Bakıda hava
USD AZN
EUR AZN
17 yanvar 21:51Ayla Ayla Her kəsə salam
41319

Cavid ömrü

Cavid ömrü
Tarixi vərəqləsək bütün çanaqları bizim millətin başında çatladıblar. Lakin bizim milləti Allah sevib, güc verib nə qədər kəsilən başlarımız, qırılan qollarımız, sürgünə gedib gəlməyənlərimiz olsa da, lakin biz yenə də məhv olmamışıq! O zamanlar harda düşünən beyin, alim, yazıçı, həkim, dilçi, musiqiçi  var idisə hamısını  silirdilər yer üzərindən. Hətta xarici dilləri bilən gənclərimizə belə qıyırdılar. Qaranlıq zindanlar, Sibir tayqalarına sürgünlər, güllələnmələr, vəhşiliklər bu millətin taleyində çox olub və biz  bu gün onları  unutmamalıyıq, onları yad etməliyik.
Bu gün sizlərə bəhs edəcəyim insan, 1937-ci ilin amansız Repressiyasının qurbanlarından biri, mənim çox sevdiyim, sənətinə dəyər verdiyim, ər oğlu ər Hüseyn Caviddir! 
Hüseyn Abdulla oğlu Rasızadə 1882-ci il oktyabrın 24-də Naxçıvanın Şahtaxtı kəndində dünyaya gəlib. Orta təhsilini bir neçə  yerlərdə alsa da, sonunda Bakıda müəllim işləmişdir. Bu onun Vətən sevgisi idi, millət sevgisi idi ki, elə Vətən uğrunda da həlak oldu. Onu inkaşaf etməyə, etdirməyə  qoymadılar, başından hər dəfəsində vurdular ki, artmasın, qorxsun, bu millət elə illərin yuxusuna dalsın ki, oyana bilməsin. Bütün bunları görən, anlayan Cavid öz əqidəsindən dönməmiş, sosializm haqqında tərifnamələri ondan tələb etsələr də yazmamış, əksinə onlara qarşı çıxmışdır, öz ölümünü göz önünə alan bu mətin insan kimsəyə boyun əyməmişdir. O zamanlar belə insanların həyatı həmin andaca bitirdi, lakin Cavid əfəndini iki balasından, sevgili yarından ayırıb Sibirə sürgün etdilər. O, 1941-ci ildə İrkutsk vilayətinin, Tayşet rayonunun Şevçenko kəndində gözlərini əbədi olaraq yumdu. Görkəmli ədəbiyyatşünas, tanınmış ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Millət Vəkili, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Filologiya elmləri doktoru, Professor Rəfael Hüseynov, Hüseyn Cavidin həyatını qələmə almışdır. Bu  mənim çox sevdiyim, oxuyaraq göz yaşı tökdüyüm, yanıb-qovrulduğum, qarşısında aciz qaldığım bir kitab və bir taledir. Bu kitab "Vaxtdan uca" adlanır! İndi həmin kitabdan məni ən çox ağladan, yandıran bir hissəni sizə təqdim edirəm.
1882-ci il 26 oktyabr, Bakı Binə hava limanı. Bu təyyarə düşərgəsində illərdən bəri nə qədər həyacanlı görüşlər olub, ancaq o qarşılamaya bənzəri heç vaxt olmayıb və çətin ki, bundan sonra da ola.
Hava limanında adam çox idi o gün. O payız günündə Cavidi "qarşılamağa" gələnlərin içərisində elələri var idi ki, onu sağlığında görmüşdülər, ünsiyyətdə olmuşdular. Elələri vardı ki, bu böyük sənətkarı yalnız şerlərindən, əsərlərindən tanıyırdılar.
Heç vaxt unudulmayacaq o gün!
Cavidlə ayrılıq gününü, o illəri görmüş adamların həmin qarşılama gününü, həmin anlarda üzlərinə qonmuş ifadəni təsvir etməyə sözlərin gücü çatmaz.
Cənazəni təyyarədən düşürtdülər, Cavidi qarşılayanlar arasında bir nəfər də vardı. Turan Cavid.
Dayanıb.
Hərəkətsiz dayanıb.
Külək saçlarını dağıdır. Nə gözlərində yaş var, nə dodaqlarında sevinc işartısı. 45-illik ayrılıqdan sonra Cavid yenidən qayıdıb. Və mən təsəvvür eləmək istəyirəm cənazəni yox, özü qayıdan-çəliyinə söykənib asta-asta təyyarənin pillələriylə enən Cavidi, onu qarşılayan Turanı.
Elə beləcə- nə gözlərində yaş, nə dodaqlarında sevinc.
Ağır-ağır yaxınlaşırlar bir-birlərinə.
Bu Cavidin qoyub getdiyi 14-yaşlı Turan deyil. Bu, Turanın göz yaddaşında yaşatdığı, yuxularında gördüyü Cavid deyil. Qoca bir kişi, yaşlı bir qadın üz-üzə dayanıblar.
Bu onu, o bunu tanıyır-üzlərində donub qalmış müdhiş bir ifadədən, sifətlərindəki ən qocaman kədərdən, ələmdən tanıyırlar bir-birini.
-Gəldim Turanım...
-Xoş gəldin, Baba...
Nə artıq bir söz, nə artıq bir səs.
Binə hava limanında adam çoxdur. Cavidin cənazəsini təyyarədən düşürürlər, Cavidi qarşılayanlar arasında bir nəfər də var...
Hərəkətsiz dayanıb... 
 
