Bankçılıq bir çoxlarının arzuladığı peşələrdən biridir. Məktəb və tələbəlik illərində böyük ofislərdə səliqəli görünüşləri ilə diqqətimizi çəkən bank işçilərinə hər zaman heyranlıqla baxmışıq. Hətta digər peşə sahibləri də nədənsə bir bankçıya dünyanın ən rahat işini görən şəxs kimi yanaşıb. Lakin daim gülərüzlü, səliqəli görkəmi və nəzakətli danışıq tərzi ilə səciyyələndirilən “ən rahat iş sahibləri”-nin kifayət qədər çətinlikləri var.
Əvvəla hər bir bank işçisi bir risk daşıyıcısıdır. Daim rəqabət və təzyiq altında çalışır. O, sərt hesabatlılığa və daimi nəzarətə əsaslanan bir sistemin tərkib hissəsi olmaq kimi məsuliyyətli bir işin sahibidir. Şəxsi problemlərini işdə biruzə verməməli, çalışdığı bankın daxili və xarici müştəriləri ilə münasibətləri qoruyub inkişaf etdirməklə çalışdığı bankın etik prinsiplərinə zidd getməməlidir. Əslində bir çoxlarının həsəd apardığı bu insanlar rutin işlər, daimi hesabatlılıq və iş yükündən bir çox hallarda sosial həyatlarına lazımi qədər vaxt ayıra bilmirlər. Bu mənada bankların həyata keçirdiyi bəzi layihələr işçilərin sosial aktivliyinin artmasına böyük töhvədir. Belə layihələrdən birinə də “Yapı Kredi Bank Azərbaycan” QSC imza atıb. Belə ki, mehriban iş mühitinin yaradılması, monoton və gərgin iş həyatına əlvan çalarlar qatmaq üçün bank daxilində futbol çempionatı keçirilir. Məqsəd bank işçilərinin asudə vaxtının səmərəli təşkili, işçilər arasında dostluq əlaqələrinin formalaşdırılması və birliyin möhkəmləndirilməsinə çalışmaqdır. Əslində sadaladıqlarımızın hamısını bir arada həyata keçirmək üçün futbol yarışlarının təşkili ən uğurlu seçimlərdən birdir. Sevindirici hal isə nə az nə çox düz 130 nəfərdən çox iştirakçının bu layihəyə dəstək verməsidir. Azarkeşləri də nəzərə alsaq, bütün bank heyəti bu layihənin bir tərkib hissəsi oldu. İlk baxışdan düşünülə bilər ki bu layihə gender bərabərliyini pozur və yalnız oğlanları özündə ehtiva edən bir layihədir. Lakin layihəyə xanım həmkarlarımızın böyük rəğbəti və marağı gözlədiyimizdən də artıq oldu və onların bu dəstəyi futbol yarışımıza əlavə həyacan qatdı. Təbii ki, bir bank olaraq layihənin uğurlu alınması üçün yarana biləcək riskləri öncədən müəyyənləşdirdik və lazımi tədbirlər gördük. Bunlardan ən əsası isə “fair play” – ədalətli oyun - qaydalarına əməl edilməsi ilə bağlı oldu. Bank rəhbərliyi çempionat başlamadan öncə bu məsələnin vacibliyini yarış iştirakçılarının nəzərinə çatdırdı. Futbolun emosiyalarla dolu bir idman yarışı olduğunu nəzərə alsaq, hisslərin cilovlanmaması ucbatından həmkarlar arasında münasibətlər zədələnə bilərdi. Yarışmanın daha ədalətli təşkili və oyunların obyektiv idarə olunması üçün AFFA ilə müəyyən razılığ əldə olunaraq çempionata professional hakimlər cəlb olunub.
