Hər birinizi salamlayıram. Yazacağım uzun yazı ilə vaxtınızı alacağam.
Günlük yaşantımı anbaan sosial şəbəkədə yaşamağı sevməsəm də, bu gün yaşadığım 2 (bir - birinin ardı) hadisəni yazmaq istədim. Çünki, insan düşüncələrinin təsdiqini tapanda qısaca desək "əjdahaya" çevrilir.
Hissə-1
- "Filankəs" çoxdandır Qənirə Paşayeva - "Onun Sevgi Məktubları" kitabını axtarırdı. Hətta başımı aparırdı ki, gətir, oxuyum. Mən də elə bir tanışdır ki, kitabın "k" hərfini də vermərəm, o ki, qaldı kitabı. Təsadüfən mağazada bir nəfəri görüb, endirimlə ona satdım. Həmin kitabı ona mən tövsiyə etmişdim. Çünki, məhz ordakı Mövlana və Şəms hissələrinə görə vaxtilə həmin kitaba 14 Azn vermişdim. Xülasə, "filankəs" "AŞK" kitabından dəm vururdu, dedim onu da oxusun. Daha mən haradan bilərdim ki, o başqa məqamlara fikir verib, həmin hissələri da tamam başqa cür izah edəcək. Mən də zavallı - zavallı baxacam, həm də böyük təəssüflə...
Bu gün "filankəs"-in əlində kitabı yarılanmış gördüm. Və soruşdum ki, oxu necə davam edir? Dedi ki:
-Qıza görə dəhşət pis oluram. (kitabı oxuyanlar bilir qız və psixologiyası barədə)
Dedim:
-O başqa, əsas hissələr barədə, de. Orada möhtəşəm materiallar var, Mövlana və Şəms barədə.
Dedi ki:
- Ay qız, elə onu soruşacaqdım. (Dodağını dişlədi, ətrafına baxdı elə bil nəsə gizli bir iş görüb) Onlar nə məktublardı? Normal deyil, e, vallah. Bir kişi bir kişini elə sevə bilər? Məktublarını oxuyursan, elə bil qıza yazıb.
Mən artıq susmuş, sınmış, içimdən (gör kimə nə kitab məsləhət görmüşəm deyə)özümü danlamış vəziyyətdə yazıq - yazıq başladım buna izah eləməyə. Sufilikdən başlayıb, İlahi məhəbbətdən tutmuş, hər şeyin mərkəzinin sevgiliyə olan "məhəbbət" olmadığını, dostluğun İlahi məhəbbətin Şəmsin, Mövlananın münasibətlərindən 15 dəqiqə danışdım.
Bu söhbətləri eşidən "filankəsin" yanındakı "filankəs" əlini ağzına aparıb bir reaksiya verdi ki,
-Ay qız, Şəms qız deyildi ki? Dəhşətdir ki...
Bundan sonra tamamilə susdum!
Axı hər oxuyan Molla Pənah olmur-xatırladım...
P.S: "Filankəs" deyə xitab etdiklərim, ali təhsilli, dünyagörüşlü "mütaliləli" insanlardır.
Hissə-2
Bu fikirlərlə 2 dərs oturdum. Doğrudan da əsl dəhşət idi. Sonra dostumla bir az işimiz var idi deyə birlikdə "28 may"-a getdik. Qayıdanda evə bir az hava toran olmuşdu. Qarşımızdan bir qız keçdi və əlində kitab var idi. Əlində kitab gördüyüm hamını, səmimi deyirəm, kefini soruşmaq, əhsən demək istəyirəm. O qədər xoş olur ki, mənə bu. Və həmişəki kimi boylandım görüm nə oxuyur lakin görə bilmədim tez keçdi. Elə bu vaxt qərara aldım bu söhbət barədə fikirlərini öyrənim. Lakin ondan əvvəl başladım bu sözləri deməyə.
-Bilirsən Nez, nə istəyirəm? Kitab oxuyan insanların hamısını bir yerə yığıb, bir dünya yaratmaq. Düşün ki, hər şey nə qədər asan olardi. Hamı bir - birini necə başa düşərdi?