 
Hayır, bu gün mənim günüm başqadır,
Könlümdəki çırpıntılar pək ağır.
Bir diləyim varsa, onun vüsalı 
Gözlərimdə yalnız onun xəyalı.
 
Cavid ömrü
Cavidin cənazəsi vaxtilə yaşadığı mənzilində idi, Turan bir dəstə çiçəklə tabuta yaxınlaşdı. Gülü qoydu, əllərini astaca çəkdi tabutun məxmər örtüyünə və qayıtdı. Otaq boyu sıralanmış adamların arasında öz yerinə qayıdanda çevrildi, bir də baxdı az sonra axırıncı mənzilindən - gerçək həyatda yaşadığı son mənzilindən- müqəddəs torpağın köksündəki son mənzilinə yola düşəcək Cavidin tabutuna sarı. Çevrilib baxdı və qayıtdı bayaqkı yerinə...

 
Gəldin də neçin pəmbə buludlar kimi axdın.
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Şimşək kimi çaxdın da, neçin könlümü yaxdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
 
Cavidin cənazəsini aparırlar .Əlyazmalar fondundan çıxarırlar.
Yoldan ötənlər ayaq saxlayıb, baxırlar.
Oktyabrın 27-də Akademiyada iclas keçirildi, Mehdi Məmmədov yanaşdı kürsüyə: Biz hamımız Cavidin mənəvi övladlarıyıq, yaxşı olardı ki, böyük sənətkar dünyaya göz açdığı Naxçıvan torpağında dəfn edilsin.
-Bəs sizin fikriniz nədir Turan xanım?
Turan xanım cavab verdi: Bir halda ki, Cavidin bu qədər mənəvi övladı Naxçıvanı təklif edir, onun yeganə, həqiqi övladı da şərik olmayıb neyləyəcək!
Cavidi apardılar Naxçıvana və noyabrın 3-də gündüz saat 3-də, Cavid küçəsində, bir zamanlar -gənclik illərində yaşadığı evin yanında, oğlu Ərtoğrulla bir şəhərdə torpağa tapşırdılar.
 
