Artıq 3-cü müsabiqə başlayır!
Əvvəlki müsabiqələrdən fərqli olaraq bu müsabiqəmiz nə körpələrimizlə,nə də kulinariya ilə bağlıdır.
Bu dəfə "Ən gözəl geyim obrazı"nın sahibəsi müsabiqənin QALİBİ olacaq.
Şübhə etmirik ki, bizim istifadəçi xanımlarımız çox gözəl zövqə və stilə malikdirlər. Sizlərin düşündüyünüz və yaratdığınız maraqlı və ən əsası cazibədar geyim obrazlarını müsabiqəyə daxil edəcəyik. Geyim obrazlarınızın maraqlı alınması üçün fantaziyanızı işə salın. Elə edin ki, sizin geyim kompazisiyanız daha yaddaqalan və bəyənilən olsun.
"Ən gözəl geyim obrazı" MÜSABİQƏSİNİN ŞƏRTLƏRİ:
1. Müsabiqəyə qatılan hər bir istifadəçi əvvəlcə istənilən tərzdə (gece geyimi, idman stili, gündəlik geyim və s.) geyim obrazının fotosunu hazırlayır. (Geyim iştirakçının üstündə olarsa, daha effektli alınar.)
2. Geyim obrazı ele seçilməlidir ki, orada bir neçə aksesuar da nümayiş etdirilmiş olsun. (Ayaqqabı, çanta, şərf, əlcək, eynək, bəzək əşyaları və s.)
3. Fotolar keyfiyyətli və normal ölçüdə olmalıdır. Çox kiçik və keyfiyyətsiz fotolar qəbul edilmir!
4. Fotolarda iştirakçıların üzlərinin görünməsi şərt deyildir, fotolar başdan aşağı formada çəkilərək təqdim oluna bilər. Burada əsas məqsəd geyim obrazının çatdırılmasıdır.
5. Geyim obrazlarının fotolarının müəlliflərinin kimliyi müsabiqə sonuna qədər gizli qalmalıdır. Əks halda müəllif müsabiqədən kənarlaşdırılır!
6. Müsabiqədə bütün qeydiyyatlı istifadəçilər iştirak edə bilərlər!
7. Müsabiqədə iştirak edən hər bir istifadəçinin hesabına əlavə olaraq 50 bonus xalı yazılır.
8. MÜSABİQƏ qalibinə mükafat:
İlk 3 yerin sahibi:
1-ci yer: 300 bonus xal, 3000 manat "virtual pul"
2-ci yer: 200 bonus xal, 2000 manat "virtual pul"
3-cü yer: 100 bonus xal, 1000 manat "virtual pul"
İştirak üçün hazırlanmış fotoları [email protected] elektron poçt ünvanına göndərin!
Səsvermənin ŞƏRTLƏRİ:
1. Səsvermədə iştirak edəcək istifadəçinin qeydiyyat tarixi minimum 1 ayı ötmüş olmalıdır!
2. Səsvermədə iştirak edəcək istifadəçinin şərh sayı minimum 50 olmalıdır!
3. Hər bir istifadəçi yalnız 1 dəfə səsvermə hüququna sahibdir! Özü-özünə səs verən istifadəçilərin səsləri etibarsızdır!
4. "Kimin kim" olduğunu bildirmək qəti qadağandır! Cəza olaraq 3 günlük ban tətbiq olunur!
5. Qeyd olunan səsvermə şərtlərini dəyişmə hüququnu Administrasiya özündə saxlayır!
Səsvermə zamanı yalnız konkret olaraq seçimi qeyd etmək lazımdır! Bu müddətdə müzakirələr aparmaq, lazımsız, aidiyyatı olmayan şərhlər, insanları mübahisəyə sövq edən fikirlər yazmaq qəti qadağandır!
SƏSVERMƏnin SON TARİXİ: 30.11.2010-cu il, saat 23:59:59
Hər bir iştirakçıya uğurlar arzulayırıq!
01.12.2010 - 00:01 - Səsvermə bitdi! Yaxın saatlarda müsabiqənin yekunları elan ediləcək...
01.12.2010-cu il, 01:40 - Nəticələr
Səsvermə zamanı ümumilikdə 58 səs qeydə alındı! Göndərilmiş 58 səsdən 47 səsin etibarlı 11 səsin isə etibarsız olduğu aşkarlandı. Ən çox etibarsız səs sayının qeyde alınma səbəbi, qeydiyyat ve şərhlərlə bağlı səsvermə qaydalarının pozulması idi!
Səs toplamayan, yarışmadan gəldiyi kimi tər-təmiz gedən istifadəçi 1-ci rəsmin sahibi oldu.
Qeyd edildiyi kimi bütün iştirakçılara müsabiqədə iştirak etdikləri üçün 50 bonus xalı hədiyyə edildi!
