Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin əməkdaşları Qafqaz Universitetinin tələbələri ilə görüş keçiriblər. Görüş zamanı tələbələrə şirkətin fəaliyyəti, tələbələr üçün nəzərdə tutulmuş “Smart Start” təcrübə proqramı, Azərbaycan dilində mobil applikasiyaların yaranmasını dəstəkləyən Applab proqramı və gənclər üçün geniş imkanlar yaradan digər f layihələr barədə ətraflı məlumat verilib, onların sualları cavablandırılıb
“Applab” layihəsinin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirməsinə və Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi mobil tətbiqetmələr yaratmalarına kömək göstərən effektiv alətlərin təmin edilməsidir. “Applab” proqramına qoşulmaq çox asandır. Bunun üçün http://www.bakcell.com/az/join-applab səhifəsinə daxil olub ərizə formasını doldurmaq yetərlidir.
Karyerasına başlamaq və ilkin iş təcrübəsi olmadığı səbəbindən işə düzəlməkdə çətinlik çəkən tələbə və məzunlar üçün nəzərdə tutulmuş “Smart Start” proqramı iş mühiti ilə tanış olmaq, praktiki təcrübəyə yiyələnmək və işə hazırlıq bacarıqlarını inkişaf etdirmək imkanı yaradır. Təcrübə müddəti 2 ay olmaqla, həftədə 5 tam iş günüdür.Təcrübəçilərin gündəlik nəqliyyat və qida tələbatlarını ödəmək üçün Bakcell təcrübəçilərə müvafiq məbləğdə təqaüd verir. Təcrübə proqramı başa çatdıqda bütün iştirakçılar qiymətlənirilir və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təltif olunurlar.
* * *
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
XƏBƏR LENTİ
Nə üçün axşam vaxtı dırnaq kəsmək yaxşı deyil?
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
Düşməndən növbəti TƏXRİBAT - Cəbhədə nə baş verir?
Ombusdman aparatı aydınlıq gətirdi: Səbinə Əliyeva hazırda... - Rəsmi açıqlama
Millimiz İndoneziyada 9-cu medalını qazandı
Hazal Kaya hamilədir-FOTO
Mərci salatı (foto resept)
Salma Hayek İlk dəfə Etiraf etdi-FOTO
Cəbhənin Xocavənd istiqamətində düşmənin mövqelərinə artilleriya zərbələri endirilir - VİDEO
FHN rəsmi məlumat yaydı
Müge Boz izləyicilərini TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Bədən quruluşuna görə geyinməyin sirri
Azam Ali – Ov
Tanınmış heykəltəraş vəfat etdi
Günel Behbudovadan gəlinlik kolleksiyası
Yadplanetlilər varmı? – Alimlərdən AÇIQLAMA
Balıq qoxusunu aradan qaldıran üsullar
Sarımsağın bilmədiyimiz faydaları
Milena Trampın 50 dollarlıq ayaqqabısı bəyənilmədi-FOTO
Günün ulduz falı
Həyatımızın ən yadda qalan geyimi
Köynək düymələri
Azərbaycanda 5 gün iş olmayacaq
Ordumuzun qələbəsi Bakıda qeyd olunur - FOTO/VİDEO
Dəbli geyim dəstləri
HAVA necə olacaq?- 20 APREL
Rusiya Ermənistandakı səfirliyinin fəaliyyətini iki həftəlik dayandırıb
Azərbaycan tələbələri üçün yeni şans
Smartfonların beyinə təsiri açıqlandı
Üzgüçülərimiz qızıl medal aldılar
Şəkər xəstəliyinin birdəfəlik çarəsi tapıldı
"Ramo" möhtəşəm ssenari ilə qayıdır
Twitter-də peyğəmbəri təhqir etdi, sonra isə...
İşsizlərin müavinəti 30-40% artırılacaq
Məşhur aktrisa hər kəsi TƏƏCCÜBLƏNDİRDİR-FOTO
Qondarma rejimi təbliğ edən “Johnson & Johnson”ın Azərbaycanda satışa çıxardığı məhsullar - SİYAHI
Kiçik evlər üçün faydalı mebellər
2012 çanta modası
Adınıza saxta profil yaradılıbsa...
İtə görə təyyarə yerə endi
Hacı Şahin şəhidlərimizdən yazdı: "Bu olay onu göstərdi ki..."
Maliyyə direktorları nəyə etibar edir?
Yay üçün köynək nümunələri
Həyatın hər dəqiqəsinin qədrini bilməliyik
Mango 2012 Günəş Eynəyi Kolleksiyası
"Ayntraxt"ın prezidenti: "Oyun Bakıda yox, Qarabağda keçirilməliydi"
700 bal toplayan qəzalı məktəbin şagirdi
Kıvanç Tatlıtuğ bal ayı FOTOlarına görə məhkəməyə getdi
Cəbhədə erməni təxribatı
Günün ulduz falı - 19.02.2014
- ŞƏRHLƏR