Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Həsən bəy Zərdabi 1842-ci ildə Göyçay qəzasının Zərdab kəndində (indiki Zərdab şəhəri) anadan olmuşdur. Atası Səlim bəy maarifpərvər bir insan olmuşdur. O, bütün qəzada dünyəvi təhsil sisteminin tərəfdarı kimi tanınırdı. Səlim bəy həm də kasıb şagirdlərə maddi köməklik göstərən xeyriyyəçi idi. Səlim bəy oğluna on müasir təhsil vermək istəyirdi. Bu məqsədlə də o, Həsən bəyi Tiflisə aparır və uşaq Tiflis qəza gimnaziyasına daxil olur.
1861-ci ildə Tiflisdə gimnaziyanı müvəffəqiyyətlə bitirən Həsən bəy Moskvaya gedir və Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət şöbəsinə daxil olur. Təhsil dövründə dərslərə böyük maraq göstərən Həsən bəy şəxsi mütaliə hesabına öz həmyaşıdlarını qabaqlayırmış. Həyatının Moskva dövrü onun dünyagörüşünün formalaşmasına böyük təsir göstərir. O, burada mütərəqqi rus mədəniyyəti nümayəndələri ilə yaxından tanış olur, demokratik fikirli, maarifpərvər ziyalılarla yaxınlıq edir.
Həmçinin təbiət elmləri sahəsində çalışan İ.Seçenov, İ.Meçnikov, K.Timiryazev kimi məşhur alimlərin əsərləri ilə tanış olur.
1865-ci ildə Həsən bəy təhsilini fərqlənmə diplomu ilə bitirərək Qafqaza qayıdır və Tiflisdə "Mərz palatası"-na işə düzəlir. Bu palata torpaq sahələrini ayrı-ayrı şəxslər arasında paylaşdırır, onların sərhədlərini (mərz) müəyyən edirdi.
Bir müddət Tiflisdə işlədikdən sonra Həsən bəy Bakı quberniyası idarəsində, daha sonra isə Quba məhkəməsində işləyir.
Lakin inzibati işlər Həsən bəyi darıxdırırdı. Odur ki, o bu cür işlərdən imtina etməli olur.
1869-cu ildə Həsən bəy Bakı realnı gimnaziyasına təbiət tarixi müəllimi vəzifəsinə qəbul edildi. Lakin burada da o, çox işləyə bilmədi. Belə ki, şagirdlərə proqramdan əlavə materiallar verir, Ç.Darvinin təkamül nəzəriyyəsini aşılamağa çalışırdı. Azərbaycanda materialist təbiətşünaslığın əsasını qoyan Zərdabi üzvi aləmi uzunsürən tarixi inkişafın məhsulu kimi qəbul edir, bu prosesdə təbii seçmənin aparıcı rolunu yüksək qiymətləndirirdi. Kainatda əbədi hərəkət və dəyişkənlik fikrini qəbul edən Zərdabi insanın təbiəti dərk və onu özünə tabe etmək qüdrətinə malik olması ilə razılaşırdı. Belə bir əqidə sahibinə çar məmurları uşaqlara dərs demək imkanı verməzdilər və vermədilər də; o, təzyiq altında işdən çıxmaq məcburiyyətində qaldı.
Bundan sonra Zərdabi dostları Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani ilə birlikdə teatr fəaliyyətinə başlayır.
1873-cü ildə onlar Mirzə Fətəli Axundzadənin "Hacı Qara" pyesini Azərbaycan dilində tamaşaya qoyurlar. Xalq tərəfindən rəğbətlə qarşılanan bu tamaşa Azərbaycan teatrının başlanğıcı oldu. Azərbaycanın mədəni həyatında böyük hadisə olan "Hacı Qara"-nın premyerası Həsən bəyi ictimaiyyətə tanıdır.
Əqidə etibarilə maarifçi demokrat olan Zərdabi inqilabı və inqilabi çevrilişləri qəbul etmir, yeni cəmiyyəti yalnız elm və maarif hesabına qurmağı yeganə yol hesab edirdi. Xalqı maarifləndirmək yolunda, onun fikrincə, mütləq demokratik mətbuat yaranmalı idi. Nəhayət, uzun mübarizələrdən sonra böyük əmək və səyi hesabına Zərdabi bu arzusuna çatdı: 1875-ci ildə ana dilində "Əkinçi" adlı qəzetini çap etdirməyə müvəffəq oldu. "Əkinçi" qəzeti Azərbaycan demokratik mətbuatının ilk nümunəsi, Həsən bəy isə haqlı olaraq demokratik mətbuatın banisi hesab olunur.
Cəmi 2 il (1875 -1877) çap edilən "Əkinçi" qəzetinin səhifələrində sosial, mədəni həyatla bağlı, təsərrüfat, elmi problemlərə dair məqalələr çap olunurdu. Zərdabi ədəbiyyat və incəsənətdə realizmi müdafiə edirdi. Qəzetin hər nömrəsində Həsən bəy Zərdabi Azərbaycanda yeni dünyəvi məktəblərin açılmasının üstünlüklərindən danışır, bunun zəruriliyini göstərirdi.
Qəzetin ətrafında M.F.Axundzadə, S.Ə.Şirvani, N.B.Vəzirov və digər Azərbaycan ziyalıları birləşmişdi. Cəmi 56 nömrəsi çıxmış qəzetin hər səhifəsində Zərdabi milli oyanışın xüsusiyyətləri, milli birlik haqqında məlumatlar verirdi. Xalqlar arasında dostluq tərəfdaşı olan Zərdabi rus çarizminin milli qırğın siyasətini açıq şəkildə pisləyirdi. Qəzetin səhifələrində Həsən bəy həm də kəndli ideoloqu kimi çıxış edirdi. Rus çarizmini, burjua-mülkədar acgözlüyünü, pula hərisliyini ifşa edən Zərdabi məmurların ciddi müqaviməti ilə üzləşirdi.
1877-ci ildə növbəti Rusiya-Osmanlı müharibəsinin başlanması ilə əlaqədar Zərdabiyə siyasi məqalələr çap etmək qadağan olunur.
1877-ci ilin sentyabrında "Əkinçi" qəzeti çar hökuməti tərəfindən tam bağlandıqdan sonra Zərdabi bir müddət işsiz qalır, lakin H.Z.Tağıyevin təklifı ilə "Kaspi" qəzetinə redaktor vəzifəsinə qəbul olunur.
O, Bakıda nəşr edilən "Həyat", "Dəbistan", "Kaspi", Tiflisdə nəşr edilən "Obzor", "Novoye obozreniye", Peterburqda nəşr edilən "Zemledelçeskaya qazeta" kimi mətbuat orqanlarında məqalələr çap etdirir. Sosial və maarifyönlü məqalələrində Həsən bəy elm və təhsilin həyatla sıx əlaqəsindən danışır, geniş ictimaiyyətə elmin nailiyyətləri barədə mütəmadi xəbər verilməsinin vacibliyini göstərirdi. Azərbaycanın bir çox şəhər və kəndlərini gəzən Həsən bəy maarifin ehtiyacları üçün vəsait toplamaqla məşğul olan xeyriyyə cəmiyyətlərinin təşkili sahəsində böyük işlər görürdü. "Əkinçi" qəzetinin çapının bərpasına icazə verilməsə də, onun işini "Ziya", "Ziyayi-Qafqaziyyə", "Kəşkül" qəzetləri davam etdirirdi.
XIX əsrin 70-ci illərinədək Rusiya hökuməti əyalətlərdə əsasən rus məktəblərinin açılmasına üstünlük verirdi. Lakin Azərbaycan ziyalılarının çoxsaylı müraciət və tələbləri, nəhayət, eşidildi və 1874-cü ildən başlayaraq xalq məktəbləri, 80-ci illərdən etibarən rus-azərbaycan məktəbləri açılmağa başlandı. İbtidai kənd məktəbləri olan xalq məktəbləri kəndli uşaqlarına təhsil verilməsi prosesində böyük rol oynadı. Artıq 1900-cü ildə 173 belə məktəbdə 12 min şagird oxuyurdu ki, onların arasından da 2300-dən çox qız uşağı var idi. Rus-azərbaycan məktəbləri isə şəhərlərdə açılır və orta təbəqənin uşaqları üçün nəzərdə tutulurdu. 1900-cü ildə 23 belə məktəbdə 837 şagird oxuyurdu.
