AppLab proqramında iştirak etmək üçün keçirilmiş növbəti müsabiqənin qalibləri seçilib
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti bir müddət öncə özünün sürətləndirilmiş icra modeli olan AppLab proqramında iştirak üçün təşkil etdiyi seçim prosesinin nəticələrini paylaşır. Bu dəfə müsabiqəyə sahənin ən yaradıcı mobil tətbiq tərtibatçıları, 3D-çapı, “HTC Virtual Reallıq” proqram təminatı, innovativ proqram tərtibatçıları, elektron ticarət platformaları və informasiya texnologiyaları (İT) sahəsi üzrə digər mütəxəssislər qatılıb.
28 aprel 2017-ci il tarixində AppLab Mərkəzində Bakcell şirkəti ilə yeni seçilmiş komandalar arasında 6 aylıq müqavilələr imzalanıb.
“Bakcell şirkəti istedadlarını dünyaya tanıtmaq və parlaq ideyaların reallaşdırılması üçün yeni maliyyə mənbələrinə çıxış əldə etmək istəyən startaplar, tərtibatçı və komandalar axtarışındadır. Bu layihə hər il proqram təminatı və müxtəlif cihaz yaradıcılarına öz ideyalarını təqdim etmək və Bakcell şirkətindən dəstək almaq imkanı verilir. “Bakcell”in məqsədi startaplara dəstək olmaq, onların seçilməsi və inkişafına töhfə verməkdir. Biz inanırıq ki, yeni layihələr də yüksək nəticələr nümayiş etdirəcəklər”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Nikolai Bekers bildirib.
Qeyd etmək lazımdır ki, Bakcell şirkəti bu il proqramın qaydalarında bəzi dəyişikliklər edib. Xüsusilə proqramda iştirak müddəti layihədən asılı olaraq 3 aydan 6 aya uzadılıb. Bu isə qruplara öz ideyalarının inkişaf etdirilməsi üzərində diqqəti daha yaxşı cəmləşdirməyə kömək edəcək.
2017-ci ildə AppLab proqramında iştirak etmək üçün növbəti müsabiqədə təqdim olunan 20 layihə İT və elektron ticarət sahələri üzrə mütəxəssislərdən təşkil olunmuş AppLab Seçim Komitəsi tərəfindən 14 aprel tarixində dinlənilərək qiymətləndirilib. Həmin 20 layihədən proqramda iştirak etmək üçün mümkün 25 xaldan 20 və daha çox xal qazanan 7 layihə seçilib. Qaliblər bunlardır: Mango, Blutu, Garden, Buket.al, MoodMusic, ARZoom və CineManiac. Seçim prosesində əsas götürülən meyarlar layihəni təqdim edən komandanın malik olduğu bazar imkanları, təqdim edilən ideyanın nə dərəcədə innovativ olması, real yanaşma, biznes modelinin və komandanın sərgilədiyi təqdimatın nə dərəcədə aydın olması idi. Layihələrin qısa təsviri aşağıda təqdim edilib:
• Blutu – “iBeacon BLE” xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulmuş mobil tətbiq və platformadır. “Blutu” istifadəçilərə xüsusi təkliflər, endirimlər və müxtəlif dükanlar, müəssisələr və digər obyektlər haqqında məlumat almağa imkan verir .
• ARzoom – interaktiv “Artırılmış reallıq” (Augmented Reality) məzmununun hər hansı bir çap materialına əlavə edilməsinə imkan yaradan platformadır.
• Buket.al – gül ticarətçiləri üçün bazardır. 300 addan çox məhsul və Azərbaycanın 3 şəhərində – Bakı, Sumqayıt və Gəncədə pulsuz çatdırılmasını təmin edir.
• Garden – insanları maraqlarına görə və yerləşdikləri yerdən asılı olaraq birləşdirən və dərhal görüşmək imkanı verən mobil tətbiqdir.
• Mango – istifadəçilərə səhər yeməyini, nahar və şam yeməyini harada yeməyi asanlıqla seçməyə kömək edən mobil tətbiqdir. İstifadəçilər “Mango”nun təklif etdiyi variantı və yaxud üstünlük verdikləri mümkün variantları seçə bilərlər.
