Şəxsiyyət parçalanması nədir?
Bu xəstəlik zamanı insanın şəxsiyyəti parçalanır və sanki həmin insanın bədənində bir neçə müxtəlif şəxs yaşayır. Müəyyən vaxtlarda şəxsiyyətlər bir - bir aktiv olurlar. Bu xəstəliyin nümayəndələrindən:
Shirley Ardell Mansonun(1 bədəndə 16 şəxsiyyət), Kris Kostner Sayzmorun (Bədənində 20-dən artıq şəxsiyyət yaşayırdı), Billi Milliqanın (24 şəxsiyyət) adını çəkmək olar.
Bu xəstəliyin bir neçə səbəbi olar bilər:
1. Uşaqlıqda baş vermiş ağır emosional travmalar
2. Davamlı fiziki və ya emosional zorakılıq
3. Həmçinin aşkar olunmamış digər psixi xəstəliklər
Bu səbəblərin nəticəsində psixoloji müdafiə mexanizmi əmələ gəlir- insan başına gələnlərin başqa adamın həyatı kimi qəbul etməyə başlayır. Bu mexanizm insanı dözülməz emosiyalardan müdafiə etdiyi üçün çox faydalıdır, lakin həddindən artıq işə düşdükdə şəxsiyyət ikiləşməsinə səbəb olur. Onlara alter deyirlər.
Haqqında danışacağım kitab Xəyalə Muradın "Adsız" romanıdır. Bir xanımın bədənində 6 şəxsiyyət yaşayır. Biri oğlan olmaqla 7 nəfər növbə ilə hərəsi 3 saat aktiv olaraq insan vücudunda yaşayırlar.
Roman diqqətimi çəkdi. Çünki ilk dəfədi bizim yazıçı bizim dildə bu cür xəstəlik haqqında roman yazıb. Maraqlı mövzu seçdiyinə görə yazıçını təbrik edirəm. Xəyalə Muradın bu sayca 4-cü kitabıdır və deyərdim ki, ən uğurlusudur. Digər yazılacaq kitablarını səbirsizliklə gözləyəcəyəm.
Əsərdə yazılır:
" Həm mən olmasam onlar heç nə bacarmazlar. Hər birinə lazımam"
Göründüyü kimi şəxsiyyətlər arasında biri idarə edəndir. Hər bir şəxsiyyətlə danışan, razılığa gələn baş alter hər birini eşidə bilir.
Z.Freyd o vaxt təcrübələr apararkən müştəriləri yatızdırırdı. Sonra onlara ayılandan sonra filan saatda bir iş tapşırırdı. Xəstə ayılanda həmin saatda həmin işi özü bilmədən görürdü. Səbəbini soruşanda bəhanələr gətirirdi. Z.Freyd isə altşüura təsir göstərdiyinə görə hər şeyi bilir və yüngülcə gülümsəyirdi. Bəlkə də, altşüurumuzda müxtəlif şəxsiyyətlər yığılıb qalır. Lakin onları büruzə verməyə səbəb olmur.
Şəxsiyyət patçalanması zamanı yaranan şəxsiyyətlər heç də hər zaman yola getmirlər. Mütləq 1-2 si digərlərini idarə etməyə çalışır, yoldan çıxartmaq istəyir.
Yazıçı bu incə məqama toxunaraq onları barışığa, birləşməyə çağırır. Əsəri oxuyanda diqqətimi ən çox Emil adlı alter çəkdi. Qadın bədənində kişi kimi yaşamaq mənə təsirli göründü. Dünyaya çıxarılacaq kitablardandı. İnanıram ki, nə vaxtsa bu əsər digər dillərə tərcümə olunub oxucuların ixtiyarına veriləcək. Hətta kitab əsasında film, serial çəkə bilərlər.
Maraqlısı odur ki, psixoloji problemlərin çoxu uşaqlıq dövründən qaynaqlanır. Bunu bir çox təcrübələr də göstərir. Şəxsiyyət parçalanmasında isə bədənin sahibi sanki rmosiyalarından heykəltaraş kimi insan düzəldir. Özünün pis və yaxşı tərəflərini bölüb ayrıca şəxsiyyət kimi yetişdirir. Kitabda isə Maya həkim yanına gələn insana anlatmaq istəyir ki, bu xəstəlik deyil. Xüsusi bir haldır. Seçilmiş bir insandır. Xəstəlik kimi müalicəsi yoxdur. Ümumiyyətlə, hər bir xəstəliyə xəstəlik kimi yanaşmayanda insan tez sağalır. Bəlkə də, xəstəxana sözü "şəfa evi" ilə əvəz olunsaydı, insanlar tez sağalardı.
"Elceron üçün güllər"-in müəllifi D.Kiz şəxsiyyət parçalanmasını yaşayan B.Milliqan haqqında kitab yazıb. O kitabdan bir sitatı sizə təqdim edirəm:
- Devid, "dairəyə durmaq" nə deməkdir?
- Artur belə deyir. O bizə deyir ki, bizdən biri dünyaya çıxmalı olanda bu baş verir. O projektor işığına bənzəyən böyük işıq dairəsidir. Hamı onun ətrafında olur, ya yatır, ya da oyaq olurlar. Dairəyə duran dünyaya çıxır. Artur deyir ki, "Dairəyə duran zehni idarə edir".
Kitabda diqqətimi çəkən məqamlardan biri də alterlərin ancaq azərbaycanlı olmaması idi. Gürcü, fransız əsilli şəxsiyyətlərdən yazmaq üçün yazıçı dünya ədəbiyyatından xəbərdar olmalıdı, müxtəlif xalqların psixologiyasını bilməlidir. Bu barədə yazıçının əməyini yüksək qiymətləndirirəm.
Müxtəlif illərdə müxtəlif yazıçıları bu qeyri-adi psixoloji hadisə cəlb edib. Məhz bizə gəlib çıxdığı üçün Xəyalə Murada bir daha təşəkkür edirəm.
Kitabdan çox danışdıqca onun tam mahiyyəti açıldığı üçün burada dayanıram. Ümid edirəm sizin üçün yararlı oldu.
Sözsüz bu kitab bu il oxuduğum kitablar içində ən yaxşılardan oldu.
Nemət Hacıəliyev
XƏBƏR LENTİ
Yeni kommunal xidmət limitləri tətbiq olunacaq
İtaliya COVID-19-dan ölümə görə dünyada birinci oldu
BÜRCLƏR bizə nə vəd edir? -3 İyun
Energetik içkilər qadağan olundu
Amnesty İnternational İsraili biabır etdi
Parlament Azərbaycanda hərbi vəziyyətin ləğv edilməsini təsdiqlədi - VİDEO
Bakının bu ərazisində qaz olmayacaq
Sevgini necə gücləndirməli?
O da "Çukur"da olacaq
2017-ci ildə ən çox qazanan musiqicilər - Forbes siyahısı
Sosial fobiya və ondan azad olmağın yolları.
Şah plov (foto resept)
Ronaldunun sevgilisi də məşhur türk filmi haqqında yazdı - FOTO
Yoqurt yeyin, sağlam olun (I hissə)
Hamilələr üçün vacib qidalar
Dadlı, ləzzətli əl işləri
Kosmosda həyat üçün Yer kürəsindən daha əlverişli planetlər tapılıb
Dünyanın aparıcı plastik cərrahiyyə mütəxəssiləri Bakıya toplaşır
"Ermənistanda Araz çayının çox ciddi çirklənməsi müşahidə olunur"
Bağçalara verilən ərzaqlar keyfiyyətlidirmi? - AÇIQLAMA
Kəlbəcərlilərin Ərdoğan sevgisi Türkiyə mediasında - VİDEO
"Fənərbaxça"dan şok addım
NASA kosmosda “robot otel” qurur
Orxidea gülləri
Azərbaycanlı tələbələr maraqlı qurğu hazırladı: “Su qıtlığının qarşısını ala biləcək” - VİDEO
Dövrə
Yonca haqqında bilmədiklərimiz
Virtual alış-veriş artır
Banan qabığı təbii məlhəmdir
Rahatlıq üçün hazırlanmış mebellər
Unudulmayan Qremmi mükafatı geyimləri
Qubadlının işğaldan azad olunan kəndlərinin görüntüsü - VİDEO
İspan dili 3-cü dərs
Barak Obamanın reytinqi rekord səviyyədə düşdü
Filematalogiyanın xeyri
Sağlam hamiləlik keçirmək üçün...
Körpəsi diş çıxaran analara tövsiyələr
HAVA necə olacaq?- 14 fevral
Bu zalım dünyada doğulma...
Ebru Şahin reklam qiymətini artırdı
Madonna Konsertlərini Ləğv etdi-SƏBƏB
Türkan Şoraydan ÜZÜCÜ XƏBƏR
Hansı xəstəlikdən əziyyət çəkənlər oruc tuta bilməzlər? - RƏY
Azərbaycan ordusu düşmənin zenit qurğusunu dəqiq atəşlə məhv etdi - VİDEO
Şuşanın elektrik enerjisi ilə təminatı ilə bağlı VACİB AÇIQLAMA - VİDEO
Facebook-da çoxdan gözlənilən yenilik
Körpə alt təmizliyində əhəmiyyətli 6 nöqtə
Hollivudda film və serialların çəkilişi bərpa edilib
Hava haqqında
Əsgərlər intihar edə bilməyəcək
- ŞƏRHLƏR