Bakıda hava
USD AZN
EUR AZN
17:21Feride axsam Pervizi beyendim halaldi 17:21Feride Mert lengdi Elif atisda pisdi Meryem yaxsidi heleki 16:43aysel hesenli Mertde pis oynamir Elif de 11:16Nermin_Guler Pərvizi dəstəyliyənlər burdadı 11:15Nermin_Guler Hər kəsə salam. mən gəldimmmmm 08:22Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41430

Artur-Rivares Feliçe,yoxsa Ovod?

Artur,Rivares Feliçe,yoxsa Ovod?

 

Artur-Rivares Feliçe,yoxsa Ovod?

Hansı daha çox ağrıdar qarşısındakini?

Arturmu?-mülayim,gözləri dəniz mavisi,saf təbiəətli uşaq.

Rivares Feliçemi?-dağları özünə məskən salan inqilabçı?Yoxsa haqsız olanı sancan,qanını əmən Ovodmu?

Ovod mozalan deməkdir.Mozalan bizim gözümüzə iyrənc görünən bir milçək,yararsız bir həşəratdır.Ürək bulandırır elə deyilmi?

Artur təmiz və inamlı birindən düşmənlərinin ürəklərini bulandırmağı haq saymış ateist bir Ovoda çevrilir.

Görəsən, belə inamlı bir gənc niyə birdən-birə Allahla özünü bir tərəziyə qoyur?

Birdən –birə yazdım.Həqiqətən,bu birdən-birə olur?

Əslində həyat deyilmi bizi olduğumuzdan fərqli birinə çevirən?

Kimdir müqəssir?-bir üzünü çevirib,digərini göstərən  Ovod,yoxsa bizi bəzən insanlıqdan çıxaran həyat şərtləri?

Artur-Rivares Feliçe,yoxsa Ovod?

Artur atasının həsrətiylə anasının ölümündən sonra Montanellinin müqəddəsliyinə sığınmış bi gəncdir. O,ruhani atası - əslində,öz atası olan Montanellini ilahlaşdırır.Artur damarındaki ingilis qanıyla vətəni İtaliyanın rifahı üçün əlindən gələni əsirgəməyən inqilabçı ruhlu bir yeniyetmədir.Onun kövrək ürəyi avstriyalıların pəncələrindən azad olmuş  İtaliya Respublikası üçün çırpınır. O,öz vətən davasına Cemmaya olan sevgisini də qatır.Artur və Cemma uşaqlıqdan gələn bir dostluqla gələcəyin iki möhkəm vətənpərvərinə çevrilirlər.O Cemmanı uzaqdan, ona toxunmadan,əlinin istisini əlində hiss etmədən sevir.Necə məsum,necə pak...

Artur çox sevdiyi  iki insandan həyatında almış ola biləcəyi ən böyük zərbəni alır.Sevdiyi qız onu partiyaya olan xəyanətdə günahlandırır.Cemmanın Artura vurduğu o tək şillə onun üzündəki yara izindən daha dərin iz qoydu.O,bu şillənin mənəvi acısını  13 il boyunca hiss etdi.Montanelli isə ona tək,yeganə balasına yalan demiş və ondan keşiş olduğu üçün imtina etmişdir.Bunu öyrəndikdən sonra o həyatın ikinci ağır zərbəsini alır.

Burda dayanaq və özümüzə bir sual verək.Bəs sonra nə etməlidi Artur?O öz həyat filmini yalançı ölümlə sonlandırıb,qaça bildiyi qədər hər kəsdən və hər şeydən uzağa qaçır.Bəs özündən qaçmaq olarmı?Nə bir qarış qabağa,nə də bir qarış arxaya olmaz.Əsər o qədər insanın damarına işləyir ki, onu oxuduqdan sonra insan bir müddət özündə olmur.Qəhrəmanın hisslərini yaşayırsan,onun düşüncələrini beyninə həkk edirsən.Onun ürəyini ürəyinə,beynini isə beyninə taxırlar sanki.Və sən çevrilib Ovod olursan.

Ovod o qədər çox sevir ki atasını,hətta onu Allaha,onun oğlu İsaya belə qısqanır.Amma o,öz sevgisini yox, atasına olan təməl tutmamış dayaz nifrətini göstərir .Çunki,o bağışlaya bilmir.Yox, o egoist deyil.O hələ də ata həsrətini çəkən,gözlərinin rəngini anasından almış balaca bir oğlan uşağıdır.Hansı uşaq ürəyi tab gətirə bilər ki ata həsrətinə?Hansımıza asan olar ilahiləşdirdiyi atasının onu yox, Allahı seçməsi?

Montanelli sevmirmi sanki balasını?O sevir. Oğlunun  gözlərinə baxanda sevdiyi,amma itirdiyi qadını görür.Amma o Allahını,sanki, daha çox sevir.Gəlin qınamayaq.Bizlər deyilik İbrahimin balasını Allah uğrunda fəda etmək istədiyi günü özümüzə bayram edən?

Hər sevgi alidir,həm Allah sevgisi,həm Vətən sevgisi,həm yar sevgisi.Sevgini sevgidən ayırmayaq.Gəlin sadəcə sevək...

Təhlil etdi: Naze Hejari

Səslərin sayı: 2
3
1903
Şərhlər
Offline
Elif♡
Menim bu saytda ilk xeberim mehz bu eser "Ovod" haqqinda olmusdu. En sevdiyim, cox cox sevdiyim bedii qehremanlardan biri. Goz yaslari ile oxudugum bir eser. Onun atasina mehebbeti hem qezebi hebsxanada olarken qarisiliqli dialoqlari, gullelenme sehnesini aglayaraq oxumusdum. Sevdiyi qiza mektubu. Mektubda deyirdi: men seni saclarini sican quyrugu tek horuk yigan vaxtlardan sevirem. Yəni lap usaqliqdan. O qeder tesirli o qeder saf.
Coxx sevdim xeberinizi. Tesekkurler

Gəlin qınamayaq.Bizlər deyilik İbrahimin balasını Allah uğrunda fəda etmək istədiyi günü özümüzə bayram edən?

Beli bu muselman alemin iki en eziz bayramindan biri olan Qurban bayramidi. Ve Allahin bir sinagi idi dediyiniz hadise. İbrahim ə.s bu sinaqdan da kecdi..
14 avqust 2018 14:26
imza: Her insan ölecek yaşdadır.....
Offline
Ayla Ayla
Ovod sevdiyim kitablardandır İkinci və üçüncü hissələri də var. Nəsə marağımı çəkmir
22 mart 2018 16:28
Offline
Sima
artur kimdi ovod kimdi
21 mart 2018 21:16
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )