Məlum olduğu kimi, bugünlərdə Ceylan Mumoğlunun "Aydınlanma səyahəti" kitabı işıq üzü görüb. Kitabdakı ön sözü oxucularımıza təqdim edirik.
Kitablar həmişə hansısa gözləntini qarşılamalıdır. Hələ bu, elmi ədəbiyyat və ya müxtəlif elmlərdən tərtib olunmuş məqsədli xronikadırsa, onda oxucu təfəkküründən ən azı bir addım öndə olmalıdır. Əsasən, publisistikanın XXI əsr araşdırmaçılıq ənənəsi indi ədəbiyyata da sirayət etməkdədir. Bu gün dünyada müxtəlif mövzulu araşdırma kitablarının milyonlarca oxucusu var. Bədii ədəbiyyat həvəskarı olmayanların bu tip kitablara bəslədiyi maraq anlaşılandır. Əgər məqsəd şəxsiyyətin formalaşmasına yönəlibsə, bura müxtəlif istisnaları yerləşdirmək olar. Əsas odur ki, mövzunun oxucu üzərindəki təsir gücü aktual olsun.
Ortada bir mətn varsa, mütləq oxucusuna yetişməlidir. Bu, reseptdənkənar istənilən hissin də qatılaraq bişirildiyi dadlı yeməyin süfrəyə gətirilməsi və onun eyni qayğı və ağız dadıyla yeyilməsinə bənzəyir. Hər kəs yaxşı bişirə bilmədiyi kimi, hər kəs də yaxşı yeyə bilmir. Bu tərsmütənasibliyə heç kəs zəmanət verə bilməz, çünki diqqətlə baxsaq, ortada yalnız aşpaz, yemək və yeyən yox, daha onlarca predmet və münasibət var. Bütün bunların ideal zəncirvari quruluşu bir gizli və təməl prinsipə - zövqə xidmət etməlidir. Bəli, bu prosesin qalibi məhz ən böyük zövqü alandır.
Nədənsə mənə elə gəlir ki, hər oxucu mətnə həmişə daxil ola, daha doğrusu, doğmalaşa bilmir. Bunun bütün mümkün səbəbi heç də mətnə və ya ümumilikdə ədəbiyyata fayda gətirmir. Lakin prosesdə daha bir iştirakçı var ki, mətnin düzgün “yoğrulmasına” aldığı zövqün də dadını qatmağa cavabdehdir: bu redaktordur. O, təkcə oxucu deyil, eyni zamanda, nəyi necə oxuyacağını təyin etməyə haqq sahibidir.
Redaktorun “ən yaxşı oxucu” olmasının məsuliyyəti yalnız texniki savadıyla məhdudlaşmır, ondan daha bir bacarıq tələb olunur – mətnin ruhuna kifayət qədər yaxın düşmək. Mənim düşüncəmə görə, “ən yaxşı redaktor” mətnin ruhu ilə görüşə bilən insandır.
Oxuyacağınız bu kitabın redaktə mərhələsində heç dəxli olmayan şəraitdə “Mörfi qanunları” ilə mücadilə edirdim. Həyati təcrübəmdən bilirəm ki, nə vaxt bu qanunların burulğanına düşürəmsə, deməli, qarşıda mükafatlanacağım böyük zövq məni gözləyir. Nə qədər qəribə olsa da, bu nəticəni heç nə dəyişə bilmir, bunun təyini riski elə “Mörfi qanunları”nın mistik həllindən çox da fərqlənmir.
Gözləntimin riyazi ekvivalentini təklif etməli olsam, bu “2x2” yox, daha çox “1x1” kimi alınar; vahidlərlə oynayıb vahid nəticəyə yetişmək. Ona görə də redaktə prosesindəki hallarım sizə ənənəvi görünməyə bilər. Bəzən fikirlər burulğanı arasında tamaşaçıya çevrilib bir-birini izləyən hissi, riyazi, fəlsəfi və psixoloji çəkişmələri qarşılamalı olurdum. Bəzən fəlsəfə bölməsinin tarixi qəhrəmanları məni onlarla ilk görüşlərimə, əsasən, tələbəlik dövrümün xatirələrinə aparırdı. Bəzən mürəkkəb cümlələr arasında sabit dayanmış bir sadə cümlə qarşısında dəqiqələrcə durub düşünürdüm. Sanki, həmin mürəkkəb cümlələr öz ağır yüklərini o sadə cümlədən qabaqkı boşluq işarəsində yerə qoyub estafeti sadə həqiqətə verirdilər. “Hər şeyə yenidən başlamaq mümkündür”.
Tom Tikverin “Qaç, Lola, “qaç” filmində təklif edilən finalları incələyərək yeni başlanğıclarda hadisənin bütün predmetlərinə ayrı cür yanaşmaq ideyası təkcə mimesis problemi deyil, həm də həyati təcrübələrə əsaslanır. Həyatımızda təkrarlanan oxşar hadisələr bizi ötən fabulalara baxmağa sövq edir. Onları nə qədər diqqətlə izləsək, arxamızca bir o qədər az yanlışlıqlar buraxarıq. Qeyd etdiyim cümlənin ən iddialı və mübahisəli cəhəti sonuncu kəlməsindədir; mümkündür. Həqiqətən də bu, həmişə mümkün olurmu? Hər şeyə yenidən başlaya bilməyin mümkünlük riskini nə təyin edir? Və ya bütün finallar öz başlanğıcına tabedirmi?