Daim çar məmurlarının təqibi ilə üzləşən Həsən bəy Zərdabi Bakını tərk edib Zərdaba köçməli olur və 1896-cı ilədək orada yaşayır. Burada o, yeni bitki sortlarının yaradılması ilə məşğul olur, bu sahədə müəyyən nailiyyətlər də əldə edir. Hətta 1889-cu ildə Zaqafqaziya kənd təsərrüfatı və sənaye sərgisində xüsusi medala və fəxri diploma layiq görülmüşdür.
Qeyd edək ki, Həsən bəy Zərdabi 1907-ci ildə Bakı şəhərində vəfat etmişdir.
XƏBƏR LENTİ
İncə naxışlı gəlinliklər
Məşhur ulduz aşpaza ərə gedir-FOTO
Kölgələri tap
ÜST koronavirusa qarşı populyar dərmanı effektsiz saydı
Hamiləliyin 9-cu ayında nələr olur?
Serdar Ortaç Boşanmasından danışdı-FOTO
Zövqlü don modelləri
Noyabrda 3 gün istirahət olacaq
Diş fırçanızı vanna otağında saxlamayın!
Yuxunu qaçıran kölgə
Ukrayna XİN-dən Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun atəşə tutulması ilə bağlı BƏYANAT
“Qalatasaray”ın ulduz transferi İstanbulda
Prezident və xanımı açılış mərasimində - FOTO
Bu şəhərdə internet pulsuz olacaq
Lenini diriltmək istədi: “Qalx, qalx...” – Qızıl Meydanda qəribə olay
Baş nazirdən təhsillə bağlı MÜHÜM QƏRAR
Uşaqlara qiraəti sevmək üçün necə kömək etməli?
Kim Çen In həyat yoldaşını edam edib?
Uşaqlar üçün 5D yataq örtükləri
Ebru Şallını paylaşımına görə tənqid etdilər - FOTO
Adelin günlük qazancı hər kəsi heyrətləndirdi
Azərbaycanlıların Ermənistana qarşı Avropa məhkəməsi
Məşhur aktrisa "UNO" gördüyünü etiraf etdi
Ən populyar dil seçildi
Dünyanın ən qapalı ölkəsi
"Gecə"salatı (foto resept)
Qəlbi titrədən ən qısa hekayələr
Bu gündən Azərbaycanda benzinin qiyməti ucuzlaşır
"Girov götürülmüş azərbaycanlıların məhkəməsi qanunsuzdur"
Bu gün Azərbaycanda 2 bayram qeyd olunur
Məşhur aktyor "Kadın"da
Şəxsiyyət vəsiqəsinin alınmasında YENİ QAYDA
Cəbhədə atəş səsləri
Fıstıqlı krokan (foto-resept)
Rəğaib gecəsi
Azərbaycanda koronavirus xəstələrinin görüntüləri yayıldı: Araşdırmalara başlanıldı - VİDEO
Ukraynada ikinci Çernobıl faciəsi yaşana bilər?
Hava kəskin dəyişəcək, qar yağacaq
Ən çılğın selfilər - FOTO
Məşhur model koronavirusdan qorunmaq üçün meşəyə köçür
Meyvələrin tərkibində hansı vitaminlər var?
Bibər sousu (foto resept)
Yaxınları Dilqəm və Şahbazı görə bilərlər
Jhoot Bole Kauva Kaate
Sadə sinikers tortu(foto resept)
Türk sərhədində erməni təyyarələri
Sənədsiz evlər haqda fərman
iPhone 6 haqda xəbər var
Nə qədər sayt işləyir?
Klaç çanta modelləri
- ŞƏRHLƏR