Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
İbrahim bəy Aslanbəyov
İbrahim bəy Aslanbəyov 1822-ci il sentyabrın 10-da Bakı şəhərində zadəgan ailəsində doğulmuşdur. Tədqiqatçıların fikrincə, onun atası Allahverdi bəy Bakı xanları nəslinə mənsub olmuşdur. Oğlunu hərbçi görmək istəyən Allahverdi bəy onu Peterburqa aparır və Hərbi Dəniz Korpusuna qəbul etdirir. Bu məktəbdə Rusiya imperiyasının ən mötəbər ailələrinin uşaqları, o cümlədən imperator nəslindən olanlar təhsil alırdı. İbrahim bəy 1837-ci ildə adı korpusun "qırmızı lövhə"-sinə yazılmaqla oranı bitirir. Peterburq şəraitində müsəlman gəncin-"Qafqaz tatarı" adlandırılan Azərbaycanlının kurs müdavimlərini qabaqlayaraq hərbi məktəbi fərqlənmə ilə bitirməsi onun istedad və qabiliyyətindən xəbər verir.
Təyinatını Baltik donanmasına alan Aslanbəyov freqat yelkənli, sürətli hərbi gəmilərdə zabit kimi xidmət etmişdir. 1842-ci ildə o, donanmanın ən yaxşı zabitləri sırasında Dənizçilik Məktəbi zabit sinfinə göndərilir. Buranı da fərqlənmə ilə bitirən Aslanbəyov Qara dəniz hərbi donanmasında "Elbrus" hərbi gəmisinin kapitanı vəzifəsinə təyin edilir. Bilikli dənizçi Aslanbəyov donanmanın komandanı məşhur rus admiralı P.Naximovun diqqətini cəlb edir. 1853-cü ildə Krım müharibəsi başlayanda Aslanbəyov öz gəmisi ilə vacib və təhlükəli tapşırıqları layiqincə yerinə yetirir. 1854-cü ildə biliyini və cəsurluğunu sübut etmiş kapitan-leytenant Aslanbəyov admiral Naximovu adyutantı təyin edilir.
Naximovun ölümündən sonra da Sevastopolu tərk etməyən Aslanbəyov şəhərə edilən son hücumu dəf edərkən yaralanır və kontuziya alır. Buna baxmayaraq o, müharibənin son gününədək döyüşən donanmanın tərkibində qalır.
Müharibədən sonra, 1856-cı ildə Aslanbəyov Qara dəniz donanmasının Nikolayev limanındakı 36-cı donanma ekipajının komandiri təyin edilir.
1861-ci ildə o, "Sokol" korvet gəmisinin kapitanı kimi Aralıq dənizində fəaliyyətə başlayır. Dəfələrlə Qara dəniz sahillərindən Baltik dənizinə reydlər edir.
1865-ci ildə Aslanbəyov "Retvizan" zirehli gəmisinə kapitan təyin edilir. O dövrdə zirehli gəmilər Rusiya donanmasının on ağır və möhtəşəm gəmiləri sayılırdı və donanmanın əsas zərbə qüvvəsi idi. Zirehli gəmiyə kapitanlıq etmək hər zabitə həvalə olunmurdu. Aslanbəyov bu vəzifədə özünü doğrultduğu və hərtərəfli bilik nümayiş etdirdiyi üçün məşhur rus sərkərdəsi vitse-admiral Butakovun zirehli eskadrasına qərargah rəisi vəzifəsinə təyin edilir.
1872-ci ildə Rusiyada I Pyotrun anadan olmasının 200 illiyi ilə əlaqədar keçirilən yubiley tədbirlərində Aslanbəyov dəniz paradında imperatorun avarlı gəmi dəstəsinin kapitanı kimi iştirak etmişdir.
1878-ci ildə İbrahim bəy Aslanbəyov kontr-admiral rütbəsinə layiq görülür və 8-ci donanma ekipajına rəis təyin olunur. 1879-cu ildə isə o, beş kreyserdən ibarət eskadranın komandiri təyin edilir. "Minin", "Knyaz Pojarski", "Hersoq Edinburqski", "Asiya" və "Afrika" gəmilərindən ibarət bu eskadra 1879-1882-ci illərdə dövr-aləm səyahətinə çıxır.
Səyahət zamam Aslanbəyov təcrübədən yeni-yeni taktiki fəndlər keçirir və ilk dəfə olaraq "uçan eskadra" ideyasını irəli sürür. Bu ideyaya əsasən Rusiya donanmasının tərkibində olan kreyser gəmiləri ənənəvi dəniz döyüşlərinə cəlb edilməməli, düşmən sahillərinə göndərilməli və onun dəniz ticarətini tamamilə məhv etməlidirlər.
Səyahətdən qayıdandan sonra Aslanbəyov məşhur rus admiralı A.A.Popovun əmri ilə ideyasını nəzəri cəhətdən əsaslandırmışdır. Sonralar onun ideyası 1904-1905-ci illər rus-yapon müharibəsində tətbiq edilmişdir. Məlumdur ki, bu müharibədə ənənəvi fəndlər tətbiq edən rus hərbi donanması Port-Artur və Susima dəniz döyüşlərində məğlub edilmişdir. Bu müharibədə rus donanmasının yeganə uğurları Aslanbəyovun ideyasını tətbiq edən Vladivostok kreyserlər dəstəsi tərəfindən qazanılmışdır. Bu dəstə "2 uçan eskadra" ideyasını tətbiq etməklə Yaponiya iqtisadiyyatına ağır zərbə vurmuş və onun ticarətini iflic vəziyyətinə salmışdır.
Zirehli eskadranı Sakit okeana gətirən Aslanbəyov 1882-ci ildə burada bir neçə kəşf etmişdir. Aslanbəyov tərəfindən Saxalin adasında kəşf edilən bir yarımada və Oxot dənizində bir körfəz indiyədək də onun adını daşıyır. Müasir xəritələrdə belə onlar "Aslanbəyov yarımadası" və "Aslanbəyov körfəzi" kimi işarələndirilir.
Donanmanın komandanlığı İbrahim bəy Aslanbəyovu 1884-cü ildə Baltik donanmasının kiçik flaqmanı təyin edir. Bu vəzifədə olarkən 1887-ci ildə ona vitse-admiral rütbəsi verilir və o, Baltik donanmasının flaqmanı təyin edilir. Ömrünün sonuna yaxın vitse-admiral Aslanbəyov Sevastopol dəmir yolunun çəkilməsi işlərinə başçılıq etmişdir.
Öz bilik və bacarıqlarını başqaları ilə bölüşməyə çalışan vitse-admiral Rusiya dənizçilərinin ən populyar jurnalı olan "Dəniz toplusu ("Morskoy sbornik") jurnalında silsilə məqalələrlə çıxış edir. O, həmçinin, admiral Naximovun adyutantı işlədiyi vaxtları xatırlayaraq Krım müharibəsi dövründə apardığı gündəliyi "Naximovun bioqrafiyası" adı ilə nəşr etdirir.
Qeyd etmək lazımdır ki, Naximovun bioqrafiyasının Sevastopol dövrünün tədqiqatçıları məhz Aslanbəyovun qeydlərini on doğru məlumat hesab edirlər.
Məşhur rus yazıçısı Lev Tolstoy Sevastopolun müdafiəsinə həsr olunmuş əsərlərini yazarkən Aslanbəyovla görüşmüş, onun xatirələrindən istifadə etmişdir. Tədqiqatçı V.Fridriks "Kontr-admiral Aslanbəyovun bayrağı altında üzən "Afrika" kreyseri" adlı əsərində Aslanbəyovun dövr-aləm səyahətini qələmə almışdır. 1889-cu ildə Sankt-Peterburqda "Vitse-admiral Aslanbəyovun yarıməsrlik yubileyi" adlı əsər çap edilmişdir.
Aslanbəyovu xatırlayanlar bilik və bacarığından başqa, onun olduqca genişürəkli təbiətindən və Şərq əhvalatlarını söyləmək məharətindən xəbər verirlər. Onun danışdığı lətifələr tezliklə bütün donanmada yayılanmış fəaliyyətinə görə Aslanbəyov Rusiyanın "Ağ qartal", "Müqəddəs Anna", "Müqəddəs Vladimir", "Müqəddəs Stanislav" ordenlərinin bütün dərəcələri, qızıl qılınc, həmçinin, Serbiyanın "Takova", Yaponiyanın "Günəşin doğması", Havay dövlətinin "Kalakua" ordenləri ilə təltif olunmuşdur.