Və sonra bir dayı ilə paralel getməyə başladıq, dərsdə olanları Nezə danışdım. Nez gülməyə başlamışdı ki, dayı başladı danışmağa. Hansı ki, iki dayanacaq arası qızğın və möhtəşəm söhbət getdi. 2 ədəd 90 dəqiqə düşündüklərim, 15 dəqiqə başa salmağa çalışıb boşa gedən cümlələr bu 2 dayanacaq arası elə dəyər qazandı ki... Hətta o qədər ki, yolu keçəndə hər üçümüzü az qala maşın vuracaqdı.
Dayı danışırdı, mən təsdiq edirdim. Mən danışırdım, o doğrudur- deyirdi..Və xoş, hətta çox xoş təəssüratla yarıda sağollaşıb ayrıldıq.
Məhz buna görə dünya yaradim deyirdim...Məhz tanımadığım o dayı da həmin dünyanın sakini idi.
Kitab oxuyaq...
Kitab oxudaq...
Sadəcə oxumaq yox dərk edib, tətbiq edək..
Oxuyan gözləriniz yorulmasın, sadəcə bölüşmək istədim.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Etik qaydaları pozan aparıcıların adları AÇIQLANDI
Ovcumuzdakı xətlərin mənası
Bu gün Bədən tərbiyəsi və idman günüdür
Düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edildi - VİDEO
"Prezidentlik müddətinin 7 il olması qanunauyğundur"
Emin Ağalarov: "Maaşları verə bilmək üçün 3 avtomobilimi satmışam"
Çinlilərdən BMW X6-a rəqib - FOTO
İpoteka kreditlərinin verilməsi qaydalarında
Qızıl boyunbağılar
Bu gün həmin yoldan keçməyin
2021-ci ilin büdcəsindən işğaldan azad edilən ərazilərə nə qədər vəsait ayrılacaq? - RƏSMİ
Rahat yatmağa kömək edən yoqa hərəkətləri
Dərini yaşlandıran səbəblər
Vitaminlər
Yaşıl çay saç maskası
Həyatınız məsuliyyətsizliyinizə qurban getməsin
Elmar Məmmədyarov Albaniyanın xarici işlər nazirini qəbul edib
Brus Uillis 4 milyonluq ev aldı - FOTO
DİN-dən Yeni il bayramı ilə bağlı XƏBƏRDARLIQ
Tom Hanksin oğlu koronavirusa yoluxmuş valideynlərindən danışdı
Koronavirusa yoluxma riskini yoxlayan mobil proqram yaradılıb
Sağlam böyüməyinə kömək edin
Kiyev milisi odlu silaha əl atacaq
Britni Spirs ETİRAF ETDİ-FOTO
Müğənninin saçları yandı -FOTO
Bakıda bukinislər niyə azalıb?
Rusiyalı oyunçu ömürlük futboldan uzaqlaşdırıldı
HAVA necə olacaq?-7 FEVRAL
Məşhur serial belə çəkilir - FOTOSESSİYA
Badımcan salatı (foto-resept)
Britninin rəqsi izləyicilərinə keçmiş xəyanəti xatırlatdı-FOTO
Bakının yeni dostu
Mükəmməl saçlara sahib olaq
Günün qoroskopu: Enerjili olun!
Hormon nizamsızlığının 3 göstəricisi
Qırmızı qonaq otağı
Təhsil Nazirliyindən məktəblərdəki vakansiyaların gizlədilməsi ilə bağlı AÇIQLAMA
İlan dərisindən olan çantalar
Bəzi telekanallara xəbərdarlıq edildi
Tərtər şəhəri atəşə tutulub - RƏSMİ
"Adamlar var ki, pul yığmaq üçün 3 dəfə toy edir" - Araz Əlizadə
Əfsanəvi atlet koronavirusa yoluxub
Günün qoroskopu: Ağlınızı işlədin!
Ürək-damar xəstəliklərinin təbii yolla müalicəsi
Sibel Can haqda şok iddia - VİDEO
Kartof Kroket (foto-resept)
İmtahanlar yaxınlaşır, məzunlar isə...
Rihannadan pərəstişkarlarına yeni il "hədiyyə"si - VİDEO
Ən gözəl kitabxanalar
Serji Hitlerə bənzətdilər
- ŞƏRHLƏR