Bakıda hava
USD AZN
EUR AZN

Ən böyük etirafım

Ən böyük etirafım

Bu, mənim həyatımda ilk etirafımdır və sizin məsləhətlərinizə ehtiyac duyuram.

Mən 10 il əvvələ qayıtmaq istəyirəm. 2003-cü ildə tələbə adını qazandım. Bu vaxt mənim sinif yoldaşım, həm də qonşumuz olan Samir (ad şərtidir) başqa bir yerə qəbul oldu. O, bizdən aşağı küçədə qalırdı. Samir bir gün məndən xahiş etdi ki, "Mənim otaq yoldaşım Şəlalə adında qızı sevir, qız sənin təhsil aldığın yerdə oxuyur və onların yerlisidir. Sadəcə, qiz bilsin ki, oğlan onu sevir. Bu xəbəri qıza çatdırarsanmı?" Mən də dedim: "Hə, çatdıraram". Və çatdırdım.

Səhəri gün dərsə gedəndə mənə dedilər ki, müdir səni çağırır. İçəri girəndə gördüm ki, Şəlalə, atası, anası və müdir oturub. Müdir mənə bir kəlmə söz dedi: "Qovuldun".

Dərsə girmədən evə gəldim və sinif yoldaşımı telefona çağıraraq ağlaya-ağlaya vəziyyəti danışdım.

Samir də olanları otaq yoldaşına danışıb. Aradan bir az keçəndən sonra qrup yoldaşım Ülviyyə bizə gəldi, dedi ki, "Kursun rəhbəri müdirin yanına gedib, səni qovublar". Mən də ağlaya-ağlaya durdum paltarlarımı yığım, rayona qayıdım. Elə bu zaman evin sahibəsi məni çağırdı, dedi ki, "Səni qapıda gözləyən var". Otaq yoldaşlarım, Ülviyyə və mən bayıra çıxdıq. Samir və onun otaq yoldaşı qapıda dayanmışdı. Təsəvvür edin ağlamaqdan üzüm-gözüm şişmişdi. Samir mənə dedi: "Otaq yoldaşımın sənə sözü var". Oğlan mənə dedi: "Hər şeyə görə üzr istəyirəm. Sabahdan dərsə gedərsiniz"... "Dərsə gedərsiniz" sözünü eşidən kimi başımı qaldırdım və qeyri-ixtiyari oğlana baxdım, o zaman göz-gözə gəldik və hər şey ordan başladı.

Aradan 4-5 ay keçdi. Ülviyyə mənə dedi ki, "Sənin xəbərin varmı ki, biz Samirlə bir-birimizi sevirik və bu yaxınlarda bizə elçiliyə gələcəklər". Çox sevindim. Beləcə, elçilik oldu. Ülviyyə bir gün mənə söylədi ki, "Samirin otaq yoldaşı səni sevir". Heç bilirsiniz mən bu xəbəri neçə aylardı gözləyirdim. Sevincimdən uçurdum, çünki mən də o oğlanı sevirdim.

Və beləcə, bizim sevgimiz başladı. İnanın ki, bir-birimizi o qədər sevirdik ki, bir-birimizin gözlərinə baxmaqdan çəkinirdik. O oğlan mənə qarşı heç vaxt artıq hərəkət etməmişdi, deyirdi ki, "Mən sənə toxunmağa belə qıymaram". Mən hər həftə sonu rayonumuza qayıdırdım, amma onu tanıyandan sonra qayıtmadım. Onun üzünü görmək üçün hamıdan təcrid olunmuşdum. Onu bir dəqiqə görmək üçün nələr etməzdim. Beləcə yaşayırdım - sevgilimi hər həftə sonu görəcəm deyə...

Bir gün mənə zəng gəldi, zəng edən sevdiyim idi. Telefonu açdım, mənə nə desə yaxşıdır? "Biz ayrılmalıyıq!"

Ən böyük etirafım

Heç bilirsiniz nə vəziyyətə düşdüm?! Xəstə yatdım, qızdırmam 40 dərəcədən aşağı düşmədi, dilim-dodağım parça-parça oldu. Dayana bilmirdim onsuz, axır ki bülleten açdırdım, evə gəldim. Anama hər şeyi danışdım. Anam vəziyyətimi gördü, heç nə demədi və beləcə, yenidən dərsə qayıtdım, amma elə bil cəhənnəmə gedirdim.

Aradan bir az vaxt keçdi və özümdə cəsarət toplayıb səbəb soruşmaq üçün qarşısına çıxdım. Yalvardım, "Sevgimizi belə bitirmə" dedim... Mənə baxdı, baxdı, arxasını çevirərək çıxıb getdi...

İllər keçdi. Mən kəndimizdə ingilis dili müəlliməsi işləməyə başladım, amma yenə onu axtarırdım, onun səsini duymaq istəyirdim, onun qara gözlərinə baxmaq istəyirdim. Gələn elçiləri qaytarırdım, elə bilirdim gələcək.

Samirlə Ülviyyənin toyu oldu. O toya getdik, toya sevdiyim oğlan da gəlmişdi. Elə həsrətlə baxırdıki, bir-birimizə o toyda... Onun barmağında nişan üzüyü gördüm. Toyu tərk etdim...

Acılı günlərim başladı, aylarla xəstəxanalarda yatdım, psixoloji sarsıntı keçirdim. Yaxınlarımın köməyi ilə ayağa qalxdım və onu ürəyimdən çıxarmağa çalışdım. Sevmədiyim insanla ailə qurdum, amma sonralar gördüm ki, çox gözəl insandır, dindardır. Bir oğlum, bir qızım var. "Hər şey arxada qaldı" dediyim zamanda ondan mənə xəbər gətirdilər. Ailəlidir, amma bu yaxınlarda boşanır. İki övladı var. Mənə yaxın olmaqdan ötrü bizim kəndimizdə iş yeri açıb. İllərdən sonra başqasıyla evlənməyinin səbəbini də mənə açıqladı - babası ölərkən vəsiyyət edib ki, "bu qızla evlənərsən"...

Bu da mənim sevgim, bu da sevgimə verilən dəyər...

Tək arzum, istəyim var ki, Allah məni yolumdan azdırmasın, şeytan ailəmlə mənim arama girməsin... Allah bütün sevənləri qovuşdursun. Amin.

Səslərin sayı: 9
76
13509
Şərhlər
Offline
yagmur atasoy
ALLAH size yardimci olsun.eyer o erkek kendi ailesini dagitiyosa artik ondan birsey beklemek olmaz.Sizinde cok guzel aileniz var.INSALLAH kendi ailenizle mutlu mesut yasar ve uzun bir omur surersiniz.AMIN.
14 dekabr 2013 16:43
Offline
Nigar
OXUDUM COX PIS OLDUM ALLAHDAN ARZUM AILENIZLE XOWBEXT OLUN WEYTANA NEFSINIZE UYMAYIN AMIN
14 dekabr 2013 16:07
imza: Allahın cümləmizə yar olsun amin
Offline
((()))
cray Oxudum cox kovreldim bilmesen ilk mehebetin ne olduqunu men bilirem.ALLAH menimde seninde komeyin olsun.
14 dekabr 2013 16:00
Offline
PƏRVANƏ ƏLİYEVA......
Cox pis oldum..Mence kecmishi ele kecmishde unudub bu gununu ailenle gozel balalarinla yashamalisan.Oz ailesine balasina sahib cixmiyan,babasinin vesiyeti ile evlenib,o rehmete geden kimide ailesini boshuyan insannan ne gozlemey olar..Mence o macara axtarir..Gozel bacim ailenin qedrini bil.Aile muqeddesdir..Sonradan peshman olacaqin bir hereket etme.Eyer ozunde guc tapin sevmediyin biri ile aile qurmusansa demey guclu qadinsan,bu gucunlede onuda qelbinnen beyninnen silib atarsan.Allah sene komey olsun..
14 dekabr 2013 15:22
Offline
lala
Duzdur cetindir sevmediyin biri ile yashamaq heyat menasiz gelir insana mence siz artiq o merheleni cekmisiz nece ildir evlisiz ushaqlariniz var erinizde pis insan deyil deyirsiz calishin ondan xeber almiyin xeber aldiqcan ,onu fikirleshdikcen ona qarshi isteyiniz maraginiz daha da artacaq .Eger rahat aileniz varsa ,erin seni sevib,hormet edirse,ushaqlarina ,sene qarshi yaxshi davranirsa deymez kimese gore aileni dagitmaga.O seni sevseydi ,vaxtinda fikirlesherdi seni bashqasina vermezdi ne olsunki vesiiyete emel edib burda insan heyatindan sohbet gedir ele bele ish deyilki.calish fikirleshmeyesen ,kecmishi unutmmaq olmur hec vaxt sadece o kitabi bagla ve hec vaxt vereqleme hec acma da.bashqasini fikirleshmekle hem gunah edirik ,hemde erine haqsizliq olur .Allah seni xoshbext etsin inshallah.ushaqlarini fikirlesh.
14 dekabr 2013 15:00
Offline
Aytac Mammedova
Mənə heç vaxt çatmırki,kişi sevmədən evlənib.Arvad deyəkki sevməsədə uşaq doğur bu məcburdu,bəs kişiyə nə deyirsən sevmirsən niyə uşaq yiyəsi olursan,şəxsən mən kişi olsam sevmədiyimin əlindən heç yeməkdə yemərəm,qaldıki,başqa məsələ angry
14 dekabr 2013 14:59
Offline
Ellada Babayeva
Ailəlidir, amma bu yaxınlarda boşanır. İki övladı var. Mənə yaxın olmaqdan ötrü bizim kəndimizdə iş yeri açıb. İllərdən sonra başqasıyla evlənməyinin səbəbini də mənə açıqladı - babası ölərkən vəsiyyət edib ki, "bu qızla evlənərsən"...

Bir başqasından boşanıb sizə yaxın olmaq istəyir..Mənsız bir şeydi.2 övladı var heçmi onları düşünmür..Bu insana etibar yoxdu.Allah köməyiniz olsun.Sizi düz yoldan ayırmasın..Amin!!

Bir başqasından boşanıb sizə yaxın olmaq istəyir..Mənasız bir şeydi.İki övladı var heçmi onları düşünmür..Bu insana etibar yoxdu.Allah köməyiniz olsun.Sizi düz yoldan ayırmasın..Amin!!
14 dekabr 2013 14:57
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
Eliyeva Xedice
Oxuduqca kovreldim.. Cox cetin bir iller yawamisan. yenede bax Allah ureyine gore birin qabagina cixardib.Amma mence oglan hecde duzgun hereket etmeyim,gor sen yaziq ne geder yazlvarmisan dil agiz etmisen o geri donsun deye yenede seni ewitmeyiv yox ne bilim mecbur yox ne bilim atasi vesiyet edib bow sohbetdi.. Allah seni omruvun sonuna kimi xowbext etsin canim.
14 dekabr 2013 14:38
Offline
Aytac Mammedova
Bacı çətindir,amma elə bir insana görə adam heçvaxt ailəsini atmaz,amma siz onu hələdə fikirləşirsizsə demək şeytan qəlbinizə girib,çalış onu ordan çıxardasan nə qədərki,öz fikirlərini həyata keçirməyib.Həmdə bu sizi sevən yoldaşınıza haqsızlıq olar,onun elədiyi yaxşılıqları Allah gözünüzdən gətirər.
14 dekabr 2013 14:29
Offline
APENAS
Ayyy Bacim chox kovreltdiz meni recourse chox chetindir sevibde qovusha bilmemek. Amma artiq olan olub, kechen de kechib. Allah sheytana lenet etsin. Gozel aileniz, iki gozel ovladiniz var onlarin xatirne sheytanin sizi duz yoldan chixarmasina esla izin vermeyin. ALLAH ailenizi ve sizi qorusun, merdim azarlardan, ves veseden, sherden uzaq eylesin inshALLAH Amin girl_ang
14 dekabr 2013 14:20
Offline
Nemis Deniz
Oz ailesini dagidan biri sene nece sahib cixar seven Adam birinciden atmazdi belediki ne sevgiye sevgi varki.."
14 dekabr 2013 14:18
Offline
๑۩۩๑ŞiRiN_QıZ๑۩۩๑
Allah sizi ve gozel balalarinizi qorusun!
14 dekabr 2013 13:49
imza: İ love my pillow because it gives me different hairstyles every day...
Offline
_BeautifuL_
ALLAH UZAQ ETSIN BELE SEYLERI.. MENCE AXILLLI QADIN HEYET YOLDASINI SEVMESE BELE ONU KOHNE SEVGILISINE DEYISMEZ...O, YAXSI OGLAN OLSAYDI YANINIZDA OLARDI...UMUMIYYETLE HANSISA OGLANIN VE YA QIZIN AYRILMIS OLDUGU SEVGILISININ ILLER BOYU YASIN TUTMAGI MENE CATMIR.. DUZDU UREYDEKI ACI UZUN MUDDET ORDA OLUR AMMA ONU HETATIMIZA YANSITMAQ MENCE OLMAZ...SEVMEK O DEMEK DEYILKI MUTLEQ QOVUSASAN.. GOZEL HISLERDI YASADIN VE BITDI..NE OLUR OLSUN HEYAT DAVAM EDIR..ALLAH SIZI YOLUNUZDAN AZDIRMASIN...SEYTANA UYMAYIN... GOZEL AILENIZI DAGITMAYIN.VAXTINDA SIZE UZ CEVIREN BIRI UCUN FEDEKARLIQ ETMEYE HEC AMA HEC DEYMEZ......
14 dekabr 2013 13:41
Offline
♥A.Ravana♥
Əgər sevdiyiniz əsl insandırsa ,sizi sevirsə və gözəl evladlarınız varsa mənə elə gəlir keçmişi heç yadınıza salmayın .Bu günki,günə baxın .Ailənizi qoruyun...Uğurlar
14 dekabr 2013 13:35
imza: "Bir insana başqaları yanında verilən öyüd-nəsihət, öyüd-nəsihət deyil, təhqirdir ..." Hz.Ali
Offline
Fatma xanım
Sevmədiyim insanla ailə qurdum, amma sonralar gördüm ki, çox gözəl insandır, dindardır.Özünüz deyirsiz ki yoldaşınız əsl insandı daha nə istəyirsiz ağlınızı başınıza yığın və ailənizi qoruyun , övladlarınızı düşününün yox bir sənə yaxın olmaq üçün yaxınınızda iş yeri açıb böyük səflıik edib , qoyma öz ailəsi kimi sənində ailəni dağıda ağıllı ol.
14 dekabr 2013 13:08
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
zehra
Baci heqiqetende cox cetindir ne deyim allah komeyin olsun artiq hersey arxada qalib ahhah aileni mehriban elesin balalarini qorusun.sene deyer vermeyen biri demekki seni hec sevmeyib sen dogru yoldasan allah komek olar sene insallah
14 dekabr 2013 13:07
Offline
Happiness-lady
COX UZUCUDUR DOGURDAN AMMA BACIM OZUNUZ DEDIYI KIMI GOZEL AILENIZ VAR GUL BALALARINIZ VAR KIMESE GORE, OZUDE SIZI TERK ETMIS BIRISINE GORE AILENI PIS ETMEYE DEYMEZ ALLAH KOMEYINIZ OLSUN ALLAH AILENIZI TEMELINI MOHKEM ETSIN, ALLAH seytani QELBINIZDEN, AILENIZDEN UZAQ TUTSUN AMIN INSALLAH girl_ang
HER SEYI BOS VERIN GETSIN KECMISI KECMISDE QOYUN GELECEK XOSBEXT GUNLERINIZI FIKIRLESIN give_ros
14 dekabr 2013 12:42
imza: Sevgi olumle yasam arasinda serheddir.Yasama sebebim oldugun ucun cox sagol.S+V.
Offline
♥Sevgilimi çox sevirəm♥
Bacı sənin düşdüyün vəziyyət həqiqətəndə acı ağrılı olub.Amma özünüz deyirsizki gözəl insan olan əriniz və övladlarınız var,olanlar qoy elə keçmişdə qalsın.
14 dekabr 2013 12:39
Offline
Seadet Sexavet
Mәn hәmişә demirәmmi...Bu kişilәr acizdir.Vәsiyyәtlә dönәn oglanın zәif xarakteri..Sәnә yaxın olumdeyәsәnin ailәndә dә lroblem yaratmasın...Çalış ondan xәbәr alma.Bu sәnin yanındakına haqsızlıq olar........
14 dekabr 2013 12:02
Offline
Ramile
Aaaaaa vesiyyet var vesiyyat var da hec ele sey olar ? Belke babam deyecek ki vesiyyetim budur ki men olenden sonra sen de ol dehsetdiye bele seye gore sevgini qurban vermek olar?
14 dekabr 2013 11:47
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
  • 05:49 - Müəllif: JamesheevaIY
    Hüquqşunas məsləhəti (550)

    Hüquqşunas məsləhəti

    Withdraw 918Kiss – Uberwin.club Click here>>>
  • 02:56 - Müəllif: KristinaPlernMB
    Hüquqşunas məsləhəti (550)

    Hüquqşunas məsləhəti

    Incredible update of captchas solution package "XEvil 4.0": captcha recognition of Google (ReCaptcha-2 and ReCaptcha-3), Facebook, BitFinex, Bing, Hotmail, SolveMedia, Yandex, and more than 12000 another size-types of captcha, with highest precision (80..100%) and highest speed (100 img per second). You can use XEvil 4.0 with any most popular SEO/SMM programms: iMacros, XRumer, GSA SER, ZennoPoster, Srapebox, Senuke, and more than 100 of other programms. Interested? There are a lot of impessive videos about XEvil in YouTube. Free XEvil Demo available. See you later!
  • 02:36 - Müəllif: PeteridextDQ
    Hüquqşunas məsləhəti (550)

    Hüquqşunas məsləhəti

    Возможная неудача Stamina-RX Maximum Sexual Stimulant, 30tabs : preparatyi Состав Стамина РХ Предельная Альтернатива Виагре!
  • 01:19 - Müəllif: JosephacuptOW
    Hüquqşunas məsləhəti (550)

    Hüquqşunas məsləhəti

    Most of the student know good about the subjects but when comes to online exam, they don’t feel confidence and need help. In that situation, student can use this online exam help service from best exam and quiz helpers and experts to improve their grades. This will boost their morale and confidence for all future exams and tasks. We have our team of experts who are equipped with modern means to assist students in all their online exam and quiz related queries. Take My Online Exam
  • Deputatdan hökumətə təkliflər: “Uşaq pulu” bərpa edilsin”

    Uşaq pulu bərpa olunsa mənnən xoşbəxti tapilmiyacaq
  • Evdə idman etməyin faydaları

    - Səhər oyananda evin içində ritmli yürüyüşə çıxın. Evinizin və ya mənzilinizin pilləkanlarını qalxıb düşün. Enib-çıxma, ip atlama və ya rəqs kimi fəaliyyətlərdən istifadə edə bilərsiniz. bu bir az qəlizdi
  • Bred Pitt və Ancelina Coli uşaqları ilə bağlı razılığa gəldilər

    Uşaqların psixalogiyasına görə normal məktəb vacibdi
  • Koronavirusdan sağalan 11 nəfər infeksiyanın müalicəsi üçün donor oldu

    Bu risk deyil ki?Mən qorxardim
  • Qıvırcıq saçlar üçün 3 tövsiyə

    Təbii buruqlara nə qədər çox toxunsanız, quruluq və qırılma o qədər artacaq. Ən əsası darama prossesini azaldın. Qidalandırıcı saç südlərindən faydalana bilərsiniz.
  • 13:05 - Müəllif: Feride
    Evdə idman etməyin faydaları (2)

    Evdə idman etməyin faydaları

    Evdə tənbəllik basır bizi nə idman yada düşür nə gəzmək
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış