Mən sovet dövrü ədəbiyyatı ilə böyümüş nəslin nümayəndəsiyəm, idealist ədəbiyyatının… Uşaqlığımın ən saf, hər şeyə, hər kəsə inanan vaxtları bu əsərləri oxuyaraq, orda yazılanların hər sətrinin həqiqət olduğuna inanmaqla keçmişdi.
İlyas Əfəndiyev, Hüseyn Abbaszadə, Salam Qədirzadə, Əfqan və daha adını indi xatırlamadığım neçə – neçə yazıçılar öz əsərlərində o dövrü o qədər ideallaşdıraraq təsvir edirdilər ki, içimdən kaş o dövrdə yaşayaydım, kaş o dövrün insanı olaydım deyə keçirərdim, o dövrün insanı olmadığım üçün təəssüflənərdim. Sonra böyüdüm, anladım ki, ideal rejim yoxdur və hər rejim öz mütləqiyyətini qurmaq və ehkamlarını yaşatmaq üçün mütləq qurbanlar verir və bu qurbanlarsa çox vaxt insanlar olur. Doktor Jivaqo mənə sovet dövrünə, o dövrün hadisələrinə başqa bir pəncərədən, yeni aspektdən baxmağa zəmin yaratdı… Əvvəlcə, əsər haqqında qısa məlumat verim.
Belə ki, əsər rus inqilabı dövründə baş verən hadisələri özündə əks etdirir. Əsər bir çox məqamlarıyla Boris Pasternakın həyatında baş verən hadisələrlə səsləşir. Bu anlamda avtobioqrafik əsər sayılır. Əsəri oxuya – oxuya internetdə bir az araşdırma apardım və əsərlə bağlı qarşıma çıxan maraqlı yazıları oxudum. Oxuduqca təəəccübümü, heyrətimi gizlədə bilmədim… Doktor Jivaqonun, (eləcə də Boris Pasternakın) həyatı nə qədər keşməkeşli, nə qədər qalmaqallı, ağır olubsa, çətin sınaqlardan keçibsə, əsərin də taleyi bir o qədər keşmekeşli olub… Belə ki, B. Pasternak 1956-cı ildə romanı “Novıy Mir” jurnalına göndərir. Lakin həmin dövrün tələblərinə uyğun olmadığı və inqilaba əks mövqedən yazıldığı üçün qəbul olunmur. Ümumiyyətlə, əsər SSRİ –də uzun illər qadağan olunmuş əsərlərdən biri sırasında idi. Əsər 1957.ci ildə İtaliyaya gizli olaraq qaçırılmış həm rusca, həm də italyanca çap olunmuş, böyük şöhət qazanmış, bir il sonra ingilis dilinə tərcümə olunaraq çap olunmuşdur. Pasternak bu əsərə görə 1958-ci ildə Nobel mükafatı almış, lakin yenə Sovet rejiminin təqibləri ucbatından bu mükafatdan imtina etməli olmuşdur. Əsər həmin dövrdə bir çox dillərə tərcümə olunmuş və böyük oxucu kütləsi qazanmışdır. 1985-ci ilə Rusiya daxilində baş verən müəyyən demokratişləşmə hərəkatından sonra ilk dəfə öz vətənində çap olunmuşdur. Təəssüf ki, belə dəyərli bir əsərin Azərbaycan dilində hələ də tərcüməsi yoxdur…
Göründüyü kimi əsərin taleyi də çox keşməkeşli olmuş və oxunma hüququ qazanana qədər böyük sınaqlardan keçməli olmuşdur.
Qeyd elədim ki, əsər rus inqilabı dövrünü, yəni daha dəqiq desək, 1890 – 1960 – cı illərdə baş verən hadisələri əks elətdirir. Əsərin baş qəhrəmanı Yuri Jivaqodur. Uşaqlıqdan anası və atasını itirən Yura dayısının və dayısının əmanət elədiyi ailələrin himayəsində böyüyür. Əslində Yuranın dünyagörüşünün və düşüncələrinin formalaşmasında böyüdüyü mühitin və şahidi olduğu tarixi hadisələrin böyük rolu olmuşdır. Belə ki, Rusiya inqilabından gözlənilən ümidlər özünü doğrultmur və ölkə daxilində vətəndaş çaxnaşmaları başlayır. Bütün bu şahidi olduğu hadisələr onun düşüncələrində iz qoyur və yaradıcılığına da təsir göstərir. Yura son olaraq Aleksandr və Anna Gromekoların himayəsində onların qızı Tonya Gromeka ilə birlikdə böyüyür. Yuranın istedadını ilk kəşf eliyənlərdən biri də elə Anna Gromeko olur. Yura özünə həkimlik peşəsini seçir və öz işində təcrübəli həkim kimi uğur qazanır. İllər keçir, Yura öz uşaqlıq dostu, sirdaşı Tonyayla evlənir.
Romanın digər əsas qəhrəmanı isə Laradır. Lara qonşuları və onu uşaqlıqdan dəlicəsinə sevən Paşa Antipovla evlənir.. Laranın taleyi də çox ağır olmuşdur, gəncliyində yaşadığı hadisələr onun da taleyində iz qoymuşdur… Müharibə başladığı zaman Paşa könüllü olaraq cəbhəyə yollanır və bir müddət sonra ölüm xəbəri gəlir. Lakin Lara buna inanmır və qızı Katyanı himayəyə verib, ərini axtarmaq üçün tibb bacısı kimi Paşanın xidmət elədiyi bölgəyə gedir. Elə buradaca Lara ilə Yuranın yolu uzun illər sonra yenidən kəsişir, bu dəfəki şərait onları bir – birinə yaxınlaşdırır, Doktor Jivago Laranı sevir, dərin və saf bir sevgiylə. Bir tərəfdə ailəsi, uşaqları, sevməsə də hörmət elədiyi həyat yoldaşı, digər tərəfdə sevgisi… Doktor Jivago çıxılmaz vəziyyətdədir. Hadisələrinin sonrakı axını daha maraqlıdır… Tale Jivago və Laranı qısa müddətə də olsa birləşdirir, bu zaman Jivago artıq həkimliyi atıb ədəbiyyatla maraqlanmağa başlayır, şeirlər yazır. Jivaqonun ilham mənbəyisə Laradır.
