Bakıda hava
USD AZN
EUR AZN
15:30Feride Pərvizin qaçmağı zəyifdi 15:30Feride Adada ayrı dava saldı oyunda ayrı sora uzr istədi də 15:29Feride Ayla Pərvizdə gunah yoxduye o yemək bişirənin hiyləsidi 11:39Ayla Ayla Perviz deyesen esebi adamdi 11:38Ayla Ayla Hamiya salammm Survivora kim baxdijQuery162089170006099228_1581925069530?? 08:45Xəyalə Murad Yeni iş və dərs günü hər birinizi salamlayırıq! 08:45Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
41418

Xocalı-sağalmaz yaram mənim(2)

 

Xocalı-sağalmaz yaram mənim(2)

 

 

 

2007-ci il fevralın 24-də STV kanalının (Saman yolu) səhər verilişində saat 8.50-də Azərbaycan tədqıqatçısı Elşən Nəcəfoğlu məlumat verdi ki, keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü divızıyasına daxil olan 366-cı alay haqqında sənədlər (Xocalı faciəsi ilə əlaqədar) Kreml sarayından ermənılər tərəfindən götürülmüşdır. Bir rəqəmi də vurğuladı ki, 63 nəfər şəhid olan uşaqdan əlavə, 36 şəhid olmuş uşaq yenidən tapılmışdır. Bu rəqəmlər getdikcə tədqiqat nəticəsində daha düzgün açıqlanacaqdır.

Məlumata görə, Xocalı ərazisində, daha dəqiq desək, Xanabadla Daşbulaq kəndləri arasında ilk səyyar “ölüm ocaqları” 1992-ci il fevralın 28-i saat 14.00-da salınıb. Birinci dəfə 46 meyit yandırılıb.

Ertəsi gündə 28 uşaq və hamilə qadının meyitlərindən ocaq qalanıb. 1988-ci ildən 1989-cu ilədək Çuvaşiyanın Çeboksarı şəhərində, Çapayev qəsəbəsində yaşayan və V.İ.Çapayev adına hərbi zavod dəftərxanasında çalışan, ixtisasca filoloq olan Akop Arakılov (bu zavod Dağlıq Qarabağ istiqamətində erməni hərbi terrorçu birləşmələrinə “Alazan” raketi satmaqla məşğul idi. Təkcə 1992-1993-cü illərdə bu zavoddan Xankəndinə 98 ədəd “Alazan” raketləri satılıb) 1998-ci ildə Parisdə dərc etdirdiyi “Qarabağ qeydləri…” kitabında yazır: “…Meyitləri yandırmaq haqqında təsəvvürüm yox idi. Mən zavodda işləyərkən, yanıma gələnlər danışırdılar ki, Xocalıda ölənlər üçün qəbiristanlıq deyilən ərazi yoxdur… Dəfn olunmuş adamları… gecə çaqqallar və itlər eşib çıxarırdılar.

Hərbi həkim Smbat Mirzoyanın tapşırığı ilə meyitlərin yığılıb yandırılıması qərara alındı… Mən “Alazan” üçün zavoda gələn zabitə sual verdim: “Bəs yaralılar? Bəs əsirlər?” Zabit Çebotaryan adlı ellim mənə anlatdı ki, yaralılar da öldürülmədən tonqallara atılır. Bundan sonra mən daha zavodda qala bilmədim… Erməniləri və Ermənistanı, Dağlıq Qarabağı bir daha görməmək üçün oranı tərk etdim…”.

Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktların – Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Saziş, Fövqəladə Hallar Bəyannaməsinin (BMT-nin Baş Assambleyası 10.12.1948-ci ildə qəbul etmişdir) aşağıdakı maddələrinə kobud qaydada ziddir:

maddə 2. Hər bir şəxs dilindən, … dinindən, … milliyyətindən və digər səbəbdən fərq qoyulmadan bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır.

maddə 3. Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.

maddə 5. İnsan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlər qadağandır.

maddə 9. Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır.

maddə 17. Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum edilməsi qadağandır.

Silahlı dəstələrin hərəkətləri Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə (BMT-nin Baş Assambleyası 14.12.1948-ci ildə qəbul etmişdir) kobud qaydada ziddir.

Xocalı faciəsinə, misli görünməmiş genosidə bu gün biganə qalanlar sabah erməni faşizminin, erməni terrorizminin, erməni şovınizminin qara caynaqları arasında vaxtilə nəyinsə, kiminsə hesabına etiraf etmədikləri həqiqət üçün təəssüflənəcəklər və o vaxt bəlkə də çox gec olacaq.

 

İndi Xocalı sakinlərinin də, elə bütöv müstəqil Azərbaycanın da ümidlə baxdığı bir sərkərdə var. O da möhtərəm Prezidentimiz İlham Əliyevdir. Xocalıya qayıtmaq istəyənlər ondan imdad diləyirlər. Biz inanırıq ki, o günlər uzaqda deyil.

