Məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
Əfzələddin İbrahim ibn Əli Nəccar Xaqani Şirvani 1126-cı ildə Şirvanşahlar dövlətinin paytaxtı Şamaxıda anadan olmuşdur. O dövrdə Şamaxı regionda və ümumiyyətlə müsləman Şərqində elm və mədəniyyət ocağı kimi tanınırdı. Burada yerli və gəlmə alim və ədiblər şirvanşahın sarayında və ya mədrəsələrdə dərs deyirdilər. 8 yaşında atasını itirmiş Əfzələddin dövrünün məşhur alimi və həkimi əmisi Kafiəddin Ömər ibn Osmanın himayəsində olmuş, onun tərbiyəsi ilə böyümüşdür. Əmisi ona o dövrkü elmi biliklərin əsasları barəsində məlumat vermiş, onda mütaliəyə həvəs oyatmışdır.
Əfzələddin hələ gənc yaşlarından şeir yazmağa həvəs göstərmişdir. O, ilk şeirlərini məşhur Şərq şairi Sənainin üslubunda yazırmış. Maraqlıdır ki, Əfzələddinin hələ "Həqayiqi" təxəllüsü ilə yazdığı ilk şeirləri ona xalq arasında şöhrət qazandırmışdır. Nəticədə 1151-ci ildə, şairin 25 yaşı tamam olanda Şirvan şahlarının məliküş-şüərası, yəni şairlər məclisinin başçısı Əbül-üla Gəncəvi onu saraya dəvət etmişdir. O dövrdə saray şairləri maddi baxımdan korluq çəkmir, onların bütün tələbatları saray xəzinəsi hesabına ödənirdi. Əvəzində isə onlar öz hökmdarlarını vəsf etməli, onun bütün hərəkətlərinə haqq qazandırmalı idilər. Çox az hökmdar var idi ki, saray şairlərinə təzyiq göstərmədən onlara azad yaradıcılıqla məşğul olmaq imkanı versin. Bütün bunlardan bixəbər olan Əfzələddin saraya gəlir. Çox keçmir ki, Əbül-üla Gəncəvi ilə dostlaşır, onun qızı ilə evlənir və şeirlərini də onun verdiyi "Xaqani" təxəllüsü ilə yazır. Əfzələddinə verilən təxəllüs onun xaqana, yəni şirvanşaha məxsus olmasını göstərirdi.
Xaqani Şirvani klassik Şərq poeziyasının bütün janrlarında yüksək sənətkarlq nümunələri yaratmışdır. Şirvanşahların sarayına gələn məşhur Şərq şairləri Rəşidəddin Vətvat, Əxsikəti Əsirəddin və Əbdürrəzzaq İsfahani və başqaları gəncin fitri şairlik istedadından danışır, onunla şeir yarışına çıxırdılar.
1156-cı ildə Məkkəyə ziyarətə gedən Xaqani yolüstü bir çox Yaxın Şərq ölkələrində də olmuşdur. Səfərdən qayıtdıqdan sonra Xaqani Yaxın Şərq ədəbiyyatı tarixində epik poeziyanın ilk görkəmli nümunələrindən hesab edilən "Töhfətül-İraqeyn" adlı məsnəvisini yazmışdır. Şair əsərdə səfər macəraları ilə yanaşı Yaxın Şərq xalqlarının həyatından, rast gəldiyi alimlərlə görüşlərindən aldığı təəssüratlarını təsvir etmişdir. Xaqani burada özü, əsil-nəcabəti və ailəsi haqqında ətraflı məlumat vermişdir.
"Mədain xərabələri" adlı məşhur fəlsəfi qəsidəsində tarixdə adil qələmə verilən Sasani şahlarının xaraba qalmış "Taği Kəsra" adlı sarayının timsalında zülm ilə şöhrətlənmiş sarayların viran olacağı fikrini irəli sürmüş, müasirlərini bu xaraba qalmış saraydan ibrət dərsi almağa çağırmışdır. Əlbəttə, saray şairinin belə şeirlər yazması gözlənilməz idi.
