Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Nadir şah Əfşar
(1688 -1747)
Nadir xan Əfşar 1688-ci ildə Xorasanın Dərəgöz şəhərində əfşarlar tayfasında zadəgan ailəsində anadan olub. Hələ gənc yaşlarında tayfanın tərkibində Xorasanda hərbi xidmətdə olan Nadir xan fitri hərbçi istedadı ilə həmyaşıdları arasında seçilməyə başlayıb. Müxtəlif quldur dəstələri ilə mübarizədə, sərhəd xəttinin Orta Asiya istiqamətindən yönələn zərbələrdən qorunmasında, qiyamçı feodallara qarşı müharibələrdə Nadir xan yeni-yeni hərb üsulları tətbiq edər, kiçik itkilərlə tapşırıqları müvəffəqiyyətlə yerinə yetirərmiş.
XVIII əsrin əvvəllərində Səfəvilər dövləti dərin tənəzzül dövrünü yaşayır, bütün sahələrdə rüşvətxorluq və özbaşınalıq baş alıb gedirdi. Mərkəzi hakimiyyətin zəifliyindən istifadə edən iri feodallar separatçılığa meyl edir, hətta bəzi vilayətlər artıq şaha tabe olmurdu. Bu vəziyyətdən istifadə edən Rusiya imperiyası Azərbaycana yürüş edir və 1722-1723-cü illərdə Azərbaycanın Xəzəryanı torpaqlarını, o cümlədən Dərbənd, Bakı, Quba, Salyan şəhərlərini tutur. İmperator I Pyotrun əmri ilə azərbaycanlılar doğma torpaqlarından qovulur, onların əvəzinə Bakı və Dərbənddə ermənilər yerləşdirilməyə başlanır.
Səfəvilərin zəifliyini görən və Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsindən ehtiyat edən Osmanlı imperiyası da Azərbaycana hücum edir. Nəticədə bütün Şimali Azərbaycan və Cənubi Azərbaycanın böyük əraziləri osmanlılar tərəfindən tutulur. Yerli əhali həm ruslara, həm də osmanlılara qarşı mübarizə aparsa da, pərakəndəlik ucbatından məğlub olurdu.
Zəif iradəli şah II Təhmasib Rusiya və Osmanlı dövlətlərinin işğallarını qanuniləşdirən müqavilələr imzalayıb vaxt qazansa da, hərbi islahatlar keçirə bilməmişdi. Üstəlik Səfəvilər dövlətinin şərqində əfqan tayfaları və türkmənlər də qiyamlar qaldırırdılar. Belə şəraitdə dövlətin parçalanması labüd idi.
Şah II Təhmasib Xorasanda peşəkar hərbçi kimi ad çıxarmış Nadir xan Əfşarı dövlətin paytaxtı İsfahana çağırır və onu qoşun komandanı təyin edir. 1726-cı ildən Səfəvi qoşunlarının komandanı təyin olunmuş Nadir xan ciddi, bəzən qəddar tədbirlərlə qoşunlarda nizam-intizamı bərpa edir, qoşunların silah-sursat və ərzaqla təminatını yaxşılaşdırır. Təhmasib-Qulu xan (yəni "Təhmasibin qulu olan
xan") adını özünə təxəllüs götürən Nadir xan 1726-1727-ci illərdə əfqanların qiyamını yatırır, onları Mərkəzi İran vilayətlərində məğlub edərək Məşhəd şəhərini azad edir. Əlavə qoşunlar tərtib edərək o, 1729-cu ildə Əfqanıstana hücum edir və Herat şəhərini götürür. Nadir xan türkmən tayfalarının Xorasana hücumlarının qarşısını da alır.
Əfqanlar üzərində qələbələrdən sonra ölkənin qərbinə göndərilən Nadir xan osmanlıları ölkədən qovmaq əmri alır. Belə ki, İstanbula danışıqlara göndərilmiş Səfəvi səfiri həbs edildiyindən əlində bəhanə olan şah Osmanlı dövlətinə müharibə elan edir. Nadir xan sürətli hücumları ilə Marağanı, Ərdəbili və 1730-cu ilin sentyabrında Təbrizi azad edir.
Türkiyədə dövlət çevrilişinin baş verməsi tezliklə tam qələbə qazanılacağı təəssüratı yaratdığı üçün öz nüfuzunu qaldırmaq istəyən II Təhmasib Nadir xanı Xorasana göndərir, özü isə osmanlılara qarşı hücuma keçir. Lakin hərb işindən başı çıxmayan şah 1731-ci il döyüşlərində məğlub olur və geri çəkilməyə başlayır. Nəticədə, Təbriz və Ərdəbil itirilir. Şahın tələsik imzaladığı Kirmanşah müqaviləsinə (1732) əsasən Şimali Azərbaycan osmanlılara, Cənubi Azərbaycan səfəvilərə verilməli idi.
