Oxucunu sevindirən ən gözəl şeylərdən biri də yeni yazıçı kəşf etməkdir. Oxumaqdan doymadığı, zövqlə mütaliə etdiyi yeni nəfəs, yeni qələm... Aytül Akal kimi, məsələn.
Bugünlərdə Akalın “Səmadakı şarlar” hekayələr toplusunu oxudum. 9 hekayədən ibarət kitabı Sevər Ərdəmir tərcümə edib.
“Yazıram. Çünki, yazmaq mənim ən böyük xoşbəxtliyim, ən şiddətli arzumdur. Mən böyüyəndə məşhur bir yazıçı ya da məşhur bir şair olacağam”.
Akal hələ 15 yaşındaykən gündəliyinə bunları yazmışdı. Ürəyi lap kiçik yaşlardan yazıb-yaratmaq eşqi ilə çırpınırdı. Uşaq olmaqdan heç vaxt vazkeçməyən müəllif bu sayədə nə az, nə çox düz 126 kitab yazır. Uşaqların rəngarəng dünyasını özünəməxsus boyalarla təsvir edən yazıçı onların ürəklərinə toxunmaqdan zövq alır.
Hekayələrini, nağıllarını və şeirlərini dərsliklərdə də görmək mümkündür. Aytül Akalıın hekayələri, nağılları alman, ispan, fars, bolqar, ərəb, ingilis dillərinə tərcümə edilib. Yazıçı həm də Türkiyədə “Uçan balık” Nəşriyyatının qurucularındadır.
Hiperaktivliyin kralı və kraliçası...
Hekayədə qızlarına məşğuliyyət tapmağa çalışan ata-anadan bəhs olunur. Voleybol, basketbol, üzgüçülük, uzunluğa tullanma, balet, piano, atçılıq, şahmat və sair. Balaca qız sırayla bunların hamısında özünü sınayır. Lakin heç birində uğur əldə bilmir.
“Görəsən, mənim xüsusi gizli qabiliyyətim varmı? Həmin qabiliyyətimi kəşf edə bilsəm, mükafatlar qazanıb dünya şöhrətli şəxsiyyət kimi atamla anamı sevindirə bilərəmmi?”
Əksər valideynlər övladlarının istəyini nəzərə almadan onları müxtəlif idman növlərilə məğul olmağa məcbur edir, gerçəkləşdirə bilmədikləri xəyallarını uşaqları üzərində həyata keçirməyə çalışırlar. Valideyn uşaq arasındakı bu mübarizə kiçik yaşlarda o qədər də böyük çətinlik törətmir. Lakin uşaqların həyati seçimlər etdiyi gənc yaşlarda bu qarşıdurmanın öhdəsindən gəlmək çətin olur. Uşaqlıqdan seçim haqqı verilməyən gənclər gələcək barəsində düzgün qərar verməyi bacarmırlar.
Bağdakı sirr...
Yazıçı səmimi dillə kiçik oxucularına, valideynlərə gözəl dərs verir.
“Onlar da belə deyirlər də... Deyirlər ki, oxumağı öyrənəndən sonra artıq mənə kitab oxumayacaqlar. Özüm oxuyaram, deyirlər. Göz yaşları yanağından süzülməyə başladı. Balaca ürəyindən nələr keçirmiş...”
Yaxşı yaxşısı...
Əksər hallarda valideyn-uşaq münasibətlərində çətinlik yaşayanlar iki qrupa bölünürlər. Uşağına həddən artıq laqeyd davranan valideynlər, uşağına həddən artıq diqqət göstərən valideynlər. Bu hekayədə 2-ci qrupa aid olan valideynlərdən bəhs olunur. Qızına hər şeydə irad tutan, etdiyi hər hərəkəti sorğulayan ana etdiyi heç nədən razı qalmadığını hər fürsətdə bildirir. Hər mövzuda ekspert kimi öz doğrularını qəbul elətdirməyə çalışan ana qızına bu qədər nəzarət etməkdə düz edirmi? Hekayə o qədər çılpaq dillə qələmə alınıb ki, özünüzü evinizdə ananızla mübahisə edirmiş kimi hiss edəcəksiniz.
Bu kloun kimdir?
Daha bir kədərli kloun hekayəsi...
Balaca qəhrəmanımızın ad gününə gələn kloun məclis boyunca onu, dostlarını əyləndirsə də, günün sonunda kədərləndirir. Qısa, amma təsirli olan bu hekayədən çıxarılacaq nəticənin balaca oxucuları təəccübləndirəcəyinə əminəm.
