Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Səməd bəy Mehmandarov
(1856-1931)
Səməd bəy Mehmandarov 1856-cı il oktyabrın 16-da Lənkəranda əslən şuşalı zadəgan Mehmandarovların ailəsində anadan olub. Atası Sadıq bəy hüquqşünas idi və təyinatla Lənkəranda işləyirdi, o, 1871-ci ildə tərəddüd etmədən oğlunu Peterburq yunkerlər məktəbinə göndərir. Məktəbi bitirdikdən sonra Səməd bəy Varşava hərbi dairəsində topçu hissələrində xidmət edir. Hədsiz ədalət hissi və təmiz qəlbi ilə fərqlənən S.Mehmandarov burada şəhər hərbi məhkəməsinin üzvü seçilir.
1900-cü ildə o, Uzaq Şərqə təyinat alaraq Zabaykal topçu divizionunda batareya komandiri vəzifəsində çalışmağa başlayır. Rus qoşunlarının Çin yürüşündə iştirak edən Mehmandarov Sisikar yaxınlığında silahsız çinlilərə atəş açmaqdan imtina edir; o, qoşun komandanı general Rennenkampfla münaqişəyə girməkdən belə çəkinmir.
Mancuriyanın ucqar bölgəsinə təyinat alan Mehmandarov özünü yaxşı cəhətdən göstərə bilir: 1902-ci ildə general Çempeynin dəstəsini məhv edir.
1903-cü ildə Peterburqda topçu zabitləri məktəbində kurs bitirib Zabaykalyeyə qayıdan Mehmandarov 1904-cü ildə 7-ci Şərqi Sibir topçu divizionunun komandiri vəzifəsində Port-Artura göndərilir. 1904-1905-ci illər rus-yapon müharibəsi ona şöhrət gətirir.
Mehmandarovun istedadını və işgüzarlığını görən Port-Arturun komendantı R.Kəndratenko onu Port-Arturun sağ cinahının artilleriya rəisi, sonra isə Şərq cəbhəsinin artilleriya rəisi vəzifələrinə təyin edir. Mehmandarov öz işini səlis bilən, əsgərlərlə xoş rəftar edən, işinə can yandıran və son dərəcə təmiz adam kimi tanınırdı. Onun qorxmazlığı və soyuqqanlığı dillər əzbəri idi.
Jurnalist E.Nojin cəbhə bölgəsi ilə bağlı təəssüratlarını belə yazırdı: "Mərmilərin ikisi blindajın tavanına düşdü. Zabitlər qorxu hissi ilə ayağa durdular. İgid polkovnik Mehmandarov isə heç tövrünü belə pozmadı. Onun iri, ağıllı gözlərində zərrəcə qorxu yox idi".
1904-cü ilin oktyabr ayında general-mayor rütbəsi alan Mehmandarov Port-Arturun artilleriya rəisi vəzifəsini icra edirdi. Port-Arturun təslim olması məsələsi müzakirə olunanda Mehmandarov qəti bunun əleyhinə çıxış etmişdir. Lakin 1905-ci ildə Kəndratenkonun ölümündən sonra generallar Stessel və Fok qalanı təslim etmiş, Mehmandarov da yüzlərcə başqa zabitlərlə bərabər əsir kimi Yaponiyaya aparılmışdır. Maraqlıdır ki, həbs zamanı yapon ordusunun artilleriya rəisi onunla şəxsən tanış olmaq istəmiş və yaponların Mehmandarovun toplarından böyük itkilər verməsini təsdiqləmişdir.
Rusiyaya qayıtdıqdan sonra Mehmandarov Şərqi Sibir artilleriya briqadasının komandiri təyin edilir. 1908-ci ildə ona general-leytenant rütbəsi verilir və o, 3-cü Sibir ordusunda korpus artilleriyasının rəisi vəzifəsinə təyin edilir. Hərbi akademiya bitirməmiş bir zabit yalnız böyük bacarığı, fitri istedadı, hərbi xidmətə sevgisi, qoçaqlığı və hərbi məharətinə görə bu qədər yüksək vəzifəyə təyin oluna bilərdi.
1910-cu ildə Mehmandarov I Qafqaz ordusunda korpus artilleriyasının rəisi təyin edilir. O burada tabeliyində olan artilleriya hissələrinin hazırlığını daim artırırdı.
