Tarix XX əsrin əvvəllərində Azərbaycan xalqı üçün misilsiz bir hədiyyə bəxş etdi. 1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycanda müstəqil dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olundu.
Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək olan müddətdə - cəmi 23 ay mövcud olmuşdur. Lakin bu qısa müddətdə çox işlər həyata keçirildi. Hər şeydən əvvəl öz milli dövlətçiliyinə qovuşmuş xalqımız istiqlalın nə demək olduğunu bir daha gördü, onun şirinliyini daddı. Bu dövlətin yaradıcıları olan M.Ə.Rəsulzadə, X.Xoyski, Yusifbəyli, Ə.Topçubaşov, H.Ağayev və başqa vətənpərvər istiqlalçılar gecəni gündüzə qataraq milli dövlətçiliyimizin əsaslarını möhkəmləndirdilər.
Azərbaycan Milli Şurasının qəbul etdyi "İstiqlal Bəyannaməsi" yeni yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətinin başlıca prinsiplərini bütün dünyaya bildirdi. "Bəyannamə"də elan edilmiş prinsiplər - Azərbaycan xalqının öz müqəddəratını təyin etmək, insanların hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə, habelə qonşu xalqlarla dinclik və əmin-amanlıq şəraitində yaşamaq, bir-birinin suverenliyinə hörmətlə yanaşmaq prinsipləri AXC-nin beynəlxalq nüfuzunu artırdı. "İstiqlal Bəyannaməsi" Azərbaycan demokratiyası və parlamentarizm ənənələri tarixinin ən parlaq hüquqi sənədi olaraq bu gün də öz tarixi və praktiki əhəmiyyətini saxlamaqdadır.
"İstiqlal Bəyannaməsi" bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda demokratik idarə üsulunun-parlamentli respublikanın yaradıldığını xəbər verirdi. Beləliklə Birinci Dünya müharibəsinin gedişində və Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi.
Gənc Azərbaycan dövləti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə "doğulmuşdu". Bakıda hakimiyyəti S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik birləşməsi ələ keçirmiş və Azərbaycanın türk-müsəlman əhalisinə qarşı dəhşətli soyqırımına başlamışdı. Rus generalları tərəfindən silahlandırılmış erməni quldur dəstələri Şərqi Anadolunun və Qərbi Azərbaycanın türk-müsəlman əhalisinə qarşı soyqırımını davam etdirirdilər. Azərbaycan xalqının cəlladları olan Şaumyan və Andronik əlbir fəaliyyət göstərirdilər. Azərbaycan xalqı fiziki cəhətdən məhv edilmək təhlükəsi qarşısında idi. Neft Bakısını ələ keçirməyə çalışan xarici qüvvələr arasında rəqabət son həddinə çatmış, bütün Cənubi Qafqaz üçün yeni təhlükə - bolşevik Rusiyasının təcavüzü yaxınlaşmışdı. Azərbaycan xalqı öz tarixinin ağır yolayrıcında qalmışdı: ya milli qurtuluş, ya da ki, məhv edilərək Cənubi Qafqazın etnik-siyasi xəritəsindən tamamilə silinərək götürülmək. Azərbaycanı müsəqil dövlət elan etmiş Cümhuriyyət xadimləri məhz belə bir tarixi şəraitdə çaşqın vəziyyətə düşmüş və çıxış yolu tapa bilməyən xalqın önünə keçmişdilər.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət dövrünü üç mərhələyə bölmək olar:
1) Tiflis dövrü (1918-ci il 2 may - 16 iyun),
2) Gəncə dövrü (1918-ci il 16 iyun - 16 sentyabr),
3) Bakı dövrü (1918-ci il 17 sentyabr - 1920-ci il 28 aprel).
Bu müddət ərzində dövlət quruculuğunun bütün sahələrində çox mühüm tədbirlər həyata keçirildi. AXC-nin mövcudluğu dövründə beş hökumət kabineti fəaliyyət göstərmişdir. Bunların üçünə F.X.Xoyski, ikisinə isə N.Yusifbəyli başçılıq etmişdir. Azərbaycanın üç rəngli, ay-ulduzlu bayrağı qəbul edildi. Azərbacan-türk dili dövlət dili elan olundu. Məktəblər milliləşdirildi. Bakı Dövlət Universiteti fəaliyyətə başladı. İlk milli muzey - "İstiqlal muzeyi" təşkil olundu. Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul edildi. Yelizavetpol və Qaryaginin tarixi adları bərpa olunaraq yenidən Gəncə və Cəbrayıl adlandırıldı. Azərbaycan Milli Ordusu və hərbi dəniz donanması təşkil olundu. Ölkəmizin ərazi bütövlüyü qorunub saxlandı.