• CineManiac – “bulud texnologiyası” əsasında yaradılmış və istifadəçilərə filmlərə müxtəlif dillərdə baxmaq imkanı verən inteqrasiya edilmiş yerli tətbiqdir. Bundan əlavə, bu tətbiqin vasitəsilə filmləri yükləyib sonradan onlara internet bağlantısı olmayan istənilən yerdə baxmaq olar. Nəhayət, bu tətbiq yerli kino sənayesinin inkişafı və inteqrasiyası üçün geniş üfüqlər açır.
• MoodMusic – istifadəçilərə öz əhval-ruhiyyələrinə uyğun olan musiqiləri dostları və digər insanlarla paylaşmağa imkan verən sosial şəbəkə platformasıdır.
AppLab regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir. Bakcell mobil proqram tərtibatı və yayımı üçün developerləri vacib alətlərlə təmin etməklə yanaşı “Wayra UK” şirkəti ilə əməkdaşlıq çərçivəsində yerli developerlər üçün öz ideyalarını təqdim edərək investisiyalar əldə etmək imkanı yaradır.
XƏBƏR LENTİ
Bu çiçəklər təəccüb doğurur
Saçları uzadan xardal yağı
Evlilik verilişləri bağlanacaq, bütün aparıcılar eyni filmə çəkiləcək
Cazibədar xanımlar üçün donlar
Kahı salatı (foto resept)
Azərbaycanın yunan-Roma güləşçiləri İstanbulda yarışacaqlar
Zebra keks (foto resept)
Uşağınızdan sizə məktub!
Dirsəkdəki qaralmaları aradan qaldıran üsullar
Qadınların kişilərdə sevmədiyi 5 xüsusiyyət
Ön cəbhədə şiddətli atışma
Yeni doğulmuş QOCA - Körpə görənləri dəhşətə gətirdi
Onların da geyimləri var
Daha bir ölkə İŞİD-i vuracaq
Koronavirusla bağlı təhlükəli fırıldağın üstü açılıb
"Qeysəriyyə kəsiyi ilə doğuşda uşağın və ananın sosial uyğunlaşması daha zəif olur"
Dəbli çantalar
Dəbli çantalar
Şəkidən Bakıya qatarla gəlin gətirdilər
Ay qana boyandı
Türkiyəli yazıçıdan Adriana Limaya qeyri-adi EVLİLİK TƏKLİFİ - FOTO
İdeal insanların həyata baxışı
"İrəvanda xal qalmadı", yoxsa...
2019-da 2000-ci illərin trendləri geri qayıdır
Günün qoroskopu: Cəsarətli olun!
Binə hava limanı bağlanır
XİN: Ukraynadakı Azərbaycan vətəndaşlarının təhlükəsizliyi məsələsi nəzarət altındadır
İş yerini dəyişmək istəyən müəllimlərə XƏBƏRDARLIQ
İlham Əliyev və xanımı ən böyük idman kompleksində
Azərbaycan tarixindən yüz şəxsiyyət-19
Qeybətin mənfi tərəfləri
Milli Kino Günü qeyd olunacaq
Milli parklar təhlükədə
Qarderobunuzu qışa hazırlayın
WhatsApp-ın azərbaycanlı istifadəçilərinə şübhəli mesajlar gəlir
İranlı ekstrasensdən şok proqnoz
Qeyri-adi güldanlar
Günün qoroskopu:Səbrsizlik etməyin!
Tanınmış milyarder Bodrumda çimərliyi bağlatdırdı - FOTO
Xarakterimizdən xəbər verən qaş formaları
Azərbaycanda yeni şəxsiyyət vəsiqələri veriləcək
Gəlinin fatasını qaldıran bəy şoka düşdü - FOTO/VİDEO
Demet Akalın xainlikdə ittiham olunur
Serenaya məhkəmədən rədd cavabı
Noxudlu burger (foto resept)
Uşaqların yetişdirilməsində hansı kitabları oxuyuruq?
Beren Saat Kənan Doğulunun sözünü yerə saldı-FOTO
Beyni ölmüş ana sağlam uşaq dünyaya gətirdi
Bakıda ağzı olmayan uşaq dünyaya gəldi
Azərbaycanda şaxta rekord həddə çatacaq