Turnirin təşkilatçılıq və reqlament məsələləri də ən yüksək səviyyədə həllini tapıb. Hər bir komandanın fikirləri dinlənilərək optimal qərarlar qəbul olunub. Hazırda yarışma üçün şəhərimizdə mövcud stadionlardan ən yaxşılarından biri seçilib. Komandalar üçün isə müxtəlif nominasiyalar üzrə mükafatlar müəyyənləşdirilib. Bunun üçün kubok, medal və diplomlar alınıb. Turnirə bank işçiləri arasında böyük marağın olduğunu nəzərə alıb hər oyun üçün bank çalışanlarından fotoqraflar müəyyənləşdirilib. Fotoqraflar hər oyundan sonra bankımızın sosial şəbəkələrdə yarışmanın həyəcanlı anlarının şəkillərini paylaşırlar.
İnanırıq ki, bu turnirin sonunda da qarşıya qoyulan məqsədlərə nail olaraq, bu uğurlu layihənin həyata keçməsinin sevincini yaşayacağıq. Turnirin qalibi isə dostluq və “Yapı Kredi Bank” dəyərləri olacaq.
XƏBƏR LENTİ
Həyatımın bir anından dosta məktub
Dost deyə-deyə...
Ən qeyri-adi geyimlər
Qızlarla oğlanların fərqli xüsusiyyətləri
Təbii tonik və losyonlar
Qış mövsümünün ən faydalı şirələri
Orta aylıq əməkhaqqı artıb - MƏBLƏĞ
İlham Əliyevdən mesaj
Almanın qabıqları şəfa mənbəyidir
Tibbi maskalar, yoxsa qoruyucu ekranlı müdafiə vasitələri? Alimlərin açıqlamaları təəccübləndirdi
Qolf üçün də "ağıllı" eynək olacaq
19 yaşlı gəncin istedadı
Günün ulduz falı
İnsan neçə dəfə sevir?
Benilüksdə səyahət etməli yerlər
Bu tərəvəzlər immuniteti gücləndirir
Qozlu sadə peçenye (foto resept)
Bakıdan İrəvana çox sərt cavab
Bakının bu rayonlarında ev tikmək məqsədəuyğun sayılmır
Google istifadəçiləri izləyir
Qonaq otağı mebelləri
Pamela Anderson yeni şəkilləri ilə diqqət çəkdi-FOTO
15 yaşında məcburən ərə verildi, indi isə...-FOTO
İşimizi sevməyin yolları (1-ci hissə)
Ukraynanın birinci xanımından maraqlı AÇIQLAMA
Pələnglərlə bağlı həyəcan təbili çalındı
Pareidoliya
Harri və Megan kraliçanın əmrinə etiraz etdilər-SƏBƏB
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
Azərbaycanlı milyonçu Amerika korporasiyasını aldı
Tramp “Black lives matter” hərəkatının üzvlərini səfeh adlandırdı
Yerkökülü peçenye (foto resept)
"Qalatasaray"da nə baş verir?
Uşaq bağçalarındakı vəziyyətə niyə diqqət yetirilmir?
İşıq saçan şəlalə - FOTO
Övladlarınıza hər soyadı qoya bilməzsiz
Günün qoroskopu: gözləntiləriniz özünü doğrultmayacaq
Hava haqqında
Artıq çəkidən necə xilas olmaq olar?
Körpə ağlamağında gizlənən fayda
Brilliant ilə bəzədilmiş telefonlar
2 yaşlı uşaq anasını xilas etdi
Manat nə vaxt ucuzlaşacaq?
Can Yaman hər kəsi təəccübləndirdi-FOTO
Ramazan ayının 28-ci gününün duası
"Peşə təhsili haqqında" qanun qəbul oluna bilər
100 ildən sonra ilk dəfə NƏHƏNG tısbağa tapıldı-FOTO
Tibbə məlum olan ən uzun dişi çəkilib - VİDEO
Gürcü valyutası da çökdü
Qadınların heç sevmədiyi hədiyyələr
- ŞƏRHLƏR