Salam xanımlar! Düzü necə başlayım bilmirəm. Artıq səbrim tükənib. iki övadım olmasa artıq çoxdan canıma qıymışdım. Ancaq artıq onlar da mənim bunu etməyimə mane olmayacaq qədər mənasın itirib. Bilirəm hər kəs məni qınayacaq ki, övladları olan ana onları qoyub getməz. Ancaq daha dözə bilmirəm.
Yoldaşımla 2008-ci ildə sevərək evlənmişik. Hər iki ailənin razılığı ilə nigahımız baş tutub. 3 il çox gözəl yaşamışıq. 1-ci övladımın 3 yaşı olan zaman 2-ci övladıma hamilə idim. Yoldaşımın məndən yavaş-yavaş soyuduğunu hiss edirdim. Çox çalışırdım ki, məndən soyumasın. 3 yaşlı oğlum üstəlik hamilə, üstəlik hamiləliyim də çətin keçirdi. Buna baxmayaraq ağrılarımı yoldaşıma demirdim. Az qazanmağına baxmayaraq ehtiyacımızı ona demirdim. Çox ehtiyacım varsa anamdan xahiş edirdim. Lakin anama da yoldaşımın yaddan çıxarıb almadığnı deyirdim ki, çətin yaşadığımızı bilməsin. Deyə bilərsiniz ki, özümə baxmamışam, pinti və ya səliqəsiz olmuşam. Xeyir. Salonlara getməsəm də evdə öz təmizliyimə səliqəmə hər zaman fikir vermişəm. Lakin buna baxmayaraq yoldaşım gün-gündən məndən uzaqlaşırdı. Nə isə qızımız dünyaya gəldi.
Çətin doğuş olduğu üçün qızım zəif oldu. Bir müddət müalicə almalı oldu. Sağ olsun bütün xərcləri əmim öz boynuna götürdü. Gecə gündüz yatmadım uşaqlara baxdım. yoldaşımın da heç nəyini əskik etmədim. Lakin yoldaşımın sosial şəəbəkələrdə bir xanımla yazışdığını və hətta görüşdüyünü də gördüm. İlk öncə etirazımı bildirdim, evdən getdim. Boşanmaq istədiyimi dedim. Çox üzr istədi. Etməyəcəyini dedi. Bağışladım. Məcbur idim. Gedib kiməsə sığına bilməzdim. Ancaq üstündən bir neçə il ötməsinə baxmayaraq yoldaşım hələ də həmin xanımdan ayrılmayıb. Hələ üstəlik həmin xanım yoldaşımla olan intim şəkilləri də göndərir ki, bax, yan! Boşan ondan. Ancaq elə bu xanımın acığına boşanmaq istəmirəm. Ancaq...Artıq hər şeyi görsəm də səsimi çıxarmıram. Lakin bunun axırı yoxdur. Ata evinə geri dönmək istəmirəm. Bir neçə dəfə intihara cəhd etmişəm. Hər dəfə oğlum qarşımı alıb .Elə bil Allah onu yuxudan oyadıb ki, anana mane ol. Ancaq bu dəhşətdir. Onların yazışdırqlarınışəkillərini görmək məni hər gün min dəfə öldürür. Artıq rahatlaşmaq istəyirəm. Anama övladlarımı tapşırmışam.(anama demişəm ki, mənə bir şey olsa övladlarım sənə əmanət) Vəsiyyət məktubumu da yazmışam ki, ölümümdə yoldaşım günahkardır. Övladlarımı anama, qardaşıma verin. Yalvarıram siz deyin mən nə edim. Hiss edirəm ki, iradəm tükənib. Daha dözə bilmirəm.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Uşaqlar üçün tort nümunələri
Məşhur aktrisa hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Azərbaycanlılar Avropaya nə vaxt vizasız gedəcək? - AÇIQLAMA
Kitab 43 ildən sonra kitabxanaya qaytarıldı
Demet Akalın bu dəfə Berkayla mübahisə etdi-SƏBƏB
Münasibəti korlayan və möhkəmlədən ifadələr
Biliyini yoxla (2)
Sürücülərin işi asanlaşdı
Gələcəyin mətbəxi evin ailə üzvlərini yadda saxlayacaq
Gənc skeletə bənzəmək üçün əməliyyat olundu-FOTO
Azərbaycanın su mənbələrində monitorinqlər aparılacaq
Şəhid generalı qarşılamaq üçün yüzlərlə insan toplaşıb - FOTO
WhatsApp-dan daha bir yenilik
2012-ci ilin bilərzikləri
Tərləyərək arıqlamağa çalışırsınızsa...
Haydi Klum gəncliyinin sirrini bölüşdü
Bədəndəki yaraları sürətli sağaldan təbii üsullar
Rezidenturaya qəbul olmaq istəyənlərin nəzərinə
Bu gün bir neçə rayon susuz qalacaq - FOTO
Elvis Presli sağdır - İDDİA
Ronaldonu hələ bu qədər "şirin" görməmişdiniz - VİDEO
Azərinin “Çırpınırdı Qara dəniz” mahnısı Türkiyədə REKORD QIRDI
Bakıda Parklamaya Nəzarət Sisteminin fəaliyyəti gücləndirildi
Görənləri şoka salır - Bu nədir?
Selin Şekerci ilk dəfə onunla görüntüləndi-FOTO
Trend: İpli Çəkmələr
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR artıb
AVRO-2016-da 1/8 finalın ilk oyunları - BU GÜN
Bu kəşf alimləri qorxutdu
Uşaq yatarkən mübahisə etməyin!
Peşman olduğunuzu düşünmüsünüzmü?
iPad mini-də Retina olacaq
Balla gözəlləşin
Ərgin pendirin zərərləri AŞKARLANDI
Bu şəxslər işə getməsələr də, maaş alacaqlar
Sevdasınız,yoxsa Afət?
Merkel: “Rusiya Qarabağ münaqişəsinin həllində açar rolunu oynayır”
2014-cü ilin ziyafət geyimləri
Millət vəkili xəyanətdən yazdı
"Miss Türkiyə 2016"nın qalibi bəlli oldu - FOTO
İvanka Tramp 38 yaşını belə qeyd etdi - FOTO
İrina Şeyk qızı ilə gəzintidə - FOTO
Azərbaycanin iri enerji obyektində qışa hazılıq başa çatıb
Putin Bakıya görə rus telekanallarını tənqid etdi
Ceniferin çəkildiyi film məhkəməlik oldu-SƏBƏB
Dərimiz niyə quruyur?
Metal yeyən bakteriya kəşf edildi
Kəs və yapışdır-4
Uşaq ayaqqabıları (2)
Günün ulduz falı - 04.09.2013
- ŞƏRHLƏR