Bakıda hava
USD AZN
EUR AZN
14:10Ayla Ayla Yaxşı ki Survivor var başımızı qatırıg 10:09Xəyalə Murad Evdə qalın, sağlam olun ki, sevdikləriniz də sağlam olsun! 10:08Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41585

Heydər Əliyevin vəfatından 12 il ötür

 

Heydər Əliyevin vəfatından 12 il ötür

 

Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olan zaman
Həmin günlərdə beynəlxalq güclər Azərbaycanın 11 subyektə bölünməsinə qərar vermişdilər. Məqsəd Türkiyə ilə Türküstan, yəni Orta Asiya respublikaları arasında körpü rolunu oynayan Azərbaycanı parçalmaq idi. Hər şey 1993-cü ilin may-iyununda Gəncə şəhərində Sürət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı qaldırıımış qiyamla başlamışdı. Gəncə qiyamı ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandı. Xalq Heydər Əliyevin hakimiyyətə gətirilməsi üçün ayağa qalxdı. Bu, əsl mənada, milli hərəkata çevrildi, Azərbaycanın o zamankı dövlət başçıları Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan Heydər Əliyev sözün əsil mənasında xilaskara çevrildi. 
Bir neçə ay ərzində dünyanın aparıcı siyasi gücləri ilə danışıqlar aparan Heydər Əliyev Azərbaycanın unitar dövlət quruluşunu qoruya bildi. Azərbaycan balanslı siyasəti ilə regionun müstəqil güc mərkəzlərindən birinə çevrildi. Ordu quruculuğunda aparılan islahatlar bəzən seperatçılığa xidmət edən silahlı dəstələrin ləğv edilməsi, əli silah tutanların vahid komandanlıq ətrafında birləşdirilməsi ilə nəticələndi. 1994-cü ilin əvvəlində aparlımış uğurlu Horadiz döyüşlərindən sonra işğalçı Ermənistan ordusu atəşkəs müqaviləsinə imza atmağa məcbur oldu. Beləliklə, Azərbaycan iqtisadi və siyasi inkişaf üçün imkan qazandı. 

«Əsrin müqaviləsi»nin imzalanması - 20 sentyabr 1994-cü il

Heydər Əliyevin vəfatından 12 il ötür


1994-cü il sentyabr ayında dünyanın aparıcı neft şirkətləri ilə «Əsrin müqaviləsi»nin imzalanmasına nail olmuş Heydər Əliyev Azərbaycanda Yeni neft erasının başlanğıcını qoydu. 1997-ci ildə «Azəri-Çıraq-Günəşli» yatağında başlanan hasilat 2000-ci illərin əvvələrindən öz bəhrəsini verdi. Azərbaycan hərbi və iqtisadi inkişaf üçün böyük maliyyə imkanları əldə etdi. Beləliklə, ölkəmiz Cənubi Qafqazın ən inkişaf etmiş dövlətinə, Müstəqil Dövlətlər Birliyində isə öz iqtisadi inkişafına görə üçüncü ölkəyə çevrildi. 
Azərbaycan xalqı müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevi heç zaman unutmayacaq. O, Azərbaycan xalqının qəlbində daima yaşayacaq. 

 

Mənbə: ANS PRESS

Səslərin sayı: 0
2
1618
Şərhlər
Offline
Mələksima
Allah rəhmət eləsin Ulu Öndərimizə..
13 dekabr 2015 19:07
Offline
GÜLÇİN
12 il bundan əvvəli mən bu gün kimi xatırlayıram.Məktəbli qız idim. ALLAH rehmet elesin!
12 dekabr 2015 08:17
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )