Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Mikayıl Müşfiq
(1908-1939)
Mikayıl Müşfiq (Mikayıl İsmayılzadə) 1908-ci ildə Xızı kəndində anadan olmuşdur. Atası Ə.İsmayılzadə hörmətli müəllim və istedadlı şair imiş. Yetim qalan Müşfiq yaxın qohumlarının himayəsində böyümüşdür. Təhsilini rus-azərbaycan məktəbində almış Müşfiq humanitar elmlərə böyük maraq göstərməklə bərabər, rus dilini də mükəmməl öyrənmişdir.
1920-1927-ci illərdə Müşfiq Bakı darül-müəllimində, 12 nömrəli ikidərəcəli məktəbdə oxumuşdur. Bu məktəblər müəllim peşəsinə yiyələnməyə imkan verirdilər. Savadsızlığın ləğvinə böyük diqqət yetirən sovet hakimiyyət orqanları yeni təhsil ocaqlarının açılmasına hər cür şərait yaradırdılar. Məktəblərin proqramı sovet hakimiyyətinə sadiq şəxsiyyətlər yetişdirmək istiqamətində qurulmuşdu.
Mikayıl Müşfiq V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olur. 1931-ci ildə institutun dil və ədəbiyyat şöbəsini bitirərək Bakı məktəblərində müəllimlik etməyə başlayır.
M.Müşfiq ilk şeirlərini 20-ci illərin ortalarından çap etdirməyə başlamışdır. Tənqidçilər gənc şairin böyük istedadını qeyd etməklə yanaşı, şeirlərində lirikanın üstün olduğunu ona irad tuturdular. Şairə məsləhət görürdülər ki, o, Azərbaycanda sovet hakimiyyətinin qurulmasını daha qabarıq göstərməyə çalışsın. Onun işıq üzü görmüş ilk şeir toplusu Azərbaycanda sovet hakimiyyətinin qurulmasına həsr olunmuş "Bir gün" kitabı olur. Kitab o dövrün ictimai mühiti tərəfindən mühüm hadisə kimi qarşılanır. Tənqidçilər qeyd edirdilər ki, müasirlik, xəlqilik, humanizm Müşfiq poeziyasının canında və qanındadır.
Məhəbbət lirikası Müşfiqin poeziyasında mühüm yer tuturdu. Onun "Sənin gözlərin", "Ulduzlar", "Şirin qız", "Yenə o bağ olaydı", "Ürək", "Maral", "Sənin gülüşlərin", "Nə deməkdir?" kimi şeirləri dillər əzbəri idi. Yaradıcılığına xas coşqun hiss, həyəcan, gələcək arzusu ilə qanadlanan xəyal onun şeirlərinə romantik bir vüsət verirdi. 1930-cu ildə işıq üzü görmüş "Küləklər" kitabı Azərbaycan poeziyasına bənzərsiz bir lirik şairin gəldiyini göstərirdi. Lakin respublikanın rəhbərliyi inqilab, xalqlar dostluğu, qadın azadlığının tərənnümü, beynəlxalq imperializmin ifşası və s. problemlərə həsr olunmuş şeirlər tələb edirdi.
1932-ci ildə Mikayıl Müşfiq Azərbaycan xalqının ağır keçmişindən və yeni həyat quruculuğundan bəhs edən "Buruqlar arasında", 1933-cü ildə "Əfşan", "Çoban", "Dağlar faciəsi", 1935-ci ildə "Səhər", "Sındırılan saz" və s. poemalarını yazır. Tələb olunan mövzulara həsr olunmalarına baxmayaraq, bu poemalarda epik vüsətlə yanaşı, lirika da qüvvətli idi. 1932-ci ildə işıq üzü görmüş "Günün səsləri" şeirlər kitabında toplanmış şeirlərin də əsas "qüsuru" kimi lirikanın mövzunu üstələməsi göstərilirdi. 1934-cü ildə Müşfiqin "Şeirlər" kitabı çap olunur. O bu kitabda özünü bir daha epik lövhələr, lirik ricətlər ustası kimi göstərmişdi.