Baxın, bunlar məlum cümlə qarşısında beynimdən axıb keçən yüzlərcə fikirlər panoramasından tilovuma düşənlər idi. Buna daha sadə və ya əksinə, daha mürəkkəb yanaşa bilərdim, lakin sizcə, görünən dağa bələdçi lazımdırmı?
Ən effektiv motivasiya insana doğma gələn, dünyagörüşünə uyğun olub təsir edən fikirlərdir. Heç bir yazıçının missiyasının “motivasiya anbarı” olduğunu hesab etmirəm. Mənim gözləntim fikirlərdəndir; o, ya beynim və həyatım üçün inqilabi olmalıdır, ya da heç nə. Dünənki inqilabımın bugünkü təsiri sabaha keçməyə bilər, amma əminəm ki, sabah məni yeni inqilab gözləyir. Bu əmniyyətim, həm də o fikirlərlə görüşəcəyimə vəsilədir və bu, hamı üçün keçərlidir. “Ümid” adlandırdığımız da elə bundan ibarətdir.
Mətnin ruhunun, hətta, durğu işarələrində görünməsi metafizik anlayışdır. Bəs bunu hiss edən hansı fizikanın ətrafındadır? Burda mən sadə söz birləşməsiylə kifayətlənərdim: zövqün fizikası. Yalnız mətndəki bütün hərf və durğu işarələrini sökdüyümüz zaman zövqün fizikasını tərtib etməyə nail olarıq, lap mandala kimi. Ümidvaram, yanılmamışam və bu kitabdan aldığım zövqü məlum prosesə itirdiyim zamana dəyişmərəm.
Bu kitab barəsində heç bir proqnozum yoxdur, gümanım bunadır ki, bu mətn öz-özünü doğurmaq gücündədir. Lakin zəruri bir qeydim var: bu kitab kimin üçünsə Trumanın şousunda onlarca saxtalıq arasındakı bir həqiqi həyat təsiri yarada bilər. Odur ki, “Sabahınız xeyir, gecəniz xeyrə qalsın!”.
Xoş mütaliələr!
Səbuhi Şahmursoy
XƏBƏR LENTİ
Bakı 2015 Avropa Oyunları bilet satışı üzrə qeydiyyat səhifəsini açıq elan edir
Azərbaycana qar yağacaq
Ermənilərin torpaqlarımıza sonradan gəlmə olduğunu sübut edən daha bir FOTOFAKT
Reper 250 minlik dişlərini göstərdi-FOTO
İşsizlərə ŞAD XƏBƏR
Dadlı peçenyelər (foto resept)
Həkimlər xəbərdarlıq edir: nəm salfet alarkən ehtiyatlı olun!
Pərvanə Bayramqızının "Yaza bilməyən yazıçı" kitabı nəşr olundu
Nyu-Yorkdakı Azadlıq heykəli bağlandı
Hadisə narazılığını dilə gətirdi-FOTo
Kremli rulet (foto resept)
Londondan Serjə Qarabağ şilləsi
Ərdoğan Türkmənistanda hamını heyrətləndirdi
Akvarium masaları
Sonu çətin başa düşülən filmlər
Günün ulduz falı
Sentyabr ayının qalibləri!
Dünyanın müxtəlif ölkələrindəki məktəblilər
Xavi "Barsa"dan gedə bilər
Almanlara qalib gəldik
Ürək formalı çələng düzəldək
Bürclərin mənfi xüsusiyyətləri (1)
Yay havası gəlir
İyul ayının qalibləri!
Qadınlar hansı yaşda xoşbəxt olurlar
Sizi "tox" saxlayacaq 7 qida
İran kosmosa insan göndərəcək
Azərbaycanda depressiya artır
Rəsul Çunayev: "İnanmasaydım, burada olmazdım"
Müdafiə Nazirliyi cəbhədə baş verənlərlə bağlı məlumat yayıb
Göz qələmində bilmədiyimiz təhlükələr
Azərbaycan tarixindən yüz şəxsiyyət-40
Şeron Stoundan yeni FOTOsessiya
Gəncədə böyük izdiham yaşanır
Həkimlər xəbərdarlıq edir
Keyt Moss və qızı diqqət çəkdi-FOTO
Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflər hazırlanacaq
Dünyada ən böyük ekstremal əyləncə parkı açılır
Dəvələrin gözəllik müsabiqəsi keçirildi - FOTO
Omnio şirkəti wow-klaviaturaları istehlakçıların ixtiyarına verdi
Lopez Ledi Qaqanı ağlatdı - FOTO
Murat Boz hələ evlənmək istəmir - FOTO
Corc Sorosdan böhran xəbərdarlığı
Gözəllik tövsiyələri
Sabahın HAVAsı
İstirahətə tələsin
Yağışdan da elektrik alınacaq
Lamborghini
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun II turu başlayıb
Neftimiz bahalaşdı
- ŞƏRHLƏR