Bakıda hava
USD AZN
EUR AZN
09:08Xəyalə Murad Çox güman ki, azca sulu qar yağacaq 09:06aysel hesenli yasamala gel Sima 09:01Sima hundure cixag bizde))) 08:55Xəyalə Murad Sabahınız xeyirli,gününüz uğurlu olsun,Əziz Qadin.Netlilər! 08:52aysel hesenli Hara hündürdü ora yagcaq 08:51aysel hesenli yalansa dogru olsun )))) 08:43Sima sabahiz xeyir deyirler qar yagacag))
41339

Yardıma çağırış! "Oğlumuzun 3 yaşı var..."

Yardıma çağırış. “Oğlumuzun 3 yaşı var. Tam sağalmağına şansı olduqca azdır, lakin var...” 

 Bizim redaksiyaya qorxunc diaqnozlu balaca oğlanın atası Araz Yunusov müraciət edib. Musanın 3 yaşı var, həkimlər ona “kəskin linfoblast T-hüceyrələri leykozu” diqanozu qoyublar.

- Həkimlər, kəskin linfoblast T-hüceyrələri leykozun müalicəsinin çətin olduğunu deyirlər. Tam sağalma üçün yalnız 5% ehtimal var. Bizə transplantasiya lazım olacaq ... – körpənin atası bizə dedi. - İndi ilk protokola başlamışıq, bu 40 gün davam edəcək. Hal-hazırda yalnız 13 gün müalicə keçib.

Hər şey körpəmizin limfaları şişməsi ilə başladı və biz müayiənə üçün həkimə getdik, diaqnozu eşidəndə ilk əvvəl inanmadıq. Bunun sadəcə soyuqlama olduğunu düşündük. Türkiyə, Ankaraya getməyi getməyə qərar verdik, Analizin nəticələrinə görə, həkimlər qoyulmuş diaqnozu təsdiqlədirlər. Maddi problemlər səbəbindən geri qayıtmağa və burada müalicəni davam etdirməyə məcbur olduq. Əvvəlcə bir həftə hematologiyada, daha sonra isə talassemiyada keçirdik. Oğlumuz kimya-terapiya seansları keçir, həkimlər kimya-terapiyanın xəstəliyə təsirini izləmək üçün ayın 31-i sümük iliyi punksiyasını götürəcəklər. Residivin aşkarlanması zamanı, Musanın müalicəsini Türkiyədə və ya Belarusiyada davam etdirməli olacağıq.

Bizim ailəmiz böyükdür, Musadan başqa, iki qızımız var. Bütün ailəni saxlamq olduqca çətindir. Mən özüm sürücü işləyirəm.

Oğlumuzun 3 yaşı var. Tam sağalmağına şansı olduqca azdır, lakin şans var. Hal-hazırda uşaq ödənişli şərtlər əsasında talessemiyada müalicə keçir. Türkiyədə əməliyyat  inanılmaz dərəcədə bahadır. Mən məlumat almaqla bağlı Belarusiyada bir sayta müraciət etmişəm. Orada residivsiz müalicə olduğu halda 30 000 dollar, lakin residiv olarsa, 65 000 dollar (110468.74 AZN) qeyd olunub. Əgər transplantasiya zəruri olacaqsa, məbləğ 75 000 dollardan 90 000 dollara kimi artacaq. Bizə körpəmizin həyatını xilas etmək üçün maliyyə dəstəyinə, maddi köməyə ehtiyacımız var.

Aşağıda tibbi sənədlərin və bank rekvizitlərinin skrinlərini dərc edirik.

Yardım edən hər kəsə Tanrı yar olsun!

Əlaqə məlumatları:

+994 70 348 95 99 (Araz Yunusov, Musanın atası)

Səslərin sayı: 0
1
472
Şərhlər
Offline
Surayye
Alla özü kömək olsun
15 yanvar 2020 15:17
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!