İbrahim bəy Aslanbəyov 1901-ci il dekabrın 7-də Peterburqda vəfat etmişdir. Ölümünə qədər müsəlman və azərbaycanlı olması heç kimdə şübhə doğurmamışdır. Lakin ölümündən sonra maraqlı hadisələr baş verməyə başladı. Belə ki, məşhur Brokqauz və Lfron ensiklopediyasında Aslanbəyov soyadı "Aslanbeqov" formasında göstərildi. Daha sonra Sevastopol şəhər muzeyində onun portretini asıb altında "Aslambeqov A.B. 1820-1900-cü illər" yazdılar.
Tədqiqatçı Ş.Nəzirlinin araşdırmaları sübut etdi ki, sənədləri Sevastopol şəhər panoram-muzeyinin arxivində saxlanılan Aslanbəyovun tam adı, soyadı, milliyyəti və dini əqidəsi göstərilən sənəddə rəsmi məlumatların üstündən xətt çəkilərək mürəkkəbli qələmlə "Aslambeqov Avramiy Boqdanoviç. 1820-1900-cü illər, pravoslavmıy" sözləri yazılmışdır. Bu o deməkdir ki, çox keçməyəcək ermənilər Aslanbəyovu "erməni xalqının admiralı Avramiy Aslambeqov" kimi dünyaya tanıtmağa başlayacaqlar. Üzdəniraq qonşularımız unutqanlığımızdan istifadə edib bizim mədəniyyətimizi, tariximizi, torpaqlarımızı özününküləşdirdikləri kimi qəhrəmanlarımızı da özününküləşdirirlər. Gec də olsa, bunun qarşısı alınmalıdır.
XƏBƏR LENTİ
İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı - VİDEO
Milan peçenyesi (foto resept)
Milli komandanın futbolçusundan dopinq çıxdı
Gözaltı qaraları gizlədək
Google sağlamlığa önəm verir
Azərbaycanda tibb işçiləri arasında koronavirusa yoluxma mövcuddur - RƏSMİ
Maraqlı kitab rəfləri
Kakaolu keks (foto-resept)
Tənbəl insanlar
İspaniyadan Azərbaycana Qarabağ dəstəyi
50 yaşdan yuxarı qadınlar üçün dəriyə qulluq
Əqrəb bürcü qadınına nə hədiyyə etməli?
Əsrlərə meydan oxumuş Nur: Qədim Alban məbədi məhv olmaq üzrədir - VİDEO
Van Qoqun məşhur tablosu rekord məbləğə satıldı
Fredi Merkuri və onun sevimli pişikləri
Aspirin maskası və dəriyə faydası
Güləşçilər quşların qəzəbinə tuş gəldilər
Günün ulduz falı
Bakıda velosiped yarışı keçiriləcək
Qəzzadan toy-büsat səsləri gəldi
Moskvanı əsrin istisi vurdu
Ən bahalı güllər (FOTO)
Şokoladlı blinçik (foto resept)
Yüksək təzyiqli insanların qidası
KXCP Müsavat Partiyasının təklifini rədd etdi
Günün qoroskopu:İnadkar olmayın, gərəksiz mübahisələr etməyin!
Təzyiq salan dərmanların qorxulu sirri açıldı
HAVA necə olacaq?- 22 APREL
Ədviyyatların düzgün istifadəsi
Fərqliliyi ilə seçilən aksesuarlar
İmmuniteti gücləndirən içkilər
Közlənmiş tərəvəzli yumurta
Demet Akalın xainlikdə ittiham olunur
Abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradıldı
COVID-19-la bağlı son STATİSTİKA
Tom Kruz və İlon Mask kosmosda film çəkəcəklər
Tox tutan 8 qida (1)
Sabahdan 8 rayonda analoq televiziya yayımı dayandırılacaq
Təmizlik xəstəliyi
Aparıcı gimnastlar açıq məşqə çıxacaqlar
Bakıda əhali dollar axtarışında
İlk velosipedi kim kəşf edib?
Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ad günüdür
Zərərli vərdişlər
Azərbaycan dünyanın tolerant ölkələri beşliyinə daxil olub
Çimərlik həvəskarlarına şad xəbər
Braziliyalı uşağın Azərbaycan ordusuna yardım kimi yolladığı şirniyyat pulu ünvana çatdı - VİDEO
Siz də istəyirsiniz?
Polis hovuza düşən maralı xilas etdi – FOTO
Gələn il neçə gün bayram edəcəyik?
- ŞƏRHLƏR