"Xəyalə Murada etiraf et" layihəsi vasitəsi ilə yeni daxil olmuş anonim etirafı təqdim edirik. Oxuyub fikir bildirməyi unutmayın!
"Salam, Xəyalə xanım. Saytdakı etirafları görəndən sonra sizə yazmaqda ürəkləndim. Hərə bir problemlə, dərdlə əlləşir. Mən çox şükür həyatda xoşbəxt insanam. Anam-atam, bacılarım, qardaşım, qohum-əqrəbam hamsından razıyam, çox şükür. Ağ atlı şahzadəm həyatıma vaxtında gəldi. Onunla birlikdə quracağımız ailəmizi, doğulacaq uşaqlarımızı və əl-ələ qocalacağımızı xəyal edirəm. Onu çox sevdiyimi gecə-gündüz desəm azdır. O da məni sevir. Sevdiyini demədiyi bir zəng, bir görüş yoxdur. Ancaq ailəsi... Bilirsiz, mən önyarğılı deyiləm. Kimsənin haqqında pis-yaxşı söz deməyim üçün onu mütləq tanımalıyam. Elə sevdiyim insanın ailəsinə qarşı da bu cür yanaşdım. Tanıyıb sevəcəyimi ümid edirdim. İlk dəfə elçilikdə tanış olduq.
Adət-ənənəyə sadiq ailə olduqlarını düşünürdüm. Anam-atam bu cür olduqlarından, bacılarımın gəlin köçdükləri ailələrin də bu cür olduğundan bu fikrdə idim. Amma tamam fərqli ailədirlər. İmkanlı olduqlarını nişanlımla tanış olanda hiss etməmişdim. Çünki ona ilk baxışdan aşiq olmuşdum. Nişanlım da imkanını nümayiş etdirən tiplərdən deyil. Sürdüyü maşını altıncı görüşümüzdə gördüm. Təsəvvür edin o qədər sadə insandır ki, necə deyim... Ancaq anası və bacısı tamam fərqli xarakterə sahibdi. Göstəriş üçün ürəkləri gedir. Hər xırdalıqda adətləri pozmaq, insanlara maksimum fərqli görünməyə çalışırlar. Nişanımı, elçiliyimi yazsam əsas mövzudan kənara çıxmış olaram. Toya bir ay qalıb. Beş aydır nişanlıyıq. Bu dəqiqə hər iki ailənin müzakirə mövzusu bizim gələcəyimizdir. Nişanlımın adına iki otaqlı ev var. Nişandan bir ay sonra ev təmir edildi. Artıq hamılıqla bildik ki, biz o evdə yaşayacağıq. Gəlin olaraq o evə köçəcəm. Cehizim də bir baş ora getməlidi. Amma bu cehiz məsələsi bütün sevincimi burnumdan gətirir. Ailəvi olaraq müəyyən büdcəmiz var. Mebellərimi kreditə götürmək istəyirik. Atam deyir nəyə əlini qoysan alacam. Mən də internetdə öz zövqümcə yataq və qonaq otağı mebeli axtarıram. Amma atama yük olmasın deyə bir az ucuz olanlarını seçirəm. Evi gedib görmədiyim üçün sadəcə uzunluğunun və eninin neçə metr olduğunu bilirəm. Qaynanamla baldızım evi hər dəfə görüblər deyə mətbəxin eni-uzunu necə olsa yaxşı olacağını bilirlər. Atamla anam qaynanamdan ya da baldızımdan mətbəx mebeli barəsində məsləhət alsam daha yaxsı olar dedilər. Mən də onlardan soruşdum. Soruşmaz olaydım. O gündən bəri mənim nəinki mətbəx mebelimi, hətta yataq və qonaq otağı mebelii seçməyə başlayıblar. Baldızıma bir şəkil göndərdim, qayıtdı ki biz artıq mebeli tapmışıq. Divan dedim, biz artıq seçmişik dedi. Yataq mebeli dedim, dünən seçdik dedi. Özümü gəlin kimi yox heç bir işə yaramaz varlıq hiss edirəm. Qızılımı da mənim yerimə seçiblər. Heç ona narazılıq etməmişdim. Amma bu lap ağ oldu. Evin xanımı mən olacamsa niyə öz mebelimi özüm seçməyim? Ya ən azından rənginə qarışmaq haqqım niyə olmasın? Pərdəmin dizaynına kimi əvvəldən seçiblər. Evə bu yaraşar deyə deyə başımın ətini yeyirlər. Ali təhsili, bacarıqlı qızam. Bu cür hala hələ nə mən nə də ailəm rast gəlməyib. Gələn həftə atamla qaynanam mebel mağazasına gedəcəklər. Kredit məsələsini başa vurmaq və cehizimin evə nə vaxt gedəcəyini müəyyənləşdirmək üçün.
