Azərbaycan tarixində yüzlərcə parlaq şəxsiyyət olmuşdur. Onların hər birinin həyatı, yaradıcılıq yolu bugünkü nəslə örnək ola bilər. Elə bu kitabı da yazmaqda məqsəd vətənimizin görkəmli şəxsiyyətləri barədə danışmaq, Azərbaycanın keçmişini bu tarixi şəxsiyyətlərin həyat və yaradıcılığı prizmasından göstərməkdir.
Səbuhi Əhmədov
Bu başlıq altında veriləcək məlumatların hər biri müəllif Səbuhi Əhmədovun eyniadlı kitabından götürülmüşdür.
İranzu
(e.ə.740-719)
Azərbaycan ərazisində ilk dövlətçilik ənənələri Urmiya gölü ətrafında yerləşən vilayətlərdə formalaşmağa başlamışdır. Bu vilayətlərə qonşular hələ e.ə. XIV əsrdən yürüşlər etmişlər. İşğal təhlükəsi ilə üzləşən Urmiyaətrafı vilayətlər - Zamua, Gilzan, Allabria, Messi, Manna, Parsua, Uişdiş, Qızılbunda, Andiya, Zikertu, Sanqibudu və Puluadi birləşmək məcburiyyəti qarşısında qalmışlar. Vahid dövlət
yaratmaq cəhdini ilk dəfə Zamua vilayətinin başçıları həyata keçirmişlər. E.ə. 881-ci ildə tayfa başçısı Nur-Adad Zamua vilayəti daxilində bütün tayfaları birləşdirmişdir. Vahid dövlət "Manna dövləti" adını almışdır.
Lullubey-kuti tayfalarının birindən öz adını götürmüş Manna dövləti cənub-qərbdə Assuriya dövləti, qərbdə Urartu dövləti, cənubda Zaqroelam qurumları və cənub-şərqdə Maday vilayəti ilə həmsərhəd olmuşdur. Hərbi cəhətdən daha güclü olan Assuriya, Urartu və Babilistan Manna üçün böyük təhlükə törədirdi. E.ə. IX əsrin 80-ci illərindən başlayaraq assur qoşunları, demək olar, hər il Mannanın vilayətlərinə yürüşlər təşkil edir, lakin güclü müqavimətlə üzləşirdi.
E.ə. IX əsrin sonlarından başlayaraq Manna iki cəbhədə mübarizə aparmağa məcbur olur: Assuriya qoşunları ilə bərabər Mannaya Urartu qoşunları da yürüşlər edir. Mannada güclü mərkəzi hakimiyyətin olmaması, tayfa başçılarının ədavəti onlara qarşı mübarizəni zəiflədirdi. Müxtəlif xarakterli istehkamları olan mannalılar düşmənə güclü zərbələr vururdular.
Manna çarları öz müstəqilliyini qorumaq və ərazi bütövlüyünü təmin etmək məqsədi ilə diplomatik səylərini də davam etdirirdilər. Təxminən e.ə. VIII əsrin 40-cı illərində Manna dövləti Assuriya ilə müttəfiq olub Urartuya qarşı müharibəyə başlamışdır. Bu yolla o nəinki öz müstəqilliyini saxlamış, hətta Urartu qoşunlarını işğal olunmuş torpaqlarından qovmuşdur.
Manna dövlətinin on qüdrətli dövrü çar İranzunun hakimiyyəti illərinə təsadüf edir. İranzu hələ gənc yaşlarından xarici düşmənlərlə toqquşmalarda iştirak etmiş, mahir döyüşçü və sərkərdə kimi özünü göstərmişdir. O, həmçinin, bir sıra qiyamçı hakimlərin öncə çarına qarşı çıxışlarının şahidi olmuş, belə çıxışların yatırılmasında iştirak etmişdir. E.ə. 740-cı ildə çar elan edilən İranzu anlayırdı ki, ölkənin mövcudluğuna ən böyük təhlükə ayrı-ayrı tayfa və vilayət başçılarının separatçılıq meyilləridir. Ölkədə olan pərakəndəlik nə iqtisadiyyatı inkişaf etdirməyə, nə də düşmənə qarşı mübarizə aparmağa imkan verirdi.
