Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Bakı şəhərinin və Abşeron yarımadasının 200-dən artıq nöqtəsində öz abunəçilərinə pulsuz Wi-Fi şəbəkəsi təqdim edir.
İstifadəyə verildiyi vaxtdan indiyə kimi şirkətin təqdim etdiyi yüksək keyfiyyətli Wi-Fi internet xidmətindən 50 000-dən artıq Bakcell abunəçisi və eləcə də Bakcell şəbəkəsini seçərək rouminq xidmətindən istifadə edən xarici qonaqlar yararlanıb.
2014-cü ildən başlayaraq Bakcell bütün abunəçiləri və rouminqdə olan xarici qonaqlar üçün Bakı şəhərinin və Abşeron yarımadasının bir çox yerlərində Wi-Fi şəbəkəsini genişləndirməkdədir. Hazırda abunəçilərimiz Milli Park, H. Əliyev adına Beynəlxalq Hava Limanı, Tibb Universiteti, Qubernator bağı, Elmlər Akademiyası parkı, Fəvvarələr meydanı, Sahil Parkı, Hüseyn Cavid parkı, Rixard Zorge parkı, Malakan bağı, Qış bağı və bir çox digər mədəni-tarixi və istirahət yerlərində quraşdırılmış nöqtələrdə Bakcell şirkətinin yüksəksürətli pulsuz Wi-Fi şəbəkəsindən istifadə edirlər. Pulsuz Wi-Fi xidməti keçən ilin yayından 189 taksi sifarişi xidmətinin nəqliyyat vasitəslərində, 10 avtobus dayanacağında və 77 saylı Bakı avtobus marşrut xəttində də mövcuddur.
“Yüksək keyfiyyətli 3G və 4G LTE xidmətləri ilə Bakcell şirkəti Azərbaycanda ən geniş və ən keyfiyyətli mobil rabitə şəbəkəsini təmin edir. Məqsədimiz odur ki, “Bakcell”in mobil internet xidmətindən hər yerdə istifadə etmək mümkün olsun. Wi-Fi xidmətinin göstərilməsinə biz təxminən 2 il əvvəl başlamışıq, hazırda Bakcell Azərbaycanda ən geniş Wi-Fi şəbəkəsini təmin edir. Bu gün mobil internet artıq sabit internet əlaqəsini üstələyir və bu tendensiya davam etməkdədir. Bakcell ən son texnologiyalardan istifadə edərək Bakıda və Abşeron yarımadasında bu günə ən yaxşı, ən sürətli və ən geniş Wi-Fi şəbəkəsi qura bilib”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.
Bu gün bazarda təklif olunan smartfon, planşet, noutbuk və digər mobil cihazların böyük əksəriyyəti Wi-Fi texnologiyasını dəstəkləyir və bu, sözügedən texnologiyanı gündəlik həyatımızda internetə çıxış üçün istifadə etdiyimiz əsas alətlərdən birinə çevirir. Wi-Fi bütün dünyada getdikcə hər yerdə mövcud olan və daha əlçatan bir vasitədir. Ev təhlükəsizlik sistemləri, əyləncə sistemi, “ağıllı” televizorlar, müşahidə və nəzarət sistemləri, daşına bilən cihazlar kimi bütün növ cihazların Əşyaların İnternetinə qoşulduğu yeni bir dövrə qədəm qoyduqca, texnologiyaların inkişafını təqib etmək üçün simsiz rabitənin əhəmiyyəti daha da artır.
Bakcell şirkətinin məqsədi öz abunəçilərinə qabaqcıl texnologiyalardan bəhrələnmək imkanı yaratmaqdır. Şirkətin pulsuz Wi-Fi şəbəkəsi abunəçilərimizə heç bir xərc çəkmədən internet resurlslarından onlayn rejimdə faydalanmaq imkanı verir. İstifadəçilərin rahatlığı üçün təhlükəsiz girişə nəzarət sistemi şifrənin gün ərzində təkrar istifadə olunmasını təmin edir.
