Bakıda hava
USD AZN
EUR AZN
10 aprel 23:51Feride Evdə kökəlirik sonra arıqlamaq dərdi var 10 aprel 20:57aysel hesenli Necəsiz Evdə qalmaq necədi
41606

Xocalı-sağalmaz yaram mənim

Xocalı-sağalmaz yaram mənim

 

1990-cı ilin Qanlı Yanvarından sonra Azərbaycan xalqı 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə tarixə ən dəhşətli faciələrdən biri kimi daxil olmuş Xocalı soyqırımının şahidi oldu. Kənd ikən şəhərə çevrildi Xocalı. Gec də olsa, bütün diqqət buraya yönəldi, quruldu, tikildi, abadlaşdırıldı. Şəhər Xocalı adlandırıldı.

Ermənilərə göz dağı, Qarabağın qeyrət qalasına çevrildi Xocalı. 1992-ci ildə respublıka dərin siyasi böhran içində idi. Hakimiyyət uğrunda kəskin mübarizə gedirdi. Hakimiyyətə gəlmək istəyən qüvvələr siyasi vəziyyəti gərginləşdirmək üçün bütün vasitələrə əl atırdılar. Qarabağın faciəli günləri davam etməkdə idi.

Kərgicahan dağıdıldı. Malıbəyli, Meşəli, Quşçular, Daşaltı viran qoyuldu.

Ölənlərin, itənlərin sayı qat-qat çoxaldı. Susduq dinmədik. Lakin Azərbaycan Dövlətinin başında duranların tükü belə tərpənmədi. Ataların gözəl bir misalı var: “Arxalı köpək qurd basar”. Özlərinin Rusiya kimi arxası olduğunu görən ermənilər dünya tarıxində misli olmayan növbəti cinayəti hazırladılar.

Fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı alayın 10 tankı, 16 zirehli transportyoru, piyadaların 9 döyüş maşını və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı.

Erməni faşistləri döyüş tanklarının və transportyorların köməyi ilə şəhərə soxularaq, onu tamamilə yandırdılar. Azğın düşmən bununla kifayətlənmədi. Yüzlərlə qocanın, qadının, uşağın meyiti yollarda qaldı.

- Bu faciə nəticəsində 613 nəfər şəhid oldu;

 - onlardan:

Uşaqlar – 63 nəfər;

Qadınlar – 106 nəfər;

Qocalar – 70 nəfər;

- 8 ailə tamamilə məhv edilmişdir;

- 25 uşaq hər iki valideynini itirmişdir;

- 130 uşaq valideynlərindən birini itirmişdir;

- 487 nəfər yaralanmışdır;

Onlardan:

Uşaqlar – 76 nəfər;

-1275 nəfər əsir götürülmüşdür;

-203 nəfər itkin düşmüşdür;

-Onlardan:

Uşaqlar – 22 nəfər (8 nəfər qız);

Qadınlar – 61 nəfər;

Qocalar – 42 nəfər.

Sağ qalan 6 minə yaxın Xocalı sakini Respublikanın 50-yə yaxın şəhər və rayonlarında qaçqın statusu altında yaşamağa məcbur oldu, öz vətənlərində talelərinə məcburi köçkün həyatı yaşamaq yazıldı. Bundan başqa Dövlətə külli miqdarda ziyan vuruldu.

Xocalı faciəsinin baş verməsində respublikanın o zamankı rəhbərlərinin günahı çox olmuşdur. Hələ faciədən 4 ay əvvəl 1991-ci ilin noyabr ayının 1-də Xocalının mühasirəsi başlanmış, rayon ilə bütün əlaqələr kəsilmişdi.

Xocalı soyqırımında 366-cı alayın rolunu xüsusi qeyd etmək lazımdır. Bu alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak etmişdir. Alaydan qaçmış hərbıçılərin ifadələri bu faktları sübut edir və hərbi hissənin şəxsi heyətinin mənəvi durumu və münasibətləri haqqında təsəvvür yaradır. 366-cı alayın təcili surətdə Xankəndidən çıxarılması da bu alayın Xocalı hadısələrində iştirakını sübut edir.

Hərbi hissənin komanda heyətinin mənəviyyatsızlığı o həddə çatmışdır ki, guya əhalinin müqavıməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədilər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfər, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbiçi, əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnıkanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi. Beləliklə də gələcəkdə Azərbaycana qarşı cinayətlərin törədilməsi, separatçılıq hərəkətlərinin davam etdirilməsinə rəvac verildi. Bunun özü də Xocalı soyqırımında birbaşa iştırakın sübutudur!

Erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın şəxsi heyəti Azərbaycanın yaşayış məntəqələrınin atəşə tutulmasında iştirak etmiş üzvləri Xocalı şəhərində törədilmiş vandalizmin əsas cinayətkarlarıdır.

İstintaqla sübuta yetirilmişdir ki, Xocalı şəhərində basqında 336-cı alayın Yevgeni Nabokixin başçılığı altında 2-ci batalyonu, Seyran Ohanyanın başçılığı altında 2-ci batalyonu, Valeri Çitçiyanın rəhbərliyi altında 1-ci batalyonu, alayda xidmət edən milliyətcə erməni olan 50-dən artıq zabit və gizir, tanklar, piyadaların döyüş maşınları, toplar və digər müasir hərbi texnika iştirak etmişdir.

Bundan başqa, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən xüsusi yaradılmış Beynəlxalq Tribunal da Xocalı şəhər əhalisinə qarşı törədilmiş soyqırım siyasəti barədə materialları icrasına qəbul edə bilər. Beynəlxalq təcrübədə belə hallar olmuşdur. Buna BMT Təhlükəsizlik Şurasının 22 fevral 1993-cü il tarixli 808 saylı, 25 may 1993-cü il tarixli 827 saylı qərarı ilə keçmiş Yuqoslaviya ərazisində bəşəriyyətə qarşı edilmiş cinayətlərə baxılmasından ötrü Beynəlxalq Tribunalın yaradılmasını misal göstərmək olar. Bu tribunal indiyədək fəaliyyət göstərir.

Ardı var...

Dilqəm Quliyev Pedaqogika üzrə fəlsəfə doktoru

Səslərin sayı: 9
28
2693
Şərhlər
Offline
S.S.90...Samir...
Ermənilərdən etiraflar
Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri yazıçı – şair Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır:

"Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".

Daha bir erməni müəllif, hazirda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə xatırlayır. "Xaç uğrunda" kitabının 19-76-cı səhifələrində Xocalı soyqırımından yazır:

"Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim".

"Martın 2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi

Bir insan bu vehwilikleri nece torede biler?? hec inana bilmiremmm dash dash
24 fevral 2015 22:08
Offline
Ellada Babayeva
1990-cı ilin Qanlı Yanvarından sonra Azərbaycan xalqı 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə tarixə ən dəhşətli faciələrdən biri kimi daxil olmuş Xocalı soyqırımının şahidi oldu. Kənd ikən şəhərə çevrildi Xocalı. Gec də olsa, bütün diqqət buraya yönəldi, quruldu, tikildi, abadlaşdırıldı. Şəhər Xocalı adlandırıldı.
24 fevral 2015 21:14
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Offline
●♥ Səma ♥●
Bu faciəylə bağlı çox bədii və sənədli filmlər çəkilməlidir,Şeirlər yazılmalı,mahnılar bəstələnməlidir,xaricdə və daxildə güclü təbliğatlar aparılmalıdır ki,heç nə unudulmasın,Çünki zamanla unutqanlığımız olub.Səsimizi dünyaya duyurmalıyıq ki,dünya dövlətləri də bu hadisəni soyqırım kimi qəbul etsinlər.
Allah faciə qurbanlarına rəhmət eləsin.İnşAllah onların qanı yerdə qalmayacaq.Ermənilərin kökünü kəsəcək igid qardaşlarımız!
24 fevral 2015 19:25
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
♥Mira♥
Olkemizin basi sag olsun. recourse
24 fevral 2015 19:06
Offline
Allah ermenilerin kokunu uzsun.ne gunler yawadiblar xalqimiza recourse
24 fevral 2015 18:37
Offline
Aysel İ.
Xocalıda törətdiyi dəhşəti, cinayəti erməni namərdi, cinayətkarı öz dili ilə belə etiraf edib. Bu o gecə Xocalıların yaşadığı dəhşətin kiçik bir hissəsidir recourse
Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında bunları yazıb:
"Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".

Zori, heç darıxma. Qisas alınacaq, amma heç bir Türk sizin elədiyiniz vəhşilikləri eləməyəcək. Kişi kimi vuruşacaq. Türk milləti əsrlərdir yer üzündə qürurla yaşayıb, qürurla həyatını gerçəkləşdirib və qürurla da savaşıb....
24 fevral 2015 18:23
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
.....
Bele xeber hemise meni kovreldir tewekkur Xeyale baci recourse
24 fevral 2015 18:13
Offline
Nazlım
Tesekurler edirem xebere gore give_ros
24 fevral 2015 17:29
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış