Həyatda ən çox nəyə "Kaş ki..." dediniz?
Gülşən29
Hər bir insan bircə dəfə belə olsa "kaş ki" sözünü deyir. Mənim də "kaş ki"lərim olub. Kaş ki? arzusunda olduğum təhsili ala bilərdim. Bu mənim indiki həyatımda tam fərqli bir həyat olacaqdı. Ancaq yenə şükür. "Kaş ki" deyəcəyim şeylər çoxdur. Ancaq hər günümüzə, hər anımıza şükür edirəm...
gülnarə humbatova
Eh, əsas insana lazım olan can sağlığıdır - onun da ki mən qədrini bilmədim, cansağlığımı sənətimə, işimə qurban verdim. İndi də əziyyətini çəkirəm. Kaş ki o vaxt - 11-12 il bundan əvvəl canıma yaxşı baxardım. 1-ci sinif götürmüşdüm, həvəslə öyrədirdim, heç bir yerim də ağrımırdı. Səhərdən axşama kimi heç nə yemədim, səhər duranda otaq əşyaları ilə birgə başıma hərləndi, elə o gündən oldum xəstə...
AYSUN MƏMMƏDOVA
Bir dəfə əmim qızına çox əsəbiləşmişdim və çox qışqırdım, pis sözlər dedim. Sonra çox lap çox peşman olmuşdum və o zaman dedim ki, kaş ki, bir az əsəblərimi qoruyaydım. Bu hadisə çoxdan olsa da əmim qızını görəndə yadıma düşür.
AyTaDj HəSəNzAdƏ
Düzdür biz insanlar çox şey üçün "kaş ki" deyirik, amma bunun əvəzinə Allaha şükür etsək, hər şey daha başqa olar. Allahu-Təala heç kimə "kaş ki" sözünü dedirtməsin. Amin. Mən ən çox həyatda oxumadığım ücün "kaş ki" demişəm, kaş ki, oxuya biləydim...
Xədicə 033
Əlbəttə ki, hər bir insan kimi mənim də həyyatda "kaş ki" dediyim anlar olub. O "kaş ki" dediyim anlardan biri də təzə gəlin getdiyim vaxtlarda bəzi bağışlanılan kiçik səhvlər etmişəm, indi oturub fikirləşəndə deyirəm kaş ki, o səhvləri etməyəydim, daha yaxşı olardı...
Lalə Qurbanova
Kaş ki, uşaqlığım geri qayıtsın. Uşaq olub çox böyük səhvə yol vermişəm, "Kaş ki eləməzdim" deyirəm hal-hazırda. O səhvimin utancını, əzabını yaşayıram. Kaş ki, o illər geri qayıdaydı və o səhvlərimi etməzdim, həyatımdan silərdim. Amma dəqiq nə olub, onu üzr istəyirəm yaza bilmərəm. Hər kəsin mənə elə gəlir ki, özünə aid bir sirri var...
Arzu
Kaş ki, valideynlərim ayrılmazdılar. O zaman hər şey fərqli, gözəl olacaqdı. Onların ayrılıqlarının əzabını biz övladlar çox çəkdik, çəkəcəyik bəlkə də. Valideynlərim ayrılandan sonra həyətdə uşaqlarla oynayanda qonşu uşaqlar dedi ki, "bizimlə oynama, atan yoxdu sənin". Atalı ikən atasız yetim oldum. Kaş ki, boşanmasaydılar. O gündən 11 il keçsə də yaram qaysaq bağlamır. Yenə də Allahım, bu günümə min kərə, milyon kərə şükür olsun.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Milli Azərbaycan Tarixi Muzeyində yeni eksponat
AFFA klubları cərimələdi
Bitcoinlar hakerləri fəallaşdırıb
Bergüzar Korel mahnı oxudu - VİDEO
"Dünya Gözəli - 2014" seçiləcək
"Cenevrə-2" iştirakçıların siyahısı hələ razılaşdırılmayıb
Britni Spirs keçmiş ərinə 110 min ödədi
Hande Demet haqqında danışdı
Bu günün hava proqnozu-01.11.2013
Ana südü hansı orqanın məhsuludur?
Gözlər qəlbin aynasıdır
Bela Hadid geyimi ilə yenə təəccübləndirdi - FOTO
Xroniki burun tıxanıqlığı
Doğulmağın, yaşamağın çətin - getməyin asan olduğu bədbəxt ölkə
Bakıda "Şalvarsız aksiya": bu nədir?
Azərbaycanda könüllü zabit olmaqla bağlı yeni qaydalar təsdiqləndi
Saçlarımızı qoruyaq
Bu gün yağmursuz hava olacaq
Oğlan uşaqları üçün yataqlar
Portağallı piroq (foto resept)
Adeli görənlər tanımadı-FOTO
Bakıya yağış yağacaq
2017-ci ilin xüsusi donları
Bu il 2020-ci ildən daha qısa olacaq
Restorana səyahət
Düşmən təəccübləndirdi: cəmi 26 dəfə?
Nazir hər iki ayağını itirmiş Qarabağ qazisi ilə bağlı GÖSTƏRİŞ verdi
Ən nüfuzlu brend seçildi
Aslı Enverin paylaşımı HEYRƏTLƏNDİRDİ - FOTO
Kiçik xalçaların toxunma qaydası (Video)
Kafir
Su çərşənbəniz mübarək!
"Final yolunda gözəl qələbə qazandıq, amma..."
İngilis çayı (foto-resept)
Əlil və şəhid ailələrinə yeni yaşayış binaları veriləcək
Ərdogan Azərbaycana başsağlığı verdi
Şeyma Subaşı Trampa yazdı
ÜST: Pandemiyanın başa çatması üçün dünya əhalisinin 70 faizinin vaksinasiyası lazımdır
Evini zibilxanaya döndərənlər...
Cəbhədən xəbər var
HAVA necə olacaq?- 4 MAY
Havanın temperaturu 0 dərəcəyə qədər enəcək – PROQNOZ
Yağış yağacaq, şimal küləyi əsəcək
Kişi tipləri (Onu tanıyırsınızmı?)
Türkiyə MN: “Azərbaycanın işğaldan azad edilmiş yaşayış məntəqələrinin sayı 78-ə çatıb”
Yaşam indeksi ən yüksək olan şəhərlər – SİYAHI
Hansı soğan daha faydalıdır: sarı, ağ yoxsa qırmızı?
Valideynlərə deməkdən çəkinidiyimiz 15 şey
Qarpız naxışlı peçenye (foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-3 Fevral
- ŞƏRHLƏR