Yeni il böhranı...
Yeni il gecəsi saat 12-də uşağınızdan nə etmək istədiyini soruşmusunuzmu? Kompüter oynamaq, yoxsa, musiqi dinləmək? Bəlkə, telefonla danışmaq? Ya da dondurma, qoz-fındıqlı şokolad yemək? Nə edəcəyinə qərar verə bilməyən qız kiçik bacısının yeni il arzusu qarşında donub qalır. Görəsən bu arzunu yerinə yetirə biləcəkmi?
“Uçan yataq, danışan ağac, sehrli boşqab, əriməyən şəkər, qurtarmayan şokolad, ulduzlar, Ay baba... Mütləq səfeh bir şey istəyəcəkdi...”
Həyatın içindən, doğma, səmimi,bəzəksiz-düzəksiz gündəlik məişət mövzularının anladıldığı, sadə hekayələrin toplandığı “Səmadakı şarlar” kiçik oxucularını düşündürən, düzgün yol göstərən, tərbiyələndirən, maraqlı əhvalatlarla əyləndirən, bəzən də kədərli nüanslarla sarsıdan kitabdır.
Aygün ƏLƏKBƏROVA
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Kim deyir, gecələr yatmaq üçündür?
Kleopatranın gözəllik reseptləri
Kəsmikli- göyərtili börək (foto-resept)
Öskürəyə qarşı müalicələr
Pul ilə aranız necədir? (test)
XİN rəhbərindən hərbi əməliyyatların bərpası məsələsi ilə bağlı AÇIQLAMA
"Ustad" dərgisinin 16-cı sayı işıq üzü gördü!
Sevgilisinin ardınca velosipedlə düşdü: 10 min km-FOTO
Ramil ermənilərə od qoyub
Azərbaycanda yük avtomobilləri ilə bağlı yeni qayda
Su pulu QALXDI
"Dünyanın ən çirkin" qızı necə dəyişdi
Mətbəx əşyaları (2)
Ermənilər kəndlərimizi yandırıcı güllələrlə gülləbaran etdi
DİN-dən Yeni il bayramı ilə bağlı XƏBƏRDARLIQ
Azərbaycan dili - XVII Dərs
Sabahdan benzin rəsmən bahalaşmasa da, qiyməti artır
Uçan fantastik kitablar
Beyons yenidən hamilədir!?
Builki Novruz təqvimi bir də 2035-ci ildə təkrarlanacaq
Azərbaycanda bütün məzarlıqlar eyni olacaq - QANUN LAYİHƏSİ
Makedoniya prezidenti gəlir
Badımcan ləvəngisi(foto-resept)
Nazirlik: Növbəti dəfə 190 manatın verilməsinə başlanıldı
Qəribə vərdişli 15 Hollivud ulduzu
Ölkələr üzrə "Yeni il" dekorasiyaları
Zakir Həsənov ön cəbhədə zabitləri topladı, göstərişlər verdi
Ramazan ayının 23-cü gününün imsak və iftar vaxtları
Dəniz məhsulları qorxulu xəstəliklər törədir
Bu gecə ilk Qədr gecəsidir
Bu da yeni Nissan Juke
Günün qoroskopu: Pozitiv gündür!
65 saat sonra dağıntılar altından çıxarılan Elifin anası ilə görüşü - VİDEO
Körpələr Niyə Həmişə Gülümsəyər?
Dünyanın 27 ölkəsindən 315 şirkət Bakıya toplaşır
Ağlasığmaz gerçəklər
Günün ulduz falı
Gələn il Azərbaycanın əmək bazarında vəziyyət necə olacaq?
Azərbaycanda pasportlarla bağlı vahid qanun formalaşır
Sürücüsüz avtobuslar sınaqdan keçirildi
Windows üçün ilk dəfə
Türkiyədə heyvanlara pasport veriləcək
Düyülü hind toyuğu
İlham Əliyevlə eyni fikirdəyik
Xınalıq yaxınlığındakı 2783 metr yüksəkliyə 2783 şəhidimizə həsr olunan xatirə lövhəsi quraşdırılıb
Kriştianu Ronaldu möcüzə edə bilmədi
Koronavirusla bağlı son STATİSTİKA
Pekində Qız qalasının bənzəri tikiləcək
Moskvada Avropanın ən böyük məscidi açıldı
Tələbələrin sığınacaq problemi nə vaxt bitəcək?
- ŞƏRHLƏR