Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti özünün Korporativ Sosial Məsuliyyət proqramı və digər layihələr vasitəsilə Azərbaycanda innovasiyaların tətbiqini və inkişafı dəstəkləyir.
Bakcell şirkətinin dəstəyilə BMT-nin Azərbaycan Nümayəndəliyinin “ASAN Radio” tərəfindən hazırlanan “Qlobal məqsədlər” verilişinin növbəti buraxılışı Dayanıqlı İnkişaf Məqsədlərinin əldə edilməsində özəl sektorun roluna həsr ediləcək.
Bu həftənin qonaqları Bakcell şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiya departamentinin rəhbəri Süheyla Cəfərova, BMT İnkişaf Proqramının Azərbaycandakı nümayəndəliyində proqram məsələləri üzrə müşaviri Leyla Fəthi və “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyevdir. Mütəxəssislər dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında özəl sektor, sənaye, innovasiya və infrastrukturun rolu barədə söz açacaqlar.
“Özünün Korporativ Sosial Məsuliyyət layihələri və digər fəaliyyət növləri vasitəsilə Bakcell Azərbaycanda müxtəlif sahələrin inkişafına böyük töhfə verməkdədir. Bu layihələrin, xüsusilə də bərabərliyin təmin edilməsi, təhsilin inkişaf etdirilməsi, iqtisadi inkişafın dəstəklənməsi, innovasiyaların tətbiqi və s. kimi istiqamətlərdə görülən işlərin məqsədi Dayanıqlı İnkişaf Məqsədlərinə uyğundur. Biz əminik ki dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında və ümumiyyətlə ölkədə sosial problemlərin aradan qaldırılmasında özəl şirkətlərin və müəssisələrin rolu olduqca böyükdür. Telekommunikasiya şirkəti olaraq biz öz rolumuzu məsələn, innovasiyalara dəstək olmaqda, innovativ ideyaların insanların sosial rifahına xidmət etməsində görürük”, deyə Bakcell şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiya departamentinin rəhbəri Süheyla Cəfərova bildirib.
Veriliş “ASAN Radio”da 9 aprel 2018-ci il tarixində saat 18:20-də efirə gedəcək. Verilişin təkrarı 10 aprel (saat 11:05-də) və 13 aprel (saat 14:05-də) tarixlərində yayımlanacaq.
Radioverilişinin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı məlumatlılığın artırılması, 2030-cu ilə qədər olan tədbirlər planı üzrə həyata keçirilən layihələr və dayanıqlılığın təmin olunması üçün müxtəlif strukturların və vətəndaşların üzərinə düşən vəzifələrlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.
Qeyd edək ki 2015-ci ilin sentyabr ayında dünya liderləri tərəfindən 17 Dayanıqlı İnkişaf Məqsədi qəbul edilib. Həmin məqsədlər yoxsulluğa son qoymaq, inkişaf və insanların rifahını təşviq etmək, eyni zamanda ətraf mühiti qorumaq üçün səylərin birləşdirilməsini nəzərdə tutur.
Bu əməkdaşlıq çərçivəsində aprel ayı ərzində Bakcell şirkətinin dəstəyilə “ASAN Radio”da (100FM) 5 veriliş efirə veriləcək.
Azərbaycanın qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell şirkəti həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət proqramı, müxtəlif sosial yönümlü layihələr və innovasiya layihələri vasitəsilə ölkədə müxtəlif sahələrin dayanıqlı inkişafına öz töhfəsini verməkdədir. “Dayanıqlı İnkişaf Məqsədləri”ninin təviqinə həsr olunmuş “Qlobal məqsədlər” verilişinə dəstək isə Şirkətin bu sahədə gördüyü işlərin bir hissəsidir.
XƏBƏR LENTİ
Putin İrana dəvət edildi
Azərbaycanlı gənc Mark Zukerberqin diqqətini nə ilə çəkdi?
Kreativ duz ve istiot qabları
Alimlər: Marsda həyat var
Kinoda ən romantik cütlüklər
Boşansalar da ayrılmadılar-FOTO
Dəbli ayaqqabılar
Rusiya təşəbbüsü ələ almağa çalışır
İlham Əliyevdən tutarlı cavab
Saciçi toyuq (foto resept)
"Ağıllı" üzük faydalı köməkçiniz...
Bu müəllimlərin maaşı artırılacaq
Atatürkün heykəli yandırıldı
2015-ci ilin avtomobili
Gümüş xərçəngə qarşı təsirli vasitə hesab edilmişdir.
Rusiya Suriyanın müdafiəsini "S-300"lə gücləndirir
iPhone fanatlığının beləsi olmamışdı
Az hərəkət psixikaya təsir edir
Yemək bişirmə üsulları
3 iştirakçı birdən "SURVİVOR"dan uzaqlaşdırıldı-SƏBƏB
Yaşıl mərci salatı (foto-resept)
Maqnit qasırğasının səviyyəsi açıqlandı
Hicablı xanımlar üçün geyimlər
Filmləri "toxuyan" Rasim Ocaqov
Parollar az sonra olmayacaq
Çiyələkli biskivit(foto resept)
Nikel allergiyası
Makiyajsız görüntülənən aktrisa qaçdı - FOTO
17 illik sirrin üstü açıldı-FOTO
Dodaq çatları üçün nə etməli?
TQDK bu gün cavabları elan edəcək
"Beyaz Show” yenidən başlayır
Şokoladlı sufle: gecə-gündüz (foto-resept)
1800 təyyarəyə Wi-Fi quraşdırıldı
Qızlar üçün məktəbli çantaları
Hava haqqında - 22.11.2013
40 minə başqa biri oldu-FOTO
Yataqxanaları olan universitetlər - SİYAHI
Barak Obamadan qəribə açıqlama
Dövlət qulluğuna qəbul zamanı daha bir yenilik
Azərbaycanda yeni sistem: Avtobuslarda gediş haqqını mobil telefonla ödəmək olur
Kürdəmirdə nasos stansiyası yanıb
Kərə yağını "dərə" yağından necə ayıraq?
Barış Akarsu
Günəşin daha bir sirri açıldı - Yapon alimlərdən bir ilk
Amerikalı psixoloqdan küskün insanlara maraqlı təklif
Bir gecədə 600 min qazanır
"Şinitzel" toyuq (video-resept)
Turpun faydaları
Dəbli aksesuarlar