Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Əhməd bəy Ağayev
(1869-1939)
Əhməd bəy Ağayev 1869-cu ildə Şuşa şəhərində anadan olmuşdur. Atası Mirzə Həsən bəy XVIII əsrdə Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xan Cavanşirin nəslindən idi. Əhməd bəy ilk təhsilini Şuşadakı rus məktəbində almışdır. Buranı bitirdikdən sonra atası onu Tiflisə göndərmişdir. Burada Əhməd bəyTiflis gimnaziyasına daxil olmuşdur.
Tiflis gimnaziyasını müvəffəqiyyətlə bitirən Əhməd bəy Ağayev Rusiyanın paytaxtı Peterburq şəhərinə getmiş və Mühəndis-Texniki İnstitutuna daxil olmuşdur. Lakin hələ gimnaziya illərindən onun humanitar elmlərə böyük həvəsi yaranmışdı. Odur ki, Əhməd bəy təhsilini yarımçıq qoyub humanitar elmlərlə məşğul olmaq qərarına gəlir. O, Fransanın paytaxtı Parisə yollanır. Burada dil öyrənməklə bərabər, o, hüquq məktəbində təhsil alır, daha sonra isə dünyanın ən məşhur elm-təhsil ocaqlarından sayılan Paris Sorbonna Universitetinə daxil olur. Hüquqşünas təhsili almasına baxmayaraq o, Şərq xalqlarının tarixi ilə dərindən maraqlanır, ərəb, fars və türk (osmanlı) dillərini mükəmməl öyrənir.
1890-cı ildən etibarən Əhməd bəy Ağayev imzası ilə Fransanın müxtəlif jurnal və qəzetlərində məqalələr çap edilməyə başlanır. Bu məqalələr əsasən Şərq fəlsəfəsi və ədəbiyyatına həsr olunmuşdu. 1892-ci ildə o, Londonda keçirilən beynəlxalq şərqşünaslıq konqresinə dəvət alır və həmin konqresdə "Şiə məzhəbinin mənbələri" adlı mövzuda çıxış edir. Bu mövzuda yazdığı məqalə məşhur Kembric Universiteti tərəfindən bir neçə Avropa dillərinə tərcümə edilir. Qacarlar sülaləsindən olan İran şahı isə Əhməd bəyə üzük göndərir. Ağayevin məqalələri eyni zamanda Tiflisdə rus dilində çıxan "Kavkaz" qəzetində də çap olunurdu. Parisdə Əhməd bəy "müsəlman dünyasının mümtaz siması" adlandırılan, Şərqin böyük mütəfəkkiri, ictimai-siyasi xadimi Şeyx Cəmaləddin Əfqani ilə tanış olmuşdu. O, Parisdə fəaliyyət göstərən osmanlı mütəfəkkirləri ilə də tanış olmuş və sonralar "Gənc türklər" adı ilə tanınan təşkilatın yaranmasının şahidi olmuşdur. Bu tanışlıqlar onun dünyagörüşünün formalaşmasına, sonrakı ictimai-siyasi fəaliyyətinin istiqamətinə böyük təsir göstərmişdir.
1894-cü ildə Əhməd bəy Azərbaycana qayıtmış və burada "Məşriq" qəzetinin çap edilməsi üçün icazə istəmişdir. Qəzetdə islam və türk dünyasının problemləri barədə, onların həlli yollarının axtarılması istiqamətində yazılar çap etmək niyyətində olduğunu bildirdikdə çar məmurları onun nəşrinə icazə verməmişdir. Nəticədə Əhməd bəy Şuşaya getmiş və 1896-cı ildən burada realnı məktəbdə fransız dilindən dərs deməyə başlamışdır. O, həmçinin, şəhərdə qiraətxana-kitabxana açmış, ilk teatr tamaşaları təşkil etmişdir. Qarabağın ictimai- siyasi həyatında çox mühüm rol oynayan Əhməd bəy olduqca böyük nüfuz sahibi idi. Haqqında yaxşı sözlər eşidən məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev onu Bakıya dəvət edir və realnı məktəbə fransız dili müəllimi vəzifəsinə düzəlməsinə yardımçı olur. Əhməd bəy Ağayev eyni zamanda "Kaspi" qəzetində də işləmiş və hətta qəzetin ədəbi şöbəsinin müdiri olmuşdur.
Əhməd bəy özünün ən yaxşı əsərləri sayılan bir sıra kitab və elmi məqalələrini məhz bu dövrdə yazmışdır. "İslama görə və islam aləmində qadın", "İslam, axund və hatifulqeyb" kitabları, "Kaspi" qəzetində dərc etdirdiyi "Müsəlman söhbətləri", "Müsəlman xalqlarının vəziyyəti" adlı silsilə məqalələri Əhməd bəyə bütün müsəlman Şərqində şöhrət qazandırmışdır. Əsərlərində müsəlman dünyasının durumunu təsvir edən, bu ağır vəziyyətin səbəblərini araşdıran, islam dünyasına böhtan atan avropalı müəlliflərə tutarlı cavablar verən Əhməd bəy çıxış yolunu maariflənməkdə və mübarizədə görürdü. Onun əsərləri Tiflisdə çıxan "Şərqi-Rus" qəzetində və hətta Hindistanın Kəlküttə və Misirin Qahirə şəhərlərində dərc olunmuşdur.
Əhməd bəy Ağayev "Nicat", "Nəşri-maarif, "Səadət" xeyriyyə cəmiyyətlərinin təşkil edilməsində yaxından fəaliyyət göstərmişdir.
1905 - 1907-ci illərdə Əhməd bəy "İrşad", "Həyat", "Tərəqqi" qəzetərini nəşr etdirmişdir. O həmçinin rus dilində də "Proqress" adlı bir qəzet hazırlayıb buraxdırmışdır. Bu qəzetlər azərbaycanlıların milli düşüncəsinin formalaşmasında böyük rol oynamışdır. Əhməd bəy məqalələrində erməni daşnaklarının iç üzlərini açmış, onların arxasında rus çarizminin dayanmasını açıq şəkildə bildirmişdir.
1906-cı ilin fevralında Qafqaz canişini Tiflisdə "barışıq qurultayı" keçirəndə Əhməd bəy Ağayev Ə.Topçubaşov, Q.Qarabəyov və İ.Hacınski ilə birlikdə Bakı şəhərinin nümayəndələri kimi iştirak etmiş və azərbaycanlıların proqramını bəyan etmişdir. Çıxışı zamanı konkret faktlar gətirən Əhməd bəy erməni millətçi partiyalarının buraxılmasını tələb etmiş, əks təqdirdə azərbaycanlıların hərbi dəstələr yaratmağa məcbur olacağını bəyan etmişdir.
"Barışıq qurultayı" heç bir əməli nəticə vermədiyindən Əhməd bəy "Difai" partiyasını təşkil etmişdir. Partiya erməni təcavüzünün qarşısının alınmasında danışıqlar yolundan başqa hərbi dəstələr yaratmaq yolunu da tövsiyə etmişdir. Azərbaycanlı xeyriyyəçilərin hesabına azərbaycanlılardan təşkil olunmuş bu dəstələr Naxçıvanda, Qarabağda, Zəngəzurda erməni quldurlarının və onların havadarlarının hücumlarının qarşısını almaqda böyük rol oynamışdır. Partiyanın fəaliyyəti çar hökumətini bərk narahat etmişdir.
Bakı müsəlman sahibkarlarının xahişi ilə iki dəfə Peterburqa yollanan Əhməd bəy Ağayev şəxsən imperatorun və nazirlərin qəbulunda olmuşdur. O, Nobel, Rotşild və digər xarici neft maqnatlarının azərbaycanlıları yaşadıqları ərazilərdən zorla qovmaları barədə məlumat vermiş, bütün neft yataqlarına sahib olmaq üçün xarici şirkətlərin ən çirkin əməllərə belə əl atdıqlarını sübut etmişdir.
Nəticədə azərbaycanlıların Bakı ətrafındakı torpaqlardan köçürülməsi dayandırılmışdır. Lakin Bakıya qayıdan Əhməd bəy çar məmurlarının güclü təzyiqi və təqibi ilə üzləşmişdi.
1909-cu ildə Əhməd bəy Ağayev Türkiyəyə mühacirətə getmək məcburiyyətində qalır. İstanbulda o, "Gənc türklər"-lə yaxınlaşır, "İttihad və tərəqqi" partiyasına üzv olur. "Tərcümani-həqiqət" qəzetinin redaktoru olduğu dövrdə o, həmçinin, "Türk yurdu" jurnalı ilə də əməkdaşlıq edir. Əli bəy Hüseynzadə, Ziya Gökalp, Yusif Akçura, Həmdullah Sübhi və başqaları ilə birgə fəaliyyət göstərən Əhməd bəy türkçülük hərəkatının əsas ideoloqlarından olmuşdur. Onun bu fəaliyyəti diqqətsiz qalmamış və o, Osmanlı parlamentinə deputat seçilmişdir.
1915-ci ildə Rusiya ərazisində yaşayan azsaylı xalqların Lozanna konfransında Azərbaycanı təmsil edən Əhməd bəy ABŞ prezidenti V.Vilsona azərbaycanlıların acınacaqlı vəziyyətindən xəbər verən müraciət çatdırmışdır.
