Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir.
Azərbaycanın müstəqillik yolunda atdığı ilk addım 1991-ci il avqustun 30-da Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədən kənar sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında” bəyannaməni qəbul etməsi olmuşdur. Bunun ardınca Azərbaycan Respublikası Ali Sovetinin həmin il oktyabrın 18-də keçirilmiş sessiyasında “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı” yekdilliklə qəbul edilmişdir. Bununla da Azərbaycan Respublikası 1918-1920-ci illərdə cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cumhuriyyətinin varisi elan edilmiş, xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşmuşdur.
Lakin 70 ildən artıq bir dövrdə öz azadlığına qovuşmaq həsrəti ilə yaşayan Azərbaycan müstəqillik sevinci ciddi təhlükə ilə üz-üzə qalmışdı. Bədnam ermənilərin 1988-ci ildən başlayaraq Azərbaycana qarşı keçirdikləri qəsbkar əməlləri, eləcə də o zamanki iqtidarın bacarıqsız siyasəti dövləti parçalamaq təhlükəsi qarşısında qoymuşdu. İdarəetmədəki kobud nöqsanlar, cəbhədəki uğursuzluqlar, ordudakı hərc-mərclik nəticəsində 1993-cü ilin yayında ölkə vətəndaş müharibəsi, dünyanın siyasi xəritəsindən silinmək kimi real təhlükə ilə qarşılaşmışdı.
Zəngin siyasi təcrübəyə və böyük dövlətçilik qabiliyyətinə malik Heydər Əliyevin belə bir ağır və mürəkkəb dövrdə xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu. Ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkə problemlərinin həlli istiqamətində konkret addımlar atılmağa başlandı. 1994-cü il mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsi dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində inkişafın təmin edilməsi baxımından zəruri addım oldu. Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas oldu. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr zərərsizləşdirildi, cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi, ölkədə əmin-amanlıq, sabitlik yarandı, azad bazar iqtisadiyyatına keçidlə bağlı özəlləşdirməyə geniş imkan meydan verildi.
Xarici siyasətdə də mühüm nailiyyətlər əldə olundu. 1994-cü il sentyabrın 20-də Azərbaycanda yaranan sabitliyin və beynəlxalq aləmdə ölkəmizə artan inam və marağın nəticəsi kimi dünyanın aparıcı şirkətləri ilə “Əsrin müqaviləsi” adlandırılan neft sazişi imzalandı.
Milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyini təmin etdi, tarixi yaddaşın formalaşmasında müstəsna əhəmiyyət kəsb etdi.
Azərbaycan Respublikasını ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və b. dövlətlər tanıdılar.
Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə (2 mart 1992) onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlandı.
1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsi ilə ölkədə dövlət quruculuğu üçün zəruri hüquqi baza formalaşdı. Ölkəmizin daxili və xarici siyasət konsepsiyası beynəlxalq hüquq normalarına uyğun olaraq quruldu. Bu illər ərzində Azərbaycanda bütün istiqamətlərdə dövlət quruculuğu prosesi uğurla həyata keçirilib, dövlətçilik ənənələri zənginləşdirilib.
Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb.
İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir.
Doğrudan da, 1920 -ci ildə itirdiyimiz müstəqillik ümummilli lider Heydər Əliyevin böyük səyi nəticəsində yenidən bərpa edildi və bu gün də böyük sürətlə öz inkişaf dövrünü yaşayır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Rüzgar gülü"pizza (foto resept)
Hamilə qadınlar hansı çaydan içməlidirlər?
Ən çox yayılmış burun tipləri
Dəbdə olan kəmərlər
WhatsApp-da yeni yasaq
Köhnə kitablar üzərində rəsm əsəri
Erməni jurnalist: "Ağdərədə taleyimiz həll olunur"
Pensiyalar haqqında yeni QANUN
"Real Madrid" ilə "Atletiko" növbəti mərhələdə
Bakıda evlərin bahalaşmasının səbəbləri
“Mucize Doktor”da yeni aktyor - FOTO
Yay fəslində hansı rənglər dəbdədir?
Adınıza saxta profil yaradılıbsa...
İlk iş gününün hava proqnozu
Gözəlliyə kölgə salan vərdişlər
Serdar Ortaçın xanımı 1 FOTOdan 30 min qazanır
Dünyanın ən böyük ağac evi
Ruhunuzun rəngi hansıdır?
Nişan üzükləri
Şagirdlər üçün bütün dərsliklər tədris ili başlananadək məktəblərə çatdırılacaq
Leyla Əliyeva YAY Qalereyasında rəssam Aida Mahmudovanın "Umwelt" adlı fərdi sərgisi ilə tanış olub
Aşbazların sirləri
Feyxoanın möcüzələri
Körpələrə vurulan peyvəndlər
Günəşdə güclü qasırğa
Günün qoroskopu: bədgümanlığınız varsa, yeni layihəyə başlamayın
Həkimlər bənzəri olmayan hərəkətlə qadını xilas etdilər - FOTO
30 itlə yaşayan qadının həyat hekayəsi
Beynində 25 şiş var idi-Özü özünü sağaltdı-FOTO
Milli Məclis dövlət büdcəsini müzakirə edəcək
Həftənin ilk iş günü yağışlı olacaq
Bakının iki böyük rayonunda qaz problemi olacaq
Bakı küçələrini xüsusi texnika təmizləyəcək
Bir neçə rayonda qaz problemi olacaq
Almaniya haqqında maraqlı faktlar
Mandarinin faydaları
Rus dili dərs-29
Bu adlar yasaqlandı
Sızanaqlardan uzaq olmaq üçün 5 tövsiyə
Cəbhədən ən son xəbər
Messi əməliyyat olunacaq
Məleykə Abbaszadə imtahanlarda dəyişikliklərlə bağlı danışdı
“Virus 5G dalğaları ilə yayılmır” - AÇIQLAMA
Uşaqlarınıza çoxlu balıq yedizdirin
Prezident: “Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan, nə oldu? Hanı bu yol? Cəhənnəmə getdi”
2012-ci ilin ətək modası
Azərbaycanda bütün terminoloji lüğətlər Terminologiya Komissiyasının xətti ilə çap edilə bilər
Hava haqqında - 11.01.2014
Günün ulduz falı
"Qadin.Net"-lilərin həyatdan qorxuları və qorxmadıqları (3)
- ŞƏRHLƏR