Şəbəkə Azərbaycanın daha çox mədəni, tarixi, təhsil, əyləncə və digər yerləri əhatə edərək genişlənməkdə davam edir.
Bakcell 3G və 4G şəbəkələrinin əhatə dairəsini genişləndirərək və Wi-Fi zonalarının sayını daha da artıraraq, abunəçilərini ən mükəmməl şəbəkə təcrübəsi ilə təmin etmək üçün öz şəbəkəsinə sərmayə yatırmaqda davam edir.
XƏBƏR LENTİ
Bu qəribə yeməklərdən xəbəriniz var?
Adel pərəstişkarlarını məyus etdi
Xoşbəxtlik gətirən qidalar
BÜRCLƏR bizə nə vəd edir?-26 yanvar
Artur Rasizadə qanunu dəyişdi
Valideynlərin davranış xətaları
Mervenin sirri məlum oldu-FOTO
Göy qutabı və ətli qatlama (müəllif: AZS və emilya86)
McLaren yeni sirr açır
Yayla bağlı ilkin HAVA PROQNOZU
Bakıdan İrəvana sərt cavab
Rihannadan yeni FOTOsessiya
Paşinyan indi də Gürcüstan ərazisinə göz dikir - VİDEO
Azərbaycanda daha 29 nəfər koronavirusdan öldü: 2187 yeni yoluxma
Kreativ mebellər (2-ci hissə)
Berrak yeni ili yeni evində qarşılayacaq-FOTO
Sobada tərəvəzli toyuq (foto-resept)
Mixail Qurfinkel: "V Qəbələ Beynəlxalq Musiqi Festivalına dəvəti məmnuniyyətlə qəbul etdim"
"Time 100" Qırmızı Xalça
Ermənistanda cəbhəyə getməkdən imtina edənlərin övladları girov götürülür
Günün ulduz falı
Şeyma bikinili FOTOlar paylaşmağa davam edir
Azərbaycanda müəllimlərin əmək haqları ilə bağlı yenilik gözlənilir
Avtobusların marşrutu dəyişir
HAVA necə olacaq? 10 İyul
Gözəlik, amma yenə də kosmetika yoldaşımızdır!
Prezident İlham Əliyev Emoməli Rəhmonu yenidən Tacikistanın Prezidenti seçilməsi münasibəti ilə təbrik edib
Qazaxıstana naməlum obyekt düşdü - FOTO
COVİD-19-dan sağalanlar və donor olmaq istəyənlər hara müraciət etsin?
Yeni il gecəsi üçün don toxuyaq
Azərbaycan sərhədləri əsasən Xəzər dənizində pozulur
Üzdəki ləkələri yox edən 4 maska
"Qəbələ" "İnter"ə qarşı
Messinin ən böyük arzusu
Yenilklərə başlamaq istəyənlər üçün aforizmlər
Serialların dillər əzbəri olan sevgiləri
"Santa-Barbara"nın aktrisası vəfat etdi - FOTO
Ofisdə işləyənlər idmanla necə məşğul ola bilər?
"Azərbaycan donor ölkə statusu qazanıb"
Kerem Bursin Qalmaqal Yaşadığı Aktrisa ilə Birlikdə-FOTO
Azərbaycanda verilən rəqəmsal imzaların sayı artıb
Manat ajoitajına düşənlər, "qiyamət" hələ qabaqdadır!
Körpələrin zəkasını inkişaf etdirən vərdişlər
Mustafa Sandalı Şikayət etdilər-SƏBƏB-VİDEO
Sarımsaqlı plov (foto resept)
Yeni il üçün peçenye(foto resept)
Çağla 1 milyonluq maşını ilə diqqət çəkib -FOTO
Swatch saatları
HAVA necə olacaq?-12 APREL
Gün ərzində xoşbəxtliyi necə tapmalı?
- ŞƏRHLƏR