Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Mançester Yunayted Futbol Məktəbinəuşaq seçimi prosesinin başlanmasını elan edir.
Bakıda “Bayıl Arena” stadionunda təşkil olunacaq seçim prosesi nəticəsində yeni yaradılan U-9 qrupu və hazırda digər qruplarda mövcud olan boş yerlərə uşaqlar cəlb olunacaqlar.
2007 və 2008-ci il təvəllüdlü uşaqlar üçün seçim prosesi 22 avqust, 2004, 2005, 2006-cı il təvəllüdlü uşaqlar üçün isə 23 avqust 2015-ci il tarixində keçiriləcək.
Seçimlərdə iştirak etmək üçün, http://manutd.az/muss/ keçidindən istifadə edərək qeydiyyatdan keçmək və aşağıda göstərilən sənədlərlə yaş qrupuna uyğun olaraq qeyd olunan tarixdə “Bayıl Arena” stadionunagəlmək lazımdır:
- Şəxsiyyəti təsdiq edən sənəd
- Sağlamlıq haqqında arayış
Seçim prosesi ilə bağlı suallara cavab almaq üçün 0555119078 nömrəsinə zəng etmək və [email protected] ünvanına email yollamaq olar.
Qeyd edək ki,Mançester Yunayted Futbol Məktəbində məşqlər İngiltərədən ezam olunan məşqçi və yerli assistent tərəfindən keçirilir. Məşqlərdən əvvəl uşaqlara həftədə ən azı iki dəfə ingilis dili tədris olunur.
* * *
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 2000-dən artıq 3G stansiyası sayəsində “Bakcell”in 3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cüSür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik,www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
XƏBƏR LENTİ
Özge Ulusoydan ayrılıq xəbəri
Dekolte lenti ilə gözəlliyi azad yaşayın
Cəbrayıl-Füzuli istiqamətində şəhid olan gizirimiz
Bakını toz bürüyəcək
Letolojika
Bölgə yazarları həyəcan təbili çalırlar
Bu gün Salatın Əsgərovanın doğum günüdür
Azərbaycanda zəlzələ olub
Gəlinlər üçün ayaqqabı modelləri
8 nəvəli nənə dördəm əkizlərə hamilədir - FOTO
“Eurovision 2019”da şounu Azərbaycan bağlayacaq
iPhone sahiblərinə xoş xəbər
"Dünyanın ən gözəl ombası" yarışına o da qatıldı-FOTO
Zəriflərimizin zəif cəhəti...
850 minə yaxta aldı - FOTO
Yay/Yaz aylarının 4 ayaqqabı trendi
Xalq artisti könüllü orduya yazıldı - FOTO
Rəsmi Bakı Ermənistanın cavabını verdi
Gif avatarlar
DİM yeni növ imtahanlar keçirməyə hazırlaşır - RƏSMİ
Ginekoloqa getmək üçün 7 səbəb
Vaxtımız: xəyallar, yoxsa məqsədlər?
Alimlər duman vasitəsilə elastik displey yaradıblar
45 yaş sonrası üçün dəbli geyimlər
Demetin evini yardılar
Nazim ilə Piraye
Emin Ağalarov italyan müğənni ilə duet oxudu - VİDEO
İrəvana ikinci zərbə
Dünyanın ən kiçik “Rubik Kubu” nümayiş olunub
Ombudsman aparatından Allahverdi Bağırovun məzarının ermənilər tərəfindən sökülməsi videosuna reaksiya
Günün ulduz falı
Ən sevdiyim paltarlar və ya paltar növləri
Ətli göbələk ( foto-resept)
Kraliça sarımsaq və soğanı da qadağan etdi-FOTO
"Qanlı Ay" tutulması nə vaxtdır?
Hindli futbolçunun yaşını eşidən şoka düşür
Portağallı-limonlu tort (foto-resept)
Azərbaycanda qar yağıb
Lauranın maraqlı makiyaj nümunələri
Günəşin dəri üzərindəki təsiri
Analoq televiziya yayımının dayandırılma tarixi açıqlandı
Uşağınızı ayrılığa öyrəşdirin
Qan içən qadın
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Azərbaycan tarixindən yüz şəxsiyyət-54
Şokoladla gözəlliyə doğru
Günün qoroskopu: əlverişli tanışlıq olacaq
2000 adam işıqsız qaldı - Səbəb pişik
Hər yaşa uyğun saç modelləri
Karantin rejimi yumşaldılacaq - Baş nazirdən ŞAD XƏBƏR