İrqçilik-bəşər tarixinin təəssüf hissi ilə xatırlamalı olduğu dövrlərdəndir. İnsanlığını itirməmiş hər bir kəs bu sözü dilinə gətirərkən belə xəcalət çəkməlidir. Vicdan daşıyan hər insan bu mövzuya son dərəcə həssas yanaşmalıdır.
Şəkildən də gördüyünüz kimi bu gün sizə Harriyet Biçer Stounun “Tom dayının daxması” kitabından bəhs edəcəyəm. Bu kitabı oxumağa ikinci cəhdimdir. İlk cəhdimdə tövsiyyələrinə etibar etdiyim dostum Fariz kitabı bir müddət sonraya saxlamağımı məsləhət etdi. Onun bu təkidini kitabı oxuduğum vaxt daha yaxşı anladım.
“Canlı insan satın alırıq, at kimi açıb dişlərinə baxır, əzələlərini yoxlayırıq, yeridib yerişinə göz qoyuruq, sonra da zənciləri bəsləyib çoxaldan, onları hərrac bazarına çıxararaq möhtəkirlik edən qul alverçilərinə pul veririk. Bununla da bütün mədəni dünyaya əyani şəkildə göstəririk ki, insan nəslinin bir hissəsi bəşəriyyətin digər hissəsini, onun mənafeyini nəzərə almadan öz xeyri üçün mənimsəyə bilər”
Bu cümlələri oxuduğum zaman insanlığımdan utandım.
Bu barədə məlumatsız deyildim, amma Tom dayının daxmasında bu dəhşətin ən rəzil üzlərini görüb, ən qorxunc səhifələrini vərəqlədim sanki. Yazıçı qaradərili insanların həm mənəvi, həm də fiziki iztirablarını elə ustalıqla təsvir edib ki, oxucu istər istəməz gördüyü mənzərə qarşısında ümidsizliyə qapılır. Ancaq elə bu ümidsizliyin içində sizə azadlığa, mərhəmətə və sevgiyə açılan bir qapı göstərir.
Dindar ,mərhəmətli, qayğıkeş və zəhmətsevər Tom dayının timsalında siz mayası mərhəmət, sevgi və inancdan yoğrulan bir insanla qarşılaşırsınız. Onun çəkdiyi əzablar qarşısındakı dəyanəti, dözümlülüyü, gələcəyə inamı, sönməyən ümidi, Allaha Isaya olan sonsuz məhəbbəti sizi heyrətləndirəcək qədər güclüdür. Hər yaşadığı ağrı-acıdan sonra inanclarından vazkeçməyən Tomun qəlbində heç kəsə, hətta ona olmazın işgəncəsini verən ağalarına belə zərrəcə nifrətə yer yoxdur. O ətrafındakı hər kəsə xilasın tanrıya qovuşmaqda olduğunu israrla anlatmağa cəhd edir, bütün varlığına hakim kəsilən hüzuru başqalarına da sirayət etdirməyə çalışır.
Stounun bu kitabı 1850-ci ildə Amerikada leqalallaşdırılıb, qəbul edilmiş “Qaçaq qul qanunu”na qarşı durmaq məqsədi ilə yazmışdlr ki, bu da kitabın əsəs qayəsini təşkil edir. 41 il qul kimi yaşayan, 1830-cu ildə ailəsi ilə birlikdə Kanadaya qaçan Josiah Hensonun yazdığı avtobioqrofik kitabdan təsirlənərək bu əsəri ərsəyə gətirmişdir. Bu məlumatı əvvəlcədən bilən hər bir oxucu Hensonun kitabdakı prototipini, Corcu asanlıqla ayırd edə bilər. Kitabın əsas obrazlarından biri olan Corcun arzuladığı azadlığa qovuşa bilməsi ilə bərabər yazıçı anlatmağa çalışdığı ideyalarını gerçəkləşdirmiş olur. Olduqca yalın anlatımı, axıcı və sadə dili ilə bu kitab sizi özünə həbs edəcək. Sətirlərdə təsvir olunan iztirab və kədəri ürək yanğısıyla oxuyacaqsınız. Hətta əminəm ki, göz yaşlarınıza dur deyə bilməyəcəksiniz.
Düşünürəm ki, bu kitab oxunması vacib olan kitablar siyahısına mütləq şəkildə əlavə edilməlidir. Çünki insanlar arasında din, dil, irq, milliyyət ayrımı etmək ən ibtidai və ən köhnə beyinlərin məhsuludur. Bu kitab isə o pas atmış beyinləri darmadağın edə biləcək qüdrətə sahibdir.
Aygün Ələkbərova
XƏBƏR LENTİ
"Ermənilər digər əraziləri də işğal ediblər"
Şeron Stounun gözəllik SİRRİ Məlum oldu-FOTO/VİDEO
TƏBİB-dən məktəblərdə koronavirusa yoluxma ilə bağlı AÇIQLAMA
Ermənilər Laçından qaçırlar
Havanın temperaturu 36 dərəcəyə çatacaq
Məşhur aktyor "Feysbuk" səhifəsini bağladı
Pesto souslu balıq (foto resept)
İnsanı ölümə aparan içkilər
Bu günün tarixi (07.09.2015)
Azərbaycanda Qələbə paradının vaxtı və yeri bilindi
Messinin 30 yaşı oldu!
Günəş haqda qorxunc proqnoz
Xanımlar üçün: gözəl sinəyə sahib olmaq istəyirsiniz?
Putin Bakıda Əliyevlə Qarabağdan danışacaq
Evlilik ildönümlərini belə qeyd etdilər
Əsəb xəstəliyi testi
Sağ qalmaq üçün bunları etmək şərtdir
Azərbaycan hərbçiləri Türkiyədə təlimə başladılar
Tərəvəzli plov (foto resept)
Güzgüdəki əksim - həyat yoldaşım
Kubokun finalı... "Tofiq Bəhramov"da olmayacaq!
Uşaqlara riyazi hesablamaları sevərək öyrədin
Gəncliyin sirri-Səməni
Hansı çiçək hansı otağa qoyulmalıdır?
Kişilərin gözəl hesab etdiyi xüsusiyyətlər
Kimdir günahkar?
Dövlət qulluğuna qəbul imtahanları dekabrın 3-dən başlayacaq
Qeydiyyatsız evlərlə bağlı MÜHÜM AÇIQLAMA
Da Vinçi klonlaşdırılır
Serenay uşaqlıq fotosunu paylaşdı-FOTO
Dünyanın ən qəribə toyu
Riki Martin ilk dəfə oğlunu göstərdi - FOTO
Dünya Azərbaycanlılarının Həmrəylik Günü
MN: Ermənistan ərazisinin atəşə tutulması xəbəri düşmənin növbəti təxribatıdır
48 kiloqram arıqlayan aktrisa hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Günün ulduz falı
Marsda müəmmalı baza tapıldı-FOTO
Google istifadəçiləri izləyir
Doğum sonrası qanamalar
Göbələk xəstəlikləri
Çin dollar satışını məhdudlaşdırıb
Fərqli bəy-gəlin-FOTO
Dollar yenə ucuzlaşdı
Bu kitabı əkəndə ağac olur - FOTO
İnstagram milyonçuları
Əlil uşaq və ailə
Hamiləliyin ən gözəl tərəfləri
Azərbaycan üçün yaxşı proqnoz
Dünənki qoxu ilə bağlı analizlərin nəticəsi məlum oldu
Hava necə olacaq?