Əsər mütləq oxunmalı olan əsərlərdəndir. Zənnimcə, “Doktor Jivaqo” Rusiyanın o dövrünü bu qədər aydın bu qədər dolğun və real tarixi faktlarla, olduğu kimi əks etdirən nadir əsərlərdəndir. Doktor Jivaqonun həyatına səyahətim onu anlamağa ona haqq verməyə kifayət elədi. Jivaqonun çətinlikliklərini, sevgisini, kədərini, sevincini onunla bərabər yaşadım, bütün hislərinə şərik oldum… Öz ölkəmizə nəzər saldım, uzun bir dövrü – 70 ili Sovet hakimiyyəti altında yaşamış xalqımızın itirdiklərini düşündüm. Neçə – neçə ziyalılarımız bu rejimin qurbanı olub, nə qədər təbii sərvətlərimiz havaya sovrulub.
Əsərin bədii keyfiyyti, hadisələrlə hislərin qarşılıqlı uyumu, Pasternakın dilinin axıcılığı əsərin bu qədər sevilməsinə də öz sözünü deyir. Əsər sonda Yura Jivaqonun şeirlərilə bitir. Bu da əsərin özünəməxsus xüsusiyyətlərindən biridir. Üstəlik, bu şeirlərdə Jivaqonun yaşadıqları, hisləri, həyəcanları özünü daha qabarıq göstərir.
Sonda onu demək istəyirəm ki, çox ümid eləyirəm çox ən qısa zamanda “Doktor Jivaqo” bizim dilimizə də tərcümə olunacaq və həm Azərbaycan kitabsevərləri bu əsəri öz dilində oxuma sevincini yaşayacaq, həm də belə gözəl bir əsər Azərbaycan dilinə tərcümə olunma şərəfinə nail olacaq…
Şəhla RƏŞİDOVA
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Putindən ŞOK XƏBƏRDARLIQ: Böyük bəlaya hazır olun
Bürclərin mənfi xüsusiyyətləri
Azərbaycanın bəzi ərazilərinə giriş-çıxış məhdudlaşdırıldı - DİN-dən AÇIQLAMA
Məşhur hind aktyorlarının bu günü
Yerə potensial təhlükəli asteroid yaxınlaşır
Yaddaşı gücləndirən qidalar
Vanqanın 2018-ci il üçün proqnozu DƏHŞƏTƏ GƏTİRƏCƏK - FOTO
Merve Boluğur depressiyadan çıxdı-FOTO
XƏBƏRDARLIQ: Yumurtanı belə yeməyin... - FOTOLAR
Məşhur müğənni itinin ayı balası olduğunu öyrəndi-FOTO/VİDEO
Yüksək təzyiqin zərərləri nədir?
Qaçış - gözəllik və həyat hərəkətdədir...
İdman zalında çəkilən qəribə şəkillər
Kişilərə qızıl bəzək əşyalarının haram edilməsinin səbəbi nədir?
Qatil olmaq istəyirsinizmi?
Xankəndidə humanitar mərkəz yaradılır
Pazllar ("Yusifin dünyası")
2014-cü ilin bahar ətirləri
Zərərli qidalar
Belçikada güclü yağış və daşqın baş verib, ölənlər var
Koşta, Mata və Torres Avropa çempionatından kənarda qaldı
Azərbaycanda ipoteka qaydaları dəyişəcək
Duzdan dərman düzəldin
Qozlu çörək (foto resept)
Məşhur reper HƏBS EDİLDİ-SƏBƏB
Uşağınızın sizi sevdiyini göstərən 7 işarə
Su pulu QALXDI
Dişlərinizi onunla qoruyun !
Azərbaycan filmləri Banqladeşdə
Bakıda qida yoxlamağın yeni yolu
Eynşteynin “xoşbəxtlik formulları” şok qiymətə satıldı
Can Yaman Burak Özçivitə söz atdı
Ədviyyatlar haqqında bilmədiklərimiz
GUAM PA Bürosu iki sənəd layihəsini təsdiqlədi
Qat-qat xəmirdən içlikli bükmə (foto resept)
Seçki məntəqələrində təcili tibbi yardım briqadaları fəaliyyət göstərəcək
Can Yaman haqqında şok iddia
Çiyələk mürəbbəsi (foto resept)
Kivi mürəbbəsi (foto-resept)
3D şəkillər
Müge Boz ana oldu-FOTO
Maraqlı evlənmə təklifi
Avtomobildə kitab oxuyarkən ürək bulanmasının səbəbləri
Kəlbəcər girovu: "Anam üçün çox darıxmışam"
Livan mətbuatı 20 Yanvar faciəsindən yazdı
Xaçmazlı idmançı Avropa çempionatının qalibi oldu
“Ermənilər rahat dayanmır”
Kiçik xalçaların toxunma qaydası (Video)
Yaşıl meydanda daha bir ölüm
Priyanka Çopranın toyu 4 gündür ki davam edir-FOTO