Dövlət quruculuğu sahəsində həyata keçirilmiş tədbirlərdən ən əhəmiyyətlisi Azərbacan parlamentinin fəaliyyətə başlaması oldu. 1918-ci il dekabrın 7-də saat 13:00-da H.Z.Tağıyevin qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman Şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Bitərəf hüquqşünas Ə.Topçubaşov parlamentin sədri, H.Ağayev isə onun müavini seçildi. Bu parlamentin demokratikliyi onda idi ki, Azərbaycanda yaşayan bütün millətlərin və xalqların nümayəndələri, hətta xəyanətkar əməllərinə baxmayaraq ermənilərin nümayəndələri belə orada təmsil olunmuşdular.
Mövcud olduğu dövrdə parlament özünün 145 iclasını keçirmişdir. Bütün iclaslarda parlament "İstiqlal Bəyannaməsi"nin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Bu qanunlar konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyırdı. Bunlar nəticə etibarilə hakimiyyətin üç qolunun - qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi. AXC özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından geridə qalmırdı.
Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi nəticəsində AXC süqut etdi. Çox az yaşamasına baxmayaraq AXC sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir.
XX əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəlində Azərbaycanda başlanmış milli-azadlıq hərəkatı bolşevik rejiminin süqutunu yaxınlaşdırdı. Xalqın təkidli tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası dövlətin adını dəyişdirərək "Azərbaycan Respublikası" adlandırdı. AXC-nin üçrəngli, ay-ulduzlu bayrağı bu respublikanın da dövlət bayrağı kimi təsdiq olundu. Həmin il mayın 21-də verilmiş xüsusi fərmanla 28 may Respublika Günü elan edildi.
XƏBƏR LENTİ
Bu dəfə səsi ilə heyran etdi - VİDEO
Metin Haradan Adriana Lima AÇIQLAMASI
Cəbhə xəttində təxribat
Türkiyəli məşhurların bayram paylaşımları
"Özümü ən rahat hiss etdiyim yer hamamdır" - Azər Axşam
Azərbaycan və Türkiyə ticarət dövriyyəsinin qarşılıqlı artırılması imkanlarını öyrənirlər
Leyla Əliyeva “Yeddi gözəl”i izlədi - FOTO
Rus dili - РњРј
Qız uşaqları üçün geyimlər
Yeni formalar gəlir
Gənc qız əqrəb, taxtabiti, qurd yeyir
Mobil qurğularda zərər artacaq
Axtarışda olan şəxs dövlət yaratdı
BÜRCLƏR bizə nə vəd edir? - 25 mart
Günün qoroskopu: kredit götürməyin!
Fahriyeylə Burakın oğlunun ilk FOTOsuna 2 milyon verirlər
İbrətamiz dərslər
HAVA necə olacaq?
Qəhvənin faydaları və zərərləri
"Bizim Tarla" - Kürü məhsulları
TQDK düzgün cavabları açıqladı
Uşaqların sosial-psixoloji inkişafı-18
19 yaşlı gəncin istedadı
Əliyevə hərbi salam verən Çunayev dünya çempionu oldu
İspaniya hökumətindən geri addım: Çimərliklər yenidən bağlanır
24 yaşlı alim ABŞ Gözəli oldu-FOTO
Bu gündən məktəblilərin payız tətili başladı
Sandra Ballak itlərə 100 min dollar bağışladı-SƏBƏB
1 siqaret həyatınızdan 12 dəqiqə alır
Qüsurlu uşaqlarda psixoloji travmanın qarşısını necə almaq olar?
2014-cü ilin dəbli çimərlik çantaları
"Küləklə sovrulan"ın əfsanəvi kostyumu satıldı
ŞOK iddia: "Qızıl top"un qalibi artıq seçilib
Ev dustaqlığında saxlanılan İran müxalifətinin lideri şəxsi evinə köçürülüb
Namazda diqqətimizi toplamaq üçün nə edək?
Hava haqqında
Avtomobil idxalı azalıb
Küləkli günlər nə vaxtadək davam edəcək?
Ətirdən istifadə edərkən hansı nüanslara diqqət etməliyik?
Həzmi çətinləşdirən 4 qida
Ana və qızları
Ev sahibləri gələn ildən cərimələnə bilər-SƏBƏB
Dövlət Qulluğuna imtahan verənlərə şad xəbər
Leyla Əliyeva bacısını belə təbrik etdi-FOTO
Ət piroqu(foto resept)
Ağciyər və ürəyi xəstə olanların nəzərinə
Ağsu aşırımında nəqliyyatın hərəkəti məhdudlaşıb
Nokia-larda Android olmayacaq
Sağlamlıq məsləhətləri
Ən sürətli internet haradadır?
- ŞƏRHLƏR