Qorxuram bunlar mənim yerimə toyda gəlin olalar. Məgər mənim haqqım yoxdur? Çox şey istəmirəm ki. Cehizimi seçəcək haqqa sahib olmaq istəyirəm. Nəticədə hər gün tozunu alan, ona baxan mən olacam baldızım ya qaynanam yox ki. Hərəsinin öz evi var. Baldızım da ərdədi. Öz cehizini özü seçmiş biri mənim cehizimi mənim əvəzimə öz zövqünə görə seçsin ki? Hanı ədalət? Buna nə qədər səbr edə biləcəm bilmirəm. Nişanlıma heç nə deməməyimin səbəbi münasibətlərimizin ailələrimizə görə korlanmasını istəmədiyimdəndir. Bilmirəm nə edim. Çarəsizcə sizə yazıram. Qadin.Net xanımları mənə az da olsa məsləhət verərlər deyə ümid edirəm. Bir də anonim paylaşarsız, baş ağrısı istəmirəm. Təşəkkürlər. "
XƏBƏR LENTİ
Wi-Fi-la divarın o tərəfindəki qonşunu görmək olacaq
“Qarabağ”da şok itki
Liderlər və ağıl xəstəlikləri (2)
Adobe photoshop - İlk dərs
İranda Azərbaycan mədəniyyət həftəsi keçiriləcək
BÜRCLƏR bizə nə vəd edir?-27 İyul
Ərdoğandan Qarabağ şərti
Qoyun ili nə vəd edir?
Rəsmi Moskvadan Ermənistanla Azərbaycan arasında əsir mübadiləsi ilə bağlı AÇIQLAMA
500 metr hündürlükdə körpəni tək qoydu
Zamanın təsiri
Reanimasiyada olan xəstələrin sayı açıqlandı
Neftin qiyməti nə vaxt qalxacaq?
İmam sarığı tortu(foto resept)
TQDK-nın sınaq imtahanında 50 minədək abituriyent iştirak edib
Sabahın hava proqnozu
Dünyaya sərt mesaj verdi
Suyun verilməsində məhdudiyyət olacaq - ƏRAZİLƏR
Uşaqlığımızda etdiyimiz dəcəlliklər
Bülent Ersoy Eylül Metini məhkəməyə verdi-SƏBƏB-FOTO
Hadisə yeni FOTOsunu paylaşdı
Nizami Gəncəvidən ibrətamiz kəlamlar (II hissə)
UNO qatarı haqlamaq istədi
Bu qızlar Azərbaycana Paris Qran Prisindən 2 qızıl, 1 bürünc medal gətirdilər
Diş qıcanmasının səbəbləri
Gəlin buketləri
Dəniz suyunun faydaları
MSK seçkinin ilkin nəticələrini açıqladı
HAVA necə olacaq?-12 yanvar
Erməlnilərin şərti: Sarkisyan getməlidir
Harri şahzadəlik titulindan niyə imtina etdi?-AÇIQLAMA
Ərdoğana cəza verildi
Azərbaycanda qapalı formada aorta anevrizması əməliyyatı həyata keçirilib
Vadoma qəbiləsinin sağalmaz XƏSTƏLİYİ
Azərbaycanda insanlar daha çox hansı yaşlarda ölürlər?
36 milyonluq fincan
Zəlzələdə 13 mindən çox adam yaralandı
Rus dili - РЎСЃ
Prezident İlham Əliyev ehtiyat fondundan 12 milyon manat ayırdı
Külək nə vaxta kimi davam edəcək?
Rezidenturada 24 plan yeri boş qaldı
"Kit-Kat"lı brauni (foto resept)
Qadınlar hansı ölkəyə bənzəyir?
İlham Əliyev Moskvaya getdi
7 yaşlı "qoca uşaq" görənləri heyrətləndirir - FOTO
WhatsApp niyə çökdü?
MƏHƏBBƏT HAQQINDA
Acı bibərlı pomidor sousu (foto resept)
Gündəlik normal qidalanma
Artıq ünvanlar daha tez və rahat tapılacaq
- ŞƏRHLƏR