2004-cü il idi... Xalamgil Rusiyada qalırdılar. Demək olar ki, onları heç görməmişdim. İlk dəfə gəldikləri günü hələ də xatırlayıram, necə də xatırlaya bilmərəm axı həmin gün həyatımın dəyişdiyi gün olmuşdu. O günün üstündən tam 9 il keçir. Dilə necə də asan gəlir elə deyilmi. 9 ilin keçməsinə baxmayaraq bu günkü kimi yadımdadır. 2005-ci ilin avqustun 10-u idi. Xalam oğlu bizə gəlmişdi. Həm də həmin gün onun atasının ad günü idi. Axşam yığıncaq var idi. Atasının ad gününü keçirəcəkdik. Xalam oğlu boş-boşuna bizə gəlməmişdi. Mənə sevdiyini dedi. Həmin vaxt da heç vaxt keçirmədiyim hissi keçirmişdim, sevgi hissini. Bəlkə də o vaxt tam başa duşmürdüm, onda mənim duz 10 yaşım var idi. 10 yaşında sevgi nə olacaqdı axı!
Nə isə xalam oğlu sevdiyini dediyi vaxtda heç nə demədim. Axşam hamımız yığışanda gizlincə ona yaxınlaşıb mənim də ona qarşı boş olmadığımı dedim. Üzümə güldü və getdi. Nə biləydim axı hər dəfəsində indi güldüyü kimi gülüb çıxıb gedəcəkmiş. Bunu ki, bilə bilməzdim..!
O bizimlə qalmırdı, hər il yayda gəlib gedirdilər ancaq yayda görürdüm üzünü. Tam sevgini dada bilmirdim. Bəlkə də yaşım çatmırdı bunları başa duşməyə. Nə isə illər belə gəlib keçdi. 3 il hər şey qaydasında idi. Əlaqəmiz də var idi. Onun gələcəyi günü səbirsizliklə gözləyirdim. Hər dəfə bezmədən səbir edərək. Onu canımdan da çox istəyirdim. Düzdür bəziləri məni qınayacaq ki bu yaşda nə sevgi, amma ki olur. Daha bu yaşlardakı sevgi unudulmur. Bəlkə də unudulur, amma ki mən özümlə bacarmadım, təslim də olmadım...
Gün gəldi hər şey korlandı daha da pisləşdi. Mən zəng edirdim cavab vermirdi zənglərimə, artıq boyümüşdük hər şeyi başa düşəcək yaşda idik. Mən zəng etdikcə hər dəfə üzümə söndürürdü telefonu. Axır ki açdı nə vaxta kimi qaçacaqdı məndən, axı biz qohum idik. Amma o bunu fikirləşmirdi. Zəngimə cavab verəndə sevgilisi olduğunu dedi. Mən də həmin dəqiqə telefonu söndürdüm ağladım, gecələr yatmırdım. Amma onun yolunu gözləyirdim. Bilirdim ki gələcək. Və gəldi də... Üzr istədi, yalvardı yaxardı bağışladım, amma necə bağışlamaya bilərdim axı onu canımdan da çox sevirəm. Onun xəyanətini bağışladım. Bu xəyanət 2-3 dəfə ilə bəs etmədi. Mən də hər dəfəsində ağılsız kimi bağışlayırdım. Artıq hamı bilirdi bizim sevgili olduğumuzu, əgər buna sevgi deyilirdisə. Hamının xəbəri var idi. Bura gələndə elə mələk olurdu ki, məni sevdiyinə inandırırdı, mən də inanırdım. Amma ora gedən kimi dəyişirdi hər dəfəsində sevmədiyini deyirdi, ayrılaq bu qədərdir bizimkisi. Mən də razı olurdum. Amma artıq bezmişdim, bir də belə hərəkətləri olsaydı ondan bir dəfəlik ayrılacaqdım. Hər dəfə özümə söz verirdim ki bir də bağışlamayacağam, amma onu görən kimi dediklərimin hamısı yaddan çıxırdı.
Dayımın toy günü idi. Onun sözünə baxmadım, qısqanc idi. Mən də onun acığına elemədim. Bütün toy boyu danışmadı mənimlə. Mən də heç vecimə almadım. Artıq bezmişdim! Və həmin gün ayrıldım ondan, hər şeyə nifrət edirdim. Hətta özümə belə. Heç kimlə əlaqə qura bilmədim. Daha doğrusu özümə qapanmışdım. Günlər beləcə keçdi, həyatdan dərs alırdım. Nəyin doğru nəyin yalnış olduğunu öyrəndim. 2 il müdətində özümə qapanıq oldum. Ancaq dərslərimi oxuyurdum. Dərslərdən 1 dəqiqə də olsun başımı çəkmirdim.
Bir gün bir oğlanla tanış oldum. Əl çəkmədi məndən. Axır ki ürəyimi əla ala bildi. Düzdür hələ də bir parça qalmışdı keçmişdən məndə, hər dəfə ona baxdıqca o yadıma düşürdü ona da haqsızlıq etdiyimi bilirdim. Amma ki zamanla mən də sevdim onu. Çox gözəl günlərimiz oldu, onu yaddan çıxartdım, onu unutdum. Amma o yenə də həyatımı dağıtmağa çalışırdı. Çıxıb gəldi bir gün. Məni dəli kimi sevdiyini, o vaxtların uşaqlıq olduğunu və səhf etdiyini dedi mənə. Mən də ona sevdiyim olduğunu dedim. Dünyası yıxıldı başına. Mənim çəkdiyim əzabları indi o çəkir. Məni indi yaxşı başa düşür. Allaha o qədər dua etmişdim ki, ondan ayrılanda mənim çəkdiyim əzabların iki qatını çəkəsən. Allah dualarımı eşitdi, göz yaşlarımı yerdə qoymadı. Elçi göndərdi, anamgil vermədi. Mən razı olmadığım üçün. Şükür ki ailələr arasında inciklik də olmadı, çünki mən onlara oturub hər şeyi başa salmışdım və məni də başa düşdülər.
İndi sevgilimlə çox xoşbəxtəm nişan hazırlıqları gedir. Amma onu deyim ki, həyatdan dərs aldım. Mən daha da böyüdüm.
Xəyanətə uğramış xanımlara demək istəyirəm ki, siz yox, onlar uduzur sizə xəyanət etməklə...
XƏBƏR LENTİ
Azərbaycanda bu ərzaqlar ucuzlaşdı
Əliyevdən mesaj: Hərəkətə keçin
Yarpız haqqında bilmədiklərimiz
Hansı insanlara evlənmək olmaz?
Super matç, super qələbə, Superboul
Hər gün istifadə etdiyiniz kremlərdəki təhlükə
Yay ayaqqabıları
Bu tələbələr təhsil haqqından AZAD OLUNA BİLƏR
104 yaşlı gənc qız öldü
Baş Nazir tədris ili ilə bağlı qərar imzaladı
Evlilikdən əvvəl genetik müayinə nəyə görə vacibdir?
Günün qoroskopu: Münasibətləri gərməyin
Şəhid dostunu göz yaşları ilə xatırlayan qazi - VİDEO
Azərbaycanda qismən səfərbərlik elan edildi - SƏRƏNCAM
Paytaxtda yağışlı hava gözlənilir
Qan şəkərini nizamlayan idman hərəkətləri
Dünyanın möhtəşəm mənzərəli yolları
Hava haqqında - 27.01.2014
Saçlara qulluq üçün 3 maska
Azərbaycanda təhlükəli epidemiya
Nadir hallarda rast gəlinən xəstəliklər
"Diriliş Ertuğrul"dan məşhur cütlüyə SURPRİZ-FOTO
Pensiyaçılara böyük müjdə
Gözaltı torbalar nədən yaranır?
Bakı metrosu ilə bağlı qadağa
Günün ulduz falı
Günün ulduz falı
"Səhərləri azan səsinə oyanmaq çox gözəldir"
Təhsil naziri: "Azyaşlı şagirdlərin yükü azaldılacaq"
Pələng toyuğu belə parçaladı
Qat-qat perojki (foto resept)
Taysonun ailəsi onun qalib gələcəyinə inanmır - VİDEO
Bir şəkil boyük dostluğu pozdu-FOTO
"Azərbaycan-Türkiyə münasibətləri qardaşlığa nümunədir"
Ali Baş Komandan: “Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”
Tayland kralı silahı ilə diqqət çəkdi-FOTO
Buta
Şakiraya 6 cinayət işi açıldı
Xüsusi günlər üçün hədiyyə tövsiyələri
Gömrükdə daha bir QADAДћA
WhatsApp-da daha bir yenilik
İngilis alimləri: "Kosmosda canlılar var"
Alış-veriş asılılığının səbəbləri və həlli yolları
Kənan və Sinem restorana buraxılmadı
Bakı mağazalarında satış dayandı
Koronavirusun hamilələrə təsiri müəyyənləşdi
Rus dili dərs-26
Ramazan ayının 18-ci gününün duası
İran təyyarəsində UNO həyəcanı
Evdə təbii saç boyası hazırlamaq üçün ....
- ŞƏRHLƏR