Sonda ilk 3 pilənin sahiblərini və ümumilikdə bütün istifadəçilərin göstəricilərini Sizlərə təqdim edirik:
3-cü yer - 8 səs sayı ilə 13-cü şəkil (Narmisha)
2-ci yer - 10 səs sayı ilə 7-ci şəkil (Tormento)
1-ci yer - 12 səs sayı ilə 14-cü şəkil (Revane)
Ümumilikdə bütün göstəricilər:
1-ci şəkil - 0 etibarlıı, 0 etibarsız səs
2-ci şəkil - 0 etibarlıı, 1 etibarsız səs
3-cü şəkil - 2 etibarlıı, 0 etibarsız səs
4-cü şəkil - 0 etibarlıı, 1 etibarsız səs
5-ci şəkil - 1 etibarlı, 1 etibarsız səs
6-cı şəkil - 1 etibarlı, 0 etibarsız səs
7-ci şəkil - 10 etibarlı, 2 etibarsız səs
8-ci şəkil - 1 etibarlı, 1 etibarsız səs
9-cu şəkil - 1 etibarlıı, 0 etibarsız səs
10-cu şəkil - 2 etibarlıı, 2 etibarsız səs
11-ci şəkil - 7 etibarlı, 0 etibarsız səs
12-ci şəkil - 2 etibarlı, 1 etibarsız səs
13-cü şəkil - 8 etibarlı, 0 etibarsız səs
14-cü şəkil - 12 etibarlı, 2 etibarsız səs
Administrasiya adından qalib, Rəvanə xanımı təbrik edir, bu cür fərqli, zövqlü və ən əsası orjinal geyim stili ilə hər zaman "ən gözəl obraz"lardan olmasını arzulayırıq!
XƏBƏR LENTİ
Ukraynada müxalifət inzibati binanı ələ keçirdi
Ən çox yağ yandıran idman növləri
Azərbaycanda ilk dəfə: tələbələrə əlavə pul veriləcək
Nişan üzükləri
Ukrayna Rusiya ilə sərhədi tamamilə bağlayacaq
Siqaretlə bağlı bu iddia da puç oldu
Günün qoroskopu: çıxış yolu tapa bilərsiniz
Ahıllar Günü Şəkidə qeyd olunub
Hakerlərə qarşı xüsusi idarə yaradıldı
Xalq artisti könüllü orduya yazıldı - FOTO
Nazirdən çimərliklərlə bağlı MÜHÜM AÇIQLAMA
Qızdırmalı xəstələrə qulluq
Bakı-Pirşağı elektrik qatarının işə düşmə vaxtı məlum oldu - QİYMƏT - CƏDVƏL
Məşhur cütlük yenə susdu-FOTO
İnternet problemi nə vaxt həll olunacaq?
FİFA ilin komandasını seçir
Evdə pendir hazırlanması qaydası (foto resept)
Poçt bağlamasından İnsan Beyni Tapıldı-FOTO
Siqaret çəkənlər kor ola bilərlər!
Mətin Şəntürk
"ASAN xidmət"də yenilik
Berkay tənqid olundu - FOTO
Müasir dizaynlı vanna otaqları
10-dan artıq rayonda rəqəmsal TV siqnalının keyfiyyəti yaxşılaşdırılacaq
Apple yenə suçlanır
Labirint (2)
Con Frenç Sloanın rəsmləri
Dünya ulduzu 18,5 milyon dollara villa alır - FOTO
Murat Boz Aslı ilə duet oxuyacaq!
Britni Spirs AÇIQLAMA verdi-FOTO
Gül vida görüşü etdi
Sabah Bakının bu bölgələrində qaz olmayacaq
Meqan Markl yenə Kral ailəsinin neçə illik qaydasını pozdu-FOTO
Ər öz arvadının namaz qılmağına mane ola bilərmi?
Server istehsalı artır
ATƏT Serbiyanın dövlət başçısının da açılışa qatılacağını açıqlayıb
Demet Akalın Ərdoğana məktub yazacaq-SƏBƏB
Soyuducular
"iPhone 6"-da qüsur aşkarlandı
Rusiya üçün bədbin proqnoz
Hava haqqında
Qəbizliyi necə aradan qaldırmalı?
Ən populyar proqramlaşdırma dili hansıdır?
Daş-qaşlı ziyafət çantaları
"Ayna" cizgi filmi
COVID-19 statistikası: Ən çox ölüm bu yaş aralığındadır
Xaşxaşlı biskvit (foto resept)
Bakıdakı toz-dumanın əsl səbəbi açıqlandı
Anna Sedokovanın Moskva biznesi iflas etdi-FOTO
Düyü suyunun dəriyə faydaları
- ŞƏRHLƏR