"Xəyalə Murada etiraf et" layihəsi vasitəsi ilə yeni daxil olmuş anonim etirafı təqdim edirik. Oxuyub fikir bildirməyi unutmayın!
"Xəyalə xanım, son çarəm sizsiniz. Mən başımı təmiz itirmişəm. Hər şeyi danışım məsləhətinizi verin. Dörd illik sevgidən sonra nəhayət qovuşub evləndik. Yeddi il can deyib, can eşitdik. Bir dəfə narazılığımız, umu-küskünlüyümüz olmadı. Nə də qayınana-gəlin, gəlin-baldız narazılıqları yaşamadıq. Bu yeddi illik xoşbəxtliyim bir zənglə məhv oldu. Sanki qaynar qazana girib çıxdım.
Adətən telefon əlindən düşməzdi. Mən də oyun oynuyur deyə düşünürdüm. Uşaq yaxınlaşanda özündən uzaqlaşdırır ki, mane olma. Oğlumun altı yaşı var, oxumağı demək olar bacarır. Sentyabrda birinci sinfə gedəcək. Yoldaşımın hər uşaq telefona boylananda onu özündən uzaqlaşdırması içimə şübhə saldı. Bir dəfə telefonu götürüb hamama keçdim. Onun "whatsapp" mesajlarını bir-bir yoxladım. şübhəli görünən bir mesaja rast gəlmədim. Mesaj silməyə nə var ki... deyə düşünüb zənglərə baxdım. Sən demə son üç gündə eyni nömrəyə azı 20 dəfə zəng edib. Nömrəni telefona kişi adıyla yazdığından daha çox şübhələndim. O adda tanış iş yoldaşı, dostu yoxdu. Üstəlik işi elədi ki, qətiyyən əl telefonuna diqqət ayıra bilmir. Bu işə iki ildi girib. İşdə olduğu müddətdə telefonuna on dəfə də zəng vursam götürmür. Məcbur mesaj atıram. O da nahara çıxanda açıb baxır və ya evə gələndə açıb baxır. Həmin zənglərin saatlarında da vaxt diqqətimi çəkdi. Eyni adama işdə olduğu vaxtlarda zəng edib. Üstəlik tək işdə olanda yox, nahar və evə qayıdış vaxtında da zəng vurub. Öz nömrəmə olan zənglərin sayını hesablarım heç onun qədər olmadı.
Demək ki, daha çox diqqət ayırdığı biri var və bu şəxs kimdirsə o nömrənin istifadəçisidir. Eləmə tənbəllik nömrəyə zəng vurdum. Hamamda olduğumdan yoldaşımın xəbəri olmadı. Zəngə bir qadın "Alo! "dedi. Qadın.... Başa düşürsüz? 4 il sevgili, 7 il evli olduğum şəxs üç gün ərzində azı 30 dəfə bir qadınla danışırmış. Səsi eşidər eşitməz telefonu bağladım. Sonra cəld hamamdan çıxıb telefonu yerinə qoydum və təkrar hamama qayıtdım. Soyuq başla düşünmək lazım idi. Tələsik qərar verə bilməzdim. Üz-gözümə soyuq su vurub rahatlamağa çalışırdım ki, yoldaşımın telefonuna zəng gəldi. Telefonu götürüb danışmaq üçün balkona çıxdı. Hamamın yuxarsındakı pəncərə balkona açıldığından yoldaşımın səsini eşidirdim. Əvvəl təəccübləndiyini, sonra sevincli danışdığını hiss etdim. Gülürdü, zarafatlaşırdı. Axırda görüş təyin etdi. Nahar vaxtına saldı. Həmin yerə getdim və gözümlə onları gördüm. Bir kafedə dönər yeyirdilər. Qızı tanıdım. Yoldaşımın məndən əvvəlki sevgilisi idi. O gün gördüklərimi yoldaşıma demədim amma içim özümü yeyir. Dözə bilmirəm. Xəyanət etdiyini gözümlə görmədim, birgə yemək yeyirdilər Amma bir yandan da onunla görüşməsi və danışması mənə açıq aydın xəyanət etdiyini sübut edir. İndi siz deyin mənə yoldaşımı bağışlayım, hər şeyi unudum, yoxsa xəyanətdən xəbərdar olduğumu deyib utandırım? Oğlum var onu düşünməliyəm. Mümkünsə mənə yol göstərin."
XƏBƏR LENTİ
Ağız qoxusunun qarşısını alan üsullar
Koronavirus bu tarixə qədər davam edəcək
Pankreatitin kəskinləşməsi
Kanadada 17 il sonra məktub tapıldı-FOTO
Bu kişilərin evlilik təklifini qəbul etmək olar
Düzgün makiyaj üçün 20 qızıl qayda
Aleksandr Borodin
Sinəsinin böyüklüyündən bezən qadın danışdı-FOTO
13 milyon adam ölə bilər
Ordumuz ermənilərin silah anbarını belə vurdu - VİDEO
Qeyri-adi heyvanlar haqda faktlar
Pazllar ("İtmiş balıq Nemo")
İsrail yenə raket zərbələri endirdi
Qonşu ölkələrdə “Koronavirus qaydaları”na əsasən yeni dərs ili
Qadın.Net-lilərin ən dəyərli əşyaları(2)
"Bakı 2015"in rekord vuran idmançısı
BÜRCLƏR bizə nə vəd edir?-15 yanvar
Yeni "Kalaşnikov"lar gəlir
Ana südünü nə artırar?
Birləşən banklarda əmanətlərin taleyi necə olacaq?
Balqabaqlar əsər oldu
Disney qəhrəmanlarının həzin sonu
Dollarda növbəti bahalaşma
“Eşkiya dünyaya hükümdar olmaz”da yeni sima
Hava haqqında
Bal ilə gələn gözəllik
Gigi və Bella Hadidin başına Gözlənilməz İş Gəldi-FOTO
Kartof salatı
NASA-dan dünyanı təəccübləndirən PAYLAŞIM
Mançesterdə "Azərbaycan gecəsi" keçirilib
Borderline müalicəsi (Ruhdakı cənnət və cəhənnəm)-2
Dəri geyimlər
ABŞ-dan Qarabağ çağırışı
Apple App Store yeni rekord vurdu
2011-ci ilin yeni gəlinlik modelləri
Tərk edilən qadınların ortaq xüsusiyyətləri
Şeyma Subaşı Acun haqqında İLK DƏFƏ danışdı
5 günə şəkəri həyatınızdan çıxarın
"Vur, komandir, vur!"
"İnqilabi" prosessor nüvəsi yaradılır
Dünyanın məşhur mədən şirkəti səhvən 46 min illik tarixi mağaranı uçurdu
Zamanın dayanmadan axdığına şahid olun
Pəhriz zamanı bu qidalardan uzaq durun
Dərdlərə dərman olan badımcan sapı
Günün ulduz falı - 14.09.2013
Sehirli uşaq kostyumları
Məktəblilər üçün düzgün qida menyusu
Məşhur model kökəldi-FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
IV sinif dərsliklərinin taleyi nə olacaq?
- ŞƏRHLƏR