I Dünya müharibəsi başlayanda Mehmandarov 21-ci piyada diviziyasının komandiri vəzifəsində cəbhəyə yollanır. 1914-cü ilin sentyabr ayında Lodz əməliyyatı və İvanqorod ətrafında gedən döyüşlərdə mühasirə təhlükəsi yaranan anda fərqlənən Mehmandarovun "Düşmən hücum edib. Vəziyyət ağırdır. Hücuma keçirəm" paradoksal və lakonik raportu barəsində bütün cəbhələrdə danışırdılar.
1915-ci ildə ona tam artilleriya generalı rütbəsi verildi və o, 2-ci Qafqaz korpusunun komandanı təyin olundu. "General Mehmandarovun qrupu" adlandırılan bu hərbi birləşmə Vilno döyüşlərində fərqlənmişdir.
Rusiya ordusunda xidmət zamanı o, Rusiya ordenləri sırasında ən yüksək hərbi təltif nişanı sayılan "Müqəddəs Georgi" ordeninin 4 və 3-cü dərəcələri, "Ağ qartal", "Aleksandr Nevski" ordenləri, "Müqəddəs Stanislav" və "Müqəddəs Anna" ordenlərinin bütün dərəcələri, "Müqəddəs Vladimir" ordeninin 4, 3 və 2-ci dərəcələri, həmçinin brilyantlarla bəzədilmiş və üzərində "İgidliyə görə" sözləri yazılmış fəxri qızıl qılınc, İngiltərə və digər Antanta dövlətlərinin yüksək ordenləri ilə təltif edilmişdir. 1918-ci il-də ingilislər Bakıya daxil olanda Mehmandarov ingilis ordenlərini onlara qaytararaq demişdir: "İkiüzlü bir ölkənin ordeni mənə lazım deyil. Xalqıma silah qaldıran bir ordunun ordenini gəzdirmək mənim üçün ən böyük təhqirdir".
1917-ci ildə Peterburqda baş vermiş çevriliş çar ordusunun buraxılması ilə nəticələnir. Bu ara yaralıların Aleksandrovsk komitəsinə sədr seçilən Mehmandarov vətəni Azərbaycana qayıdır.
1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti təhlükələrə sinə gərmək üçün ordu yaratmalı idi. 1918-ci ilin dekabrında Səməd bəy Mehmandarov Azərbaycanın hərbi naziri təyin edildi və mövcud çətinliklərə baxmayaraq qısa müddət ərzində güclü ordu yaradıldı. Tədqiqatçı K.Oder yazırdı: "Hər cür silahla yaraqlanmış bir ordu qurulmuşdur və Xəzər dənizində kiçik bir donanma yaradılmışdır. Bakıda, Lənkəran və Qarabağda milli hökuməti tanımaq istəməyənlər acınacaqlı vəziyyətə salınmışdır. Rus və digər düşmən qüvvələr itaət və nizam altına alınmışdır".
1920-ci ildə müstəqil dövlətimiz süquta uğrayanda Mehmandarov "Vətəndən ayrılmağa heç bir əsasım yoxdur" deyərək vətəndə qalmaq qərarına gəlir. Sovetlər tərəfindən həbs edilən general 2 aydan sonra N.Nərimanovun səyi ilə azad olunur və Moskvaya göndərilir. "Mehmandarov nadir artilleriyaçıdır" deyən Sovet Rusiya Ordusunun komandanı İ.Yakir onun təcrübə və biliyindən bəhrələnməyi tövsiyə edir. Beləliklə, daimi Artilleriya Komissiyasının üzvü seçilən Mehmandarov Ali Artilleriya Məktəbində sovet artilleriya zabitlərinə dərs demiş, "Artilleriya nizamnaməsi" hazırlayan komissiyanın işində iştirak etmişdir. O, eyni zamanda Hərbi Akademiyada zabitlərə taktikanın sirlərini də öyrətmişdir.
1921-ci ildə N.Nərimanov və Ə.Qarayevin xahişi ilə Bakıya qaytarılan Mehmandarov Bakı qarnizonu Hərbi-Elmi Cəmiyyətinin üzvü olmuş, Sovet Azərbaycanı Ordusunun qərargahında işləmiş, Azərbaycan Komandirlər Məktəbində dərs demişdir. Mehmandarov ədalətli və namuslu şəxsiyyət kimi tanındığından maliyyə və pul işlərinə baxan müxtəlif komissiyaların üzvü seçilmişdir. Lakin müstəqilliyin son atributlarını itirən Azərbaycanda məşhur generala yer tapılmır, o, bütün vəzifələrdən uzaqlaşdırılır.
