Bu yazı son günlərini yaşayan Urmiya gölü haqqında ilk və hələlik son xəbərimizdir.Bəlkə də nə zamansa yenidən onu xatırlamalı olacağıq.Amma artıq bir tarixə dönmüş, mövcud olmayan bir göl olaraq onu anacağıq.Tariximizdə ən qədim dövlətlərimizin yerləşdiyi Urmiya gölü ətrafında çox yaxın zamanlarda izimiz-tozumuz belə qalmayacaq...
Urmiya gölünün “son məzil”ə yola salındığı günlərdə onu son dəfə anmaq və sizə də xatırlatmaqla üzümü ona tutub demək istəyirəm:-“Təssüf ki, əlimizdən heç nə gəlmir.Səninçün heç nə edə bilmədik.Bizi bağışla və haqqını halal et, Urmiya!...”
1.Urmiya gölünün yerləşdiyi ərazi.
Güney Azərbaycan və İranın Şərqi və Qərbi Azərbaycan əyalətləri arasında yerləşir.
Güney Azərbaycan və İranın ən böyük gölüdür. Səthinin sahəsi 4,868 km²-dir. Maksimum həddi şimaldan cənuba 140, şərqdən qərbə 55 kilmoterdir. Ən dərin nöqtəsi 16 metrdir. Göldə 100-dən çox ada var. Bunlardan ən böyüklərindən birində Hülakü xanın qəbri var.
Köçəri quşlar bu göldən miqrasiya zamanı fasilə məntəqəsi kimi istifadə edirlər. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, həm də heyvanlara təsir göstərir.
2.Urmiya Gölünün dəyəri
1975ci ildə Milli Park olmuş Urmiya gölü, Asiyanın qərbində daim su olan ən böyük göldür. Bu gölün adalarında 27 növ məməli heyvan, 41 növ sürünən, 212 növ quş, 7 növ Suda-quruda yaşayan, 26 növ balıq yaşayır. Urmiya gölü öz gözəl təbiəti, və zığının mualicəvi özəlliyi ilə bir çoxlu turistin Güney Azərbaycana gəlməsinə səbəb ola bilərdi.
Həm də bu göldə yaşayan Artimiya Urmiana (Urmiya Gölü Artemiası) adlı çox dəyərli bərk-dərili bu gölün iqtisadı dəyərlərini çoxaldır.
Gölə Acıçay, Sofiçay, Leylançay, Qalaçay, Üsküçay, Tufarqançay, Dərəçay, Sınıxçay .
Qışın ən sərt vaxtlarında belə gölün suyu donmur ki, bunun da səbəbi suyun tərkibində duzluluğun miqdarının çox olmasıdır. Urmiya gölündə irili-xırdalı 102 ada var, adaların ümumi sahəsi 33,640 hektardır. Hazırda adalarda yaşayanlar əsasən əkinçilik, maldarlıq, gülçülük, bağçılıq, xalçaçılıqla məşğul olurlar. Ərazidə limanlar var və bölgə turizm üçün çox əlverişlidir.
Urmiya gölü və onun palçığı artiroz, əsəb, traxoma, müxtəlif dəri xəstəlikləri, böyrək, həzm sistemi, qadın xəstəliklərinin müalicəsi uçun əhəmiyyətli hesab olunur.
1967-ci ildə Urmiya gölü qoruq elan olunub və UNESCO-nun qorunan təbii ərazilər siyahısına daxil edilib.
3.Gölün məqsədli şəkildə qurudulmasını göstərən fakt
Mütəxəssislərin fikrincə, Urmiyanın qurudulması prosesinə 1999-cu ildən başlanıb. Belə ki, gölə tökülən çaylar üzərində su anbarlarının tikintisinə start verilib, “kənd təsərrüfatında inqilab” adı altında tikilən su anbarları ilə gölə çayların tökülməsinin qarşısı alınıb.
Su anbarlarının tikintisinin başladığı vaxtdan etibarən yerli azərbaycanlılar bununla bağlı İran rəsmi orqanlarına müraciətlər etsələr də, heç bir nəticə əldə edilməyib. İranda 2009-cu ildə keçirilmiş prezident seçkiləri ərəfəsindəki kampaniya zamanı namizədlər Mirhüseyn Musəvi və Mehdi Kərrubi də Urmiya gölü problemindən danışıblar.