İranzu separatçılığın qarşısını almaq üçün öncə bütün vilayətlərə öz canişinlərini başçı qoyur. Canişinlər çarın sadiq məmurları sırasından təyin edilir və daim mərkəzi hakimiyyəti dəstəkləyirdilər. Canişinliklər sisteminin tətbiq edilməsi mərkəzləşmiş dövlət qurulması yolunda ilk addımlardan hesab olunur. Ölkədə sabitliyə nail olduqdan sonra İranzu iqtisadi əlaqələri gücləndirir, əkinçilik, maldarlıq, sənətkarlıq və ticarəti inkişaf etdirir. O, sadə xalqın həyatı ilə yaxından tanış idi və odur ki iqtisadi tədbirləri ilə onların güzəranını yaxşılaşdırmağa çalışır. Təsadüfi deyil ki, Mannada iqtisadiyyatın bütün sahələri sürətlə inkişaf edir. Mərkəzləşmiş dövlət aparatının qurulması savadlı insanlara olan ehtiyacı artırırdı və odur ki, İranzunun hakimiyyəti illərində Manna dövlətində yüzlərcə məmur hazırlanmışdı. Qonşu ərazilərdə olduğu kimi Mannada mixi yazılardan, bəzən də heroqliflərdən istifadə olunurdu.
İqtisadi inkişaf sayəsində dövlətin gəlirlərini artıran İranzu güclü qoşun yaratmışdı. Manna çarı İranzu qoşunlarını Assuriya nümunəsi əsasında təşkil etmiş, at arabaları və piyada dəstələri tərtib etmişdi. Manna dövlətinin qoşunları ayrı-ayrı vilayətlərdən gətirilən dəstələrdən ibarət idi. Dəstələr silah növünə görə deyil, hansı vilayətə mənsub olduqlarına görə bölünürdülər, yəni bir dəstədə həm
döyüş arabaları, həm süvarilər, həm də piyadalar olurdu. İranzu piyada dəstələrin əhəmiyyətini artırmış, onları ağır silahlanmış və yüngül silahlanmış dəstələrə bölmüşdü. Lakin daimi qoşunların olmaması və dövlətin hərbi qüvvəsinin ərazi yığma dəstələrindən təşkili müharibələri qısamüddətli edirdi: döyüşçüləri əkin sahələrinə qaytarmaq vacib idi. Bu amil həm də İranzunun bir sərkərdə kimi böyük
insan tələfatına gətirən irimiqyaslı döyüşlərə girişməməsinin əsas səbəbi idi.
İranzu əsasən sürətli reydlərdən ibarət əməliyyatlar keçirməyi və dayaq məntəqələri olan qalalar inşa edilməsini üstün tuturdu. Mərkəzi hakimiyyətin güclənməsi və iqtisadi inkişaf ölkə ərazisində şəhər və qalaların sayının artmasına səbəb olurdu. Dövlətin paytaxtı İzirtu şəhəri regionun ən iri sənət və ticarət mərkəzlərindən sayılırdı və Mannanın hərbi-inzibati və siyasi mərkəzi idi. Hər belə yaşayış məntəqəsi çarın ayrı-ayrı vilayətlərdə dayaq məntəqəsi olmaqla yerli hakimləri nəzarət altında saxlamağa və xarici düşmənə qarşı mübarizə aparmağa imkan verirdi. Artıq bu dövrdə od siqnalizasiyası sistemi yaradılmışdı: düşmənin yaxınlaşdığını görən sərhəd qalasının döyüşçüləri hündür yerdə tonqal qalayır və ölkənin dərinliklərində olan şəhər və qalaları xəbərdar edirdilər. Qalalarda iri ərzaq və silah anbarları yaradılmışdı.
Ölkənin hərbi və iqtisadi qüdrətinin artması İranzuya beynəlxalq siyasətə daha fəal qarışmağa imkan verirdi. Dövlətlərarası əlaqələri qurarkən İranzu ilk növbədə ölkəsinin maraqlarını üstün tuturdu. Assuriya dövləti ilə dostluq münasibətləri yaradan İranzu Mannanı regionun nüfuzlu hərbi-siyasi qüvvəsinə çevirmişdi. Öz hərbi qüvvələri və Assuriyanın müttəfiqlik köməyinə arxalanan İranzu Urartu ilə müharibəyə başlayır. Qısa müddət ərzində onun qoşunları əvvəllər Urartu tərəfindən zəbt edilmiş Urmiya gölündən qərbdə və şimalda
yerləşən torpaqları geri qaytarır. İranzunun əmri ilə burada sərhəd xətti boyunca qalalar inşa olunur. Şimal-şərq istiqamətində irəliləyən Manna qoşunları Xəzər dənizinə çatır və ona "Günəş batan dəniz" adını verirlər. Şimal istiqamətində Manna döyüşçüləri Araz çayınadək irəliləyirlər. Qonşu dövlətlərlə toqquşmalardan qalib çıxan İranzu dövlətinin ərazisini xeyli genişləndirir. Beləliklə, Mannanın şimal sərhədləri Araz çayı, cənub sərhədləri Parsua vilayəti, cənub-şərq sərhədləri Midiya vilayəti, şərq sərhədləri Xəzər dənizinə çatır.
İranzu e.ə 718-ci ildə vəfat edəndə varisinə güclü dövlət qoyub gedir. Manna dövləti iqtisadi və mədəni cəhətdən yüksək inkişaf səviyyəsinə çatmış, hərbi baxımdan möhtəşəm, qüdrətli dövlətə çevrilmişdi.
XƏBƏR LENTİ
Azərbaycanda bu ərzaqlar ucuzlaşdı
Əliyevdən mesaj: Hərəkətə keçin
Yarpız haqqında bilmədiklərimiz
Hansı insanlara evlənmək olmaz?
Super matç, super qələbə, Superboul
Hər gün istifadə etdiyiniz kremlərdəki təhlükə
Yay ayaqqabıları
Bu tələbələr təhsil haqqından AZAD OLUNA BİLƏR
104 yaşlı gənc qız öldü
Baş Nazir tədris ili ilə bağlı qərar imzaladı
Evlilikdən əvvəl genetik müayinə nəyə görə vacibdir?
Günün qoroskopu: Münasibətləri gərməyin
Şəhid dostunu göz yaşları ilə xatırlayan qazi - VİDEO
Azərbaycanda qismən səfərbərlik elan edildi - SƏRƏNCAM
Paytaxtda yağışlı hava gözlənilir
Qan şəkərini nizamlayan idman hərəkətləri
Dünyanın möhtəşəm mənzərəli yolları
Hava haqqında - 27.01.2014
Saçlara qulluq üçün 3 maska
Azərbaycanda təhlükəli epidemiya
Nadir hallarda rast gəlinən xəstəliklər
"Diriliş Ertuğrul"dan məşhur cütlüyə SURPRİZ-FOTO
Pensiyaçılara böyük müjdə
Gözaltı torbalar nədən yaranır?
Bakı metrosu ilə bağlı qadağa
Günün ulduz falı
Günün ulduz falı
"Səhərləri azan səsinə oyanmaq çox gözəldir"
Təhsil naziri: "Azyaşlı şagirdlərin yükü azaldılacaq"
Pələng toyuğu belə parçaladı
Qat-qat perojki (foto resept)
Taysonun ailəsi onun qalib gələcəyinə inanmır - VİDEO
Bir şəkil boyük dostluğu pozdu-FOTO
"Azərbaycan-Türkiyə münasibətləri qardaşlığa nümunədir"
Ali Baş Komandan: “Azərbaycan və İran dövlət sərhədi tam nəzarətə götürüldü”
Tayland kralı silahı ilə diqqət çəkdi-FOTO
Buta
Şakiraya 6 cinayət işi açıldı
Xüsusi günlər üçün hədiyyə tövsiyələri
Gömrükdə daha bir QADAДћA
WhatsApp-da daha bir yenilik
İngilis alimləri: "Kosmosda canlılar var"
Alış-veriş asılılığının səbəbləri və həlli yolları
Kənan və Sinem restorana buraxılmadı
Bakı mağazalarında satış dayandı
Koronavirusun hamilələrə təsiri müəyyənləşdi
Rus dili dərs-26
Ramazan ayının 18-ci gününün duası
İran təyyarəsində UNO həyəcanı
Evdə təbii saç boyası hazırlamaq üçün ....
- ŞƏRHLƏR