Savadsız bir qız idi Mişkinaz. Bəlkə də elə buna görə atası onu yaşlı bir kişiyə ərə vermişdi. Lakin o, evdə qərar tuta bilməmiş baş götürüb qaçmışdı o evdən. Görəsən onu buna vadar edən nə idi? Bu bir qismətdirmi? Sən demə talehin cadusu onu bəlalı bir sevdaya sarı çəkirmiş. Mişkinaz xanım Cavidlə ailə qurub düz 19-il birgə yaşadılar. Sonra amansız ayrılıq onları ayrı saldı bir-birindən. 4 -il həyat yoldaşının məktublarını gözlədi, səbrlə, göz yaşlarıyla. Sonra məktublar kəsildi, Mişkinaz xanım başladı Caviddən gələn məktubların köhnə ünvanına yazmağa. Yenə də cavab olmadı hər dəfəsində oxşar cavablar "Burdan gedib"...
Gəlin o məktubları oxuyaq, hər sətirində göz yaşları, hıçqırıqlar, həsrət, sonsuz sevgi..
Sevgili Mişkinaz, 2-gün sonra Daşkənddən Vladivostoka doğru hərəkət edəcəyik.Keyfim yaxşıdır,məndən tez-tez məktub gözləməyin.Fürsət düşərsə yazaram.Əbuzərə,Qərənfilə(Əbuzər Müşgünaz xanımın qardaşı,Qərənfil isə qonşusu olub)salam.Sən də Ərtoğrul da Turan xanımdan muğayət olun,heç yerə yalnız buraxmayın.Öpürəm.H.Cavid 26 iyul 1939".
Bu bircə qırıq kağızda min kilometrlərlə uzaq məsafədən,qarlı düzlərdən,dağlardan,səhralardan,meşələrdən şəhərlərdən aşıb gələn doğma,isti ata məhəbbəti var.
"Əzizim Mişkinaz!
Sənə və uşaqlara Viladivostokdan salam.Bura sentyabrın 22-də gəlib çatdıq.Burdan haçan,hara göndəriləcəyimiz bəlli deyil.Sag-salamatam.Sizə də səmimi qəlbdən bunu diləyirəm.Məktub yazmayın,mənim məktubumu gözləyin.Öpürəm sizi.Cavid.29.09.1939."
O gecə hər üçünün yuxusu ərşə çəkilir,Səhərə yaxın huş aparır onları.Göz işlədikcə uzanan ağappaq yollar,qarlı düzənlərdən ötüb keçən qatar...və üçünün də yuxusunda bir sual:Görən o qatarın pəncərəsi varmı?Nələr çəkəcək o səfərdə Cavidin başı-evdəkilər bundan xəbərsiz qalacaqlar.
"Əzizim Mişkinaz.İndiyədək sizə bir neçə məktub yazmışam.Hələ heç bir bağlamaya ehtiyac yoxdur.Ancaq hər iki aydan bir teleqrafla 100-manat göndərin.Öpürəm sizi oğlumu və sevimli qızımı .Turan orta məktəbi bitiribsə ,bir il dincəlsin.Bir də mənə yazın görüm özü hansı ixtisası arzulayır?Müfəssəl yazın görüm necə yaşayırsız?Yenə  öpürəm sizi,yaxınlara,dostlara qohumlara salam.
H.Cavid.Xabarovsk vilayəti,Maqadan.Əlillər zonası.30.06.1940".
Bəs niyə əlillər?O gecə hər üçü için-için ağlayıb,hıçqırıqlarının uda-uda ağlayıb.Bir-birlərindən gizlədiblər bu dərdli gecədəki,ağlayışlarını.Və səhər açılanda da qızarmış gözlərini gizlətməyə çalışıblar bir-birlərindən.O gözlərə qonmuş qəfil ümidsizliyi gizlətməyə çalışıblar.
Cavid ömrü

"Əziz Mişkinaz!
Köhnə yerimdə yaşayıram,sağlamam.Hər ay siz göndərən pulları alıram,yazdığım kimi,hər ay teleqrafla 50-60 manat göndərin.Bağlama lazım deyil.Ancaq hər yarım aydan bir səhhətiniz haqda məktub yazın.Burda hərdən yüzlərlə dustaq azad edilir,ya da müddətlərini qısaldırlar.Arxayın olun mənə də növbə çatacaq.Səni,ağıllı bacarıqlı oğlumu və xüsusən istəkli,mehriban qızımı Turancığımı öpürəm.Yenə də öpürəm.
H.Cavid 27 may 1941".