Sovet repressiv aparatının nəzarəti altında olan Səməd bəy Mehmandarov 1931-ci ilin fevralında Bakıda vəfat edib və Çəmbərəkənd qəbiristanlığında (hal-hazırda Şəhidlər xiyabanı) dəfn olunub.
1939-cu ildə Sovet imperiyasının Azərbaycana göndərdiyi canişini S.Kirovun burada heykəli qoyulanda qəbiristanlıq və o cümlədən Mehmandarovun qəbri dağıdılıb.
Mehmandarovu xalqın yaddaşından silməyə çalışan sovet hakimiyyəti 1937-ci ildə generalı yenidən yada salır. Onun həyat yoldaşı və oğlu Pir həbs edilərək Saratova sürgün edilir, özü də sənədlərdə oğlunun adı İqor yazılır. 1941-ci ildə Mehmandarovun ailəsi Sibir göndərilərkən yolda alman aviasiyasının bombardmanına düşür və onun həyat yoldaşı həlak olur. Oğlu isə sürgün dövrü qurtarandan sonra bir müddət Kalininqradda yaşayır və nəhayət, 1977-ci ildə anası və özünün heç bir günah işlətməməsi, sadəcə çar və Müsavat generalının ailə üzvləri olduqları üçün həbs edilmələri haqqında sənəd alaraq Azərbaycana qayıdır.
XƏBƏR LENTİ
“Eyni anda min qadın sevə bilərəm!” - Nejat İşlər
Qarpız haqqında
BÜRCLƏR bizə nə vəd edir?-28 dekabr
Qubada 20 Yanvar şəhidlərini andılar
Niderland "Eurovison-2020" üçün narahatdır-SƏBƏB
2013-cü ilin hündürdaban çəkmələri
Məşhurların uşaqlıq şəkilləri
Qulaqlığın tarixi
Bu yerlərdə olmaq gərək
Bakının bu hissəsində 2 gün işıq olmayacaq
Zara Bakıdadır!
Milyonçu qadın bu addımı ilə hamını şoka saldı
Fahriye Evcen Əvvəlki Çəkisinə Qayıtdı - FOTO
Bakıda nəhəng Yeni il yolkası quraşdırıldı
Ütünü təmizləməyin ən asan yolu
Heydər Əliyev Fondu cəbhədə döyüşən hərbçinin üçəmlərinin xəstəxana xərclərini öz üzərinə götürdü
Muzey işçiləri evdə
Ağcaqanad dərmanları ziyandırmı?
Dünyanın ən xoşbəxt ölkəsi seçildi
Ziyafət üçün saç düzümü
İrem Dericini məsxərəyə qoydular-FOTO
Məşhur aktrisa ikinci dəfə ana oldu
Cennifer Lopezdən yeni möhtəşəm klip-VİDEO
Keti Perri hamiləliyini bu cür təsdiqlədi-VİDEO
"Azərbaycanda kəskin respirator virusu var" - AÇIQLAMA
Sağlam dəriyə doğru 10 addım !
“Arka Sokaklar” serialının məşhur aktyoru hər kəsi təəccübləndirdi-VİDEO
Paşinyan Şuşanı qaytarmaq üçün edilmiş uğursuz cəhdlərindən danışdı
Ət kətəsi (foto-resept )
"Bakı" Çempionlar Liqasının qalibini məğlub etdi
500 qramlıq kristal həyatlarını dəyişdi-VİDEO
Caparidze azərbaycanlı gənclərlə görüşdü
0-2 yaş arası uşaq psixologiyası
Azərbaycanda cütlük SMS-lə icazə alıb evləndi -VİDEO
Avropanın ən yaşlı qadını öldü
Dünyanın ən zəngin adamı dəyişib
Dəridəki çatların bitkilərlə yox edilməsi
Polietilen torba və plastik stəkan satanlar cərimələnəcək
AMEA kitabxana-oxucu münasibətlərini tam avtomatlaşdıracaq
Fransız dili- Dərs 12
Instagram Stories-ə yeniliklər gəldi
Heyvanlara divan tutulan yer: zoopark, yoxsa ölüm məkanı?
Gözünüz tez-tez qaşınırsa...
Seda Sayanın ifasını ələ saldılar
Uşaqları üçün 300 min təklif etdilər-FOTO
Nahardan sonrakı yuxu çox faydalıdır
Sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ
Günün qoroskopu - 29.10.2013
Beren Saat uzun müddətdən sonra ilk dəfə
Aslı Enverdən "İstanbullu gelin"lə bağlı qadağa
- ŞƏRHLƏR