Müşfiq poeziyası orijinal sənətkarlıq xüsusiyyətləri ilə fərqlənir və diqqəti cəlb edir. Yüksək emosionallıq, qeyri-adi ahəngdarlıq və yığcamlıq Müşfiq şerinin əsas bədii keyfiyyətləridir. Lakin bu lirika, ümumiyyətlə, şairin bütün istedadı sovetlərə işləməli, sovetlərin ideologiyasını dəstəkləməli idi. Hər halda, o dövrdə respublikanı idarə edən şəxslər belə düşünürdülər. Ancaq şair onların istədikləri kimi ola bilmirdi. O, dövrlə ayaqlaşmağa, hisslərini gizlətməyə, tələb olunan istiqamətdə şeirlər yazmağa çalışırdı. 1936-cı ildə hətta hind xalqının milli istiqlaliyyət uğrunda mübarizəsinə həsr olunmuş "Azadlıq dastanı" poemasını yazır. Poemada ingilis imperialistlərinin ifşa olunması rəhbərlik tərəfindən yaxşı qarşılanır, lakin poemadakı bəzi ifadələr şairin bolşevik imperializminə işarə etməsini göstərmişdir. Bu isə artıq həyəcan siqnalı kimi qəbul edilmiş, Müşfiqin adı "qara siyahı”lara salınmışdı.
M.Müşfiq uşaqlar üçün "Pambıq", "Bir may", "Pioner", "Məktəbli şərqisi", "Zəhra üçün", "Pioner sarayı" kimi şeirlər yazmışdır. Uşaqlar üçün nəzərdə tutduğu "Qaya", "Vuruşmalar" poemaları, "Şəngül, Şüngül, Məngül", "Kəndli və ilan" mənzum nağılları da xalq arasında ona böyük populyarlıq qazandırmışdır.
Müşfiqin əsərləri SSRİ xalqları dillərinə tərcümə olunmuşdur. Müşfiq şifahi xalq ədəbiyyatına da, klassik ədəbiyyata da yaxşı bələd olmuş, ənənələri davam və inkişaf etdirmişdir. Onun Firdovsi, Ömər Xəyyam, A.S.Puşkin, M.Y.Lermontov, T.Q.Şevçenko və S.Y.Marşakdan gözəl bədii tərcümələri var.
1937-ci ildə Mikayıl Müşfiq 11-ci kitabını-"Çağlayan"-ı çapa hazırlayır. Lakin bu zaman respublikada artıq repressiya küləkləri tüğyan edirdi. "Mədəni inqilab", "Din əleyhinə mübarizə", "Rədd olsun tar!", "Rədd olsun kamança!" şüarları altında keçirilən kampaniyalarda milli-mənəvi dəyərlərə hücumlar təşkil edilir, xalqın mənliyinə böyük zərbə vurulurdu. Əlifbanın dəfələrlə dəyişdirilməsi, məktəblərdə ruslaşdırma siyasətinin aparılması son nəticədə Azərbaycan xalqının özünəməxsus cəhətlərini məhv edib, onun "sovet xalqı" anlayışı ilə bildirilən mücərrəd kütlənin tərkib hissəsinə çevrilməsi məqsədini güdürdü.
Kommunist partiyasının diktaturasına qarşı mübarizə aparanlar, sovetlərin siyasətini tənqid edənlər repressiyalar burulğanında məhv edilirdi. Özünü dünyada ən azad dövlət, ən humanist cəmiyyət kimi təbliğ edən bir ölkədə hər an insan haqları və azadlıqları pozulur, ölkənin "doğma" vətəndaşları ilə qeyri-insani rəftar edilirdi. Kütləvi repressiyalar açıq-fikirli, istedadlı, qabaqcıl ziyalılara, təcrübəli və qabiliyyətli dövlət və hərbi xadimlərə qarşı yönəlmişdi. Bir çox hallarda sadə insanlar da repressiyaların qurbanları olurdular. Azərbaycan SSR-in hüquq-mühafizə orqanlarına rəhbərlik edən Qriqoryan, Markaryan, Sumbatov-Topuridze, Malyan və başqaları on minlərlə Azərbaycanlını məhv etmiş və ya sürgünə göndərmişdilər. Repressiyalar nəticəsində Azərbaycan xalqı özünün yüksək intellektual səviyyəli, milli ruhlu iki nəslinin ən görkəmli nümayəndələrini itirmişdir. "Xalqa xəyanət", "əksinqilabi fəaliyyət", "müsavatçılarla əlaqə", "xarici dövlətlərə casusluq" damğaları ilə minlərlə Azərbaycan ziyalısı məhv edilmişdir. H.Cavid, Ə.Nəzmi, Ə.Cavad, T.Şahbazi, S.Mümtaz, Ü.Rəcəb və daha neçə-neçə sənət və elm adamının məhv edilməsi Azərbaycan xalqının inkişafına ağır zərbə vurmuşdur.