Cavid ömrü


Bu,Cavidin Bakıya gəlib çatan son məktubudur.Evdəkilər bundan xəbərsizdirlər,xəbərsiz olduqları üçün də gözləyəcəklər..
Çox gözləyəcəklər. İllərlə gözləyəcəklər.Bilməyəcəklər ki,Cavid bu məktubu yazandan 6-ay sonra -1941ci il dekabrın 5-də keçinib.Bunu bilməyəcəklər və gözləyəcəklər.
Amma çox illər sonra Cavidin ellisi-nehrəmli Məmmədin acıdan-acı bir xatirəsi çatacaq onlara:"Aparılanda 9-cu sinifdə oxuyurdum,17 gün Cavidlə bir qatarda getdik.Əlbəttə yarımqaranlıq bir yük maşınında Cavidi seçə bilməzdim,lap görsəydim də tanımazdım.Özü məni səslədi.Danışığımı eşidən kimi ləhcəmdən Naxçıvanlı olduğumu bilib məni çağırdı,"kimlərdənsən?"soruşdu.Xeyli dərdləşdik 17-gün gedəndən sonra qatarı saxladılar,başladılar bizi düşürməyə.Burdan hərəni nəzərdə tutduqları yerə yola salacaqdılar.Vaqonun qapısı yerdən hündür idi.Cavid deyəsən düşməyə çətinlik çəkirdi.Elə bu vaxt hirslə onu itələyib yerə saldılar ki,hamı düşüb sən qalmısan.
Cavid üzü üstə yerə sərildi,burnundan qan gəldi.Cəld ona tərəf yüyürdüm.Elə qolundan yapışıb qalxmasına kömək etmək istəyirdim ki.mənim özümə də arxadan güclü bir təpik ilişdirdilər.Huşumu itirdim,ayılanda nə o düşdüyümüz yer qalmışdı,nə də Cavid-artıq tamam başqa qatar məni aparırdı."
O gecə hər üçünün yuxusu ərşə çəkilir,Səhərə yaxın huş aparır onları.Göz işlədikcə uzanan ağappaq yollar,qarlı düzənlərdən ötüb keçən qatar...və üçünün də yuxusunda bir sual:Görən o qatarın pəncərəsi varmı?Nələr çəkəcək o səfərdə Cavidin başı-evdəkilər bundan xəbərsiz qalacaqlar.


Kənar oldum,uzaqlaşdım,gülüm,bəzmi-vusalindən
Şu ağlar gözlərim məhrum edildi məh cəmalindən.
Yox...Əsla bir gələn yox,bir gedən yox...Qürbət ellərdə
Xəbərsiz qaldım artıq hər sevincindən,məlalindən.

 
Mələk yavrum,bu gün sənsiz benim zövqüm,qəmim,nəşəm,
Nədir?Kəndim də bilməm.Sən,fəqət sənsən həp əyləncəm.
Nasıl  məsud olurdum ah, yalnız bir xəbər bilsəm,
O məsumanə halindən,o hali pürməlalindən
 
Cavid ömrü illər öncə bitsə də, bu günə qədər qəlblərdə yaşayır, hər il anılır. Uyu Cavid əfəndi uyu, yad torpağı səni illərlə ağuşuna aldı, lakin sonunda sənin yolunu gözləyib öz həyatından belə keçən qızın Turan öz arzusuna, məqsədinə nail oldu. O, illərlə dağ boyda dərdlərə sinə gərdi, qadın olsa da kişi kimi dözümlü oldu, atasından sonra qardaşını itirdi, daha sonra anasını, lakin Cavidin yolunu yenə də gözlədi bitmədi-tükənmədi.
Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olmuşdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıb. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa Hüseyn Cavid irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcəkdir.
Sonunda Allah bu ailəyə rəhmət etsin, hal-hazırda onlar heç biri bizlərlə eyni dünyanın sakini deyil!
Səslərin sayı: 5
37
8848
loading...
Şərhlər
Offline
ANAWKA
allah rehmet elesin
5 avqust 2013 00:05
Offline
DENIZ
məlumatlandırdıqın üçün çox saqolun
5 avqust 2013 00:00
Offline
Seli
Cox sagol Yagmur damlasi, Cavid omru bir dunyadir ve bu djnyadan danismaq ucun ozumu yeteri bilgili bilmirem..
Ancaq senden xahisim novbeti defe ya Ehmed Cavad, yada Almas İldirim barede bele genis arasdirmalar yazmagindir
4 avqust 2013 23:28
Offline
Asi
cox sagol bacim Husyn Cavid sevdiyim yzicilardandir. .Allah rehmet elesin
4 avqust 2013 22:40
imza:
Susma İMANIM !
Sen Susarsan Sözüm YALAN,
Sen Susarsan İnsanlığım TALAN,
Sen Susarsan Sonum HÜSRAN,
Sen Susarsan Konuşur ŞEYTAN ...!
Offline
Aytən90
demek olar ki,bunlari yaxwi bilirdim.Cavid ve Mikayil Musfiq menim herestij etdiyim wairlerdir...cox saqolun xebere gore
4 avqust 2013 22:39
Offline
♥Çalıkuşu ♥
xebere gore tesekkurler insallah oxuyacam Cavid secsiyyetine ve yaradiciligina boyuk regbet beslediyim sexslerdendir.
4 avqust 2013 22:37
Offline
Almaz S.
Çox sağ ol bacım xəbər üçün.Mən də Cavidsevərəm.Mənə hərdən elə gəlir ki,Cavid hələ də tam öyrənilməyib.Onun yazılarında fəlsəfi fikirlər çoxdu.Oxuyanda insanın qarşısında bir dünya açılır sanki.Ancaq o çür insanın necə acınacaqlı şəxsi həyatı olub,oğlu bəlkə də yaşasaydı o da çox tanınmış məşhur bir insan olardı.Allah rəhmət etsin ona
4 avqust 2013 22:27
Offline
Gulum
Yagmurcum tewekkur give_ros yazdiqlarini oxuyanda sanki filme yeniden baxmiw olursan
4 avqust 2013 21:01
Offline
ilhame
MARAQLI MELUMATDA GORE TESEKKURLER. give_ros girl_ten girl_ang
4 avqust 2013 20:10
Offline
Aysun Memmedova
gozel serleri var Allah rehmet etsin
4 avqust 2013 20:02
Offline
pure love
Sevinmə, gülmə, quzum, kimsənin fəlakətinə;
Bu hal, əvət, eyi bir şey deyil, sevinmə, saqın!
Sevinmə başqasının hali-pürsəfalətinə,
Toqunma qəlbinə bikəslərin, zavallıların.

