2009-cu il idi. Qohumlarımızdan biri bizə qonaq gəlmişdi. Onların bir oğlu var idi, bunun neçə vaxt idi məndən xoşu gəlirdi. Amma mənim xəbərim yox idi. Qohum olduqları üçün tez-tez bizə gəlirdilər. Heç ağlımdan belə keçməzdi ki, o məni sevə bilər. Bir neçə gün keçmişdi, gecə saat 2 idi, mənə mesaj gəldi tanımadığım nömrədən. Mesajı oxuyanda heç inanmadım ki, bu mənə mesaj yazar. Nömrəmi kimdən aldığını soruşdum. Cavabında "bacımdan almışam" dedi. Bir neçə gün danışdıq. Bir gün saat 4 idi, mənə gözləmədiyim mesaj gəldi. Mesajda: "Mənimlə evlənərsən? Mənim toyuma qonaq olaraq deyil, gəlin olaraq gələrsən?" Mən də vaxt istədim düşünmək üçün. Vaxt gəldi çatdı, mən onunla danışdım bir müddət. Amma heç görüşməmişdim onunla danışdığım vaxt ərzində. Artıq onlarda hamı bilirdi, razı idilər. Bir tək mən deməmişdim. Onun ailəsi tez-tez bizə gəlirdilər. Demək olar ki, hər həftə bizdə idilər. Mən ona çox bağlanmışdım, çox sevirdim. Həm də lap çox. Ondan başqasını gözüm görmürdü. Bir gün özümü toplayıb anama hər şeyi açıb dedim. Anam razı olmadı. İstəmirdi o oğlan məni sevsin. O da dəli kimi idi mənim üçün, mənim kimi. Anam çox ayırmaq istədi bizi, amma alınmadı, sonra razı oldu. Çox gəlib gedirdi bizə.
2010-cu ildə qardaşım universitetə qəbul oldu. Yığıncaq elədik. Yığıncağa ancaq böyüklər dəvətli idi. Elşən də gəlmişdi. Çox xoşbəxt idim ki, sevdiyim də mənim yanımdadır. Yığıncağa qonşumuzun qızı da dəvətli idi. Yığıncaqda çox adam mənə deyirdi ki, qız hər dəfə tez-tez çevrilib oğlana baxır. Amma mən inanmırdım, o elə qız deyil fikirləşirdim. Qonaqlıq bitdi. Səhəri yaxın qohumlar yığışıb istirahətə gedirdik. Mənə qiz mesaj yazdı: "Elşən çox yaraşıqlı idi, çox yaraşırsız bir-birinizə."
Biz artıq evdən çıxdıq. Yol gedə-gedə mən Elşənlə həmişə olduğu kimi yazışırdıq. Mənə arada deyirdi ki, məndə Aydanın nömrəsi var, mesaj yazacağam ona. Hər zaman məni qızlarla qısqandırırdı. Bu dəfə də elə bildim ki, yenə qısqandırır məni. Amma yanılmışam, həqiqət imiş. Elşən Aydana zəng edib, bunlar bir neçə gün danışıblar. Mənim heç nədən xəbərim olmayıb. Danışanda da oğlan qıza deyib ki, İlahəyə heç nə demə, xəbəri olmasın. Bir gün qız mənə zəng elədi, danışdıq ordan-burdan, axırda mənə dedi ki, gələndə səninlə vacib işim var. Soruşdum, heç nə demədi. Evə gəlməyə 1 gün qalmış qız hər şeyi danışdı. Şoka düşdüm. İnanmadım. Evə gələnə kimi ağladım, çox pis oldum. Az qalmışdı ürəyim dayansın. Evə qayıtdım, hər şeyin düzünü öyrəndim, amma qız başqa bir şey danışırdı, oğlan isə tam başqa bir şey. Mən evdə olmadığım günlərdə Elşən bizim həyətə gəlib, qızla görüşüb. Ondan sonra Elşənə zəng edib, hər şeyin bitdiyini söylədim. Əl çəkmədi. Gəlib-gedirdi bizə. Amma anamın xəbəri yox idi olanlardan. O qədər pis idim ki, ölməyi belə düşünmüşdüm.
Bir gün çox bezmişdim, evdə də tək idim, stəkanı götürüb sındırdım. Onun sınığı ilə əlimin üstünü kəsdim. Xəyanətlə barışa bilmirdim. Anam gələndə məni gördü, onda mən də hər şeyi açıb dedim. O anda da oğlan gəldi bizə, anam onu evdən qovdu. Ondan sonra onun nə üzünü görmək istədim, nə zəngini, nə də mesajını. Amma yenə zəng edirdi, mesaj yazırdı. Mən heç birinə cavab vermirdim.
Bu il artıq 3 ildir. Həyatında başqa bir insan var. Amma yenə də məni narahat edir, bağışlayım deyə. Onu ömür boyu bağışlamaram. Bu yaxınlarda eşitdim ki, bu ayın 25-i toyudur və məni də dəvət ediblər o toya. Mən tam 3 ildir ki, ağlayıram. Hər zaman onun xəyanəti yadıma düşdükcə ağlayıram. Ondan ayrılanda, o mənim həm qəlbimi, həm də hisslərimi də özü ilə apardı. Məni 3 il ərzində çox insan sevdi, amma mən sevə bilmədim. Özümdən uzaqlaşdırıram. Çünki heç kimi sevə bilmirəm. Sevgi yoxdu artıq qəlbimdə.
Mən bir yalanı, bir də xəyanəti bağışlamıram. O andan etibarən sevməyi unutmuşam.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"WhatsApp" DƏYİŞDİ: Bu gündən etibarən
Van Qoqun 5 tablosunun tarixi
Beynul Haremeyn
Xaricdə iş təklif edirlərsə, tələsməyin
Dəbli iş qadınları üçün kombinlər
Tonal kremi özünüz hazırlayın - ASAN ÜSUL
Qazaxıstanda fövqəladə vəziyyət?
Aviaşirkət ABŞ-da səhrada aşkarlanan sirli sütunu oğurladığını “etiraf” edib
YouTube dəyişdi
Maraqlı faktlar
Mərciməyin faydaları
Sony yeni smartfonlarını göstərdi
Azərbaycanda qaynana-kürəkən münasibətləri
Şeyma Subaşı koronavirusa görə gündəmdədir-FOTO
Tarkanın həyatından bəhs edən film çəkiləcək-FOTO
Dünya savaşı başlayır
Üzdəki ləkələrin müalicəsi üçün geçikməyin
Evin qırmızı "həkimi"
Bu mühəndis o mühəndisdən deyil
Hər gün saç yumaqdan xilas olmağın yolları
İdmanın uşaqlara xeyri
Rus nazirdən BƏYANAT: Heç kimə satmırıq
Xaricdə təhsil almaq istəyənlərin nəzərinə!
35 ölkə təmsilçisi Bakıya gəlir
Qara zirənin faydaları-2
Saxta qulaqcıqlar qulaq xəstəliklərini artırır
"Qarabağa qoşun yeridilməlidir"
Ey insan!
Təhlükəsizlik prioritetdir
Metro və avtobusların gediş haqqı-30 qəpik oldu!
Azərbaycanda daha bir kəndin adı dəyişdirildi
Sağlam xarakterli insanların 4 xüsusiyyəti
Günün ulduz falı
Dırnaq yemə vərdişindən necə xilas olmalı?
Ollanddan Dağlıq Qarabağ sözü
"Qızcığaz dovşan" tortu (foto resept)
Ramazan ayı ilə əlaqəli bilməli olduqlarımız
Aslı Murad haqqında danışdı
Ailələrə vacib tövsiyə: virtual pəhriz
“Sevgisi” cavabsız qalan tutuquşu görənləri güldürdü – VİDEO
Mehriban Əliyeva təşəkkür etdi
Buraxılış imtahanları təxirə salındı
Kafe və restoranların hansı tarixdə açıla biləcəyi açıqlandı - RƏSMİ + VİDEO
İngiltərə çempionatı: "Mançester Yunayted" şokda, Özil meydan suladı
Canlı əfsanə səfir oldu
Daha bir ölkə İŞİD-i vuracaq
Azərbaycanlıların Facebook sevgisi
Növbəti həftənin bağlanması ilə bağlı RƏSMİ AÇIQLAMA: “Bazar günü...”
Pink xəstəxanaya yerləşdirilib
Doğuşdan sonra göbək yırtığı
- ŞƏRHLƏR