Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Cəlil Məmmədquluzadə
(1960-1932)
Cəlil Məmmədquluzadə 1869-cu ildə Naxçıvanda anadan olmuşdur. Cəlil ilk təhsilini mollaxanada alır. 13 yaşında o, üç illik Naxçıvan şəhər məktəbinə daxil olur. Bu məktəbdə o, rus dilini öyrənir, məktəb kitabxanasındakı bütün kitabları oxuyur. Elm və biliklərə onda böyük maraq oyanır. Çox çəkmir, C.Məmmədquluzadə Qoriyə yola düşür və 1882-ci ildə müəllimlər seminariyasına daxil olur. Nəhayət, 1887-ci ildə İrəvan quberniyasının Uluxanlı kənd məktəbinə müəllim göndərilir. 1887-1897-ci illərdə C.Məmmədquluzadə kənd müəllimi kimi çalışır. Bu illərdə o, Azərbaycanın bir çox ziyalıları ilə əlaqə yaratmış, ölkədə mədəni-maarif işlərinin aparılması istiqamətində işlərin vacibliyi qənaətinə gəlmişdir. Müəllim işlədiyi dövrdə C.Məmmədquluzadə "Çay dəstgahı" adlı alleqorik mənzum dramını, "Kişmiş oyunu" komediyasını və "Danabaş kəndinin əhvalatları" adlı dahiyanə povestini yazmışdır. Bu əsərlər illər keçdikdən sonra çap edilmişdir; o cümlədən "Danabaş kəndinin əhvalatları" yalnız 1936-cı ildə işıq üzü görmüşdür.
Azərbaycanda baş verən haqsızlıqları görən, məmurların özbaşınalığı ilə addımbaşı üzləşən Mirzə Cəlil 1897-ci ildən etibarən hüquqşünas kimi fəaliyyətə başlayır. 0,1901-ci ildə İrəvana köçərək 1903-cü ilədək burada vəkil işləyir.
Vaxtaşırı qəzetlərdə məqalələr çap etdirən C.Məmmədquluzadə 1903-cü ildə "Şərqi-Rus" qəzetindən dəvət alır. Tiflisdə Məhəmmədağa Şahtaxtlı tərəfindən çap edilən bu qəzet ilk gündən demokratik ruhu ilə seçilmişdir. Demokratik fıkirləri satirik dildə çatdırmaq ənənəsini Cəlil Məmmədquluzadə məhz bu qəzetdə işləyərkən mənimsəmişdir. "Poçt qutusu" hekayəsini də məhz bu qəzetdə çalışarkən yazıb çap etdirmişdir.
C.Məmmədquluzadə jurnalist Ö.F.Nemanzadə və tacir M.Ə.Bağırzadə ilə birlikdə şərikli mətbəə almaq qərarına gəlir. "Qeyrət" mətbəəsində o, ilk kitablarını çap etdirir. "Poçt qutusu", "Usta Zeynal", "Qurbanəli bəy", "İranda hürriyyət" adlı kitabları ona bütün Azərbaycanda şöhrət qazandırır. Elə o zaman Tiflisdə rus dilində çıxan "Qafqaz fəhlə vərəqəsi" qəzetində Mirzə Cəlil "Binəsiblər" və
"Xeyir-dua" felyetonlarını çap etdirir və fəhlələrin ağır vəziyyətini kəskin tənqid atəşinə tutur. "Xeyir-dua" sonradan M.Ə.Rəsulzadə tərəfindən Azərbaycan dilinə tərcümə edilərək "Həyat" qəzetində nəşr olunmuşdur.
Xeyriyyəçiliyi ilə seçilən Cəlil Məmmədquluzadə Tiflisdə uşaqlar üçün məktəb və pansion (internat) açmışdır. C.Məmmədquluzadə o dövrdə Azərbaycanda kifayət qədər tanınsa da, "Molla Nəsrəddin" jurnalının nəşri ilə sözün əsl mənasında geniş şöhrət qazanır. İlk nömrəsi 1906-cı il aprelin 7-də çıxan jurnal Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında satirik jurnalistikanın əsasını qoydu. Jurnalda dövrün on mütərəqqi şəxsləri-M.Ə.Sabir, N.Nərimanov, Ə.Haqverdiyev, M.S.Ordubadi, Ö.F.Nemanzadə, Ə.Nəzmi, Ə.Qəmküsar şeir, məqalə və felyetonlarını çap etdirirdilər.
