəm ki, bu olmalı idi oldu. Ancaq baxır nədə. Əgər bu reallığı dəyişə bilərəmsə, bacardığım qədər dəyişməyə çalışıram Hətta bu yolda çox çətinlik çəksəm belə.
- Yaxşı, bəs reallıq özü nədir sizin üçün? Hər kəsin özünün fərqli reallıqları olar. Bəziləri illuziyalara reallıq donu geydirib özünü aldadar. Bəs siz bu barədə nə düşünürsünüz?
Nə bilim... Yaşadığım həyat mənim reallığımdır.
- Kitabla aranız necədir?
Kitab oxumağı çox sevirəm. Ancaq son vaxtlar tənbələşmişəm. Uşaqlar və məktəb məni bir az uzaq salıb kitablardan.
- Hansı tip ədəbiyyata üstünlük verirsiniz?
Dedektiv və məhəbbət janrlı əsərləri daha çox sevirəm. Ancaq sonuncu oxuduğum kitab "Çərpələng uçuran" bu əsəri də çox bəyəndim.
- Bax, çox gözəl bir məqama toxundunuz. Saytımızda kitab oxumağa vaxt tapa bilməyən xanımlara görə əsərlər hissə-hissə dərc olunur. Onlardan faydalana bilirsinizmi?
Əlbəttə, saytımızda bu əsərlərin dərc olunması çox gözəldir. Nə qədər oxuya bilmədiyim əsərləri burda oxumuşam. Belə hissə-hissə olması mənim kimi uşaqlı xanımlara çox yarayır.
- Öz uşaqlarınıza mütaliə aşılamaq adına nələrsə edirsinizmi? Eləcə də digər uşaqlı analarımıza bu yolda verə biləcəyiniz bir məsləhət vardırmı?
Belə bir məsəl var: "Uşaqlar dediyinizi yox, etdiyinizi edər". Yəni uşaq valideyninin kitab oxuduğunu görsə, mütləq o da onu edəcək. Bizim gün ərzində xüsusi saatlarımız var. Ailəliklə kitab oxuduğumuz saat. Məsələn, hər gün 15:00 və 16:00 bizim kitab saatımızdır. Yoldaşım, mən və uşaqlar kitab oxuyuruq.
- Nə gözəl! Çox sevinirəm ki, belə fəaliyyətlərə önəm verən ailələrimiz var. Kitabları siz özünüz seçirsiniz, yoxsa uşaqlar?
Kitabxanaya üzv olmuşuq. Orda uşaqlar üçün də bölmə var. Uşaqlar kitablarını özləri seçir.
- Bəs lirika ilə aranız necədir?
Çox gözəl. Əsasən payız fəslində yağış yağan zaman pəncərənin önündə ya lirik musiqi dinləyirəm, ya da kitab oxuyuram.
- Bəs şeirlər?
Şeirlər isə uşaqlığqdan çox həvəslə oxuduğum janrlardan biridir. Saytımızda da var, hətta özüm də yazıram bəzən.
- Nə gözəl! Yazıb amma heç kimlə hələ paylaşmadığınız şeirin varmı?
Var. :)
- Bizimlə paylaşmağın bəs mümkündürmü?
O, özümdə qalsın. Bütün şeirlərimi Qadın.Net saytında paylaşmışam.
- Tamam, lirik qəlbli insanlar bəzən elə olur ki, öz hisslərini coşğun bir şəkildə, bəzən qəzəblə, bəzən incikliklə şeirlərinə köçürürlər. Amma qətiyyən paylaşılmasın deyə yazan kimi də məhv edirlər onu. Bəs sizdə elə olubmu? Yazıb amma oxunulmasın deyə tulladığınız şeiriniz olubmu?
Hisslər barəsində çox doğru dedin. Ancaq xeyr, atdığım şeirim olmayıb.
- Aysel xanım, təsəvvür edin ki, saytımızın bütün idarəsi tamamilə sizin əlinizə verilib. İlk olaraq nə kimi islahatlar keçirərdiniz?
Vauuu, Ramil bəyin gözündən uzaq). İnanın ki, saytımızdır deyə demirəm. Azərbaycanda çox qadın portalı var. Ancaq Qadın.Net kimi hər şeyi yerində, səviyyəli portal yoxdur. Yəni burda dəyişməli heç nə görmürəm.
- Heçmi?
Heçç. Dizayndan tutmuş. xəbərlərə qədər hər şey çox gözəldir.
- Aysel xanım, həyatda doya bilmədiyiniz nəsə varmı? Mənəvi olaraq, amma ailəni nəzərdə tutmuram. Təbiidir ki, heç kim ailəsindən doymaz.
Deməli, mən 2000-ci ildə məktəbi bitirmişəm. Ali məktəbə də çox həvəslə hazırlaşmışdım. Müəllimlərim də məndən arxayın idi ki, sən istədiyin Universitetə qəbul olacaqsan. Lakin mən imtahan zamanı bərk xəstələndim və imtahanda ola bilmədim və beləliklə, tələbəlik həyatı mənə nəsib olmadı. Doymadığım yalnız bu ola bilər.
- Bəs olubmu ki, düşünəsən ki, yaxşı ki o imtahana gedə bilmədim?