İnan ki, bir acı söz, bir baqış, bir incə gülüş
Kədərli, sıtmalı bir qəlbi tırmalar, yaralar.
O qəlb avunsa da, aldanma, incinib küsmüş,
Sağalmaz iştə o, yıllar keçər də həp sızlar.
4 avqust 2013 19:36
Offline
mira-kerim
coxsevdiyim şairlərdən biri... give_ros
4 avqust 2013 18:57
imza: Ne qeder sade olmaq isteyirem,amma alinmir..)))))))
Offline
AY İŞIĞI
Genis melumat ucun tesekkurler
4 avqust 2013 18:40
Offline
MUSTI HM
elaaaaaaaaaaaa
4 avqust 2013 18:40
Offline
Belke bir gun...
Mene anlatma ki, esq, alemi sevda ne imis,
Bilirem men senin get ! Her sozun efsane imis.
Get gulum, get gozelim ! Basqa bir asiq ara, bul !
Duydum artiq senin esqindeki mena ne imis !...

Bivefasin, melek olsan bele uymam daha get !...
Kim ki, uymus sana, konlum kimi divane imis.
Seni bir sadedil, azade melek sanmis idim,
Neyleyim ! ah... konul ruhine bigane imis.

Seni teqdis ederek bir daha sevmem esla,
Ne imis sanki bu esq !?. Asiqi seyda ne imis !
Alemi - zovqu sefaden mana behs etme saqin !
Bildik artiq bu cahan mulku ne virane imis !


Hüseyn Cavid yaradiciliginin,shexsiyyetinin 1 nömreli heyrani - Lale...

Gülümmmm,yadimdadir bu xeber haqda danishmagimiz... demishdin: hazirlayacam,men de sebirsizlenmishdim oxumaqcün... üreyine sagliq,cox sagol.ele dünen Iblisi bir de oxudum,bir de vuruldum Cavidime...
4 avqust 2013 18:31
Offline
Все будет хорошо
ALLAH rehmet elesin
4 avqust 2013 18:15
Offline
Deniz Ilhan
Gəldin də neçin pəmbə buludlar kimi axdın.
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Şimşək kimi çaxdın da, neçin könlümü yaxdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

AMIN ALLAH REHMET ETSIN tewekkurler
4 avqust 2013 18:12
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Kitabxana ...
Tez-tez gedirem
Vaxtım yoxdur
Artıq tarixə qovuşub!
İnternet sağolsun )
Şəxsi kitabxanam var!