Qar oxucusundan səbr tələb edən kitabdır. Bəzən yorucu təsir bağışlasa da, bu yorğunluq darıxdırıcı yox, düşündürücü yorğunluq oldu mənim üçün. Yazıçının dilinə alışmaq zaman aldı amma romanın sehrinə düşmək uzun çəkmədi. Kitab qarmaqarışıq siyasi hadisələr fonunda irəlilədiyi üçün sabit bir süjet xəttinə malik deyildir. Dünyadan tədric olan Kars anlaşılmaz siyasi hadisələri, dayanmadan yağan qarı, buz bağlayan yolları ilə ümidsiz bir görkəmə bürünür oxucunun gözündə. Şəhərin küçələri, dalanları, binaları xırdalıqlarına qədər təsvir edilir. Əsər boyunca davam edən qar yağışı qəribə bir hüznlə yanaşı, eyni zamanda qeyri-adi bir rahatlıq və huzur bəxş edir sanki.
Ka(Kerim Akakuş-şair) Almaniyadakı yalnızlığından və monoton həyatından xilas olmaq üçün Türkiyəyə qayıdır. Karsda baş verən intihar(hicab qadağasına görə) hadisələrini araşdırmaq və qəzetdə haqqında yazı yazmaq üçün yola çıxsa da, əsl istəyi tələbəlik illərindən bəri sevdiyi Ipeyi tapıb, onunla evlənib Frankurta geri dönməkdir. Lakin burda baş verənlər, seçki qabağı yaşananlar Kanın bu sevgini yaşamağına heç cür imkan vermir.
Siyasət, din, tanrı, hicab qadağası, laiklik, demokratiya və.s mövzulara toxunan Pamuk bütün bu hadisələrin ortasına bir vaxtlar siyasi etiqadına görə ölkəni tərk edib, Almaniyaya getməyə məcbur olmuş Kayı qoyur. Ka sanki bu hadislərin hər birinə bu və ya digər şəkildə təsir göstərmək üçün xüsüsilə göndərilmiş təsiri bağışlayır. Yazıçı romanın bəzi yerlərində əvvəlki və sonrakı zamanlara gedib-gəldiyi üçün bu hissə qapıldığım çox oldu. Cərəyan edən bəzi hadisələr ya obrazlardan birinə, ya Kaya, ya da elə yazıçının özünə ayan olmuş kimi qələmə verilirdi. Hamının bir-birini, dindarların atesitləri, teroristlərin demokratları və nəhayət dövlətin hər kəsi dinlədiyi bu şəhərdəki siyasi oyunlar, fırıldaqlar, saxta xəbərlər, yalançı şeyxlər bəzən iyrəndirici dərəcədə dözülməz idi. Azad düşüncəyə sahib olduqları ilə öyünən hər obraz istər dindar, istər terorist, istər demokrat öz sərbəst fikrinin yox, mənsub olduğu birliyin, qurumun siyasi və dini görüşünün boyunduruğu altında şüursuzca hadislərin iştirakçısına çevrilə bilirdi. Ipək, bacısı Kadife, atası Turgut bey, Lacivert, Necip, Fazıl, Sunay və başqa obrazlar romanda fərqli siyasi və dini etiqadları təmsil edir. Diqqət etdiyim və bəyəndiyim nüanslardan biri də hər obrazın psixoloji cəhətdən dəqiqliklə işlənməsidir. Hər biri azad düşüncəyə sahibdir. Eyni ailəyə, eyni çevrəyə mənsub olsalar da, eyni süfrə arxasında əyləşib öz fikirlərini rahatlıqla ifadə və müdafiə edə bilirlər. Ən əsası bir-birinə zidd idealogiyalara inansalar da qarşılarındakı insanın fikirlərinə hörmət etməyi bacarırlar.
Romanda ən çox təsirləndiyim şey Kanın qar haqqındakı düşüncələri oldu. Uzun zamandan bəri ilk dəfə şeir yazmağa başlayan Kaya qarın yağması Allahı düşündürürdü. Onun Allah haqqındakı fikirləri, görüşləri fikrimcə kitabın ən önəmli hissələrindən biridir.
-Istanbulda, Nişantaşında sosyetik bir çevrede büyüdüm. Avrupalılar gibi olmak istiyordum. Kadınları çarşafın içine sokup, yüzlerini örttüren bir Allah ile Avrupalı olmaya aynı anda inanmayacağımı anladığım için dinden uzak geçti hayatım. Avrupaya gidince sakallı, irticai, taşralı tiplerin anlattığından bambaşka bir Allah olabileceğini hissettim.
-Avrupada başka bir Allah mı var? dedi Şeyh şakacı bir havayla, Kanın sırtını okşayarak.
-Huzuruna çıkmam için ayakkabılarımı çıkarmam, birilerinin elini öpüp dizlerimin üstüne çökmem gerekmeyen bir Allah istiyorum ben. Benim yalnızlığımı anlayacak bir Allah .
Süjet xətti hörümçək toruna bənzəyən hadislərin qarışıqlığından baş çıxarmaq oxucunun öhdəsinə buraxılır. Bax bu yerdə oxucudan əvvəldə bəhs etdiyim səbr tələb olunur. Bəzən təsadüflər, bəzən biri-biri ilə heç əlaqəsi olmayan şeylər əsərin əsl mahiyyətini anlamaqda çətinlik törədir. Kitabda anlıtılan, təbliğ edilən, müdafiə edilən bəzi düşüncələrə haqq versəm də, bir çoxuna etiraz etdim. Kitab boyunca davam edən hadisələrin bir bir nəticəsini gözlədim amma sonda anladım ki, yazıçının anlatmaq istədiyi elə bu qarmaqarışıqlığın özüdür.
Qar Pamukla ilk tanışlığım oldu. Bu kitabdan yeni çox şey öyrəndim. Onu da yəqin etdim ki, nə Qar hər kəsin bəyənəcəyi bir romandır, nə də Pamuk hər oxucunun sevimli yazıçısı ola bilər. Yazıçı bu kitaba görə çoxları tərəfindən sərt şəkildə tənqid edilb. Amma məncə onun burdakı əsas məqsədi "Dünyanın sonu" adlandırdığı Karsın və Kars əhalisinin yaşadığı çətinlikləri, şəhərdəki işsizliyi, dini məcburiyyətlərə, hicaba görə insanların əks qütblərə bölündüyünü göstərmək, qadınların həyatının bir yaylıqdan daha önəmsiz olduğuna inananların cahiliiyini vurğulamaqdır. Pamuk bir çox təzyiqlərə məruz qalıb və bu hal hələ də davam etməkdədir. Mən isə düşünürəm ki, belə bir əsər yazan bir yazıçı vətənini də, millətini də ən qatı vətənpərvərdən daha çox sevir. Çünki Kar kimi bir roman yazmaq hər yazıçının cəsarət edə biləcəyi bir şey deyil.
Aygün Ələkbərova
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Köpüklü cupcake (foto resept)
Qızıl-gümüş bazarında vəziyyət necədir? - VİDEO
Sadə gəlin buketləri
Bir-birindən gözəl manikür modelləri
Merve Özbeyin xına gecəsinə ulduzlar axın etdi-FOTO
Pensiya ilə bağlı yenilik
"Matrisa" yenidən çəkilir
"1 həftəyə 5 kq arıqla"
101 yaşlı kişi koronavirusa qalib gəldi – İtaliya möcüzəsi
Menstruasiyadan əvvəl şişkinliyi necə azaltmalı?
Üz formasına görə qaş formaları
Azərbaycanda bu il nə qədər yol çəkilib?
Aylıq telefon xərcindən necə azad olmaq olar?
Yerə böyük meteorit düşdü-ŞOK görüntülər-VİDEO
Koronavirus dövründə çimərliklərlə bağlı VACİB ADDIM
Azərbaycanda bəzi mehmanxanalara dərəcə sertifikatları verilib
Darçınlı, qozlu piroq (foto resept)
"Azərbaycanda 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı" təsdiq edildi
Qayda pozuntuları mobil telefonlara göndəriləcək
"Quş qripi" qayıdır
Spenserin düşüncələri
Gecə üçün uzun ziyafət geyimləri
Kirli paltarlar neçə dəfə yuyulmalıdır?
Görüntülü zəngdə fərqli görünmək istəyirsiniz?
"Tənbəl" dolması (foto resept)
Evlənmədən öncə belə deyildin. Niyə dəyişdin?
Buraxılış, qəbul və sınaq imtahanlarının vaxtı açıqlandı
Ac qarına yol verilən 4 xəta
Bakıda "qara bazar"dan 300 min manatdan çox valyuta götürüldü
Hamilələrdə doğuş qorxusu
Hadise yenə "hadisə" yaratdı-FOTO
Ali Baş Komandan: “Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”
Bu insanlara heç vaxt yalan danışmayın!
Leyla Əliyeva "Jara-2017" musiqi festivalına fəxri qonaq qismində qatılıb
Azərbaycan parlamentinin payız sessiyasının ilk iclası başlayıb
Bu gün Azərbaycanda daha 80 nəfər koronavirusdan sağaldı
Yas mərasimlərinin keçirilməsi qadağan edildi
Dolğu etdirdi, başına bəla oldu-FOTO
Dadlı toyuq budları(foto resept)
Güzgüylə dizayn edilmiş otaqlar
Sərt karantin dövründə iki saatdan çox vaxt sərf edənlər... - RƏSMİ
Almaniya Soçi olimpiadasında liderliyini qoruyur
Oktay Kaynarca erməni siyasətini pislədi-VİDEO
Günün ulduz falı
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Krediti olanlara qoyulan məhdudiyyət aradan götürülür
Sabah güclü yağış olacaq - Xəbərdarlıq
"Bu qadının sirri nədir?" - FOTO
Zidan evlənir
Santa Klausun qatarı
- ŞƏRHLƏR