Xeyr, olmayıb, heç vaxt. Həmişə deyirəm kaş ki, o imtahana gedə biləydim.
- Allahdan xeyirlisi. Amma mən gördüyüm qədərilə universitet oxumasanız belə, siz daim öz üzərinizdə işləyirsiniz. Ona görə də deyin görək, saytımızdakı xanımlara nə kimi sözünüz var? İstər saytdakı fəaliyyətləri olsun, istərsə də adi bir insan kimi nəsə bir məsləhətiniz varmı?
Mənim diplomum yoxdur, ancaq bəzi diplomu olanlardan çox savadlıyam) elə bunu görəndə deyirəm kaş ki, diplomum olardı. Yəni demək istədiyim savad diploma baxmır. Mən boş oturmağı sevən xanım deyiləm. Aktivlik təbiətimdə var. İndiyə qədər rahat oturub divanda televizora baxdığım yadımda deyil. Ya kitab oxuyaram, ya nə isə çəkərəm, ya nə isə yazaram, ya da toxuyaram. Yəni Allahın mənə bəxş etdiyi bu ömrü boş keçirmək istəmirəm. Saytda 100-lə xəbərim var, sağlamlıq və ya gözəllik. Hər birini xarici saytlardan tərcümə etmişəm. Saytımızda gənc xanımlar üçün hər sahəyə aid xəbərlərimiz var. Adi şəkil çəkməyi öyrədən xəbərlərdən tutmuş gələcəkdə ana olacaq, ailə sahibi olacaq xanımlara çox faydalı xəbərlər var. Dini xəbərlərimiz var. Gənc xanımlara məsləhət edərdim ki, bu xəbərlərə önəm versinlər. oxusunlar. Peşman olmazlar.
- Sizinlə söhbət çox maraqlı idi, ona görə bacardıqca söhbəti uzatmağa çalışdım, amma sizi də yormaq istəmirəm. İlk müsahibim oldunuz və razılıq verdiyiniz üçün, fikirlərinizi mənimlə, hər kəslə bölüşdüyünü üçün təşəkkür edirəm.
Mən təşəkkür edirəm. Mənə dəyər verib, müsahibiniz etdiyiniz üçün. Buyurun.
XƏBƏR LENTİ
Kamera və biz!
Ancelina Colidən gözlənilməz-VİDEO
Birinci Xanım Parisdə Xocalı faciəsindən danışdı
Maradona futbol oynayacaq
Riyazi məntiq (10)
Qırışların qarşısını alan qidalar
Bakıda "Təmiz hava": yoxlama gedir
Günün ulduz falı
Qış toyu üçün rəng seçimi
Günün qoroskopu: uğurlu gündür!
Utanmağın səbəbləri
Manatın məzənnəsi
Gizlənməkdə sərhəd tanımayan uşaqlar
Valideynlərlə bağlı həqiqət lazımdırmı?
Azərbaycanın bu hissəsində sürüşmə aktivləşdi
Günün ulduz falı
Xoşbəxt Yusifzadə: "Bu gün neftin bir barelinin qiymətinin 60 dollar olması elə də kiçik rəqəm deyil"
Günəşdən unikal görüntülər
Bölgələrimizin mətbəxi - Gəncə
Mercedes-Benzin Bionik Avtomobili
Azərbaycanın ən yaxşı ürək həkimləri Qarabağda TOPLAŞDI
Gələn il üçün bayramlarla bağlı sərəncam imzalanıb
Bakılı sürücüləri yenilik gözləyir
Rezidenturaya qəbul olanların nəzərinə!
Kəsmikli göbələklər (foto resept)
Caliber: “Rusiya sülhməramlılarının sərxoş hərbçisi erməni revanşizmini alovlandırır” - VİDEO
Qarderobdan yaxşı qoxu gəlməsi üçün
Azad söz( 2 -ci hissə)
Dənizdə və ya hovuzda koronavirusa yoluxmaq riski nə qədərdir?
Bakıda bank işçisi koronavirusa yoluxdu - Filial bağlandı
7 əsr sonra kral ailəsində ilk - əkiz şahzadə doğulacaq
Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi
Şeymanın Acuna yazdığı mesaj canlı yayımda nümayiş edildi
Sən getdin...
Azərbaycan Ordusu düşməni dəqiq zərbələrlə məhv edib - VİDEO
Analar, siz səhv bilirdiniz?
Əsla makiyajlı yatmayın!
"Dolu" bu dəfə Daşkənddə
Bakıda koronavirus xəstəsi mağazada tutuldu - VİDEO
Körpələr üçün zərif dekorasiya modelləri
Xərçəngin çarəsi əqrəbdə tapıldı
Cansu Dere ekranlara qayıdır
Valideynləri başqa dindən olan insanla ailə qurmaq olarmı?
2018 payız trendi: Dama-dama kostyumlar
Evdə qar kürəsi (özün düzəlt)
"Zəhərli ana" xarakteri nədir?
Möhtəşəm vanna otağı dekorasiya modelləri
Hava haqqında - 21.09.2013
Ermənilər tərəfdə döyüşən PKK-çıların əksəriyyəti məhv edilib
Ronaldudan ibrətamiz addım: futbolçu 60 minindən keçəcək
- ŞƏRHLƏR