Hamı kimi mən də öz uşaqlığımı keçirdirdim. Mənim üçün ən böyük xoşbəxtlik valideynlərimin yanımda olması idi. "Valideynlərimin məni heç vaxt tək qoymazlar" deyirdim. Ən çox da atam. Atam mənim üçün bir arxa, dayaq idi. Ata hər qız üçün vacibdir.
Atamla aramız yaxın deyildi. Atamdan qorxmuşam və çəkinmişəm. Heç vaxt onunla oturub söhbət etməmişəm. Aramızda məsafə olub. Atamın heç vaxt məni tərk edib gedəcəyini fikirləşmirdim.Ta ki, avqustun 14-nə kimi.
Etməsin heç kəsi qoy Haqqu-Təala atasız
Yoxdu beş günlük olan ömürdə məna atasız.
2007-ci il avqust ayının 13-ü idi. O vaxt mənim 14 yaşım vardi. Atam işdən evə gəldi. Birinci dəfə idi ki, atamla dalaşdım. Kitab üstündə. Mən qışqırırdım, amma atam isə mənə baxıb gülürdü. Səhərisi gün işə getdi. Günorta ölüm xəbəri gəldi.
Atam məni tərk etmişdi. Bu dünyada tək qoymuşdu. Xəbəri eşidəndə qolum-qanadım sındı. Atamın çiyinlər üstündə son dəfə evə gəlişi… Heç vaxt yadımdan çıxmır. Atamın dəfni bibimgildə oldu. Atamın hərəkəti gözümün önündən ,danışığı, səsi qulağımdan getmirdi. Axşam olurdu, atamın işdən gələn vaxtı qulağım səsdə olurdu. Atam qapını döyəcək və pis yuxudan duracam. Günlər keçdikcə onun yoxluğuna dayanmaq çətin olurdu.
Necə izah eləyim mən bu dərin dəryanı
Çünki yazmaqla qurtarmaz bu böyük mənanı.
Neçə dost ilə qohumla sürəsən dünyanı
Ata yoxdursa, demək boşdu bu dünya atasız.
Atam ölümündən əvvəl həmişə deyərdi: "Birinci mən öləcəm".
Axırıncı dəfə evdən çıxanda evə, mənə, bacıma yatan yerdə baxıb, anamı qucaqlayıb gedib. Öləcəyini bilirdi.
Atamla bağlı arzularim urəyimdə qaldi. Nə nəvə üzü gördü, nə övlad toyu görmək qismət oldu.
Əvvəllər kiminsə yanında ata, ana mahnısı oxuyanda və ya danışanda ağlayırdılar. Ürəyimdə deyirdim ki, gör neçə il keçib hələ də ağlayırlar. İndi isə özüm eləyəm. Adamın öz başına gəlməyincə qarşındakı insanı başa düşmürsən.
Gərək valideynin qədrini sağlığında biləsən. Öləndən sonra gec olur. İllər keçdikcə burnumun ucu göynəyir. Atamı geri qaytarmaq üçün nələr verməzdim. Allahın qisməti belədir.
Kiminsə valideyni rəhmət gedibsə Allah rəhmət etsin,sağ olanlara Allah can sağlığı versin. Amin!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Alişan tənqid hədəfi olmasından danışdı
Hamiləliyin əvvəlində yorğunluq hissi
Onu unutmağı bacarın...
Sərt qış günlərində sağlamlığımızı necə qorumalıyıq?
Neslihan FOTOsu ilə təccübləndirdi
Con Lennonun gitarası rekord qıra bilər
MN: “Ordumuza məxsus PUA-nın vurulması barədə xəbər düşmənin növbəti dezinformasiyasıdır”
Möhtəşəm geyimlər
Uşaqları üçün 300 min təklif etdilər-FOTO
Azərbaycanda işəgötürənlərə XƏBƏRDARLIQ
Bığ-saqqal üzrə dünya çempionatı keçirilir
Dünyanın ən maraqlı 99 faktı
Məşhur cütlükdən COVİD-19 açıqlaması
Qan azlığının qarşısını alan 5 faktor
Günəşdə dəhşətli partlayış gözlənilir
Yarım saata 151 şiş kabab yedi - VİDEO
Sabahdan yeni kanal yayıma başlayır
Kəsiri olan tələbələrin nəzərinə
İstirahət gününün HAVAsı
Mehriban Əliyeva xalq artistlərini mükafatlandırdı - FOTO
Toy mərasimindən möhtəşəm şəkillər
Ramil Usubovdan polis olmaq istəyənlərə
Tərk edilmiş həbsxananı bahalı hotelə çevirdilər
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Kəmərli donlar
Sabahın hava proqnozu
Avropa Oyunlarının məşəli bölgələrimizə səfərini başa çatdırdı
Albano Bakıya gəlir
Azərbaycan silahı Türkiyədə
“Sosial şəbəkələr hərbçilərimizin həyatını təhlükəyə atır” - VİDEO
Hellouində yadda qalan kostyumlar (2)
Qeysəriyyə əməliyyatı, yoxsa normal doğuş?
"Qarabağla bağlı tərpəniş olacaq"
Kişilərə faydalı məsləhətlər
İsti havalarda yüksək təzyiqə diqqət!
Uşaq otağı mebelləri
Armudlu şarlott (foto resept)
Həkimdən şok etiraf: “Xəstələrin ölmələrinə qərar verirdik...”
Tarkanın anası Xəstəxanaya yerləşdirildi-SƏBƏB
Valideynlər hər həftə 100 manat cərimələnəcək
Günün qoroskopu: yalnız ciddi təhlildən sonra...
Prezidentin qızları sərgidə (FOTO)
"Arka Sokaklar"ın məşhur ulduzu 30 yaş kiçik sevgilisi ilə-FOTO
Qeyri-adi dayanacaqlar
Galaxy Note 7 alıcılarına pulsuz Galaxy S8 hədiyyə
Günə 1 milyon qazan qadın
Kişilərin qadınlardan az yaşamağının səbəbləri
Sükan arxasında SMS yazanlara bəd xəbər
12 min avropalı turist İrana getmək üçün növbə gözləyir
Dünyanın ən inadkar və bəxtli qadını
- ŞƏRHLƏR