Dilqəm Quliyev Pedaqogika üzrə fəlsəfə doktoru

Səslərin sayı: 3
15
2462
Şərhlər
Offline
Leyla_
Allah hamiya sebir versin amin
20 mart 2015 16:59
Offline
aysel zeynalova
20 YANVAR FACIESINDEN SONRA ERMENI DIGALARININ BAWIMIZA ACDIGI EN AGIR FACIE XOCALI SOYQIRIMIDIR!!!
27 fevral 2015 18:49
Offline
Qəribə
Allah rəhmət eləsin Xocalıda olənlərə.
27 fevral 2015 00:24
imza: Не забывайте благодарить Бога, Он же не забывает будить вас каждое утро.

Iдеальных людей не бывает, цените тех,
кто смог полюбить ваши недостатки.
Offline
Fatma xanım
Allahım sən özün onların cəzasını ver bu qan yerdə qalmasın Allahım
26 fevral 2015 14:30
imza: Şükr etməyəndən sonra dünyaları yesən nə faydası.

Qadin.Net - Xəbər göndərilməsi qaydaları
http://www.youtube.com/watch?v=Ly-9VN5Ye_8
Offline
Ceylan Mumoğlu
Bir gecədə bütöv bir ailən yox edilir. Dəhşətlidir.
Buna heç ağrı da demək olmur, sözlə ifadəsi zəif qalacaq.
26 fevral 2015 12:42
Offline
........
ALLAH BUTUN WEHIDLERIMIZE REHMET ELESIN AMIN...
25 fevral 2015 20:26
Offline
♫ Я тебя люблю ♫
Insallah butun isgal altin ga qalan rayunlarimizi alariq sehidlerin qani yerde qalmazzzzzz
25 fevral 2015 19:58
Offline
.....
allah rehmet elesin sehidlerimize
25 fevral 2015 18:42
Offline
✦AyseL✧
Allah butun sehidlere rehmet elesin!
25 fevral 2015 18:10
Offline
איסון ממדוב.
Insallah gun gelecek tum isqal altinda olan rayonlarimizi geri alacayiq o rayonlar bizimdi bizim olub bizimde olacaq
25 fevral 2015 17:09
imza: Mutsuzum diye bahane arama.
Rabbim o kadar cox guzellik vermiski,
KALP GOZUNU ARALA
Offline
Pərvanə
Allah rəhmət eləsin Xocalıda olənlərə.Dəhşətli bir faicədir.Allah bir daha göstərməsin.
25 fevral 2015 16:37
imza:
Arzu et, istə; amma o arzu ölçülü olsun. Bir saman çöpü bir dağı qaldırmaz.
Offline
●♥ Səma ♥●
Bu faciəni unutmayaq heç vaxt.İn şa Allah bütün pis günlər geridə qalacaq.
25 fevral 2015 16:18
imza: Qırılmış bir qadın elə susar ki,sükutundan kar olarsan....
Offline
Şəri Babayeva
Məlumata görə, Xocalı ərazisində, daha dəqiq desək, Xanabadla Daşbulaq kəndləri arasında ilk səyyar “ölüm ocaqları” 1992-ci il fevralın 28-i saat 14.00-da salınıb. Birinci dəfə 46 meyit yandırılıb.

Dəhşət
25 fevral 2015 16:05
imza: Qadın təbiəti gərəyi zəifdir; amma ağrıya ən çox o dözər. Qadının müqavimətini qıran tək şey xəyal etdiyi kişinin boş çıxmasıdır...
Offline
Aysel İ.
İndi Xocalı sakinlərinin də, elə bütöv müstəqil Azərbaycanın da ümidlə baxdığı bir sərkərdə var. O da möhtərəm Prezidentimiz İlham Əliyevdir. Xocalıya qayıtmaq istəyənlər ondan imdad diləyirlər. Biz inanırıq ki, o günlər uzaqda deyil.
25 fevral 2015 14:47
imza: Yalnız acizlər boyun əyib unudurlar, güclülər isə o yana-bu yana qaçır, qadir taleyi qeyri-bərabər döyüşə çağırırlar.
Offline
Ellada Babayeva
Xocalı faciəsinə, misli görünməmiş genosidə bu gün biganə qalanlar sabah erməni faşizminin, erməni terrorizminin, erməni şovınizminin qara caynaqları arasında vaxtilə nəyinsə, kiminsə hesabına etiraf etmədikləri həqiqət üçün təəssüflənəcəklər və o vaxt bəlkə də çox gec olacaq.
25 fevral 2015 14:03
imza: Hiss və ağıl həyat gəmisinin yelkəni və sükanı kimidir; biri hərəkətə gətirir, o biri istiqamətləndirir.
Cübran.
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
Son yazılar
Ailənizin ümumi gəliri:
500 AZN-ə qədər
500-1000 AZN
1000-1500 AZN
2000-3000 AZN
5000 və ya daha çox
Sizə nə var?! )