Belə təslimçi müqavilənin imzalanması xəbəri Nadir xanı qəzəbləndirir və o tezliklə Xorasandan qayıdaraq hərbi əyanların köməyi ilə II Təhmasibi devirir, onun oğlu körpə III Abbası şah elan edir. Beləliklə, Nadir xan qəyyum qismində dövləti idarə etməyə başlayır. İlk öncə o, Kirmanşah müqaviləsindən imtina edərək hücuma keçir və 1733-cü ildə Bağdad qələbəsini qazanır. İran körfəzinədək əraziləri azad etdikdən sonra Nadir xan Şimali Azərbaycana keçir və osmanlıların dayaq nöqtəsi olan Gəncəni mühasirəyə alır. Mühasirə ilə eyni zamanda Rusiya ilə danışıqlar aparan Nadir xan Azərbaycanın Xəzəryanı torpaqlarından rus qoşunlarının çıxarılmasını tələb edir. Bu dövrdə tənəzzül keçirən və müharibə aparmaq iqtidarında olmayan Rusiya 1735-ci ilin martında Gəncə müqaviləsini imzalamaqla Azərbaycandan öz qoşunlarını çıxarır. Xəzəryanı bölgələrdə möhkəmləndikdən sonra Nadir xan Gəncəni azad edir, 1735-ci ilin iyununda Üçkilsə döyüşündə (İrəvan yaxınlığında) osmanlı qoşunlarını darmadağın edir.
Osmanlı sultanı bütün Cənubi Qafqazdan qoşunlarını çıxarmağa məcbur olur.
Nadir xanın qələbələri ona böyük şöhrət gətirmiş və xalqın rəğbətini qazandırmışdır. Lakin sonrakı hərəkətləri onun nüfuzunu salmağa başladı. Belə ki, o, osmanlılarla müharibədən dərhal sonra Dağıstana yürüş etdi, böyük itkilər hesabına buranı viran qoydu və qənimətlə geri qayıtdı.
1736-cı ilin martında Nadir xan şah III Abbasın vəfat etməsini bəyan etdi və Suqovuşanda (indiki Sabirabad ərazisində Kür ilə Arazın qovuşduğu yer) Muğan qurultayında özünü şah elan etdi. III Abbasın müəmmalı ölümü, Səfəvilər dövlətinin ləğvi və "Nadir şahın dövləti" kimi tanınan dövlətin yaranması hamının, hətta onun silahdaşlarının da narazılığına səbəb oldu. Narazı şəxsləri cəzalandırmağa başlayan Nadir şah tayfa və sülalələrə də cəza verirdi. Belə ki, Qarabağdan kəbirli, otuziki və cavanşir Azərbaycan tayfaları Xorasana sürgün edildi, onların əvəzinə ermənilər yerləşdirilməyə başladı. Qarabağda yerləşdirilmiş ermənilərin başçılarına Nadir şah məlik titulu verdi və Qarabağın əsl hakimi-Gəncənin Ziyadoğulları nəslinə tabe olmamağa çağırdı. Həmin nəsli daha da zəiflətmək məqsədi ilə Nadir şah Azərbaycanın Qazax və Borçalı ərazilərini Gürcüstanın Kartli hakiminə verdi, çünki Kartli hakimi onun hakimiyyətini dəstəkləyirdi. Beləliklə, Nadir şah öz düşünülməmiş inzibati tədbirləri və köçürmə siyasəti ilə xalqı özündən uzaqlaşdırdı, onun qoşununda xidmət etmiş əyanların ümidlərini doğrultmadı.
Bundan sonra Nadir şah irimiqyaslı yürüşlər etməyə başladı. Onun yürüşləri nəticəsində dövlətin tərkibinə yeni-yeni ərazilər daxil edilirdi. Nəticədə, bütün Cənubi Qafqaz, Anadoluya qədər olan bütün ərazilər, Dağıstan, Əfqanıstan, Bəlucistan, Orta Asiyanın Xivə və Buxara xanlıqları, Şimali Hindistan onun dövlətinə daxil edilmişdi.
İnzibati baxımdan o, keçmiş bəylərbəyilikləri ləğv edərək Azərbaycan adlı vahid inzibati bölgü yaratdı. Azərbaycan vilayətinin rəhbəri Nadir şahın qardaşı İbrahim xan oldu.
Uzunmüddətli mənasız müharibələr iqtisadiyyatı tənəzzülə uğradır, əhalini vardan-yoxdan çıxarırdı. Vergilər artırılmışdı, əvvəllər vergilərdən azad olan köçəri tayfalara belə vergi qoyulmuşdu.
1739-cu ildə Şimali Hindistana böyük yürüş edən Nadir şah Dehlini tutur, böyük qənimət ələ keçirir. Lakin bu zaman Azərbaycan və İranda xalq üsyanları başlayır. Aclıq səviyyəsinə gətirilən xalq silaha sarılmış və bir zamanlar böyük hörmətlə qarşılanan Nadirə qarşı mübarizəyə başlamışdı. Üsyanların yatırılması zamanı tətbiq edilən qəddar üsullar əslində əhalini daha da qızışdırırdı. Azərbaycanda Nadir şahın əleyhinə on güclü üsyanlar Şəkidə, Car vilayətində, Şirvanda qalxmışdı, onun cəza qoşunlarına ciddi müqavimət göstərilmişdi.
Üsyanların biri zamanı Nadir şahın qardaşı Azərbaycanda öldürüldü və Nadir şah Azərbaycana sanki düşmən ölkəyə edilən yürüşlərə bənzər hərbi yürüşlər etməyə başladı. Pərakəndə kəndli üsyanları getdikcə mütəşəkkil hal alır, onların başında feodallar dayanırdı. 1744-cü ildə Nadir şahın Şəki üsyanını yatıra bilməməsi bütün dövlətdə böyük əks-səda doğurmuş, digər ərazilərdə də üsyanlar genişlənmişdi.
Nadir şah Əfşar 1747-ci ildə Xorasanın Xabuşan vilayətinin Xoşab kəndində öz düşərgəsində sui-qəsd nəticəsində öldürülmüşdür. Onun ölümündən sonra dövləti zəifləmiş, Azərbaycanda müstəqil xanlıqlar yaranmışdır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Aspirin xərçəngə qarşı vasitədir.
"Məsələnin bir həll yolu var: Azərbaycan torpaqları qaytarılsın"
Günün qoroskopu: gün uğursuz alına bilər
Bakının bu hissəsində 2 gün işıq olmayacaq
Azərbaycanda səkkiz nəfərlik ailə karantinə alındı - RƏSMİ
Kişilərin qaçdığı 5 qadın tipi
Meteohəssas insanlara XƏBƏRDARLIQ
Görünməz olmağı bacaran heyvanlar
Hərbiçi qız modelliyə başladı,məşhur oldu-FOTO
2100-cü ildə Çin əhalisi azalacaq
Nazirlikdən Qarabağda ədliyyə işlərinin təşkili ilə bağlı VACİB AÇIQLAMA
Qış aylarında koronavirus daha da şiddətlənəcək - XƏBƏRDARLIQ
Dünyanın dağılma tarixi haqda daha bir nəzəriyyə
Ən yeni saç trendi: hörüklü gül
Boyun düzləşməsi əlaməti
Kraliça II Elizabet şahzadə Harri ilə vidalaşdı
Varlanmaq üçün iki şey lazımdır
Neftin qiyməti qalxıb
Göz altı kölgələr
Günün ulduz falı
Sami Yusufdan Şuşanın işğaldan azad edilməsi ilə bağlı təbrik - FOTO
Şahzadə Harri soyadından imtina etdi
Ölkədə yeni iş yerləri yaradılacaq
İdman ayaqqabıları
Kəbə faciəsinə görə Bin Laden cəzalandırıldı
Qovunlu dondurma (foto-resept)
Sabahın HAVAsı
Alişanın xanımı 2 aya 20 kq arıqladı-FOTO
Hava haqqında - 23.09.2013
Sabah Yerə yaxınlaşacaq – NASA xəbərdarlıq etdi
Azərbaycana yeni qədim əlyazma gətirildi
Günün ulduz falı
Türkiyədə universitetə silahlı hücum: ölü və yaralılar var
Dağlıq Qarabağ münaqişəsi üzrə status-kvo qəbuledilməzdir
Facebook-da təhlükə
Meyvə-tərəvəzlər və insan orqanları
Qeyri-adi makiyajlar
Foqts: "Estonlara qarşı alman yox, azərbaycanlı olacağam"
"Qızıl top"un sahibi bəlli oldu
Emindən əkizlərinə təbrik - FOTO
Pomidorlu-pendirli toplar (foto-resept)
Bulvar uzana-uzana gedir
Həftənin ilk iş gününə olan hava proqnozu
Abituriyentlərin nəzərinə!
Günün qoroskopu: maliyyə fonu uğursuzdur
Azərbaycan Böyük Britaniyaya nota verdi
Kivi maskası ilə gözəlləşin
Qışda böyrəkləri necə qorumalı?
Dəniz Səki 22 kq arıqladı-FOTO
Kəsmikli piroq (foto-resept)
- ŞƏRHLƏR