Əziz Qadin.Netin xanımları, bu dəfəki xəbərim əziz analarımız və şirin körpələri haqqındadır. Xəbərimdə iştirak etdiyiniz üçün çox sağolun.
AYSUN MEMMEDOVA
Mənim ilk görüşüm 02:08:2010 gecə saat 23:48 də olub və bu görüş çox gözəl görüş idi. Onu ilk görəndə "İlahi, min şükür Sənə" dedim. "Bu, artıq mənim balamdı, mənim həyatımın bir parçasıdı?" deyə soruşdum. Çox gözəl bir hissdir. Bu görüşü bütün gəlinlərimizə, bacılarımıza arzulayıram. İkinci görüşüm 08:02:2013 axşam saat 20:37 də olub. Bu da çox şirin bir görüş idi. Allah bütün balaları qorusun, Bizim balalarımızla bahəm!
Fatma xanım
O duyğunu hər qadına arzulayıram. Birdən-birə sən dünyaya bir insan gətirirsən, heç vaxt üzünü görmədiyin bir insan. Həkimlər, şəfqət bacıları sənə görə çalışır, sən onu görməyə can atırsan. Onun ilk ağlamağını eşidirsən. Qızımı ilk görəndə elə bilirdim bütün dünya mənimdi. Həm də rus uşaqlarının içində bircə dənə qara uşaq vardı, o da mənim ciyərparəm idi. Sonra iki oğlum oldu, amma birincidəki hiss tamam bambaşqa hiss idi.
Gülbəniz
İlk övladım 26.11.2007 tarixində dünyaya göz açıb, sağolsun, qızım məni heç incitmədi. 20 yaşım var idi, amma anadan olan kimi düz bir saat ağladı. Fikirləşdim ki, ay aman, mənim başıma oyun açacaq bu qız. Qucağıma isə 1 gün sonra ala bildim balamı və çox qəribə hiss keçirirdim. İnanmağım gəlmirdi ki, bu mənim uşağımdır. İkinci qızım isə 03.02.2009 tarixində anadan oldu. Baxmayaraq ki, aparat mənə oğlan demişdi, amma qız oldu. Qurban olum Allaha, hər şey onun əlindədir. Amma mən bu balamı qucağıma alanda ağlamışam. Ona görə ki, uşağın başında həkimin ucbatından gematoma şiş yaranmışdı və bu məni çox qorxudurdu. Şükr olsun Allaha uşağın qırxı çıxana qədər o şiş də çəkilib getdi və 3-cü balam, oğlum isə 09.02.2011 tarixində dünyaya göz açdı. Onu qucağıma alanda elə bilirdim ki, dünyanın ən xoşbəxt anasıyam. Çünki oğlum olmuşdu. Nəhayət ki, iki qızdan sonra tanış-bilişin dilindən qurtulmışdum. Artıq düşmən çəpəri olan oğlum dünyaya gəlmişdi. Allahdan arzum budur ki, bütün övlad arzusunda olan xanımlarımız tezliklə ana olsunlar. Övladın fərqi yoxdur, qız ya oğlan. Əsas odur ki, sağlam, əxlaqlı olsun. Allah hamının balasını saxlasın, mənimkiləri də.
Hacət-i Vuslat
İki qızım var, Həmd olsun. Rüqəyya və Leyla. Həmişə düşünərdim ki, körpənin ilk hiss etdiyi şəxs anası olmalıdır. Təəssüf ki, ilk körpəmlə bu alınmadı. Sağlamlıqla problemlərim olduğu üçün körpəmi yalnız ilk əmizdirmədə görə bildim. Onu bilirəm ki, saatlarla baxmaqdan doymurdum bu möcüzəyə. Başqa analar yatırdılar, təcrübəsi olanlar mənə də deyirdilər "Yat ay qız, fürsətdir, o qədər görəcəksən ki, üzünü. Amma bu yatmaq saatlarını çox axtaracaqsan." Gözümə yuxumu gedərdimi! Balamın həyatdakı hər saniyəsinə şahid olmaq istəyirdim.
İkinci qızım dünyaya gələndə həkim sağolsun anında bizi tanış etdi. O zamankı "qıvrımsaç qaracamı" (zamanla düz saçlı "ağca" qız oldu ) görəndə çox sevindim! Çünki çox arzu edirdim ki, iki qızım olsun, biri "ağca", digəri "qaraca" olsun. girl_ten "Nə yaxşı ki, varsan!" dedim... Amma bu dəfə mən də yatmağa üstünlük verdim, artıq təcrübəm var idi.
Rəbbim hər qadına bu görüşün xoşbəxtliyini yaşatsın in şə Allah.
Sevgi.
