1. Auranın brend olaraq yaranmasının tarixi?
Bizim bir çox brendlərimizin yaranma tarixi Azərbaycanın müstəqillik qazanması dövrünə aiddir. Sovet birliyi dağılandan sonra Azərbaycanda istehsal problemləri yarandı. Bir çox markalarımız o dövrdən işıq üzü görməyə başladı. Kağız sektoru ilk dəfə 1997-ci ildə Sun markası ilə daxili bazarda təmsil olunmağa başladı. 2002-2003-cü illərdə getdikcə “ Sun” portfeli genişlədi. Nəhayət, bazar trendləri, dinamikaları inkişaf etdikcə, istər-istəməz biraz daha yüksək keyfiyyətli, biraz daha modernləşdirilmiş brendlərə tələbat yaranmağa başladı. Bunun nəticəsində “Aura” markası işıq üzü gördü. “Aura” 2006-cı ildən etibarən ilk olaraq, yalnız salfetka kateqosiyasında təmsil olunurdu. Zamanla “Aura”nın ailəsi böyüməyə başladı. 2006-cı ildən bu yana məhsulda bir çox dəyişikliklər olmuşdur. Marka görünüşü dəyişdi, qablaşdırma tipləri dəyişdi. Bunlar təbii ki, bazarın tələbatlarından yaranan dəyişikliklər idi.
2. Marka portfelinə nə daxildir, hansı məhsullardan söhbət gedir?
Marka portfelimizdə genişdir. "Aura"nın portfelində, hər bir ailə üzvünü əhatə edən məhsullar vardır. "Aura" kağız dəsmalları var, xXüsusilə, qadınlar tərəfindən çox sevilməkdədir. 2009-cı ildən bazarda inkişaf dinamikası göstərir. Qadınları sevdiyi məhsul kimi bu dəsmallar 3 qat kağızlardan ibarətdir. Evlərdə xüsusi günlərdə, masa bəzədilməsində isə, 2-3 qat salfetlər geniş istifadə olunur. Bunların rənglisi, dekor seriyasından olan güllü və naxışlıları var. Həm günlük tələbatı qarşılayacaq, həm də zərif işləri qarşılayacaq məhsullarımız da, təbiiki, var. Bunlar 2-3 qat, rənkli, bəyaz, çəhrayı qutu dəsmallarımızdır. Nəhayət, bakteriyalardan qoruyan anti-bakterial cib dəsmallarımız var.
3. Qeyd edilən məhsulların istehsalına ehtiyac haradan yarandı?
Sovetlər birliyi dağılandan sonra bazarda qıtlıq yaranır. Təbii ki, bazar inkişaf etdikcə, bu qıtlıq aradan qalxdı. İnkişaf trendləri dəyişdi. Azərbaycan qloballaşmağa doğru getdi. İnkişaf, dünya görüşünün genişlənməsi, istehlakçılarımızın tələblərində, istəklərində özünü göstərməyə başladı. Onlar daha fərqli məhsullara can atırlar, xaricdə gördükləri məhsulları ölkəmizdə görmək istəyirlər. Bizdə istehsalçı kimi, bu yaranan tələbatın tam şəkildə qarşılanmasının tərəfdarıyıq. Bununla da məşğuluq. Nəticədə bizim portfelimiz böyüyür. İstehlakçılarımızın tələbatını ödəyən və zövq oxşayan məhsulları istehsal edib, "Aura" markası adı altında bazara veririk.
4. İstehsalakçılarımız, sizcə, “Aura”dan nə gözləməlidir?
Hal-hazırda istehlakçılarımızın bütün istəkləri və tələbləri qarşılanmışdır. Bu mövzuda iddialıyıq. "Aura" markasını istehlakçılar rahatlıqla alıb istifadə edirlər. "Aura" harda varsa, istehlakçılarımız geniş çeşid, keyfiyyət və öz istəyinə uyğun məhsul ala biləcəyini bizdən gözləyir, hətta tələb edə bilir.