"Qəsideyi-şiniyyə" adlı başqa məşhur qəsidəsində şair insan ləyaqətini, comərdliyi, yaradıcı əməyi yüksək qiymətləndirmişdir. Həm Xaqaninin dövründə, həm də ondan çox-çox sonra yaşamış Yaxın və Orta Şərqin 30-dan çox görkəmli şairi bu fəlsəfi qəsidəyə nəzirələr yazmışdır.
Xaqaninin lirik əsərləri, xüsusilə insan mənəviyyatını yüksəldən, saf eşqi, məhəbbəti, vəfa və sədaqəti tərənnüm edən qəzəlləri diqqətəlayiqdir. Xaqaninin lirik qəzəllərində eyni zamanda ictimai mövzular da əksini tapmışdır. O, bir sıra şeirlərin mühitindən, zülmkar hökmdarlardan gileylənmiş, nadanların yüksəkdə, arif adamların, alimlərin isə zəlalətdə olduğunu cəsarətlə söyləmişdir. Xaqaninin qitə və rübailəri şairin daxili həyəcanlarını, ictimai mühitə münasibətini dərk etmək baxımından müstəsna əhəmiyyətə malikdir. Bu əsərlərində şair ətrafında cərəyan edən hadisələri real surətdə əks etdirməyə çalışmış, saraylara nifrətini, xalqa yaxınlıq və sədaqətini, "Xaqani" deyil, "Xəlqani" olduğunu poetik bir dildə bildirmişdir.
Xaqani Şirvani vətənpərvər şairdir. O, vətəni Şirvani füsunkar təbiətli bir diyar, bolluq, bərəkət ölkəsi, şairlər yuvası kimi tərənnüm etmişdir. Bəzən zülmkar şahlardan və nadan müasirlərindən şikayətlənərək Şamaxını dar qəfəs, qaranlıq zindan adlandırsa da, qürbətdə olarkən həmişə ürəkdən sevdiyi doğma yurda can atmışdır. Doğma yurdun gözəl təbiət mənzərələri, özünün dərin ictimai-tərbiyəvi amalları, fəlsəfi görüşləri yazdığı əsərlərdə parlaq əksini tapmışdır. Xaqani qəsidələrində feodalların zülmünü və özbaşınalığını, ictimai ədalətsizliyi cəsarətlə qamçılamışdır.
Xaqaninin ədəbi irsi çox zəngindir. Onun "Həbsiyyə" adlandırılan qəsidələri və mərsiyələri də yaradıcılığında mühüm yer tutur. O, feodal əsarəti, zülm və haqsızlıq əleyhinə kəskin ittihamnamə olan "həbsiyyə"lərində fəryad qoparmışsa, mərsiyələrində ruhi əzablarını, sonsuz kədərini ifadə etmişdir. 20 yaşlı oğlu Rəşidin ölümünə yazdığı mərsiyələrdə şairin ruhi sarsıntıları, əzab və iztirabları, həyatdan küskünlüyü xüsusilə təsirli və riqqətlidir. Xaqani eyni zamanda mahir nasir olmuşdur. "Töhfətül-İraqeyn" məsnəvisinə nəsrlə yazdığı müqəddimə və dövrünün məşhur adamlarına mənsur məktubları mürəkkəb bədii tərzi-ifadə, istiarə, eyham və mübaliğələri ilə diqqəti cəlb edir.
Xaqanidə riyakar saray həyatına qarşı narazılıq yarananda o, yazdığı mədhiyyələrin peşmançılığını çəkmişdir. Bədxah saray şairlərinin haqsız hücumlarına məruz qalan, sarayda özünü "qanadı qırılmış quş kimi dəmir qəfəsdə" hiss edən şair saraydan tamamilə üz döndərmək qərarına gəlmişdir. Bu məqsədlə yenidən səfərə çıxmaq haqqında xahiş etmiş, lakin xahişi rədd edilmişdir. Xaqani gizli surətdə Şirvandan getməyə cəhd göstərmiş, lakin I Axsitanın əmri ilə həbs olunaraq 1170-ci ildə Şabran qalasına salınmışdır. 7 ay həbsdə qaldıqdan sonra azad edilən şair, nəhayət, 1173-cü ildə ailəsi ilə birlikdə Şirvanı həmişəlik tərk edib Təbrizə köçmüş və ömrünün axırınadək orada yaşamışdır.