Jurnalın təbliğ etdiyi demokratiya və azadlıq ideyaları ona ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Jurnalın ilk nömrələri çap edilən kimi həm çar hökumətinin məmurları, həm də mürtəce din xadimləri ona qarşı kampaniyaya başlamışlar. C.Məmmədquluzadə onu "Allahsız" adlandıranlara cavab verirdi ki, "Əksinə, mən Allahdan qorxmağa çağırıram, lakin eyni zamanda zalım və savadsız mollaların hərəkətlərinə göz yuma bilmirəm".
Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" jurnalında ölkədə konstitusiya qəbul olunması və insan hüquqlarının qorunması ideyaları ilə çıxış etmişdir. Jurnalda Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması, qadın bərabərliyi kimi məsələlər də əksini tapmışdır. Onun rəhbərliyi ilə jurnalda fəaliyyət göstərən müəlliflər faktiki olaraq "Molla Nəsrəddin məktəbi" adlanan mətbuat və ədəbiyyat məktəbi yaratmışlar.
C.Məmmədquluzadə daim irtica qüvvələrin təqib və təzyiqinə məruz qalmışdır. Çar hökumətinə sədaqətlə işləyən məmurlar onu dəfələrlə məhkəmələrə vermiş, mətbəədə axtarışlar aparmış, jurnalın nömrələrini müsadirə etmiş, hətta bəzən jurnalın nəşrini müəyyən müddət ümumiyyətlə dayandırmışlar da. Jurnal fasilələrlə 1931-ci ilədək çap edilmişdir. Onun 340 nömrəsi Tiflisdə, 8 nömrəsi
Təbrizdə, 400 nömrəsi isə Bakıda işıq üzü görmüşdür.
1918-ci ilin hadisələri zamanı ailəsi ilə birlikdə Qarabağın Kəhrizli kəndinə köçmüşdür.
Cəlil Məmmədquluzadə Azərbaycan Cümhuriyyətinin yaradılmasını dəstəkləmişdir. Hələ 1917-ci ilin fevral inqilabından sonra o, "Cümhuriyyət" adlı məqaləsində yazırdı: "Padşahlıq taxtından yıxılan Nikolayın zalım və xain idarəsi dağılandan sonra Rusiya məmləkətində yaşayan millətləri, o cümlədən də biz müsəlmanları məşğul edən tək bir məsələdir: həmin məsələ cümhuriyyət məsələsidir".
Məqalədə o, sadə dillə cümhuriyyət anlayışını izah edir, tarixdən misallar göstərirdi. Ədib Qarabağda erməni işğalçılarına qarşı mübarizə aparanlar sırasında olmuş, qaçqın və köçkünlərə əlindən gələn köməkliyi göstərmiş, hətta Əsgəran döyüşlərində əlində silah iştirak etmişdir. Azərbaycançılıq məfkurəsi və cümhuriyyət ideyaları onun "Anamın kitabı" pyesində özünü çox dolğun şəkildə göstərmişdir. Burada bütöv və müstəqil Azərbaycan ideyası dəstəklənir. Başqa bir əsərində-"Kamança" pyesində Azərbaycan xalqının yüksək humanizmindən istifadə edən ermənilərin və onların havadarlarının cinayətkar məqsədləri aşkarlanır.
Sovet dövründə Bakıya köçən C.Məmmədquluzadə burada "Molla Nəsrəddin” jurnalının və "Yeni yol" qəzetinin baş redaktoru olmuş, Ümumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin üzvü, Bakı Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olmuşdur. Onun fəaliyyəti ciddi nəzarətə götürülmüşdü, hər addımı, yazdığı hər sətri araşdırılır, ona iradlar tutulurdu. Buna etirazını bildirdikdə isə ədibi "Molla Nəsrəddin" jurnalından uzaqlaşdırmışlar, jurnalı Mübariz Allahsızlar Cəmiyyətinin orqanına çevirmişlər.