Allah hər kəsə övlad nəsib etsin. Mənim övladım 19.09.2010 gecə 02:45-də dünyaya göz açıb. Sözün düzünü desəm, qucağıma almayana qədər analıq hissini hiss etməmişdim. Amma ilk dəfə qucağıma alanda dünyanın ən xoşbəxt insanı olmuşdum. Ən birinci qulağına dini sözlər demişdim ki, Allahımın adını eşitsin, sonra bağrıma basdım balamı. Ən gözəl hissdir bu. Yadıma düşəndə kövrəlirəm. Nə qədər də gözəldir, duyanlar bilər, duymayanlara da Allah nəsib etsin İn şə Allah. Yazmaqla bitməz bu hisslər. İn şə Allah ikinci dəfə də ana olsam, bu gözəl hissləri yenə də sizinlə paylaşaram.
Hər bir qadının arzusudur ana olmaq, o gözəl hissi yaşamaq. Körpəmlə ilk görüşüm 15.09.2009 tarixində olub. Muradımı doğumun sabahı günü görmək qismətim olmuşdu. Onu görər-görməz Allaha şükr etdim. İlk toxunuşum isə burnuna burnumu sürtmək olmuşdu. Hətta tibb bacılarından biri bu anı telefounu ilə çəkmişdi. Sonradan şəkli mənə də yolladı. İkinci körpəmlə görüşüm 10.09.2013 tarixində oldu. Qızım, Xədicəm dünyaya göz açdı. Onun ilk saniyyəsindən ayrı qalmamışıq. Sinəmdə uzandı, gözlərindən, alnından öpdüm. Paklıq qoxusu gəlirdi qızımdan. Heç bir qoxuya bənzəmirdi. O an insan özündən asılı olmayaraq sevinc göz yaşları axıdır. Allah bütün qadınlara bu hissi yaşatsın in şə Allah.
XƏBƏR LENTİ
Yeni trend: Gümüşü saçlar
Barış Akarsu
Atlar barədə maraqlı faktlar
Məşhur müğənni Hadisəyə söz atdı-FOTO
Qızılı almaq üçün iki ermənini əzişdirdi
“WhatsApp” 2020-ci ildən bu telefonlarda işləməyəcək
"Ebola" Qərbi Afrikada 8 mindən çox can alıb
2019 gözəllik trendləri
Şəkər xəstəliyi hansı xəstəliyin əlamətidir?
Hazal Kaya bu addımı ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Qızarmadan qaralmağın yolları
Bakı 2015-in biletləri satışda
Ebola virusuna qarşı vaksin tapıldı
Prezident ailəsi Peyğəmbər məscidində
Ağdam rayonu işğaldan azad olundu
Rusiyada vulkan püskürdü - VİDEO
3D yataq dəstləri
Xoşbəxt evlilik sizin əlinizdədir
Özbək plovu (foto resept)
8 minə yaxın şəxsin pensiyası artırılıb
2013-cü ilin ən yaxşı payız ətirləri
Burcu Esmersoyun keçmiş əri Onunla görüntüləndi-FOTO
İlham Əliyev: “Gümrüdəki bazadan Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir”
Rusiya Qələbə Paradını təxirə saldı
"Ən zövqsüz geyim"...
Ölkədə bankların bağlanma təhlükəsi
Miqrenlə mübarizə aparan qidalar
7 general Silahlı Qüvvələrin sıralarından ehtiyata göndərilib
Bu müsəlman ölkəsində Həccə getmək QADAДћAN OLUNUR
Ətirdən istifadə edərkən hansı nüanslara diqqət etməliyik?
"Instagram"da YENİLİK!
Ledi Qaqa festivala qayıqla gəldi - FOTO
ABŞ xakerlərdən daha yaxşı qorunacaq kosmik sistemlər hazırlayacaq
BÜRCLƏR bizə nə vəd edir?-7 yanvar
Boliviyada 20 yeni canlı növü tapıldı
Gözəlik, amma yenə də kosmetika yoldaşımızdır!
Azərbaycanda istilik mövsümü yenidən uzadıldı
ABŞ - İran danışıqları başlayıb
2019-cu ilin son iş gününün HAVAsı
"Amazon" 25 dollar müqabilində scan tələb edir
Vanqanın arxivində sirli vərəq tapıldı: BƏLALAR GƏTİRƏ BİLƏR
Hamiləlikdə dəri dəyişkənliyi
Xalq artisti: "Bizim xalq pula hərisdir"
Cəbhədə erməni təxribatının qarşısı alındı
Bakı Şəhər Halqasının loqosu təqdim olundu
Cərcis Peyğember (ə) ziyarətgahından görüntülər
Prezidentə məktub yazan azyaşlı general olmaq istəyir - VİDEOREPORTAJ
İdmançımız erməni rəqibini “sürüdü”
Təhlükə bir addımlığınızda
Qadınların hislərini ələ verən 9 vəziyyət
- ŞƏRHLƏR