Yaxın və Orta Şərqin bir çox görkəmli şairləri (Əmir Xosrov Dəhləvi, Ə.Cami, Əbülqasım Şirazi, Əmri, Qaani və b.) Xaqani Şirvanini özlərinin ustadı adlandırmış, əsərlərinə nəzirələr yazmışlar. Əsərləri İranda, Hindistanda dəfələrlə nəşr edilmişdir. Yaradıcılığı XIII əsrdən bəri tədqiqatçıların diqqətini cəlb etmiş, Şərqin bütün təzkirələrində ondan böyük şair kimi bəhs olunmuşdur.
Xaqani Şirvani 1199-cu ildə Təbrizdə vəfat edib və Təbriz yaxınlığında, sonralar "Məqbərətüş-şüəra" ("Şairlərin dəfn olunduğu yer") adlandırılan Surxab qəbiristanında dəfn olunmuşdur.
XƏBƏR LENTİ
1 iyun-Uşaqların beynəlxalq müdafiəsi günü
Yadplanetlilərin mövcudluğu təsdiqləndi – FAKTLAR/Video
Uşaqların Beynəlxalq Müdafiəsi Günü
Bu aydan hemofiliyalı xəstələrə ilkin tibbi yardım onların yaşadıqları ərazilərdə göstəriləcək
Bakının məşhur məktəbi niyə sökülür?
İmtahanların vaxtı bilindi
Daha iki aktyor karonavirusa görə karantinə alındı-FOTO
Sabiq müdafiə naziri: "4 növ yadplanetli gəlmişdi, güllələdik"
Azərbaycanda koronavirusa yoluxanların əsas yaş qrupları açıqlandı - RƏSMİ
Düşüncənin riyazi dili - Münasibət
Azərbaycanda çörək ucuzlaşacaq? - Təkrar emal...
Sadə salat (foto resept)
MHP: Erməni diasporu "soyqırım" idialarından siyasi podium kimi istifadə edir
82 yaşlı ulduz estetik əməliyyatlardan imtina etdi-FOTO
Qurban Qurbanovdan qələbə şərhi
Nüsrətdən şokolad şousu - VİDEO
HAVA necə olacaq? 28-yanvar
Azərbaycanda daha 27 nəfər koronavirusdan öldü: 685 yeni yoluxma
Dərinizi oxuyun
Saçlarınız qırılır?
“Medcezir”in ulduzu çalışdığı teatrdan qovuldu-SƏBƏB
Bakıda saxta pul çap edənlər tutuldu
Tarixin ən cazibədar qadını açıqlandı
Ürək üçün 5 faydalı qida
Yun köynəklərlə necə tərz yaratmalı?
Şok hesabat: məktəblilərin 40 faizi savadsızdır
4-cü İslam Həmrəylik Oyunları ilə bağlı möhtəşəm şou
Sərt karantinlə bağlı daha bir açıqlama: 5 gün...
Məşhurlar Aslı Enveri təbrik edirlər-FOTO
Bakıda bukinislər niyə azalıb?
Tibetin cavanlaşdıran 5 idman hərəkəti
İş axtaranların nəzərinə!
Metropoliten gücləndirilmiş rejimə keçdi
Prezident Vidadi Muradovu “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad etdi - SƏRƏNCAM
İngiltərənin məşhur tarixi abidəsində türk izləri – FOTO
WhatsApp-da yeni yasaq
Bayden rəsmən ABŞ prezidentliyinə namizəd kimi təsdiqləndi
Dünyanın ən bahalı 10 brendi müəyyənləşdi
Bel ağrılarını necə azaltmalı?
Saçların qabarmasının qarşısını necə almaq olar?
Qəribə geyim və aksesuarlar
Vəsiqəlik şəklimizi niyə sevmirik?
Dırnaqları tez uzadan maska
26 kq arıqlayan müğənnini kimsə bəyənmədi-FOTO
Pulun iyinə komadan oyandı
Ving Çun
Tərəvəzli plov (foto resept)
Milli xörəklərin kolorisi məlum oldu
Arıqlamaq üçün alma sirkəsi içdi, öldü...
Britni Spirs uşaqların alimentini artırmalı oldu-FOTO
- ŞƏRHLƏR