C.Məmmədquluzadəyə qarşı sovet mətbuatında çoxlu sayda qərəzli məqalələr çap edilmiş və bütün bunlar onun səhhətinə pis təsir göstərmişdir. Nəticədə o, ağır xəstələnmişdir.
"Azərbaycan" və "Haradadı Azərbaycan?" felyetonlarında Cəlil Məmmədquluzadə vahid Azərbaycan ideyasını hər şeydən yüksək tutur. O, ürək yanğısı ilə yazır: "Ah, gözəl Azərbaycan vətənim! Harada qalmısan? Ay torpaq çörəyi yeyən Təbrizli qardaşım, ay keçəpapaq meşkinli, Sərablı, Goruslu və Moruslu qardaşlarım. Gəlin, biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək: hardadır bizim Vətənimiz?"
XƏBƏR LENTİ
Suçiçəyi xəstəliyi
Dərman kimi meyvə suları
Məşhur aktrisa imicini dəyişdi-FOTO
Şeyxin qaçan xanımı üzə çıxdı-FOTO
Bakıdan qorxan ermənilər
ADNA qurbanları
Ayılar 100 ildən sonra Çernobıla qayıtdılar
2 əsrlik saatı divardan oğurladılar
“Ermənistanla sərhədlər açılmayacaq”
Körpələrdə burun tutulması
Vətəni Azərbaycandır, amma Çindən gətirilir
222 kiloqramdan 96-a düşən qızı heç kim tanımadı - FOTO
Kayli Cennerdən 2 yaşlı qızına inanılmaz HƏDİYYƏ-VİDEO/FOTO
Məşhur model tənqid hədəfi oldu-FOTO
"WhatsApp" da barmaq izinə keçir
Bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümüdür
Erməniləri çox qorxudan səfər
List kababı (foto-resept)
İman edən alimlər-2
İşias ağrılarını azaldaq
Hər zövqə uyğun çanta modelləri
Əli Əsədov Vətən müharibəsi ilə bağlı sərəncamlar verdi
Arıqlamaq üçün pəhriz
Sakinləri sərxoş quşlar barədə xəbərdar etdilər
Azərbaycanda çörəyi ilə seçilən kənd - VİDEO
Oruc tutanlar imsaqda çay içməsinlər
Şəhər işıqlarının quşlara mənfi təsiri var imiş
Gəlin və bəyin heyvan sevgisi
Sabaha olan teledərslərin proqramı açıqlandı - FOTO
“İstanbullu gəlin”in yeni mövsümünün ilk fraqmanı-VİDEO
Unutmağın acısı
Dünyanın ilk antibakterial smartfonu hazırlandı
Monika Belluçinin bu FOTOsu diqqət çəkdi
Hamının sevimlisi
Ordumuza belə qiymət verdi
Bu günün hava proqnozu
Xoşbəxt bir həyat yaşamağın 30 yolu
Pensiyasını orduya dəstək üçün verən ahıl kişi: Azərbaycanı duyğulandıran görüntü - VİDEO
Dior Payız-Qış 2020 kolleksiyası Paris moda həftəsində
Sağlamlığımızı 100 yaşa kimi necə qoruyub saxlamaq olar?
"Bizim Tarla" Nar Şirəsi məhsulu
Hamiləlik zamanı əsəbiləşmək
Tarkan Rusiyada konsert verəcək-800 min dollarlıq qanorar
Defne Samyelin qızı da aktrisalığa başladı
“Əl-Cəzirə” kanalında ermənilərin Ağdamdakı vəhşiliklərindən danışılıb - VİDEO
Kirayənişini məhkəməyə verdi, özü borclu çıxdı
"Tısbağa" tortu və "Zebra" piroqu
Azərbaycanda koronavirus vaksinasiyasınadək maska taxacağıq? - VİDEO
Koronavirusdan can verən adamı son sözləri hər kəsi təəccübləndirdi
İranda gözəl olmaq da bir dərddir: işdən qovurlar
- ŞƏRHLƏR