2009-cu ildə prezident seçkisindən öncə Mahmud Əhmədinejadın başçılığı ilə keçirilən iclasda Urmiya gölünün problemlərinin araşdırılması ilə bağlı dövlət komissiyasının yaradıldığı elan olunsa da, indiyə qədər bu komissiyanın heç bir əməli fəaliyyəti olmayıb.
4.Gölün qurudulmasına İran hökumətin niyə laqeyddir?İranın məqsədi nədir?
İran hakimiyyətinin məqsədi-mərkəzi gölün ətrafındakı Urmiya şəhəri olan Qərbi Azərbaycan əyalətindəki əhalinin bu ərazidən tezliklə köçürülməsidir. Çünki bölgədəki hamsı azərbaycanlı olan əhalinin-əsas məşğuliyyəti göllə bağlıdır. Gölün quruması nəticəsində bölgədə ekoloji tarazlıq pozulacaq ki, bu da insanların burda yaşamasını, əkinçilik və maldarlıqla məşğul olmasını mümkün olmayacaq. Yerli əhali çıxış yolunu İranın digər bölgələrinə köçməkdə görəcək. Bu isə yerli azərbaycanlıların kompakt yaşamağının qarşısını alacaq və assimilyasiya prosesini sürətləndirəcək. Bu əraziyə kürdlərin köçürülməsini nəzərdə tutulması haqda məlumatlar da yayılıb.. Hələ 1979-cu il inqilabından sonra Qərbi Azərbaycandakı Soyuqbulaq, Badam kəndləri müxtəlif vaxtlarda kürd terror qruplaşmalarının silahlı basqılarına məruz qalıb. Müdafiə olunmadığını görən dinc əhali əlacsız qalıb ərazini tərk etməli olublar.. Həmin ərazilərə isə bir müddət sonra digər ölkələrdən gəlmiş kürdlər yerləşdirilib.Bu ərazilər Güney Azərbaycanın Türkiyə Respublikası ilə sərhədində yerləşir...
5.Türkiyə və Azərbaycan niyə susur??
Türkiyə rəsmiləri, siyasiləri və mətbuatının son vaxtlar Orta Şərqdə apardığı siyasət, Fələstin məsələsində vasitəçilik edəcək qədər fəallıq, Somali aclarına yardım aparılması, Suriya müxalifətinə dəstək vermə taktikası, Hatayda “Suriya çadır düşərgəsi” qurulması, Liviyadakı xəstələrin müalicəsini üzərinə götürməklə bağlı fəaliyyətlərini bütün dünya izləyir. Türkiyə mediasında Qəzza və Somali ilə bağlı xəbərlər say etibarilə yerli xəbərləri çoxdan ötüb.
Güney Azərbaycanda baş vermiş hadisələrlə bağlı isə Türkiyə mediası demək olar ki, heç nə yazmadı və yazmır. Halbuki Türkiyənin bütün böyük agentliklərinin və televiziyalarının İranda təmsilçiləri var və onların Suriya və Liviyada olduğu kimi İrandan da birbaşa reportaj vermək, videogörüntülər yaymaq imkanı var.
Azərbaycan KİV-i isə bu sahədə çox məhdud imkana malikdir. Çünki İran Azərbaycan əhalisi uçun viza rejimini ləğv etsə də, yerli KİV-lər bu ölkəyə yalnız xüsusi viza ilə gedə, orda görəcəkləri işlərin siyahısını əvvəlcədən İranın Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər. Azərbaycan KİV-inə İranda təmsilçilik verilməsindən isə bu ölkənin müvafiq orqanları birmənalı imtina edirlər. Azərbaycan KİV-i ilə əməkdaşlıq edən, telefon, e-mail və digər vasitələrlə məlumat və müsahibələr verənlər isə İran xüsusi xidmət orqanları tərəfindən təqib və təzyiqə məruz qalır. Amma bu o demək deyil ki, biz heç nə edə bilmərik. Ən azından elektron və yazılı media nəsə edə bilərdi. Sosial şəbəkələrdə təbliğat aparmaq, heç olmasa yazılı etirazımızı bildirməklə elə hər birimiz bu uzun və sonu bilinməyən yolda sadəcə bir addım olsa belə ata bilərik.Mənzil başına çatmasaq belə ...
Facebookda Gunaz TV-nin bir əməkdaşından Urmiya gölünün qurudulmasına qarşı etiraz məktubunun nümunəsini aldım.Nümunəni sizə təqdim edirəm.Bu, sadəcə nümunədir.Sözləri dəyişib biz də göndərək.Təbii ki, məcbur deyil.Amma bir mail göndərməklə bizdən heç nə getməz..Əksinə qəlbimiz daha da rahat olar-Onlar çün nəsə etdik deyə.
([email protected]) -bu ünvana məktub göndərməklə Urmiya Gölünə dəstək olaq..
"Dear authorities:
We are Turk people of Iran
As you know recently there are some protests against Iran policy on Urmu Lake
Urmu lake is drying but Iranian government don't action
On Saturday, August 27, 2011 people protested against these policies peacefully but police forces attacked people and fired their gun against disarmed
People and arrested so many people, we don't know what is the destiny of arrested people, we don't want any fate s of Libya and Suriya.
Please help us please
Here are some videos:
http://www.youtube.com/watch?v=Jckss6IJO9A
XƏBƏR LENTİ
Banklar məzənnələri yenilədilər
Aleyna Tilki paylaşımı ilə Gündəmdədir
Konfutsi İnstitutu AZƏRTAC üçün Çin dili tərcüməçiləri hazırlayacaq
Xərçəngin təbii müalicə üsulu tapıldı - VİDEO
İŞİD-ə qan udduran qadın
HAVA necə olacaq?- 3 fevral
"Yeşilçam"ın məşhur aktyoru öldü
Ribeyro Lənkərana gəlir
Bir az gülək
Ruslar Azərbaycan narından məhrum oldular
Sadə tutmac (foto-resept)
İki il əvvəl yoxa çıxan qadın dənizin ortasında tapıldı
Oğlaq və Oxatan bürcü uyğunluğu
Bu şəxslər təhsil haqqından azad olunur
Bred Pitt 20 ildən sonra ilk dəfə...-FOTO
"Medcezir" serialındakı ev satılır-QİYMƏT
Bu dəfə də "Eurovision"a onu göndərirlər - Video
Naxçıvanda 71 nəfərdə koronavirus aşkarlandı: Ölən var
Üç zəvvarımız öldü
"Ustad" dərgisinin 15-ci sayı nəşr edildi!
“Twitter” Ceyhun Bayramovun hesabını bərpa etdi - YENİLƏNİB
Putin peyvəndləmə tədbirləri ilə bağlı göstəriş verdi
Sobada soğan halqası (foto resept)
Məşhurların Helloun kastyumları-FOTO
İlon Mask dünyanın ən varlı adamı oldu
Dünyanın ən qəribə masajı
Kələmli qarğıdalı salatı (foto resept)
Eynəkli xanımların makiyaj xətaları
Bəzi sabunların faydaları (I hissə)
40 dəqiqəyə Sumqayıta getmək üçün az qaldı
Bakıda Beynəlxalq Təhsil və Karyera Sərgisi başladı
Uşaqları zəhmətə necə təşviq etməli?
Əsəblərimizi necə cilovlayaq?
2018-in estetik trendi; təbiilik
Vanilli pudinq (foto-resept)
Bakı Dövlət Universitetinin yeni tələbə şəhərciyi belə olacaq
Bu çiçəkləri ilk dəfə görürsünüz
İdeal sevgili
2013-cü il məzun gecəsi paltarları
Işın Karaca etiraf etdi
Şimşək çaxacaq, yağış yağacaq
Dünyanın ən gözəl 6 kitabxanası
2020-ci ilin 6 dəbli rəngi
Milçəklərlə danışıram... mənə deyir, ananı öldür - 18 yaşlı rəssamın DƏHŞƏT DOLU HƏYATI
Qarabağda zəncirvari savaş
Bu nasazlıqlara görə 50 manat cərimə oluna bilərsiniz
Türkiyə Lavrovu ölkəyə buraxmadı
117 yaşlı qadın yeni rekorda imza atdı
Fahriye Evcen kökəlməsi barədə yazdı-FOTO
Putin Baydeni nəyə görə təbrik etmədiyini açıqladı
- ŞƏRHLƏR