5. Yuxarıda qeyd etdiyiniz məhsulların hər birini ayrı-ayrılıqda xüsusiyyətləri və onları səciyyələndirən nədir?
Xüsusiyyətlər haqqında çox danışmaq olar. "Aura"nın xüsusiyyəti ondan ibarətdir ki, bu markanın adı altında istehsal olunan məhsulların hər birinin öz istehlak sahəsi var. Təmizlik kağızları şəxsi gigiyenanı təmin edirsə, ailədə hər kəsin gigiyenasını təmin edir deməkdir. Ayaq yolunda, təmizlik zamanı istifadə olunur. Digər tərəfdən mətbəxlərdə geniş istifadə olunan, 3 qatlı hopdurucu kağız dəsmallarımız var. Bunların əsas xüsusiyyəti ondadır ki, bu dəsmallar bez dəsmalların özlərində saxladıqları mikrobları və pis qoxunu daşımırlar. Rütubət təhlükəlidir. Belə şəraitdə mikroblar artır. Kağız dəsmallarımızda isə bu ola bilməz. Kağız dəsmalları istifadə etdikdən sonra tullayırıq. Buna görə də xoş olmayan qoxu olmur. Bez dəsmallar mikrobları mətbəxin hər yerinə yayır və sağlamlığımızı təhlükəyə atır.
6. Gigiyenik məhsullar dedikdə nə nəzərdə tutulur?
Tam olaraq, hamısı gigiyenikdir. Xüsusilə, ətirli, ətirsiz, klassik təmizlik kağızlarımız, 3-4 qatlı olaraq ən kaprizli istehlakcının belə ehtiyaclarını qarşılamağa imkan verir. Bunlara gigiyenik tualet kağızları aiddir. Əgər cəmiyyətdə qloballaşmağa doğru gediriksə, turizm sektorunun inkişaf etməsini istəyiriksə, bununla yanaşı insan axını ilə ölkəyə daxil olan mikrobları da nəzərə almalıyıq. Ona görə də, mikroblardan qorunmaq üçün şəxsi gigiyeniyaya diqqət etmək lazımdır. Bu məqsədlə istehsal olunan məhsullardan istifadə etmək lazımdır. Mütəmadi şəkildə, əllər təmiz qalmalıdır. Söhbət təkcə ayaq yolundan getmir.
7. Ən zərif işi görə biləcək məhsullar dedikdə “Aura”da nəyi nəzərdə tutursunuz?
Zəriflik, incəlik deyəndə ağıla ilk öncə qadınlarımız gəlir. Bizə həmişə deyirlər ki, məhsullarınız çoxu qadınlara uyğun hazırlanır. Zəirf məhsullarımıza misal, "Aura"nın qutu dəsmallarını göstərə bilərik. Bu dəsmallar zərif və yumşaqdır. Yumşaq olduğu üçün maskalarda, makiyajın silinməsində xanımlar rahatlıqla istifadə edə bilirlər. Həmçinin, telefonlarımızın, saatlarımızın, eynəklərimizi silmək üçün bu zəirf dəsmallardan istifadə edə bilərik. Uşaqların ağzını silmək üçün ideal dəsmallardır.
8. Hər birimiz üçün övladımız xüsusi əhəmiyyət kəsb edir, həyatımızda xüsusi yer tutur. “Aura” balalarımızın qayğısına necə və hansı məhsulları ilə qalır?
