Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “BakuTel 2014” sərgisindəki stendində ən son mobil texnologiyaları, ən son texnologiyaya əsaslanan əyləncəni, eyni zamanda ölkədə gənclərin, futbolun və regionların inkişafına göstərdiyi dəstəyi nümayiş etdirir.
Sərgi çərçivəsində Bakcell stendinin ziyarətçilərinə LTE–A texnologiyası, Azərbaycanda ilk dəfə olaraq “virtual supermarket”, “Bakcell” brendli ALOV və İLK smartfonlarının üstünlükləri, mobil tətbiqetmələrin inkişafına yönəlmiş “Applab” guşəsi və s. təqdim olunur.
Sərgi iştirakçıları bu dəfə də “Bakcell”in tam spektrli LTE xidməti ilə 4G texnologiyasının inteqrasiyasındakı uğurları ilə tanış olacaq, eyni zamanda 4G texnologiyasını mobil cihazlarda, smartfon və planşetlərdə istifadə etmək imkanı qazanacaqlar.
Stendin ziyarətçiləri “Bakcell”in qısa müddət öncə yerli bazara təqdim etdiyi və yeni nəsil smartfon istifadəçilərinin bütün tələblərinə cavab verən ALOV və İLK smartfonlarını sınaqdan keçirəcək, onun texniki xüsusiyyətləri ilə daha yaxından tanış olacaqlar.
Şirkət öz ənənəsinə sadiq qalaraq bu il də “BakuTel” sərgisinə yenilik gətirəcək. Belə ki, “virtual supermarket” adlanan yeni texnologiya Azərbaycanda ilk dəfə olaraq Bakcell tərəfindən yalnız bu sərginin iştirakçıları üçün nümayiş olunacaq. Ziyarətçilər elektron lövhədə göstərilən və “Bakcell”in Ulduzum sadiqlik proqramının partnyorları tərəfindən təqdim olunan müxtəlif malları SMS və ya QR kod göndərməklə böyük endirimlərlə əldə edə biləcəklər.
Bakcell şirkətinin gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan “Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi “AppLab” adlı innovativ mobil developer layihəsi də burada təqdim olunacaq. “AppLab” ideyaların, mobil tətbiqetmələrin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir.
Sərgidə şirkətin, Azərbaycanda İKT-nin ve idmanın inkişafına göstərdiyi dəstəyə həsr olunmuş xüsusi guşə olacaq.
Burada dünyanın ən böyük klublarından olan “Mançester Yunayted” futbol klubu və Azərbaycan Futbol Federasiyaları Assosiyasiyası (AFFA) ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda futbolun bütün səviyyələrdə inkişafını dəstəkləyən layihələr barədə şəkillər vasitəsilə məlumat veriləcək, eyni zamanda gənclərin və texnologiyaların inkişafına xidmət edən layihələrdən danışılacaq.
Bakcell şirkəti öz fəaliyyətində regionların inkişafına ayrıca diqqət yetirir və Azərbaycan futbolun inkişafına xidmət edən bir çox layihələr həyata keçirir.
Azərbaycanda müasir mobil texnologiyaların inkişafını və tətbiqini dəstəkləyən Bakcell, günün nəbzini tutaraq müasir mobil proqram təminatlarının inkişafında yaxından iştirak edir, gənc və istedadlı developerlərə öz dəstəyini verir. Bu məqsədlə Bakcell “Mobile Monday”, “Hackathon”, “Startup Azərbaycan” və “Startup Weekend” kimi layihələrə dəstək göstərib. Bu gün isə bu layihələrin məntiqi davamı olaraq Şirkət “AppLab” layihəsini həyata keçirir.
İlk gündən “BakuTel” sərgisinin iştirakçısı olan Bakcell bu sərginin Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına təsirini yüksək qiymətləndirir.
Bakcell əmindir ki, bu sərgi şirkətlərə öz bizneslərini inkişaf etdirmək və yeni bazarları kəşf etmək üçün xüsusi imkanlar yaradacaq. “BakuTel” sərgisi telekommunikasiya sektoru üçün olduqca əhəmiyyətli bir tədbir olmaqla, indiki və gələcək müştərilərlə birbaşa ünsiyyət qurmaq üçün misilsiz imkanlar yaradır.
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir.
Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
XƏBƏR LENTİ
Ən bahalı güllər (FOTO)
Əsəb xəstəliyi testi
Qadın.netin "xarici" xanımları (III hissə)
Onlara Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI
Ribeyro Lənkərana gəlir
Qan analizinin daha bir sirri
WhatsApp ətri satılır
Çox yemək yedikdə bədəndə baş verən dəyişiklər
Beren Saat xəyanət xəbərlərindən sonra İLK DƏFƏ-FOTO
Analar mükəmməl olmayın!
Menstruasiya ağrıları
Kağızdan fil düzəldən - FOTO
Azərbaycan Prezidentinin əfv sərəncamının icrası başa çatıb
Noyabr ayının qalibləri!
Çörəyin içərisindən sümük çıxdı - VİDEO
Uşaqlarda korluq yaradan səbəblər
"Neft Daşları"nda yeni quyu qazılır
Hər yerə geyə biləcəyiniz 5 qiyafət
Azərbaycanda səfərbərlik gözlənilir? - RƏSMİ AÇIQLAMA
Türkiyədə yeni qadağa
Xərçəngə qalib gəlməyin ən effektiv yolu
Teflon örtüyü olan qablarda təhlükə
27 aprelin hava proqnozu
Bakıda yeni marşrut xətti açılır - 40 avtobus işləyəcək
Əlinizdən qoymayacağınız 15 maraqlı kitab
Xaçmazda zəlzələ baş verib
Niyə itirdik laylaları?
Yeni il axşamı üçün kombin tövsiyələri
Həyatının son anlarında tibb işçilərinin onu necə incitdiyini çəkdi
Kəlbəcərin Daşbulaq kəndinin görüntüləri - VİDEO
Qeyri-sabit hava neçə gün çəkəcək?
Heydər Əliyevin rəsmi olan qızıl iPhone-lar
Artıq çəki yuxusuzluğa səbəb olur
Ebru Şallı SİRRİNİ açdı
İrem Derici hər kəsi təəccübləndirdi
Ər öz arvadını yaxın qohumlarının evinə getməyə qoymursa...
Pekinin ən böyük bazarında koronavirus tapıldı: Risk yüksəkdir
JLo bu dəfə də TƏƏCCÜBLƏNDİRDİ
İstirahətsiz işləyənlərin nəzərinə: siz dəli ola bilərsiniz
Kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə
Müvəffəqiyyətli olmaq üçün 15 həqiqət
Bakının mərkəzində yol kənarı sökülür
SMS vasitəsilə bankomat "sınır"
Vyetnamdakı delikates təamı
Göz formanıza görə makiyaj üslubu
Bu gün Ümumdünya Qan Donoru Günüdür
Şah plov (foto resept)
İlham Əliyevdən maraqlı müqayisə
Donald və Melani Tramp Yeni il partisi verdi-FOTO
ÜST koronavirusla bağlı son rəqəmləri açıqladı
- ŞƏRHLƏR