Bakıda hava
USD AZN
EUR AZN
08:45Xəyalə Murad Yeni iş və dərs günü hər birinizi salamlayırıq! 08:45Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41413

Rus yazıçılarının soyadları

Lev Tolstoy

Rus yazıçılarının soyadları

Bu soyadda vurğu ən qədim rus soyadlarında olduğu kimi son hecaya düşür. 1383-cü ildə İndros adlı litvalı Rusiyaya köçür. Onun nəticəsi Andrey 15-ci əsrdə Moskva knyazı Vasilinin ordusunda xidmətə başlayır. Knyaz bədən quruluşuna uyğun olaraq ona «Tolstoy» deməyə başlayır və bu, nəslin soyadına çevrilir. Böyük Pyotr, sədaqətinə görə, bu nəslin nümayəndəsi Pyotr Tolstoya qraf titulu verir.

 

Anton Çexov

Rus yazıçılarının soyadları

Bu nəslin adının çex xalqı ilə heç bir əlaqəsi yoxdur. Qədimdə Rusiyada Çox, Çex (bəzən «чех» yazılıb «чёх» kimi tələffüz edilirdi) adları geniş yayılmışdı. Pravoslavlıqdan əvvəlki, yəni kilsədə verilməyən adlardan olub. Çox — «чихание» (asqırmaq) sözündəndir. Tez-tez soyuq dəyən, yaxud nəyəsə allergiyası olan və buna görə asqıran uşağa belə bir ad verilə bilərdi. Rusiyada Çoxov, Çexonin kimi eyni kökdən gələn soyadlar da var.

 

Denis Fonvizin

Rus yazıçılarının soyadları

18-ci əsrdə yaşamış böyük rus dramaturqu Denis Fonvizin də ruslaşmış Pribaltika almanlarının nəslindəndir: vonWiesen-lərdən. 17-ci əsrin əvvəlində artıq ruslaşmış nəslin soyadı sənədlərdə Fonvizin yazılırdı.

 

Fyodor Dostoyevski

Rus yazıçılarının soyadları

Bu nəslin şəcərəsi Danila İvanoviç Rtişşevdən başlanır. Rtişşevlərin adı cənub-qərbi Rusiyanın 16-cı əsrə aid sənədlərində tez-tez çəkilir. Onlara o dövrdə pravoslav Rusiyasının katolik Avropanın təsiri dairəsinə düşməsi qarşısında sipər olan millətçi və dindar nəsillərdən biri kimi böyük ehtiram göstərilirdi. Pinsk knyazı Fyodor İvanıç bu xidmətlərinə görə Dostoyeva kəndinin bir hissəsini Rtişşevlərə bağışlamışdı. Beləcə, kəndin yeni sahiblərini Dostoyevskilər adlandırmağa başladılar. Kəndin adında vurğu ikinci hecaya düşdüyü üçün Dostoyevski soyadı da ilkin dövrlərdə buna uyğun səslənirdi.Aleksandr Puşkin

Şəcərənin tarixi Rusiyaya köçmüş Radşa adlı almandan başlanır. O, Rusiyaya knyaz Aleksandr Nevski dövründə köçüb. Musinlər, Bobrışevlər, Buturlinlər, Şerefinovlar və bir sıra başqa məşhur nəsillərin də şəcərəsi başlanğıcını Radşadan alıb. «Puşkin» soyadı isə Radşinin nəslindən olan və 16-cı əsrdə yaşamış Qriqori Aleksandroviç Puşkadan gəlir. Ona niyə «Puşka» deyildiyi bilinmir. Güman edilir ki, ya topçu olub, ya da töp tökən usta. 16-cı əsrdən sonrakı sənədlərdə Puşkin soyadlı mülkədar və boyarların adlarına rast gəlinir.

 

Mixail Lermontov

Rus yazıçılarının soyadları

Rusiyanın ən məşhur nəsillərindən olan Lermontovlar öz soyadını şotland əsilli Corc Ler-montdan götürüb. 17-ci əsrin əvvələrində o, muzdlu döyüşçü kimi polyak ordusunda xidmət edirdi. Ruslara əsir düşəndən sonra Rusiyada qalır və ailə qurur...İvan Turgenev

Şəcərə Qızıl Ordadan olan tatar Turgendən başlanır. «Turgen» monqol dilində «cəld, sürətli, tez özündən çıxan» deməkdir.Nikolay

 

Karamzin

Rus yazıçılarının soyadları

Böyük rus tarixçisi və yazıçısı Nikolay Karamzinin də nəsli türk kökənlidir. Soyad tatar Kara Murzanın adındandır. «Karamurzin» sonradan «Karamzin»ə çevrilib.

 

Vüsal Baxşıyev

 

Səslərin sayı: 1
2
1002
Şərhlər
Online
Xəyalə Murad
Böyük Pyotr, sədaqətinə görə, bu nəslin nümayəndəsi Pyotr Tolstoya qraf titulu verir.
28 iyul 2018 15:42
imza: Bu daş əvvəldən belə DAŞ deyildi...Yumşaq torpaq idi...Yağış amansızca yağıb onu palçığa döndərdi...Külək deyinə-deyinə əsdi, üst-başını qurutdu...Günəş də quru olduğunu görüb onu yandırmağa cəhd etdi və yandırdı...Bu prosses illərlə təkrarlandı, təkrarlandı...O yumşaq torpaq bu üçlüyün zülümlərindən qurtulmaq üçün çarəsiz qalıb DAŞLAŞMAĞA qərar verdi. Və DAŞA döndü. İndi ona nə yağış, nə külək, nə də günəş təsir edə bilir...
PS. Gəlin bir-birimizi DAŞLAŞDIRMAYAQ!
Offline
Iceberg
Maraqlı məlumatlardır, bilmirdim
28 iyul 2018 14:39
imza: shafaabdulla.blogspot.com
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış