Bu, mənim həyatımda ilk etirafımdır və sizin məsləhətlərinizə ehtiyac duyuram.
Mən 10 il əvvələ qayıtmaq istəyirəm. 2003-cü ildə tələbə adını qazandım. Bu vaxt mənim sinif yoldaşım, həm də qonşumuz olan Samir (ad şərtidir) başqa bir yerə qəbul oldu. O, bizdən aşağı küçədə qalırdı. Samir bir gün məndən xahiş etdi ki, "Mənim otaq yoldaşım Şəlalə adında qızı sevir, qız sənin təhsil aldığın yerdə oxuyur və onların yerlisidir. Sadəcə, qiz bilsin ki, oğlan onu sevir. Bu xəbəri qıza çatdırarsanmı?" Mən də dedim: "Hə, çatdıraram". Və çatdırdım.
Səhəri gün dərsə gedəndə mənə dedilər ki, müdir səni çağırır. İçəri girəndə gördüm ki, Şəlalə, atası, anası və müdir oturub. Müdir mənə bir kəlmə söz dedi: "Qovuldun".
Dərsə girmədən evə gəldim və sinif yoldaşımı telefona çağıraraq ağlaya-ağlaya vəziyyəti danışdım.
Samir də olanları otaq yoldaşına danışıb. Aradan bir az keçəndən sonra qrup yoldaşım Ülviyyə bizə gəldi, dedi ki, "Kursun rəhbəri müdirin yanına gedib, səni qovublar". Mən də ağlaya-ağlaya durdum paltarlarımı yığım, rayona qayıdım. Elə bu zaman evin sahibəsi məni çağırdı, dedi ki, "Səni qapıda gözləyən var". Otaq yoldaşlarım, Ülviyyə və mən bayıra çıxdıq. Samir və onun otaq yoldaşı qapıda dayanmışdı. Təsəvvür edin ağlamaqdan üzüm-gözüm şişmişdi. Samir mənə dedi: "Otaq yoldaşımın sənə sözü var". Oğlan mənə dedi: "Hər şeyə görə üzr istəyirəm. Sabahdan dərsə gedərsiniz"... "Dərsə gedərsiniz" sözünü eşidən kimi başımı qaldırdım və qeyri-ixtiyari oğlana baxdım, o zaman göz-gözə gəldik və hər şey ordan başladı.
Aradan 4-5 ay keçdi. Ülviyyə mənə dedi ki, "Sənin xəbərin varmı ki, biz Samirlə bir-birimizi sevirik və bu yaxınlarda bizə elçiliyə gələcəklər". Çox sevindim. Beləcə, elçilik oldu. Ülviyyə bir gün mənə söylədi ki, "Samirin otaq yoldaşı səni sevir". Heç bilirsiniz mən bu xəbəri neçə aylardı gözləyirdim. Sevincimdən uçurdum, çünki mən də o oğlanı sevirdim.
Və beləcə, bizim sevgimiz başladı. İnanın ki, bir-birimizi o qədər sevirdik ki, bir-birimizin gözlərinə baxmaqdan çəkinirdik. O oğlan mənə qarşı heç vaxt artıq hərəkət etməmişdi, deyirdi ki, "Mən sənə toxunmağa belə qıymaram". Mən hər həftə sonu rayonumuza qayıdırdım, amma onu tanıyandan sonra qayıtmadım. Onun üzünü görmək üçün hamıdan təcrid olunmuşdum. Onu bir dəqiqə görmək üçün nələr etməzdim. Beləcə yaşayırdım - sevgilimi hər həftə sonu görəcəm deyə...
Bir gün mənə zəng gəldi, zəng edən sevdiyim idi. Telefonu açdım, mənə nə desə yaxşıdır? "Biz ayrılmalıyıq!"
Heç bilirsiniz nə vəziyyətə düşdüm?! Xəstə yatdım, qızdırmam 40 dərəcədən aşağı düşmədi, dilim-dodağım parça-parça oldu. Dayana bilmirdim onsuz, axır ki bülleten açdırdım, evə gəldim. Anama hər şeyi danışdım. Anam vəziyyətimi gördü, heç nə demədi və beləcə, yenidən dərsə qayıtdım, amma elə bil cəhənnəmə gedirdim.
Aradan bir az vaxt keçdi və özümdə cəsarət toplayıb səbəb soruşmaq üçün qarşısına çıxdım. Yalvardım, "Sevgimizi belə bitirmə" dedim... Mənə baxdı, baxdı, arxasını çevirərək çıxıb getdi...
İllər keçdi. Mən kəndimizdə ingilis dili müəlliməsi işləməyə başladım, amma yenə onu axtarırdım, onun səsini duymaq istəyirdim, onun qara gözlərinə baxmaq istəyirdim. Gələn elçiləri qaytarırdım, elə bilirdim gələcək.
Samirlə Ülviyyənin toyu oldu. O toya getdik, toya sevdiyim oğlan da gəlmişdi. Elə həsrətlə baxırdıq ki, bir-birimizə o toyda... Onun barmağında nişan üzüyü gördüm. Toyu tərk etdim...
Acılı günlərim başladı, aylarla xəstəxanalarda yatdım, psixoloji sarsıntı keçirdim. Yaxınlarımın köməyi ilə ayağa qalxdım və onu ürəyimdən çıxarmağa çalışdım. Sevmədiyim insanla ailə qurdum, amma sonralar gördüm ki, çox gözəl insandır, dindardır. Bir oğlum, bir qızım var. "Hər şey arxada qaldı" dediyim zamanda ondan mənə xəbər gətirdilər. Ailəlidir, amma bu yaxınlarda boşanır. İki övladı var. Mənə yaxın olmaqdan ötrü bizim kəndimizdə iş yeri açıb. İllərdən sonra başqasıyla evlənməyinin səbəbini də mənə açıqladı - babası ölərkən vəsiyyət edib ki, "bu qızla evlənərsən"...
Bu da mənim sevgim, bu da sevgimə verilən dəyər...
Tək arzum, istəyim var ki, Allah məni yolumdan azdırmasın, şeytan ailəmlə mənim arama girməsin... Allah bütün sevənləri qovuşdursun. Amin.
XƏBƏR LENTİ
Davudoğlunun Ermənistana səfərdədir
Hadise üsyan etdi
Göyərtilərin faydalı xüsusiyyətləri
Bülent Ersoy bu dəfə küçədə pul payladı-FOTO
Ən bahalı qidalar
Əslində isə bunu yeyirik
Su içərkən nəyə diqqət etməli?
Nataşa Koroleva boşanır?
QALİB SEÇİLDİ! - Şaxta baba, Şaxtacan...
Hicablı qadınlar üçün 2019 yaz dəbi
Azərbaycana bahar gəlib
Bakıda 22:00-a kimi qadağa
Rola görə inanılmaz dəyişikliyə məruz qalanlar
İŞİD üzvü Moskvaya gedib çıxdı
Sizin stiliniz hansıdır?
Gözəl güllər
Bakıda uşaqlara niyə belə əzab verirlər?
Rezidenturaya sənəd verənlərin sayı açıqlandı
Fərqli manikür nümunələri
Qadin.Net - 2 Yaşın mübarək!
Günün qoroskopu:Təşkilatçı olun!
Noutbuklar liderliyi itirir
XƏBƏRDARLIQ: Temperatur 6 dərəcə enəcək, güclü külək olacaq
Saç və dırnaq maskası
Pentaqon UNO-ların araşdırılması üçün işçi qrupu yaradır
Acun dünya məşhurları ilə bir siyahıda
Bryus Uillisin qızı ilə eşq yaşayır - FOTO
Ermənilər Ağdamın cəbhəyanı kəndlərinə 26 ədəd raket atıblar
Pəhrizinizə dəstək-karbohidratlar
Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatı başlayır
"Kızım" FİNAL EDİR
Buludların üzərində piyada gəzinti
Vətəni canı bahasına qoruyanlar - VİDEO
Dünya ulduzları reklam çəkilişində - FOTO/VİDEO
Sürpriz alma şirniyyatı (foto resept)
Kafirin küfrü artdıqca...
"İstanbullu gelin"in final tarixi açıqlandı
Akın Akınözüdən HƏRCAİ ETİRAFI
Tailanddan “YouTube” və "Facebook"a sərt xəbərdarlıq
Hindistanda ikibaşlı ilan aşkar edilib - VİDEO
Fərqli dekorasiya modelləri
Yay ayı üçün toy geyimləri
Turabi finala qaldı-1 milyon qazana bilər!-FOTO
Nə içirik?
Varlılarla yoxsullar arasındakı 10 fərq
Hindsayağı pirojki (foto resept)
Uşaqlar üçün papaq və şərf modelləri (2)
Hava haqqında - 12.02.2014
Hava necə olacaq?
Ruzinizin artmasını istəyirsinizmi?
- ŞƏRHLƏR