“Bakcell”in “Virtual Futbol Çempionatı”nın qalibi Amerikadan qayıdıb
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti tərəfindən 2015-ci ilin fevral-aprel aylarında “Futbol Bakcell ilə” layihəsi çərçivəsində təşkil olunan “Bakcell Virtual Futbol Çempionatı”nın qalibi Hacı Mirzəməmmədov Mançester Yunayted-Barselona oyununu izləmək və Mançester Yunayted futbol klubunun oyunçuları ilə görüşmək üçün ABŞ-a səfər edib. Hacı səfər çərçivəsindəMemfis Depay, Matteo Darmian, Eşli Yanq, Maruan Fellaini, Ander Errera, David De Hea kimi ulduz oyunçularla görüşərək virtual futbol oynamaq imkanı qazanıb.
ABŞ-nın Kaliforniya ştatında keçirilən Mançester Yunayted - Barselona oyununu Bakcell şirkətinin xüsusi qonağı qismində izləyən Hacı bu səfər haqqında təəssüratlarını bölüşüb: “Bu yarış olmasaydı, mənim yəqin ki heç vaxt Mançester Yunayted ulduzları ilə ABŞ-da görüş imkanım olmayacaqdı. Bakcell şirkətinin təşkil etdiyi virtual futbol çempionatında iştirak etdiyimə və qalib gəldiyimə görə çox sevinirəm. Yaradılan bütün imkanlara görə və ömür boyu xatırlayacağım ən gözəl anlar yaşatdığına görə Bakcell şirkətinə böyük minnətdarlığımı bildirirəm”.
“Ümidvaram ki, biz çempionatın qalibi olan Hacı Mirzəməmmədovun gözləntilərini qarşıladıq və o, Amerikada tətilini səmərəli keçirdi. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Mançester Yunayted ilə birlikdə həyata keçirdiyimiz “Futbol Bakcell ilə” layihəsi çərçivəsində Azərbaycanda futbolun inkişafına bütün səviyyələrdə dəstək olmağa çalışırıq. Futbol hamı üçündür. Bu oyunu real həyatda oynamayan insanlar da oyunları izləməkdən və ya “PlayStation”da virtual şəkildə oynamaqdan böyük həzz alırlar. Bunu nəzərə alaraq təşkil etdiyimiz “Bakcell Virtual Futbol Çempionatı” sayəsində sağlam idman rəqabətinin təşviq olunması və gənclərin boş vaxtlarını daha səmərəli keçirməsi üçün əlavə imkan yaratmış olduq. Bu çempionata maraq çox böyük oldu və 7000 nəfərə yaxın məktəbli qatıldı. Onlayn oyunlar oynamağı sevənlər üçün Bakcell yüksək sürətliİnternet bağlantısını təmin edir. Virtual oyun həvəskarları üçün biz gələcəkdə də ı eksklüziv imkanlar və məhsullar təqdim etməyi planlaşdırırıq”, deyə Bakcell şirkətinin baş marketinq direktoru Mariya Toyçeva bildirib.
Qeyd edək ki, “Bakcell Virtual Futbol Çempionatı” 2015-ci ilin fevral-aprel aylarında respublikanın paytaxtında və 8 regionunda yerləşən orta məktəblərin 9, 10 və 11-ci sinif şagirdləri arasında keçirilib. 26 aprel 2015-ci il tarixində baş tutan final görüşünün qalibi Hacı Mirzəməmmədov olub.
* * *
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. 2000-dən artıq 3G stansiyası sayəsində “Bakcell”in 3G xidməti əhalinin 85%-ni, ölkə ərazisinin isə 70% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cüSür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
XƏBƏR LENTİ
Köpüklü cupcake (foto resept)
Qızıl-gümüş bazarında vəziyyət necədir? - VİDEO
Sadə gəlin buketləri
Bir-birindən gözəl manikür modelləri
Merve Özbeyin xına gecəsinə ulduzlar axın etdi-FOTO
Pensiya ilə bağlı yenilik
"Matrisa" yenidən çəkilir
"1 həftəyə 5 kq arıqla"
101 yaşlı kişi koronavirusa qalib gəldi – İtaliya möcüzəsi
Menstruasiyadan əvvəl şişkinliyi necə azaltmalı?
Üz formasına görə qaş formaları
Azərbaycanda bu il nə qədər yol çəkilib?
Aylıq telefon xərcindən necə azad olmaq olar?
Yerə böyük meteorit düşdü-ŞOK görüntülər-VİDEO
Koronavirus dövründə çimərliklərlə bağlı VACİB ADDIM
Azərbaycanda bəzi mehmanxanalara dərəcə sertifikatları verilib
Darçınlı, qozlu piroq (foto resept)
"Azərbaycanda 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiq edildi
Qayda pozuntuları mobil telefonlara göndəriləcək
"Quş qripi" qayıdır
Spenserin düşüncələri
Gecə üçün uzun ziyafət geyimləri
Kirli paltarlar neçə dəfə yuyulmalıdır?
Görüntülü zəngdə fərqli görünmək istəyirsiniz?
"Tənbəl" dolması (foto resept)
Evlənmədən öncə belə deyildin. Niyə dəyişdin?
Buraxılış, qəbul və sınaq imtahanlarının vaxtı açıqlandı
Ac qarına yol verilən 4 xəta
Bakıda "qara bazar"dan 300 min manatdan çox valyuta götürüldü
Hamilələrdə doğuş qorxusu
Hadise yenə "hadisə" yaratdı-FOTO
Ali Baş Komandan: “Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”
Bu insanlara heç vaxt yalan danışmayın!
Leyla Əliyeva "Jara-2017" musiqi festivalına fəxri qonaq qismində qatılıb
Azərbaycan parlamentinin payız sessiyasının ilk iclası başlayıb
Bu gün Azərbaycanda daha 80 nəfər koronavirusdan sağaldı
Yas mərasimlərinin keçirilməsi qadağan edildi
Dolğu etdirdi, başına bəla oldu-FOTO
Dadlı toyuq budları(foto resept)
Güzgüylə dizayn edilmiş otaqlar
Sərt karantin dövründə iki saatdan çox vaxt sərf edənlər... - RƏSMİ
Almaniya Soçi olimpiadasında liderliyini qoruyur
Oktay Kaynarca erməni siyasətini pislədi-VİDEO
Günün ulduz falı
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Krediti olanlara qoyulan məhdudiyyət aradan götürülür
Sabah güclü yağış olacaq - Xəbərdarlıq
"Bu qadının sirri nədir?" - FOTO
Zidan evlənir
Santa Klausun qatarı