Cəfəng, uydurma bəhanələrlə həbs edilənlər arasında Mikayıl Müşfiq də olmuşdur. Şairə olmazın işgəncələr verilmiş, qondarma ittihamlar irəli sürülmüş, nəhayət, ölüm cəzası kəsilmişdir. 1939-cu il martın 12-də bu dəhşətli hökm icra edilmişdir: XX əsrin ən görkəmli Azərbaycan şairlərindən Mikayıl Müşfiq güllələnmişdir.
XƏBƏR LENTİ
Bakıda çörəyi bahalaşdıranlar kimlərdir?
Dünyanın ən qeyri-stabil valyutaları
Ali məktəblərdəki ən bahalı və ən ucuz ixtisaslar - SİYAHI
Günün ulduz falı
Günün ulduz falı - 01.10.2013
Şuşa şəhidinin Cəbrayıla bayraq sancan oğlu: “Ayaqlarımın kəsildiyini görəndə, dedim, kaş...” - VİDEOREPORTAJ
SARI DONUZ kimlər üçün DÜŞƏRLİ OLACAQ?
Tikrit uğrunda döyüşlər: İŞİD geri çəkilir
Əfqanıstanda sel:onlarla insan həlak olub
Üzlərində çil olsun deyə
Selfi üçün qadağa
DiKaprio partidə - FOTO
Brent neftinin qiyməti 50 dollara yaxınlaşır
Elm dünyasının şahı Nəsirəddin Tusi
İstirahət günü hava qovuracaq
Pomidorlu qəlyanaltı(foto resept)
Dekorativ güzgülər
Görmə qabiliyyətinin tam bərpa olunmasının yolu tapılıb
Bu corablar vasitəsilə ayaqqabısız rahatlıqla gəzə biləcəksiniz
Müge Anlı onları geridə qoydu
Bitməyən savaş
Hamiləlik dövründə uzaq durmalı olduğunuz 4 fəaliyyət
46 yaşlı aktrisanın Gözəllik Sirri Məlum oldu!-VİDEO
Təmizlik şirkətlərinə niyə inam yoxdur?
Ermənistan ərazisindən ən çox hədəfə alınan ərazilərimiz açıqlandı - RƏSMİ
Yaşlanmağa dur demək istəyirsinizsə, bu təklifləri nəzərə alın!
Azərbaycan tarixindən yüz şəxsiyyət-90
"Qaralatasaray"lılara müjdə: "Aslan"" "Kral"a qarşı oynayacaq
Günün qoroskopu:Soyuqqanlı olun!
İrem derici yeni klipini təqdim etdi
Bu çay cənnətə aparır
Göz ətrafını gözəlləşdirən tövsiyələr
Həkimlər ilanın mədəsindən dəsmal çıxardılar – VİDEO
Tez qocalmağa səbəb olan 5 vərdiş
Azərbaybaycanda hərbi həkim koronavirusdan vəfat etdi - RƏSMİ + FOTO
Bakı 2015 Avropa Oyunları çox yüksək səviyyədə keçiriləcək"
Günün ulduz falı
İşdən ixtisara düşmək istəmirsizsə...
Parlaq saç, yoxsa "yağlı"?
40 il artıq yaşamaq istəyənlərə 7 məsləhət
Növbəti 4 günün havası AÇIQLANDI
Bakı Metrosunda daha bir qadağa
Köklü, darçınlı, qozlu keks (foto-resept)
Sabunçu rayonunda “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb
Günün ulduz falı - 03.12.2013
Sobada quzu ətli badımcan
Rəngarəng çanta modelləri
Yağlı saçlarla necə mübarizə aparmalı?
Günün qoroskopu: adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur
Ermənilərə xəbərdarlıq edildi
- ŞƏRHLƏR