Övlad bizim üçün əsasdır. Hər şeyin yaxşısını uşağımız üçün istəyirik. Övladlarımız üçün yaşayan millətik. Mən özüm turlara çıxıram, turlara gedən zaman qızımı da, özümlə aparıram. Rəfiqələrim də hər hansı yerlərə gedəndə övladlarını özləri ilə aparırlar. Cib dəsmalı çox rahat məhsuldur, çünki getdiyin yerdə bilmirsən nə ilə üzləşəcəksən. Harasa gedəndə özümüzlə ilk öncə anti-bakterial nəm dəsmal və quru cib dəsmallarını götürük. Hamı çalışır ki, şəraitə uyğunlaşsın. Turizm sektorunda da bu istiqamətdə inkişaflar var. Yenə də özümüzü sığortalamalıyıq. Su olmaya bilər, uşaqlar nəsə yeyəndə əllərini çirkləndirə bilir. Bu zaman mütləqdir ki, əlini təmizləyəsən. Su olmasa, Aura köməyə çatır. Quru cib dəsmalları, öskürək zamanı mikrobların digər insanlara yoluxmasının qarşısını alır. Bu kağız dəsmallardan istifadə edərək, öz övladını mikroblardan qorumuş olursan. Əslində bunlar elementar nüanslardır. Gündəlik istifadə edilən nəqliyyat vasitələrində tutacaqlardan milyonlarla insan tutur. Anti-bakterial dəsmallardan istifadə edərək, təkcə mikroblardan qorunmursan, psixoloji rahatlığını da təmin edirsən. "Aura" komfort, güvən, rahatlıq və gigiyena gətirir, çünkü Aura-sadəcə kağız deyil!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Erməniləşdirilən toponimlər tarixi adlarına qovuşur
Yerə asteroid yaxınlaşır
Oğlaq və Oxatan bürcü uyğunluğu
Zövqlü xanımlar üçün
Bir-birinizi nə qədər sevirsiniz?
Azərbaycanın cənubunda evlər su altında qaldı
Belçika kralının nikahdankənar qızı nəhayət şahzadə titulunu aldı
Burak Özçivitdən Fahriyəyə sürpriz - FOTO
Yeni MacBook gəlir
Azərbaycan idman sarayı açdı
Ermənistan ordusunda növbəti biabırçılıq - FAKT
Toxluq hissi yaradan 5 ərzaq
Kənan və Sinemin BOŞANMA xəbəri yayıldı-FOTO
Darçınlı peçenye (foto resept)
Neslihan Atagülün geyimini lağa qoydu
Günün ulduz falı
"Qarabağın məşhur müəllimləri" – Lətif Kərimov
Ozan Güvən “Babil”dən ayrıldı
Müslüm Maqomayevin həyat yoldaşı xəstəxanaya yerləşdirildi
HAVA necə olacaq?-31 dekabr
Sinem Kobal və Kənan İmirzalıoğlunun valideynlik həyacanı -FOTO
Aralıq dənizindən tapılan sirli tabut
Virtual dərəbəylik-real insanların virtual səfehliyi…
FHN-in 15 illiyi yubiley medalı təsis edilib
"Onların arasında sevgi yoxdur"
Hər yolun sonu Ona çıxır
Muzeyin görünməyən tərəfi
Sayğacların yenisi ilə əvəzlənməsinin pulunu kim ödəməlidir?
Roma Papası macəra filmində çəkilir
Çində koronavirusa yoluxanların sayında yenə artım var
“O səs Türkiyə”nin yeni münsifi bəlli oldu
Buraxılış imtahanlarının vaxtı bilindi
Günəş dəhşət saçır
Ali məktəblər üçün şəhərciklər salınır
Nazirdən Vətən Müharibəsində şəhid və əlil olmuş şəxslərlə bağlı VACİB AÇIQLAMA
Səttar Bəhlulzadənin ailə üzvü rəssamın yeni portretini tapdı
Əliyevə hərbi salam verən çempiona rütbə verildi
Günün qoroskopu: yalnız öz marağınızı düşünün
112 yaşlı britaniyalı Ginnesin rekordlar kitabına düşdü -VİDEO
Ayaqqabı modelləri
Bakıda "Röya adası" gerçək olur
Rusiya BMP-ləri Azərbaycana göndərir
Bakı aeroportunun yeni terminalı: o necə olacaq? - FOTO
Google-un lobbiçiləri zəifləyəcək
Qeyri-adi saç düzümləri
Dinim sünnilik yox İslamdır
İmmuniteti gücləndirən meyvələr
Uşaqları istidən qoruyun
Əllər üçün maskalar
Tövlədə tapılan maşın 23 milyon dollara satıldı