1918-ci ildə Azərbaycana köməyə göndərilmiş osmanlı qoşunlarının komandanı Nuru paşanın siyasi müşaviri məhz Əhməd bəy Ağayev olmuşdur. Azərbaycandakı fəaliyyəti dövründə dövlət aparatının təşkilində əlindən gələn köməyi əsirgəməyən Əhməd bəy Azərbaycan parlamentinə üzv seçilmişdir. Osmanlı qoşunları Azərbaycandan çıxarılandan sonra Əhməd bəy ingilis qoşunlarının komandanı Tomsonla danışıqlar aparan Azərbaycan nümayəndə heyətinin tərkibində olmuşdur. O, Paris sülh konfransına yollanan Azərbaycan nümayəndə heyətinin tərkibində olmuş, lakin İstanbulda ingilislər tərəfindən həbs edilmiş və türkçülüyü və islamçılığı yayan bir "jurnalist və deputat" kimi Malta adasına sürgün edilmişdir.
26 aylıq sürgündən sonra Atatürkün təklifi ilə türklər tərəfindən tutulmuş ingilis əsgərləri ilə dəyişdirilən Əhməd bəy yenidən milli hərəkata qoşulmuş, qurtuluş savaşının fəal iştirakçılarından olmuşdur.
20-ci illərdə Türkiyənin mətbuat bürosunda müdir işləyən Əhməd bəy Ağayev iki dəfə Türkiyə Böyük Millət Məclisinə deputat seçilmişdir. O, Ankara Universitetinin professoru və "Hakimiyyəti-milliyyə" qəzetinin redaktoru olmuşdur.
Əhməd bəy Ağayev 1939-cu ildə İstanbulda dünyasını dəyişmiş və orada da dəfn edilmişdir.
XƏBƏR LENTİ
Komitə sədri boşanmaların səbəblərini açıqlayıb
"Arka sokaklar"ın aktyoru nişanlandı - FOTO
Günün ulduz falı - 11.02.2014
Beyrutdakı partlayışdan sonra 70 metr diametrində krater əmələ gəlib - FOTO
İstirahət günü soyuq hava şəraiti hökm sürəcək
Azərbaycan ordusunun işğaldan azad etdiyi 154 məntəqə interaktiv xəritədə - VİDEO
Türkiyə çempionatı: "Beşiktaş"ın super şansı
Arda oğlunu illiyi 70 minlik bağçaya yazdırdı
Doqquz sual
Amerikalı alimlər koronavirusa qarşı dərman tapdılar
Ən gözəl saçlı 10 ulduz
Günün qoroskopu: qeyri-sağlam rəqabət var
Lobyalı şorba
İnsanın evi onun üçün cənnətdir, cənnət də olmalıdır...
İngilis dili-Hh (1)
Ermənilərin arzusu ürəyində qaldı
Musiqi dinləməyin faydaları və zərərləri
Ərdoğan qalibdir, amma...
Bakılının çimərlik paltarı
Türkiyədən Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı BƏYANAT
Kəbənin ətrafında nə yerləşir?
Azərbaycanda daha bir yenilik: "ASAN qatar" gəlir
İtlər haqqında bilmədiklərimiz (I hissə)
Bu gün səni istədim
Zamanla ayaqlaşmaq lazımdır
Azərbaycanda internet partlayışı
İŞİD-in zəhərlədiyi gələcək
FİFA-dan futbolçuya sərt cəza: Dünya çempionatından qovulsun!
Bakı metrosu sabah açılır - RƏSMİ
2016-cı il son 136 ilin ən isti ili olacaq
Yıldırımdan ilk Qarabağ bəyanatı
Aleyna Tilkinin geyimi ələ salındı-FOTO
Malena Mard: Şengen vizası qaydalarının sadələşdirilməsinə dair yeni təkliflər Azərbaycan vətəndaşları üçün də faydalı olacaq
Azərbaycanda daha səkkiz nəfər koronavirusdan öldü: 527 yeni yoluxma
Nar dənəli çuğundur salatı
İşə qəbul üçün müəyyən edilən yaş həddi artırılacaq?
Karantin dövrünün təbiətə müsbət təsiri
Günəş batareyalı gün eynəyi yaradılıb
Bu tələbələrin təhsil haqlarını Neft Fondu ödəyəcək
Koronavirus günlərində ən çox tələb olunan peşələr
Seda Sayana nə olub? - FOTO
Günün qoroskopu: diqqəti əsas məsələyə yönəldin
Ərdoğan İlham Əliyevi qızının toyuna dəvət etdi
Azərbaycanda həkimlər niyə pis yazır? - SƏBƏB BİLİNDİ
Yaşıl mərci plovu (foto-resept)
"Venesiya" salatı (foto-resept)
Vəhşi qəbilələri müdafiə edən mütəxəssis elə onların atdığı oxdan öldü
Fernando Alonso: Dünyada ən sürətli küçə treki Bakıdadır
BÜRCLƏR bizə nə vəd edir?- 8 Dekabr
İbrahim Tatlısəs Sibel Canın konsertində ağladı - FOTO
- ŞƏRHLƏR