Daha bir kitab…
Finalı ilə oxucuya gözlənilməz təsir bağışlayan, sarsıdan, ağladan, bütün fikirlərinizi darmadağın edən daha bir kitab…
Axıcı və sadə dili, süjet xətti güclü, asan anlaşılan ilk səhifədən doğmalaşa biləcəyiniz bir kitab...
Demək olar ki, bir çoxumuzun tanıdığı, bildiyi bir şəhər.
Istanbul və onun qədim tarixi.
Yüz illər ərzində şəhərin şahid olduğu müharibələr, qətliamlar, yüksəlişlər, şəhərin paytaxt olduğu imperiyalar, imperatorlar ,sultanlar…
Bütün bunları yenidən xatırlamağımızı, istəyən, şəhərin tarixinə diqqət çəkmək istəyən kəslər.
Ustalıqla planlaşdırdıqları cinayətlərlə tarixi abidələrə işarə etməyə çalışan qatillər...
Hər halda bütün bu sadalanları bir romanda toplamaq və oxucunu bezdirmədən olanları ona təqdim etmək usta yazıçılıq tələb edən işdir. Istanbul hatırası qüsursuzca hazırlanmış bir yemək kimi bütün təamlardan payını almış, zəngin dolu-dolu bir kitabdır. Oxucunu bəzən həyəcanda saxlayan, bəzən qorxudan, bəzən sarsıdan yazıçı eyni anda öyrətməyi və məlumatlandırmağı da, unutmur. Siz qatillərin kim olduğu ilə fikrinizi məşğul edərkən bir anda özünüzü Roma imperatorluğu zamanında, yunanların bu şəhərdə yaşadığı dövrlərdə, ya da Osmanlı sultanlarının saray çəkişmələrinin içində tapa bilərsiniz. Tarixi abidələr, kilsələr, məscidlər, mədrəsələr, hamamlar, binalar, türbələr bir sözlə şəhərin bütün memarlıq nümunələri haqqında zəngin biliklərlə doludur kitab. Keçmiş adları ilə Byzantion eləcə də Konstantinopulun, Istanbulun sərhədləri, ictimai- siyasi mövqeyi, şəhər əhalisinin həyatı, pul vahidləri haqqında geniş məlumatlar əldə edəcəksiniz. Sikkələrin üzərində təsvir olunanlar törədilən hər bir cinayətlə əlaqələndirilərək mükəmməl şəklidə qurulmuş bir labirintin parçası olaraq sizi qarşılayacaq. Istəməsəniz belə, tarixi sevməyən oxucu olsanız da yuxarıda sadaladığım hər bir tarixi dövrlə maraqlanacaq, balaca bir ipucu tapmaq üçün acgözlüklə hər şeyi bir anda öyrənmək istəyəcəksiniz.
Kitabın uğuru ilk öncə güclü bir hekayəyə sahib olması ilə bağlıdır. Ən əsası isə oxucu bu hekayənin inandırıcılığı sayəsində bir an belə kitabdan ayrılmaq istəmir. Demək olar ki, romanın hər sətrinə hakim olan hüznü və kədərli final ilə möhtəşəm bir şəkildə bağlayan yazıçı aşılmağa çalışdığı fikri bizə elə bir anda təqdim edir ki, cinayətlərin arxasındakı qara pərdənin aydınlaşdığı ana saxladığımız o kinimiz, o qəzəbimiz, o nifrətimiz yalın fəqət dəhşətli bir gerçəyin kölgəsində əriyib gedir sanki. Yerində sadəcə göz yaşlarımız və böyük bir təəsüf qalır. Romanın başqa bir xüsusiliyi də ondadır ki, yazıçı adət etdiyimiz xeyir və şər qüvvələrinin çarpışması xətti ilə aparmır romanı. Ilk başda bunun tam olaraq fərqinə vara bilməyəcəksiniz bəlkə də. Amma sonda yazıçının əslində göstərməyə çalışdığı həqiqətin yaxşılığın içindəki "pislik" və bu pisliyin səbəbləri olduğunu görəcəksiniz. Bütün qurbanların rüşvətxorluğa, korrupsiyaya alət olduqlarını, hansısa bir yolla qanunsuz işlərlə məşğul olduqlarını göstərməklə itirdikləri insanlığı sorğulamağımıza kömək edir.
Pul üçün ,şöhrət üçün, güc və qüdrət üçün heçə saydığımız mənəvi dəyərləri bizə xatırladır. Hər öldürülən qurbanın hekayəsi öz-özlüyündə bir ibrət dərsi olaraq çıxır qarşımıza.
"Iki maktulün de ortak yanı paranın onları değiştirmiş olmasıydı"
Nədənsə kitabı oxuyarkən mənə elə gəlirdi ki, sanki roman iki ayrı hissədən ibarətdir. Bir yanda uşaqlıqdan dost olan üç adam...
Onların arasındakı güclü, bir az da hüznlə qarışıq bir dostluq...
Və bir də yazıçının heyratamiz anlatımıyla Evgenina..
Onlardan bəhs edilən səhifələrdə bir azcıq da olsa dinlənirdim. Şair Yektanın o gözəl şeirləri, Nevzatın uşaqlıq xatirələri, hər şeyi maraqla amma eyni zamanda təmkinlə öyrənməyə can atan Evgenina, hətta həmişə səssizcə oturan, çox az danışan Demir belə bir rahatlıq bəxş edirdi sanki. Cinayətlərdən ayrılıb o dostların söhbətinə qonaq olanda zehnim bir az aydınlanırdı. Ancaq heç ağlıma gəlməzdi ki, kitabın arxa üzünə yazılan bu sətirlər məhz romanın kilidli qıfılının açarı imiş.
İstanbul’a bakıyorduk denizden. Bizim İstanbul’umuza, çalınmış hayallerin şehrine… Talan edilen anıların başkentine… Yağmalanmış mutlulukların payitahtına… Kırılmış insanların kalesine… Kaderlerin kraliçesine… Zorbalığın ele geçirdiği güzelliğe… Sinsiliğin bayrak diktiği zafere… Açgözlülüğün işgal ettiği berekete… Kendi kanımızı sunmaktan başka çaremiz kalmayan şehrimize; sokağımıza, bahçemize, evimize, mezarımıza… İstanbul’a bakıyorduk denizden: Nevzat, Demir bir de ben. Sisler içindeydi İstanbul…
Ilk cinayətdən bəti axtardığım o mənfi obrazları heç vat tapa bilməyəcəkmişəm. Sətir aralarında bəhs edilən, qırıq-qırıq anladılan onlarca hekayədən biri imiş kimi görünən bir hekayə varmış ki, öyrəndiyim an bütün düşüncələrimi darmadağın edəcək qüdrətə sahib imiş.
"Ve yine biliyordum ki, katiller her zaman kötü insanların arasından çıkmazdı"
Biz qatillərin iki qrupdan biri olacağını gözləyərkən yazıçı bir anda bütün təxminləri alt-üst edərək çox daha faciəvi bir gerçəklə üzbəüz qoyur bizi. Kitabı oxuyan hər kəs əminəm ki,baş qəhrəman Nevzatın qatili öyrəndiyi andakı qərarsızlığına mütləq ki, qapılmışdır.
Bu kitabdan sonra bir daha anladım ki, heç bir şey həqiqətən də göründüyü kimi olmur. Həyata gülümsəməyi unutmuş hər çöhrənin mütləq ki, hüzünlü bir hekayəsi vardır.
"Onları hayatımıza bir anlam kazandırmak için öldürdük… Yaşamımızın bir nedeni olsun diye. Bütün bu yaptıklarımız, ellerimizden kayıp giden bir hayatımıza bir anlam katmak içindi"
Istanbul hatırası da hər nə qədər özündə birdən çox hekayəni, yüz illərin tarixini, imperatorluqlara, sultanlıqlara ev sahibliyi etmiş şəhəri, o şəhərin memarlığını, qüdrətini, ehtişamını və qədimliyini özündə barındıran bir roman imiş kimi görünsə də, əslində çox kədərli bir hekayənin ən sadə anlatımıdır. Bu kitab əminəm ki, çox oxucunun ürəyinə toxuna biləcək bir kitabdır. Dedektivləri sevməyənlər belə bu kitabdan sonra bu janra heyran qalacaq. Uzun müddətdir oxuma planımda olsa da, həmişə bir şəkildə təxirə salırdım. Əgər əlinizdə bu kitab varsa vaxt itirmədən oxuyun. Ahmet Ümit gözündən Istanbulu və onun qoynunda yatan hekayələri dinləmək sizə anlatılmaz bir zövq bəxş edəcək....
Aygün Ələkbərova
XƏBƏR LENTİ
Suçiçəyi xəstəliyi
Dərman kimi meyvə suları
Məşhur aktrisa imicini dəyişdi-FOTO
Şeyxin qaçan xanımı üzə çıxdı-FOTO
Bakıdan qorxan ermənilər
ADNA qurbanları
Ayılar 100 ildən sonra Çernobıla qayıtdılar
2 əsrlik saatı divardan oğurladılar
“Ermənistanla sərhədlər açılmayacaq”
Körpələrdə burun tutulması
Vətəni Azərbaycandır, amma Çindən gətirilir
222 kiloqramdan 96-a düşən qızı heç kim tanımadı - FOTO
Kayli Cennerdən 2 yaşlı qızına inanılmaz HƏDİYYƏ-VİDEO/FOTO
Məşhur model tənqid hədəfi oldu-FOTO
"WhatsApp" da barmaq izinə keçir
Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümüdür
Erməniləri çox qorxudan səfər
List kababı (foto-resept)
İman edən alimlər-2
İşias ağrılarını azaldaq
Hər zövqə uyğun çanta modelləri
Əli Əsədov Vətən müharibəsi ilə bağlı sərəncamlar verdi
Arıqlamaq üçün pəhriz
Sakinləri sərxoş quşlar barədə xəbərdar etdilər
Azərbaycanda çörəyi ilə seçilən kənd - VİDEO
Oruc tutanlar imsaqda çay içməsinlər
Şəhər işıqlarının quşlara mənfi təsiri var imiş
Gəlin və bəyin heyvan sevgisi
Sabaha olan teledərslərin proqramı açıqlandı - FOTO
“İstanbullu gəlin”in yeni mövsümünün ilk fraqmanı-VİDEO
Unutmağın acısı
Dünyanın ilk antibakterial smartfonu hazırlandı
Monika Belluçinin bu FOTOsu diqqət çəkdi
Hamının sevimlisi
Ordumuza belə qiymət verdi
Bu günün hava proqnozu
Xoşbəxt bir həyat yaşamağın 30 yolu
Pensiyasını orduya dəstək üçün verən ahıl kişi: Azərbaycanı duyğulandıran görüntü - VİDEO
Dior Payız-Qış 2020 kolleksiyası Paris moda həftəsində
Sağlamlığımızı 100 yaşa kimi necə qoruyub saxlamaq olar?
"Bizim Tarla" Nar Şirəsi məhsulu
Hamiləlik zamanı əsəbiləşmək
Tarkan Rusiyada konsert verəcək-800 min dollarlıq qanorar
Defne Samyelin qızı da aktrisalığa başladı
“Əl-Cəzirə” kanalında ermənilərin Ağdamdakı vəhşiliklərindən danışılıb - VİDEO
Kirayənişini məhkəməyə verdi, özü borclu çıxdı
"Tısbağa" tortu və "Zebra" piroqu
Azərbaycanda koronavirus vaksinasiyasınadək maska taxacağıq? - VİDEO
Koronavirusdan can verən adamı son sözləri hər kəsi təəccübləndirdi
İranda gözəl olmaq da bir dərddir: işdən qovurlar
- ŞƏRHLƏR